Month: August 2018

  • Bu ay işıq pulu niyə hamıya çox gəlib? – Şübhələrlə bağlı RƏSMİ AÇIQLAMA

    “Dünən evə 13 manatlıq işıq pulu gəlib. Hər ay 5 manatı ötmürdü. Etibar Pirverdiyev və Baba Rzayevin diqqətinə çatdırım ki, o evdə sutkanın əksər hissəsini işdə olan iki nəfər, yəni mən və həyat yoldaşım qalır. Bütün sutkanı işləyən soyuducu və gün ərzində 1 saat işləyən televizor bu qədər pul yaza bilməz. Bunu yazmayacaqdım, lakin gördüm ki, dostların da başına bu ay həmin oyun gəlib – bəzilərinə gələn qəbzdə 90 manat yazılıb”. Median.Az xəbər verir ki, bu fikirləri sosial şəbəkədəki səhifəsində jurnalist İlkin Əhmədov bildirib.

    “Anlaşılan budur ki, utanmalı olan vəzifəli şəxslər utanmaz-utanmaz Mingəçevirdəki qəzanın xərcini bizə yükləyirlər”,-deyə İ. Əhmədov iddia edib.

    Ümumiyyətlə, bu məsələ bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə olunur.

    Jurnalist Kənan Rövşənoğlu: “Artıq neçənci statusda görürəm və xeyli insan şikayət edir. Birincisi də özüm. Bizə işıq pulu 3 qat çox gəldi keçən ayla müqayisədə. Bunun üçün nə etməliyik? Nə edə bilərik? Deyəsən qəzanın “rasxod”unu həqiqətən bizə yükləyirlər”.

    Sosial şəbəkə istifadəçisi Vüsal Yaqubov isə: “Qəbələdə olduğum halda Bakıdakı evimə 20 AZN işıq pulu gəlib. Evdə ancaq soyuducu və Wifi işləyir”,-deyə bildirib.

    Bəs vətəndaşların narahatlığı nə qədər əsaslıdır? Bu ay işıq pulu niyə hamıya çox gəlib?

    Yeniavaz.com saytı məsələ ilə bağlı “Azərişıq” ASC-dən mövqe öyrənib.

    “Azərişıq”ın Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, hesabat sayğac göstəricisi əsasında aparılır: “Bilirsiniz, bu elə bir məsələdir ki, hər kəsin fərdi qaydada sayğacı var. Hesabat da sayğac göstəricisi əsasında aparılır. Hamıya məlumdur ki, iyul ayı çox isti oldu, buna görə də elektrik enerjisindən istifadəyə görə sərfiyyat artdı. Bizdə də bu il göstərici əvvəlki illərin iyul ayında olan göstəricilərdən çoxdur. Şükürlər olsun, indi hər kəsin evində kondisioner var. Kondisionerin isə sərfiyyatı çoxdur.

    O cümlədən də bildiyiniz kimi, elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün bir kilovat-saat üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpikdən hesablanır. Yəni bunlar hamısı faktdır, bunlar hamısı realdır. Hər bir istehlakçı öz sayğacındakı göstəricini öz gözü ilə görür, nəzarət edə bilir. Əgər sərfiyyat artırsa, verilən bildirişdə göstəriciyə əsasən ödəniş də artır. Bunlar hamısı dəqiq hesablama əsasında aparılır. Bizim özümüz də abonentik, özümüz də bunu hiss edirik”.

    Tanrıverdi Mustafayevin sözlərinə görə, narahatlığa əsas yoxdur: “Kimdə şübhə varsa, müraciət etsin yaşadığı rayon üzrə müvafiq şöbəmizə. Əməkdaşla bir yerdə özü sayğacın göstəricisinə baxsın, əgər hansısa bir qüsur, narahatlıq varsa, aradan qaldırılsın. Baxışdan sonra rahatlıqla özləri də hər şeyə şahid ola bilərlər. Narahatlığa əsas mən görmürəm. Bu çox real riyazi bir rəqəmdir. Sərfiyyat artırsa, ödəmə də artır.

    Əvvəllər abonent əgər 300 kilovat-saata qədər enerji işlədirdisə, 7 qəpikdən hesablanırdı və 21 manat edirdi. Sərfiyyat artanda 300 kilovat-saata qədər olan limiti keçir və buna görə də 11 qəpikdən hesablanır. Yəni bunlar hamısı fərq edir. Hamısı göz qabağındadır, sayğac göstəricisi əsasında verilən bildirişdə yazılır. Kim nə işlədirsə, ona uyğun da bildiriş alır. Yenə deyirəm, əgər şübhə varsa, müraciət etsinlər, özləri də iştirak eləsinlər, bir yerdə baxış keçirib nəzarət etsinlər”.

    T. Mustafayev rayonlarda olanların mənzilinə çox işıq pulu gəlməsi barədə iddialara da münasibət bildirib: “Heç cür belə bir şey ola bilməz. Yenə deyirəm, araşdırılsın, əgər kimsə rayona gedibsə, mənzilində elektrik enerjisindən hər hansı bir işlədici varsa, tutaq ki, soyuducusu işləyir – 24 saat ərzində soyuducunun sərfiyyatı nə qədər olursa, hamısı elmlə izah olunub. Bütün bunlar hamısı fərdi qaydada araşdırılmalıdır. Şübhə varsa, biz bərabər araşdırmağa hazırıq”.

  • Мечеть Тезепир реконструируют

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по ремонтно-восстановительным и реконструкционным работам в компексе мечети Тезепир.

    Как передает Median.Az со ссылкой на официальный сайт главы государства, согласно распоряжению, на эти цели Управлению мусульман Кавказа будет выделено 2 млн манатов.

  • Təzəpir məscidi yenidən qurulacaq

    Azərbaycan Prezidenti İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, qeyd olunan işlərin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb.

  • Günəş tutulacaq

    Cari ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək. Bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

  • “Baxırsan ki, 20 yaşında əxlaqsız bir qız toylara gedib pullar qazanır” — Deputat

    Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə stilist Samiraldo və digər şou-biznes nümayəndələrinin fəxri adlar istəməsindən danışıb.

    Median.Az xəbər verir ki, A.Əlizadə “ölkə.az”a açıqlamasında bildirib ki, fəxri adlar Sovet İttifaqı dövründən qalıb:

    “Sovet dövründə fəxri adlar verilirdi, insanların maaşları artırdı, konsert proqramlarında qonarlar artırdı və sairə. İndi isə bunun heç bir mənası yoxdur. Bəzən baxırsan ki, 20 yaşında əxlaqsız bir qız toylara gedib pullar qazanır. Kimsə deyə bilərmi ki, ABŞ, Böyük Britaniyada xalq artisti və sairə fəxri adlar var? Qərbdə belə bir hallar mövcud deyil. Ona görə də fəxri adların verilməsini ləğv etmək lazımdır. Atalarımızın bir misalı var: “abır yoxdursa, oynamağa nə var!” İndi bu adamlarda abır yoxdursa, durub fəxri ad tələb etməyin heç bir mənası yoxdur”.

    Deputat deyib ki, Sovet İttifaqı dövründə xalq artisti fəxri adı Şövkət Ələkbərova kimi sənətkarlara verilib:
    “Ancaq indi baxın görün ki, xalq artistdi kimlərə verilir. Heç birinə baxan yoxdur. O Samiraldonu heç tanımıram. Ümumiyyətlə, mən nə səhər yeməklərinə, nə də bayağı konsertlərə baxmıram. Telekanallarda yalnız xəbərlərə və siyasi verilişlərə baxıram”.

    Xatırladaq ki, məhşur stilist Samiraldo Unikal.org-a açıqlamasında fəxri ad almaq istədiyini bildirib:

    “Mənim fəxri adımı öncə Allah verib ki, məni milyonlarla insana sevdirib. Mən onlarla filmlərdə rol almışam. Öz rolumu – Samiraldo obrazımı canlandırmışam. Hətta çox filmlərə çəkilməkdən imtina etmişəm. Guya, fəxri ad alanların çoxu buna layiqdir? Əminəm ki, dövlət də mənə fəxri ad verəcək. Niyə verməsinlər ki? Mən də Azərbaycan vətəndaşıyam. Mən insanların sevimli Samiraldosuyam. Niyə də olmasın?Allah məni son illər ərzində çox mükafatlandırdı.Əminəm ki, dövlət də məni yaxın zamanlarda fəxri adla mükafatlandıracaq”.

  • Мария Захарова опубликовала бакинский снимок со Стивеном Сигалом на «Жаре 2018» (ФОТО)

    Официальный представитель МИД РФ Мария Захарова, посетившая церемонию открытия ежегодного международного музыкального фестиваля «Жара», которая состоялась 26 июля в столице Азербайджана поделилась снимком со Стивеном Сигалом, который был сделан в Баку.

    Как сообщает Median.Az, Мария Захарова опубликовала на своей странице в Facebook совместное фото со Стивеном Сигалом с открытия фестиваля ЖАРА-2018 в Баку, подписав снимок «С коллегой по работе».


    Отметим, что американский актер Стивен Сигал, получивший в 2016 году гражданство России, назначен спецпредставителем МИД РФ по гуманитарным связям с США. 

    Р.А.
    ФОТО: Facebook by Мария Захарова

  • 36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı – Bakıda şok cinayət

    Bakıda pedofil həbs edildi.

    Median.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “Sputnik Azərbaycan” saytına mlumat verilib. Verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.

    Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır.

    Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elburus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку за совершение краж задержаны 5 человек

    Как сообщает Median.Az, 5-го августа в торговом центре в Ясамальском районе у жителя столицы Джавида Махмудова украли 500 манатов и мобильный телефон. В связи с поступившей жалобой сотрудники 29-го отделения полиции Ясамальского РУП задержали ранее судимого Садига Юсифова и находящегося в розыске Эльмана Гурбанзаде.

    Кроме этого, сотрудники 4-го отделения полиции Бинагадинского РУП задержали жителя столицы Асифа Аббасова, который украл с пункта приема металлалома 59 кг. алюминиума, сотрудники 39-го отделения полиции Ясамальского РУП задержали жительницу столицы Хатиру Салимову, которая 15-го мая этого года украла у жительницы столицы З.Гашимовой сумку, где находились 600 манатов, золотое кольцо, браслет, фен и косметические принадлежности, сотрудники Главного управления полиции на транспорте МВД задержали жителя поселка Гобустан Худаяра Гусейнова, который 6-го августа пытался похитить 700 литров дизеля, водяной насос и 15 метров резиновой трубы.

    По фактам возбуждены уголовные дела, ведется следствие.

  • Bakıda oğurluğa görə 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, avqustun 5-də Yasamal rayonunda, ticarət mərkəzlərindən birinin geyim otağında Bakı şəhər sakini Cavid Mahmudova məxsus 500 manat pul və mobil telefon oğurlanıb. Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sadiq Yusifov və CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elman Qurbanzadə saxlanılıblar.

    Bundan başqa, Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları metal qəbulu məntəqəsindən 59 kiloqram mis qırıntları oğurlayan Bakı şəhər sakini Asif Abbasovu saxlayıblar, Səbail RPİ 39-cu polis bölməsinin əməkdaşları tərəfindən mayın 15-də Bakı şəhər sakini Z.Həşimovanın, içərisində 600 manat, qızıl üzük, gümüş qolbağ, saç feni və kosmetik əşyalar olan çantasını oğurlayan paytaxt sakini Xatirə Səlimova saxlanılıb, avqustun 6-da Qaradağ rayonu ərazisindəki müəssisələrin birindən 700 litr dizel yanacağı, su mühərriki və 15 metr rezin borunu oğurlayıb, “QAZel” markalı avtomaşınında aparmağa cəhd göstərən Qobustan qəsəbə sakini Xudayar Hüseynov DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.