Month: August 2018

  • «Ежик в тумане», или Чем дышат люди на Ясамале? – ФОТОРЕПОРТАЖ

    Из-за ремонтных работ, проводимых на территории поселка Йени Ясамал в Ясамальском районе Баку, сразу несколько жилых кварталов и дорог оказались окутаны пылью.

    Как передает Median.Az, несмотря на то, что при въезде на участки, где проводятся ремонтные работы, установлены дорожные знаки, запрещающие движение транспортных средств, водители игнорируют их и продолжают ездить по бездорожью.

    «Дышать невозможно. Достаточно постоять пару минут на остановке, вся одежда становится серой от пыли», – говорят жильцы.

    P.S. Заметив фотографа oxu.az, на месте появились поливомоечные машины и начали поливать дорогу водой.










  • Yasamalı toz-duman bürüdü – FOTOREPORTAJ

    Bakının Yasamal rayonunun Yeni Yasamal qəsəbəsi ərazisində aparılan təmir işləri ilə əlaqədar yaşayış evlərini və yolları toz bürüyüb.

    Küçəyə nəqliyyat vasitələrinin girişinin qadağan olunması ilə bağlı nişanlar basdırılsa da, buna riayət olunmur.

    Sürücülər bu küçəyə çıxmaq üçün alternativ yollardan istifadə edir.

    “Nəfəs almaq mümkün deyil. Dayanacaqda bir neçə dəqiqə dayanmaq kfiayətdir ki, üstümüz toz olsun”, – sakinlər deyib.

    P.S. Oxu.az-ın fotoqrafını görüb, təmir gedən yerdə təmizləyici maşınlar peyda olub və yolu sulayıb.










  • В Баку из дома бывшего депутата вынесли золото на крупную сумму

    В Баку ограбили дом бывшего депутата Милли Меджлиса, председателя Партии Aydınlar Гуламгусейна Алибейли.

    Как передает Median.Az, Гуламгусейн Алибейли подтвердил факт ограбления сайту Avropa.info.

    По его словам, грабеж состоялся в его квартире, расположенной на улице Ф.Ибрагимбекова 12, Ясамальского района.

    Г.Алибейли заявил, что с 3 по 6 августа дома никого не было. Вероятно, ограбление было совершен в эти самые дни.

    Он отметил, что из дома были украдены золотые украшения стоимостью около 10 000 манатов.

    «В связи с происшествием подана жалоба в Управление полиции Ясамальского района. В настоящее время ведется расследование».

    Предполагается, что грабителей вошли в квартиру через балкон.

  • Жара в Баку толкнула девушку на самоубийство

    Жара в Баку толкнула девушку на самоубийство. Попытка суицида была совершена шестого августа в Национальном приморском парке.

    Как передает Median.Az, oб этом Sputnik Азербайджан сообщили в Управлении полиции Сабаильского района столицы.

    В пять утра понедельника жительница Баку Мовланова Фатма Гачай гызы, 2000 года рождения, бросилась в море на территории бакинского бульвара. К счастью, в это время поблизости оказались люди.

    Спасатели извлекли Мовланову живой из воды. На вопрос спасателей — «почему вы решили покончить с собой?», Мовланова заявила, что она испытывает психологические проблемы и еще… не переносит жару.

    Отметим, что в Национальном приморском парке Баку периодически совершаются самоубийства и попытки самоубийства. Поэтому, как отметили правоохранители, эта территория контролируется особенно тщательно.

  • В Баку педофил изнасиловал 6-летнюю девочку

    6 августа в Сураханском районе столицы оперативниками уголовного розыска задержан педофил.

    Об этом сообщили в правоохранительных органах

    36-летнему жителю Баку Эльбрусу Мамедову инкриминирована статья 150 (насильственные действия сексуального характера) Уголовного кодекса АР.

    Мужчина обвиняется в том, что в период с 15 по 18 июля совершил преступление в отношении малолетней девочки.

    Согласно информации, работавший мастером в доме по улице Джафарова в Сураханском районе, Э.Мамедов воспользовался отсутствием хозяев и изнасиловал 6-летнюю девочку нетрадиционным способом.

    По факту ведет следствие Прокуратура Сураханского района.//media.az

  • Gəncə hadisələrinə görə daha bir nəfər hebs edildi

    Gəncə şəhərində törədilən cinayət hadisələri ilə əlaqədar daha bir nəfər həbs edilib.

    Report xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Hikmət Natiq oğlu Əliyevin barəsində Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2, 279.1-1, 277 və 315.2-ci maddələri (ümumilikdə 21 maddə) ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Gəncə hadisələri iyulun 3-də və 10-da törədilib.

  • Qatardan qaçan dustaq hər şeyi danışdı – “Evlərin arasına girdik…”

    Ötən ilin oktyabr ayında ölkə gündəmini silkəyən – iki dustağın həbsdən qaçmasının detalları məlum olub. Xüsusu təyinatlı vaqondan qaçan dustaqlardan biri, Əli Ağami istintaqa ifadəsində hər şeyi etiraf edib. Digər dustaq Etibar Məmmədov isə saxlanılarkən polisə silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əli Ağami özünü qismən təqsirli bilib və yalnız qatardan qaçması ilə bağlı ittihamı qəbul edib:

    “Biz qətldə ittiham olunaraq 7-8 dəfə Lənkərəna etap olunmuşduq. Məhkəməyə kimi mən Masallıda, Etibar Məmmədov Lənkəranda, Tahirlə Əfsər isə Astara, Biləsuvar və ya Cəlilabad polisinin Müvəqqəti Saxlanma Yerində qalırdı. Çünki bizim düşmən olduğumuzu hesab edirdilər, buna görə də bir yerdə saxlamırdılar. Oktyabrın 21-də Lənkəranda etap olunmaq üçün dustaqlarla birgə “Voronok”la xüsusi vaqona gətirildik. Vaqonda olan qarovul rəisi Ceyhun (Ceyhun Səmədov) adlı şəxs üzərimizə baxış keçirmədən bizi kameralara yerləşdirdi. Bir neçə saat sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu 8-ci kameraya apardı. Orada tanımadığım arıq bir qadın var idi, onun Etibarla xüsusi vaqonda getməsindən başa düşdüm ki, yaxın münasibətləri var. Ümumi məsələlərdən bir az söhbət edəndən sonra kamerama qayıtdım. Masallıya çatanda polis əməkdaşları məni təhvil alaraq polis şöbəsinə apardılar. Müvəqqəti saxlanma yerinin rəisi mənə dedi ki, “sən bu gün geri qayıdacaqsan”. Səbəbini soruşduqda isə “keçən dəfə siz problem yaratmışdınız və bizə heç bir problem lazım deyil. Ona görə də sizi geri qaytarırıq” deyə cavab verdi. Çünki bir etap əvvəl bizlə birgə təqsirləndirilən Məhəmməd Heydərov məhkəmə zalında özünü lezva ilə doğramışdı və proses yarımçıq qalmışdı. Məhəmməd həmişə Etibara görə tutulduğunu deyirdi və onu harda görsə söyürdü. Buna görə də münasibətləri yaxşı deyildi, Məhəmməd ona kömək etməsini tələb edirdi, Etibar da kömək edəcəyini deyirdi”. 

    Dustaq Ə.Ağami qaçdıqları gün planı necə qurmaqlarından danışıb: “Həmin gün saat 17 radələrində məni yenidən vaqona qaytardılar, Etibarla Məhəmməd ordaydı. Qatar Şirvana çatanda dəhlizdəydim, Etibar kameradan başını çıxarıb hal-əhval tutdu, yol gedib gəlməkdən yorulduğumu dedim. Etibar dedi “istəyirsən deyim, gəl yumşaq döşəyin üstündə yat”, mən də razılaşdım. Bir az sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu kupeyə apardı, orada biz söhbət edəndə Etibar dedi ki, bələdçi otağının pəncərəsinin açarı onda var, dəmir barmaqlıqlı pəncərəni açıb qaçacaq. Onunla qaçmağı təklif etdi və “mən sənə söz vermişdim ki, azadlığa çıxmağına köməklik edəcəyəm, amma mən sənə qaçmaqla kömək edə bilərəm” dedi. Açarı da mənə göstərdi, onun təklifi ilə razılaşdım. Etibarda mobil telefon var idi, kimlərləsə danışırdı. Mənə dedi ki, həmin adamlar onu stansiyada maşınla qarşılayacaqlar. Sonra bələdçi otağının qapısını örtüb uyğun şəraiti gözlədik. Konvoyun əməkdaşları dəhlizdə gəzişirdilər”. 

    Əli Ağami qaçmasını etiraf etsə də, gizlənmək fikri olmadığını deyib və təslim olacağını öncədən planlaşdırdığını açıqlayıb: “Səhər saat 05 radələrində qatar Biləcəri stansiyasına çatana yaxın Etibar açarı çıxarıb 6 “zamok”la bağlanan pəncərəni açıb platformaya tullandı. Bu vaxt qatar dayandı, mən də ayaqlarımı pəncərədən çıxarıb yerə düşdüm. Hava işıqlı idi, amma bizi görən olmadı. Maşınla bizi gözləyəcək adamları tapmadım, gəzərək evlərin arasına girdik. Etibar telefonla danışdı, həmin adamlar gecikdiklərini dedilər. Biz bir taksiyə minib Etibar deyən istiqamətə getdik. Şadlıq sarayı olan yerdə düşüb bizi qarşılayacaq maşına mindik, vaqonda Etibarın yanında gördüyüm Günay adlı qadın da maşında idi. Maşını İsrafil Soltanov sürürdü, Aqil Nəcəfov isə qabaqda oturmuşdu. Etibar kiməsə zəng edib yola çıxmasını dedi, sürücüyə tapşırdı ki, Lökbatan qəsəbəsinə sürsün. Lökbatanda saqqallı bir oğlanı götürüb Hökməliyə getdik, Etibar dedi əvvəllər onunla türmədə yatan Familin evində qalacağıq. Biz elə onlara da getdik, sonra Aqillə İsrafil çıxıb getdilər. Axşam “Lada Priora” ilə Şirvan şəhərinə getdik, mən orda Etibardan ayrılıb evimizə tərəf getdim. Həyətimizdə qonşular var idi, ona görə qonşunun həyətindən keçib evimizə girdim. Valideynlərim təslim olmağımı istədilər, onlara bir neçə saat sonra təslim olacağımı dedim. Sonra otağa keçib işimin qeyri-obyektiv aparılmasına etiraz əlaməti olaraq dövlətə səslənən video müraciət çəkdim və aidiyyatı üzrə göndərdim. Ondan sonra valideynlərimə dedim ki, polisə zəng edib desinlər. Oktyabrın 26-sı günorta saatlarında Bakıdan gələn polislər məni evimizdən götürüb Bakı İstintaq Təcridxanasına gətirdilər”. 

    Hazırda həbsdə olan və Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edən Ağami bir neçə dəfə Fədayə Laçın və Günay Atakişiyevanın da onlarla birgə vaqonda getdiyini deyib: “Etibarın açarı hardan aldığını bilmirdim, heç soruşmamışdım da. Biz hər dəfə etap olunanda Etibarla birgə rəis Ceyhun Səmədovun xidməti otağında onunla söhbət edirdik, başqa dustaqlar da rəisin xidməti otağına gediridlər. Mənim Etibarla dostluğum qeyri-səmimi olub. Çünki onun etdiyi cinayətə görə həbsə düşmüşəm, amma özüm o cinayətdə iştirak etməmişəm. Etibar cinayəti törətdikdən sonra bəzi problemlərinin olduğunu deyib onun əvəzində bir neçə ay həbsdə yatmağımı istədi, daha sonra gəlib əməlini etiraf edəcəyini dedi, amma sözünün üstündə durmadı. Mənim qaçmaqda məqsədim o idi ki, evə gəlib həmin videonu çəkim. Biz vaqonda olarkən Etibarla şəkil çəkdirmişik, şəkilləri Etibarın tanışı, müğənni Fədayə Laçın öz telefonu ilə çəkirdi”.
    Qeyd edək ki, bu iş üzrə müğənni Fədayə Laçın, E.Məmmədovun tanışı Günay Atakişiyeva və Penitensiar Xidmətin vəzifəli şəxsləri həbs edilib.

  • Ramil Usubov general-mayoru yeni vəzifəyə təyin etdi

    Daxili işlər naziri Ramil Usubov özünə yeni müşavir təyin edib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.

    Məsələ ilə bağlı xəbəri Unikal.org-a DİN-dən təsdiqləyiblər.

  • Təmir etdirdiyi körpüdən istifadə üçün bir manat alır – VIDEO

    Son vaxtlar bölgələrdə, xüsusən istirahət zonalarında ictimai əsaslarla qurulan, belə demək mümkünsə, xalqın ümumi malı hesab edilən xidmət növlərindən istifadəyə görə kimlərinsə pul tələb etməsi hallarına rast gəlirik. Növbəti belə məqam Şəkidə üzə çıxıb – ödənişli avtomobil körpüsü.

    Median.Az-ın məlumatına görə, ARB TV xəbər verir ki, uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxsin tapşırığı ilə körpüdən istifadəyə görə hər avtomobil 1 manat pul ödəməlidir.

    Sahibkarın bu addımı qanuna uyğundurmu? Təmirə ehtiyacı olan hər hansı yolu iş adamı gəlir sahəsinə çevirə bilərmi? Məsələ araşdırılıb.

    “Kişinin adını söylədilər, dedilər ki, giriş-çıxış ona çatır. Bilmədik, nə məsələdir. Məəttəl qaldıq, pulunu verdik, keçdik”, – yerli turistlərdən biri bildirib.

    Nəzarətçi Anar Abdulhəmidov isə deyir ki, bu körpü şəxsi əmlak sayılır və onu öz hesabına təmir edən şəxsin qərarı ilə ödənişli edilib:

    “Fiçəng müəllim dəfələrlə bu körpünü qurdu, düzəltdi ki, sakinlərə, qonaqlara xoş olsun, gəlsin, istirahətini etsin. Öz hesabına qoyduğuna görə və heç bir qurum kömək etmədiyi üçün bunu =dənişli edib”.

    Nəzarətçi körpünün ödənişli olmasının bəzi sakinləri narazı saldığını etiraf edir. Vəziyyəti izah etdikdən onların bu halı normal qarşıladığını deyir. Ödənişli körpü yalnız gündüzlər fəaliyyət göstərir, gecələrsə möhürlənir:

    “Deyirlər ki, çaylaqda körpü pullu ola bilməz. Amma biz başa salırıq ki, buna görədir. Hamı normal qarşılayır”.

    Qanunvericiliyə görə, ölkədə avtomobil yolları özəl ola bilər. Bunun üçün həmin yolun və ya yollar üzərində yerləşən körpülər və digər yol qurğularının layihə sənədlərinin hazırlanmasından başlayaraq, bütün işlər fiziki şəxs və ya şirkət tərəfindən görülür, həmçinin mülkiyyət hüququnun qeydə alınması həyata keçirilir. Ancaq bu hallarda da həmin yol ümumi istifadə üçün açıq olmalıdır.

    Bu körpünün vəziyyəti isə heç də ürəkaçan deyil və heç bir normativə uyğun gəlmir. Dəfələrlə sel nəticəsində uçub. Bu isə təhlükəsizliyin necə təmin olunacağını sual altına qoyur.

  • Yay mövsümündə 27 nəfəri ilan sancıb

    Yay mövsümü başlayandan indiyədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə bağlı 27 müraciət daxil olub. Xəstələr ilkin tibbi yardımdan sonra hospitalizasiya ediliblər.

    Bu barədə oxu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

    Məlumatda qeyd edilib ki, günvurma hallarının sayı 102, hospitalizasiya 65, suda boğulma ilə bağlı müraciətlərin sayı 59, hospitalizasiya 18 olunub.

    Ümumilikdə isə son bir həftə ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 13763 ümumi müraciət daxil olub.

    Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.