Month: August 2018

  • Bakıda arvadını boğub, öldürən şəxsin cəzası qüvvəsində qalıb – FOTOLAR

    Bakı Apellyasiya Məhkəməsində Lənkəran rayon sakini Bəxtiyar Məmmədovun (1985-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il avqustun 29-da Nəsimi RPİ 22-ci polis bölməsinə könüllü gələn Bəxtiyar Məmmədov saat 12 radələrində Kəşlə qəsəbəsində, kirayəşin yaşadığı Yenikend küçəsindəki 24 saylı evdə, həyat yoldaşı Zülfiyyə Mərufovanın mobil telefonunda, başqa şəxslə fotoşəkillərini gördüyü üçün, onu boğaraq, öldürdüyünü bildirib. Məlumat aidiyyatı üzrə inzibati əraziyə nəzarət edən Nizami RPİ 23-cü polis bölməsinə verilib. Polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Otaqlardan birində 1991-ci il təv. Zülfiyyə Mərufovanın meyiti aşkar edilib.

    Təqsirləndirilən şəxs qismində dindirilmiş Bəxtiyar Məmmədov bildirib ki, 2009-cu ildən dini qaydada kəbin kəsdirərək Zülfiyyə Mərufova ilə Lənkəran rayonunda ər-arvad kimi yaşayıb. Özü tez-tez Bakıya gəlib, bazarda alver edib, bir ildən sonra oğlan övladı dünyaya gəlib, 2013-cü ildə ailəsin götürüb, Bakıya köçüb, müxtəlif ünvanlarda kirayədə yaşayıb. 2017-ci ilin may-iyun aylarında tanışları ilə birlikdə pul qazanmaq üçün Mahacqala şəhərinə gedib. Həmin ərəfədə, Zülfiyyə yaşadıqları Keşlə qəsəbəsində gözəllik salonunda saç ustası işəməyə başlayıb. Dağıstandan onunla telefon əlaqəsi saxladıqda, arvadı artıq salondan işdən çıxdığını və “20 yanvar” metrostansiyasının yaxınlığında, şirniyyat mağazasında işlədiyini deyib. İyul ayında atasının vəfatının il dönümü ilə əlaqədar rayona gediblər, lakin arvadı bir gün qalıb, səhərisi gün şəhərə qayıdıb. Bundan bir həftə sonra Bəxtiyar Bakıya qayıtdıqda bilib ki, arvadı gecə növbəsində işləyir. Zülfiyyənin hərəkətlərinə şübhəlib, təkidlə ona mağazanın yerini deməsini xahiş etsə də, arvadı bəhanələr gətirərək, iş yerinin ünvanını söyləməyib. Buna görə, qadını izləyib, iş yerini müəyyən etməyi qərarlaşdırıb. Avqustun 27-i axşam saat 19 radələrində Zülfiyyə evdən çıxıb 38№i sərnişin avtobusu ilə metronun “Koroğlu” stansıyasına qədər gedib. Sonra metroya düşüb, qatarda “Sahil” stansiyasına qədər onu görsə də, sonra adam çox olduğu üçün onu itirib. Stansiyadan çıxıb, yaxınlığda yerləşən müxtəlif mağazalara girsə də, qadını tapa bilməyib. Artıq Zülfiyyənin onu aldatdığını başa düşüb. 2-3 gündən sonra yenidən həmin ərazidə fəaliyyət göstərən “Sağlamlıq” masaj salonuna daxil olaraq, arvadının şəkilini işçilərdən birinə göstərib, onu tanıyıb-tanımadığın soruşub. Salonun işçisi şəkilə baxıb, qadını tanımadığını deyib. Lakin Bəxtiyar salondan aralanıb, kənarda dayandığı vaxt kimi Zülfiyyə gözlərinin qarşısında ora daxil olub. Avqustun 29-da yoldaşı saat 11 radələrində evə gəlib. Bəxtiyar onun telefonunun bağlı vəziyyətdə olmamasından istifadə edib, şəkillər faylına daxil olub. Ora baxdıqda, arvadını tanımadığı oğlanla qucaqlaşmış vəziyyətdə şəkilini görüb. Zülfiyyə dərhal telefonu əlindən alıb. Aralarında mübahisə başlayıb. Onun bu cür şəkilini görüb, öz üzərində nəzarəti itirib. Dəfələrlə arvadından telefonunu tələb edib. Yataq otağına daxil olaraq, qapını örtüb və oğluna içəri girməməsini tapşırıb. Hücum çəkib, sağ əli ilə onun boğazından yapışıb, sol əli ilə çiynindən aşağı basıb yerə yıxıb. Zülfiyyə müqavimət göstərib, əlləri ilə sifətini cırmaqlasa da, onu buraxmayıb və artıq hər iki əli ilə onu boğub. Yeganə məqsədi onu öldürmək olub. Sonra evdən 10 manat pul götürüb, oğlunu taksi ilə bacısıgilə aparıb, təhvil verib. Zülfiyyəni qətlə yetirdiyini və polisə təslim olacağını bildirib.

    Zərərçəkmişin hüquqi varisi Rəvanə Məmmədova ifadəsində göstərib ki, bacısı ilə əri arasında daim mübahisələr olub. Belə ki, Bəxtiyar heç yerdə işləməyib, Zülfiyyəni məcbur edib ki, pul qazanıb, ona versin. Onlar çox vaxt birlikdə deyil, ayrı-ayrı ünvanlarda yaşayıblar. Bəxtiyar adətən pul tələb etmək məqsədi ilə onun yanına gəlib. Bacısı Bakıda son 2 il ərzində şokolad fabrikində, gözəlli salonunda və kafedə işləyib. Ayın 29-da anası ona zəng edərək, Bəxtiyarın Zülfiyyəni öldürdüyünü bildirib. Həmin ünvana gəldikdə, orda polis və prokurorluq əməkdaşlarını görüb. Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsin onun bacısının əxlaqsızlıqla məşğul olması barədə söylədikləri yalandır.

    İstintaqın gedişatında məlum olub ki, Zülfiyyə Mərufova 2017-ci ilin aprel ayından Səbail rayonu, Xəqani küçəsi, 26 ünvanında kafedə ofisiant işləyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi apellyasiya şikayətləri veriblər.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.












  • На Бакинском бульваре девушка бросилась в море

    В Баку18-летняя девушка предприняла попытку самоубийства.

    Как передает Median.Az со ссылкой на Qafqazinfo, инцидент произошел сегодня в 05.00.

    Жительница Бинагадинского района, 2000 года рождения, Ф.М. бросилась в море в Приморском национальном парке вблизи «Чертова колеса».

    В результате вмешательства сотрудников полиции и Управления приморского Бульвара, молодая девушка была извлечена из воды и доставлена в Департамент полиции.

    Ведется расследование по выяснению причины попытки самоубийства.

  • Сын Бен Ладена женился на дочери исполнителя теракта 11 сентября

    Хамза Бен Ладен, сын главного террориста планеты Усамы Бен Ладена, женился на дочери Мохаммеда Атты, который является одним из организаторов и исполнителей терактов 11 сентября 2001 года в США.

    Как передает Median.Az, эксклюзивную информацию о свадьбе двух отпрысков террористов сообщила британская «Гардиан».

    Газете об этом рассказали сводные братья Усамы Бен Ладена Ахмад и Хасан аль-Аттас. По их словам, Хамза играет руководящую роль в «Аль-Каиде» и не оставляет намерений отомстить за смерть своего отца, ликвидированного во время рейда американского спецназа в Пакистане 7 лет назад.


    Имени избранницы Бен Ладена-младшего издание не приводит.

    Беседовавшие с изданием сводные братья Хамзы Бен Ладена предположили, что сейчас он может находиться в Афганистане, но где точно, они не знают.

    Хамза Бен Ладен является сыном одной из трех выживших жен Усамы Бен Ладена Хаирии Сабара. Она жила вместе с мужем на его вилле в Абботтабаде, расположенной недалеко от крупной пакистанской военной базы. Именно там «террорист номер 1» был уничтожен 2 мая 2011 года американским подразделением сил специального назначения.

    После смерти отца Хамза Бен Ладен неоднократно выступал с публичными призывами к «священной войне» против США, Британии, Франции и, конечно же, Израиля.

    Эти призывы не остались незамеченными. В течение последних лет западные спецслужбы внесли Хамзу Бен Ладена в списки разыскиваемых террористов. Его считают преемником нынешнего лидера «Аль-Каиды» Аймана аль-Завахири.

    11 сентября 2001 года боевики угнали четыре американских пассажирских самолета. Два авиалайнера врезались в башни Всемирного торгового центра, третий упал на здание Пентагона, еще один разбился в окрестностях города Шанксвилл, штат Пенсильвания. Эти теракты унесли жизни 2977 человек, еще 24 пропали без вести. Ответственность за атаки взяла на себя «Аль-Каида» во главе с Усамой бен Ладеном.

  • “Anjelikanın oğlanlarla olan videoları əlimdədir” – Nağılbazın ikinci arvadı – VİDEO

    Reper Anar Nağılbazın ölümündən sonra da qalmaqallar səngimək bilmir.

    Reperin ikinci həyat yoldaşı Aytən “CVN TV”-yə açıqlama verib.

    O bildirib ki, onda Anarın keçmiş həyat yoldaşı Anjelikanın başqa oğlanlarla olan videoları var.

    Aytənin bu sözləri sosial mediada rezonansa səbəb olub.//baku.ws

  • Arı sancması hansı halda ölümə səbəb ola bilər?

    Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.

    Median.Az xəbər verir ki, qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib.

    Bəs insan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi?

    Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov Trend-ə açıqlamasında belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirib.

    Həkimin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: “Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Bizim şöbəyə arı sancması ilə bağlı müarciətlər edirlər. Lakin, heç bir halda ölüm halı olmayıb”.

    A.Maqsudov bildirib ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: “Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tətkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər”.

    Şöbə müdiri bildirib ki, iyun-iyul aylarında toksikologiya şöbəsinə arı sancması ilə bağlı 4 nəfər müraciət edib: “Onlardan 3-ü iyun, 1 nəfər isə iyul ayında müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb. Əsasən arı insanları isti aylarda sancır”.

  • На Торговой обнаружили змею – ВИДЕО

    В центре Баку появилась змея.

    Как передает Median.Az со ссылкой на Modern.az, около одного из фонтанов на ул. Низами («Торговая») горожане увидели ползающую змею.

    Как видно на видеокадрах, распространенных в социальных сетях, люди пытаются засунуть змею в пластиковую бутылку.

    Представляем читателям данные кадры:

  • “28 Mall”da bomba var dedi – İndi illərlə həbsdə yatacaq

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “28 Mall” Ticarət Mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə yalan xəbər verməkdə təqsirləndirilən Rəvan Fətəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məlum olub ki, ibtidai istintaq dövründə R.Fətəliyev barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

    Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

    Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, R.Fətəliyev bu il aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” Ticarət Mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib.

    Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini, 33 yaşlı R.Fətəliyev tutulub.

    Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.//report

  • Əsgər doğmalarına şad xəbər – “Açıq qapı” günü keçiriləcək

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

    “Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və mədəni-kütləvi tədbirlər keçiriləcək.

  • 71 yaşlı kişi özünü binadan atdı – İNTİHARA CƏHD

    Sumqayıt şəhərində 71 yaşlı kişi intihara cəhd edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

    Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanaın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.

  • Житель Дашкесана украл на станции “28 мая” мобильный телефон

    Как сообщает Median.Az, сотрудники отделения полиции метрополитена ГУП г.Баку в ходе оперативно-розыскных мер задержали жителя Дашкесанского района Кямрана Исмайылова, который 30-го июля на станции метро “28 мая” украл у жителя столицы Рамиля Мамедова мобильный телефон.

    По факту по статье 177 (кража) УК Азербайджана возбуждено уголовное дело.