Month: August 2018

  • “28 May” metrosunda oğurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Metropolitendə polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 30-da metronun “28 May” stansiyasında Bakı şəhər sakini Ramil Məmmədovun mobil telefonunu oğurlayan Daşkəsən rayon sakini Kamran İsmayılovu saxlayıblar.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda ərzaq, içki və tütün bahalaşıb

    2018-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artaraq, 9 mlrd. 505 mln. 800 min manat olub.

    Median.Az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq, 4 mlrd. 359 mln. 800 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq, 5 mlrd. 146 mln. manat təşkil edib.

    İstehlak məhsullarının 23,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

    Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 19 mln. 800 min manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

  • В Баку подожгли деревья

    В Министерство экологии и природных ресурсов поступила жалоба на поджог деревьев в зеленой зоне на улице 20 Января в Насиминском районе столицы.

    Как сообщили в министерстве, в ходе осмотра данной территории было обнаружено, что в зеленой зоне площадью 1,5 гектара сожгли 4 сосны.

    По факту был составлен акт. Для выявления личности нарушителей закона и привлечения их к ответственности было сделано обращение в Управление полиции Насиминского района.

  • Задержан активный участник гянджинских событий – ФОТО

    Задержан гражданин Азербайджана – житель Гянджи Исмаил Кямиль оглу Исмаилов (1994 г.р.), находившийся в розыске по подозрению в активном участии в событиях в Гяндже 1 августа 2018 года.

    Как передает Median.Az со ссылкой на сообщение Государственной пограничной службы, И.Исмаилов был задержан при попытке перехода госграницы через пропускной пункт «Шихлы» на территорию Грузии и передан Министерству внутренних дел.

  • Gəncə hadisələrinə görə daha bir nəfər tutulub – FOTO

    Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

    Bu haqda adıçəkilən Xidmətin Mətbuat Mərkəzinin məlumatında bildirilir.

    Qeyd edilir ki, müvafiq tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkar­lanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq, aidiyyəti orqanlara təhvil verilib.

    “2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı, 27.02.1994-cü il təvəllüdlü, Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılmış və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib”, – deyə sonra qeyd olunur.

  • Дорожная полиция обратилась к водителям

    Главное государственное управление дорожной полиции МВД Азербайджана обратилось к водителям и владельцам транспортных средств.

    В обращении говорится, что анализ пожаров, вызванных дорожно-транспортными происшествиями и техническими неисправностями показывает, что в момент происшествия в некоторых автомобилях или не было огнетушителей, чтобы предотвратить серьезные последствия, или срок эксплуатации огнетушителей истек, вследствие чего пожар не был вовремя потушен, что приводило к гибели зажатых в транспортном средстве лиц, тяжелым травмам, в лучшем случае было уничтожено имущество отдельных лиц или им был ненесен существенный материальный ущерб.

    «Учитывая это, а также административную ответственность водителей в соответствии с действующим законодательством в случае отсутствия аптечки, огнетушителя и знака аварийной остановки в автобусах, легковых, грузовых автомобилях и колесных тракторах, Главное государственное управление дорожной полиции вновь просит водителей и владельцев автомобилей обеспечить исправность необходимых принадлежностей в транспортных средствах, постоянно контролировать срок годности огнетушителей», – отметили в управлении.

  • Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

    DYP-dən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində, eləcə də, texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılan təhlillər göstərir ki, hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin anda bu avtomobillərdə odsöndürənlər ya olmayıb, ya da odsöndürənlərin yararlılıq müddəti bitdiyindən yanğın vaxtında söndürülməyib ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olması, ağır xəsarətlər alması, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olması və onlara külli miqdarda maddi zərər dəyməsi ilə nəticələnib.

    Məlumatda qeyd edilib ki, qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsöndürənlərin yararlılıq müddətini daima nəzarətdə saxlasınlar.

  • В Закатальском районе за торговлю наркотиками задержаны 3 человека

    Как сообщает Median.Az, cотрудники Закатальского РОП на основании полученной информации задержали жителей района, ранее судимого
    Назима Мамедова, Ильгара Махмудова и Орхана Мусаева, которые на территории села Мухах путем культивации вырастили 92 куста конопли. Кроме этого, у них изъяли 973,4 грамм гашиша и 3 кг 810 грамм марихуаны.

    В Следственном отделе РОП по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) и 237.2.3 (незаконное культивирование растений, содержащих наркотические вещества в крупном размере) УК Азербайджана возбуждено уголовное дело.

  • Zaqatala polisi narkotik alverinə görə 3 nəfəri saxlayıb

    Median.Az xəbər verir ki, Zaqatala RPŞ əməkdaşları daxil olmuş məlumat əsasında Muxax kənd sakinləri, əvvəllər məhkum olunmuş Nazim Məmmədovun, İlqar Mahmudovun və Əliabad qəsəbə sakini Orxan Musayevin Muxax kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdikləri 92 ədəd çətənə kolu, habelə 973,4 qram həşiş və 3 kiloqram 810 qram marixuana aşkar edərək, götürüblər.

    RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə və ya saxlama) və
    237.2.3-cü (qanunsuz olaraq narkotik tərkibli bitkiləri satış məqsədi ilə külli miqdarda yetişdirmə) maddəlləri ilə cinayət işi başlanılıb.

  • UEFA “Qəbələ”nin baş məşqçisi və futbolçusunu cəzalandırdı

    UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində mübarizəni dayandırmış “Qəbələ” klubu daha bir zərbəni UEFA-dan alıb.

    “Proqres”lə Lüksemburqdakı cavab oyununda hakimin qəzəbinə tuş gələn qəbələlilər diskvalifikasiyaya məruz qalıb.

    Qırmızı vərəqə alan futbolçu Təmkin Xəlilzadə və meydandan qovulan baş məşqçi Sənan Qurbanov növbəti illərdə ilk oyunlarda komandalarına kömək edə bilməyəcəklər.

    Rəqib oyunçuya zərbə endirdiyinə görə meydandan qovulan Təmkin dörd oyunluq diskvalifikasiya olunub. Texniki zona qaydalarını pozmuş Sənan Qurbanov isə qitəmiqyaslı yarışlarda iki matçda komandanın “sükanı arxasında” olmayacaq.//oxu.az