Month: August 2018

  • Ramil Usubovdan yeni – TƏYİNAT

    Xızı Rayon Polis Şöbəsində yeni təyinat olub.

    Median.Az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin edilib.

    Qeyd edək ki, Fizuli Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.

    Qeyd edək ki, bu barədə ilk məlumatı avtosfer.az saytı yayıb.

  • Unikal rəsm Şuşanın mərkəzinin bərpasında yardımçı olacaq – FOTO

    İşğal altındakı torpaqlarımız azad edildikdən sonra Şuşanın mərkəzi meydanı olan “Meydan bulağı” ərazisinin bərpasında 1962-ci ildə çəkilmiş və bugünədək heç yerdə nümayiş etdirilməyən unikal rəsmdən istifadə ediləcək.

    Bu fikirləri oxu.az-a açıqlamasında Azərbaycan Respublikasının əməkdar memarı, Rəssamlıq Akademiyasının professoru, Bakı şəhərinin baş planının müəlliflərindən biri Feyzulla Quliyev deyib.

    Onun sözlərinə görə, Dağlıq Qarabağdakı şəhər və rayonların baş planı var və bu torpaqlar azad edildikdən sonra həmin plan tətbiq olunacaq.

    “Misal üçün, mənim əlimdə Xocalının baş planı var. İnfrastruktur, tarixi abidə və sairlərin detallı bərpası… Ümumiyyətlə, torpaqlar işğaldan azad edildikdən sonra həmin rayonlarda mütəxəssis qrupları çalışacaq ki, onlar da baş planda dəyişiklik edəcəklər”, – arxitektor bildirib.

    O əlavə edib ki, tarixi abidələrin bərpası işində arxitektorlara dəqiq eskizlər lazım olacaq.

    “Misal üçün, “Meydan bulağı”nın şəkli 1962-ci ildə azərbaycanlı rəssam İsa İbrahimov tərəfindən çəkilib. Hazırda həmin ərazi vəhşicəsinə dağıdılıb və çox təəssüf ki, bu ərazi ilə bağlı keyfiyyətli şəkil yoxdur.

    Rəssamın Şuşanın mərkəzini detallı göstərdiyi rəsmlə “Meydan bulağı”nı bərpa etmək mümkün olacaq”, – Quliyev qeyd edib.

    Oxu.az bu rəsmi İsa İbrahimovun oğlunun evindən tapmağa nail olub.


    İbrahimov bu rəsmi Şuşada olarkən çəkib. Rəssam məscid və küçələrin bütün incəliklərini nəzərə alıb.

  • Умерла мать блогера Мехмана Гусейнова

    Сегодня скончалась мать блогера Мехмана Гусейнова, передаёт Median.Az со ссылкой на Qafqazinfo.

    Согласно информации, Фирангиз Гусейнова три недели назад была госпитализирована в больницу с диагнозом сердечная недостаточность.

    Напомним, 3 марта 2017 года по иску начальника Насиминской полиции Мусы Мусаева М.Гусейнов был осужден на два года лишения свободы по обвинению в клевете.

  • Mehman Hüseynovun anası vəfat etdi

    Emin və Mehman Hüseynov qardaşlarının anası vəfat edib.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, həbsdə olan bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib.

    Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

  • Bakıda ağacları yandırıblar

    Nəsimi rayonu, 20 Yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub.

    Nazirlikdən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə dörd şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub.

    Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edilib.

  • Начинается суд над чемпионом мира, который сбил пешехода

    В Бакинском суде по тяжким преступлениям состоится судебный процесс по уголовному делу в отношении жителя столицы
    Урфана Оруджева, обвиняемого по статье 263.2 (нарушение правил дорожного движения, повлекшее по неосторожности смерть потерпевшего) и 264 (оставление места дтп) УК Азербайджана.

    Как сообщает Median.Az, 25-го января этого года в поселке Бузовна автомобиль неустановленной марки сбил жителя поселка Маштага Салима Зульфугарова и скрылся. Получивший тяжкие травмы потерпевший скончался в клинической больнице №3.

    Приступившие оперативно-розыскным мерам сотрудники 2-го отделения полиции Хазарского РУП установили, что наезд был совершен автомобилем марки “BMW”, за рулем которого находился Урфан Оруджев. Он был задержан и передан следствию.
    В ходе разбирательства выяснилось, что Оруджев профессиональный спортсмен, неоднократно являлся чемпионом Азербайджана и мира по кикбоксингу и кунг-фу.

    Подготовительное заседание назначено на 9 августа.

  • Piyadanı “BMW” ilə vurub, qaçan dünya çempionunun məhkəməsi başlayır

    Bakı Ağır Cinayətlər Məhkəməsinə Bakı şəhər sakini Urxan Orucovun (1989-cu il təv.) CM-nin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

    Median.Az xəbər verir ki, bu il yanvarın 25-də Buzovna qəsəbəsində müəyyən edilməyən avtomobil yolu keçən Maştağa qəsəbə sakini
    Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb. Ağır xəsarət alan piyada 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və orada keçinib.

    Xəzər RPİ 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, hadisəni “BMW” markalı avtomobillə Urxan Orucov törədib. O, saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı məlum olub ki, Orucov kikboksinq və kunq-fu idman növləri üzrə dəfələrlə dünya və Azərbaycan çempionu olub.

    Məhkəmənin hazırlıq iclası avqustun 9-na təyin edilib.

  • “Lady of Best Body”: Азербайджанская модель покорила жюри международного конкурса своим телом (ФОТО, ВИДЕО)

    Азербайджанская модель Лейла Алиева приняла участие в международном конкурсе красоты.

    Модель Лейла Алиева представила Азербайджан на международном конкурсе красоты “Lady of Brilliancy International”, который прошел в прошлый уик-энд в Тайвани. Известная читателям Median.Az откровенными фотосессиями и смелыми заявлениями модель, стала обладательницей титула “Lady of Best Body”, за лучшую фигуру среди всех конкурсанток. 

    Данной новостью поделилась сама модель посредством соцсети Instagram, где принимает поздравления от подписчиков, число которых приближается к 71.000 человек.

    Представляем вниманию наших дорогих читателей фото и видео Л.Алиевой сделанные во время конкурса. 

    Р.А.








    Читайте по теме:

    АЗЕРБАЙДЖАНСКАЯ МОДЕЛЬ ОБНАЖИЛАСЬ В ЦЕНТРЕ БАКУ (ФОТО)

    ОБНАЖИВШАЯСЯ В ЦЕНТРЕ БАКУ МОДЕЛЬ, ВНОВЬ РАЗДЕЛАСЬ В INSTAGRAM (ФОТО, ВИДЕО)

    АЗЕРБАЙДЖАНСКАЯ МОДЕЛЬ РАЗДЕЛАСЬ И ПОБЛАГОДАРИЛА ПЛАСТИЧЕСКОГО ХИРУРГА (ФОТО)

    “ЛЕДИ-ГВОЗДИКА” – АЗЕРБАЙДЖАНСКАЯ МОДЕЛЬ ПОКАЗАЛА ГОЛЫЕ СНИМКИ В ВАННОЙ (ФОТО)

  • Hərbçilərimiz “Tank biatlonu”nda – VİDEO

    Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsi davam edir.

    Median.Az bu barədə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

  • Vahid Əhmədov: Hər manatımızın qədrini bilməliyik

    “Dövlət maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbulu artıq sürətləndirilməlidir. Büdcə şəffaflığının təmin edilməsi üçün bu sənəd həddindən artıq vacibdir.

    Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

    “Artıq neçə illərdir bunu deməkdən, təklif etməkdən, səsləndirməkdən yorulmuşuq”, – deyən millət vəkilinin sözlərinə görə, o, həmkarı Əli Məsimli ilə həm parlamentin komitə, həm də plenar iclaslarında, sessiyaların açılışında, qanunvericilik işləri planının müzakirələrində hər dəfə bu məsələni dilə gətiriblər.

    “Neçə illərdir deyirik ki, maliyyə nəzarəti ilə bağlı qanunvericiliyə ehtiyac var. Biz 30 ildir müharibə şəraitində yaşayan ölkəyik. Eyni zamanda, dünyada 10 il öncə başlayan qlobal, dəhşətli maliyyə-iqtisadi kataklizm hər yeri “yandıra-yandıra” gedir, üstəlik, gündən-günə münaqişələr, qanlı qarşıdurmalar, terraktlar və sairə dünyanı, hər kəsi yeni suallar və çağırışlar qarşısında qoyur.

    Yəni, belə bir şəraitdə biz də hər manatımızın qədrini bilməliyik. Hər qəpiyin hesabını aparmalıyıq, maliyyə, büdcə israfçılığına, qeyri-şəffaflığa qətiyyən yol verməməliyik. Bu işlərdə kimlər günahkardırsa, onların qanun, məhkəmə qarşısında dayanmasını, cavab verməsini tələb və təmin etməliyik.

    Ən güclü təsir mexanizmi kimi maliyyə nəzarəti ilə bağlı qanunvericiliyin hazırlanmasını, müzakirələrə çıxarılmasını və qəbulunu sürətləndirməliyik. Artıq bu məsələdə arxayınçılığa, bəhanlərə son qoyulmalıdır. Bu işdə həmkarım Əli Məsimli ilə də nə lazımdırsa, etməyə hazırıq. Lazım gələrsə, bu yöndə təkmil qanun layihəsi də hazırlaya bilərik, təki məsələ öz müsbət həllini tapsın.

    Odur ki, qarşıdan gələn payız sessiyasında digər vacib saydığımız qanunvericilik aktları kimi, bu məsələni də yenidən gündəmə gətirməyi, onun müsbət həllinə nail olunmasını düşünürük”, -deyə V. Əhmədov əlavə edib.