Month: August 2018

  • Sumqayıtda şirkət rəhbərləri axtarışa verildi – 4 nəfərin ölüm işi

    MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər.

    Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, prokurorluq orqanları tərəfindən əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısının alınması, vəzifə öhdəliklərinə səhlənkar yanaşan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlərin görülməsi davam etdirilir.

    Xəbər verildiyi kimi, iyulun 28-də saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən çənin partlaması nəticəsində orada usta işləyən Müsü Məlikov, Akif Quliyev, Rövşən Məlikov və avtomobilin sahibi Fərhad Rüstəmovun yanıq xəsarətlərindən ölmələri faktına görə Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb.

    Aparılmış istintaqla müəyyən edilib ki, üzərlərinə yanğın təhlükəsizliyinə cavabdehlik vəzifəsi qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi, elektrik qaynaq işləri zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulmaqla bilik və təcrübəsi yoxlanılmayıb, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təchiz olunmamış işçilər qaynaq işlərinə cəlb olunublar.

    İş üzrə qaynaq və digər odlu işlərin görüləcəyi ərazidə və binalarda yanğın təhlükəsizliyinə cavabdehliyi öz üzərinə götürmüş MMC-nin baş mühasibi Elçin Salmanov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Həmçinin, iş üzrə MMC-nin direktoru Səyavuş Qurbanzadə və yanğın təhlükəsizliyinə cavabdeh Hüseyn Kazımov Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər.

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Müəllimlərin işə qəbulu ilə bağlı nazirlik məlumat yayıb

    Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.

    Təhsil Nazirliyindən bildiriblər ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

    Ümumilikdə bu mərhələdə keçid balını toplayan 20 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.

    Namizədlər avqustun 8-dək elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumtəhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçəcəklər. Daha sonra namizədlər ərizələrini təsdiq edib tamamlamalıdırlar.

    Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumtəhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin edilib.

  • Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

    İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

    Çempionatın dördüncü günündə gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb. Güləşçilərimiz günü bir gümüş medalla başa vurublar.

    Əlli üç kiloqram çəki dərəcəsində güləşən Tatyana Varantsova İtaliyadan və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana Varantsova finala yüksəlib. Həlledici görüşdə Türkiyə idmançısına uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

  • İstəmədiyi oğlana ərə getməmək üçün özünü…

    Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

    Rayonun 1997-ci il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini A.Məmmədova dərman içərək özünü öldürməyə cəhd edib.

    Zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və vəziyyəti orta-ağırdır.

    Qızın valideynləri onu sevmədiyi oğlana nişanlamaq istədikləri üçün intihara cəhd etdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır (Report).

  • Житель Нардарана сдал в полицию пистолет и патроны

    Как сообщает Median.Az, житель поселка Нардаран Маис Эминов сдал в 42-е отделение полиции Сабунчинского РУП пистолет марки “Револьвер” и 40 патронов. Он показал, что нашел оружие и боеприпасы на территории поселка.

    По факту ведется расследование.

  • Nardaran sakini tapdığı tapancanı polisə təhvil verib

    Median.Az xəbər verir ki, Nardaran qəsəbə sakini Mais Eminov tapdığı nömrəsi silinmiş “Revolver” tipli tapancanı və 40 ədəd patronu könüllü olaraq Sabunçu RPİ 42-ci polis bölməsinə təhvil verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Первый российский канал показал грандиозный музыкальный фестиваль «Жара 2018» (ВИДЕО)

    На Первом российском канале состоялся эфир первой части ежегодного международного музыкального фестиваля «Жара», прошедшего с огромным успехом в столице Азербайджана на курорте Sea Breeze с 26-го по 29-ое июля.

    Организаторами фестиваля являются народный артист Азербайджана EMIN, заслуженный артист РФ Григорий Лепс и основатель Русского радио и премии «Золотой граммофон» Сергей Кожевников. В самом жарком музыкальном событии года принимают участие – звезды первой величины российской эстрады, популярные зарубежные исполнители, а также  топовые азербайджанские артисты.

    Первую часть музыкального фестивального шоу «Жара» телезрители Первого российского канала увидели 3-го августа. В первом эфире зрителям были показаны фестивальные выступления Филиппа Киркорова, Николая Баскова, Веры Брежневой, Ани Лорак, EMIN`а, LOBODA, Григория Лепса, Тимати, Егора Крида, Джигана, группировки Ленинград, Сергея Лазарева, Александра Панайотова, A’Studio, Тимура Родригеза, Artik & Asti, Славы и многих других

    Как этобыло, вы можете увидеть на нижеприведенном видео.

    Руслан Алиев

  • Новые пошлины на вывоз топлива на автомобилях

    Кабинет министров принял постановление о регулировании объема топлива, перевозимого покидающими территорию Азербайджана автотранспортными средствами.

    Как передает Median.Az со ссылкой на Report, соответствующее решение подписал премьер-министр Новруз Мамедов.

    Согласно решению, за каждый литр топлива сверх вместимости бака автотранспортного средства будет взиматься специфическая пошлина в размере 0,6 доллара США.

  • Avtomobil ilə ölkədən çıxarılan əlavə yanacağa görə gömrük rüsumu ödəniləcək

    Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Qərara əsasən, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.

    Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödəniləcək.

  • Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü – VİDEO

    Dünən Xəzər TV-nin əməkdaşlarına çəkiliş zamanı hücum edilib.

    Median.Az -ın Xezerxeber.az-a istinadən verdiyi məlumatına görə, çəkiliş qrupumuz vətəndaş Faiq Seyfullayevin televiziyamıza müraciəti əsnasında problemi araşdırmaq üçün müvafiq ünvana gedib. Problemin araşdırılması zamanı əməkdaşlarımız Faiq Seyfullayevin evində Ramazan Zeynalov adlı şəxs və yanındakı şəxslər tərəfindən fiziki təziqə məruz qalıb. Çəkiliş avadanlıqlarını zorla əməkdaşlarımızn əlindən alan Ramazan Zeynalov və yanındaki şəxslər, hətta ev sahibi Faiq Seyfullayevi də döyüblər.

    Əslində, həmin əraziyə Faiq Seyfullayev adlı vətəndaşın elektrik enerjisini MTK rəhbərliyinin əsas olmadan kəsməsi iddiasını araşdırmaq üçün getmişdik. Vətəndaşın evində yenicə çəkilişə başlamaq istəyirdik ki, qapı döyülməyə başladı. Qapını açanda isə Ramazan Zeynalov və daha iki nəfər içəri daxil oldu. Ardından isə məlum hadisə yaşandı.

    Nə qədər təmkinlə və jurnalist etikası çərçivəsində davaranmağa çalışsaq da, özünü bu ünvanın sahibi kimi təqdim edən Ramazan Zeynalov əməkdaşlarımıza fiziki təziq göstərərək həm çəkilişə mane oldu, həm də avadanlıqları zorla əlimizdən almağa çalışdı. Bütün bunları isə ev sahibi Faiq Seyfullayev mobil telefonu vasitəsi ilə çəkə bildi. Bundan sonra isə mikrofonumuzu əlimizdən aldılar və bizi zorla mənzildən bayıra çıxardılar Faiq Seyfullayevə isə bir neçə zərbə vurdular.

    Daha sonra bayıra çıxdıq və bir müddətdən sonra mikrofonu Ramazan Zeynalovdan aldıqdan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdik.

    Ev sahibi Faiq Seyfullayev deyir ki, bizim əməkdaşlar mənzildən çıxdıqdan sonra, o da öz təhlükəsizliyini təmin etmək üçün 102 xidmətinə müraciət edib.

    Faiq Seyfullayev başından və bədəninin müxtəlif yerlərindən zədələr alıb. Hadisə ilə bağlı təfərrüatları araşdırmaq üçün tərəflərin hamısı Binəqədi rayonunun 4-cü polis bölməsinə dəvət olundular.

    Faiq Seyfullayev deyir ki, Ramazan Zeynalovla aralarında yaranan mübahisəyə səbəb, ona zorla MTK ilə müqavilə bağlatmaq istəyidir. Qeyri-qanuni olan müqavilə isə vətəndaşların öz mənzillərini itirməsi ilə nəticələnə bilər. Ona görə də, o, bu müqaviləni imzalamqdan imtina edib.

    Təbii ki, jurnalistika prinsiplərinə sadiq qalaraq Faiq Seyfullayevin iddialarına Ramazan Zeynalovun cavabını öyrənmək istərdik. Ancaq üzləşdiyimiz məlum mənzərə qarşısında bunun mümkün olmayacağı qənaətinə gəldik. Bundan sonrakı hadisələri isə hüquq mühafizə orqanları araşdırılacaq.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: