Month: August 2018

  • В Сабирабаде бывший зэк угнал автомобиль и продал его по частям

    Как сообщает Median.Az, сотрудники Сабирабадского РОП в ходе розыскных мер задержали жителя города, ранее судимого Забита Магеррамова, который 22-го июля с территории города угнал автомобиль марки “ВАЗ 2106”, принадлежащий жителю Саатлинского района Р.Губадову.

    В ходе разбирательства выяснилось, что он продал автомобиль разобрав по частям, а кузов сжег.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Sabirabadda əvvəllər məhkum olunmuş şəxs avtomobil qaçırıb

    Median.Az xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Zabit Məhərrəmovu saxlayıblar.

    Müəyyən edilib ki, o iyulun 22-də şəhər ərazisindən Saatlı rayon sakini R.Qubadova məxsus “VAZ 2106” markalı avtomobili qaçırıb və sonra həmin nəqliyyat vasitəsini hissələrə bölərək satıb, kuzov hissəsini isə yandırıb.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Fədayə Laçın və qeyrilərinin hazırlıq iclası başa çatıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Məmmədova (Laçın), Əli Ağami, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərovun CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə təqisrləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası başa çatıb.

    Median.Az xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Penitensiar xidmətin sabiq qarovul rəisi Ceyhun Səmədov bildirib ki himayəsində iki azyaşlı, müavini Fuad Hacıyev üç azyaşlı, digər müavini Tural Polatxanovun bir azyaşlı, Konvoy taborunun sabiq komandiri Bəhruz Abdullayev iki azyaşlı, Əli Ağami iki azyaşlı, Məhəmməd Hacıyev üç azyaşlı, İsrafil Soltanov iki azyaşlı və Anar Əsgərov üç azyaşlı uşağları olduğunu bildiriblər. Günay Atakişiyeva, Tərlan Zeynalov və Şahmar Bəyəlizadə subay olduqlarını söyləyiblər.

    Müğənni Fədayə Məmmədova bildirib ki, 1976-cı ildə Laçın rayonunda anadan olub, 24 yaşlı oğlu var, əvvəllər məhkum olunmayıb.

    Daha sonra təqsirləndirilən Aqil Nəcəfovun vəkili vəsatət verərək, müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinə xitam verilməsinin istəyib.
    Digər təqsirləndirilən Anar Əsgərovun vəkili isə vəsatət qaldıraraq, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını xahiş edib.

    Məhkəmə vəsatətləri təmin etməyib.

    İş üzrə 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınıb.

    Məhkəmə baxışı avqustun 8-nə təyin edilib.

  • Звезды «Игры престолов» в скандальном мини-фильме о сексуальных домогательствах (ВИДЕО)

    Секс-скандал в Голливуде не утихает! Актрисы «Игры престолов» Эмилия Кларк и Лена Хиди, а также Фелисити Джонс, Джемма Чан, Кэтрин Тейт, Джемма Артертон снялись в ролике в поддержку движения Time’s Up (против харрасмента) и фонда помощи жертвам сексуального насилия Justice and Equality Fund.

    Мини-фильм называется Leading Lady Parts. Актрисы приходят на кастинг на главную женскую роль, но вскоре выясняется, что жюри волнует только внешность и сексуальность. В конце они предлагают девушкам раздеться.

    Представляем вниманию читателей Median.Az данный видеоролик.

    С.П.

  • Европейское научное сообщество выпустило юбилейную марку и изготовило медаль «Сакит Мамедов»

    По случаю 60-летия со дня рождения народного художника Азербайджана Сакита Мамедова, учитывая его заслуги как в Азербайджане, так и в Европе, Европейской академией естественных наук (ЕАЕН) изготовлена юбилейная марка, а из серии «Великие люди» Академии решением Европейского научного сообщества изготовлена медаль «Сакит Мамедов» (2017 г.).

    С целью популяризации школы опализма, достигнутых успехов в искусстве, науке, наследии, образовании и многонациональной культуре и традициях народов мира, ЕАЕН, являясь учредителем данной медали, отныне вправе присуждать медаль «Сакит Мамедов».

    Как сообщил АЗЕРТАДЖ сам юбиляр, Европейская академия естественных наук поздравила его c 60-летним юбилеем. В поздравлении от имени президента Европейской академии естественных наук, профессора Владимира Тыминского говорится: «Желаем самых высоких наград мира, крепкого здоровья! Сакит Мамедов – народный художник Азербайджана, профессор, член Союза художников ЮНЕСКО, почетный академик Европейской академии естественных наук, граф Геральдической академии Ватикана, действительный член Всемирной Академии художеств, почетный академик Российской Императорской академии художеств, почетный член Римской Академии современного искусства, действительный член Академии искусств мира, действительный член академии «Турецкий мир», лауреат Международной премии имени Ататюрка. Награжден турецким орденом «Золотая звезда», лауреат премии Сербской Королевской Академии и награжден медалью «Золотой ангел». Он награжден Офицерским крестом Международного Союза рыцарей-кавалеров Мальтийского ордена, обладатель золотой медали «Сын отечества», премии «Деде Горгуд», медалей Леонардо да Винчи и Шпитцвега, медали «Святого Георгия», ордена «Золотой короны», ордена «Честь Европы», «Большой Золотой рыцарской звезды», креста Александра «За заслуги», «Ордена Дружбы», «Звезды сенатора Международного рыцарского союза», престижной российской премии «Человек тысячелетия». Сакит Мамедов является основоположником стиля опализма. Автор более 7 книг (каталогов). Работы Сакита Мамедова экспонируются во многих престижных галереях мира, он участник выставок в США, Германии, Франции, Италии, Турции, Бельгии, России, Чехии, Швеции, Польше, Австрии, Венгрии и других странах. Выставки его картин и его учеников неоднократно проходили в Европе.

    Произведения художника находятся в частных коллекциях известных личностей и музеях мира. Сегодня такие таланты – лицо нации, олицетворяющие прекрасное творение человека – живопись.

    Сакит Мамедов из Азербайджана – единственный претендент на Императорскую премию, которая ежегодно присуждается Японской художественной ассоциацией. Эта премия по значимости равносильна Нобелевской премии. Сакит Мамедов также на днях избран лауреатом Японской Международной премии имени члена Японской художественной академии, доктора Тадаси Гоино, в качестве приза получит и оригинальную японскую гравюру. Тадаси Гоино – замечательный человек, художник, композитор, целитель, меценат, крупный специалист по изучению восточных древностей». 

  • Türkiyədə 5 azərbaycanlı qadını fahişəliyə cəlb edən şəxslər danışdı

    Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfər qadını işləmək adı ilə Türkiyəyə aparıb onları fahişəliyə məcbur etməkdə təqsirləndirilən Xəyal Ələkbərov və Zəhra Quliyevanın məhkəməsi keçirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası baş tutub. Prokuror çıxış edərək ittiham aktını elan edib.

    İttihama görə, adıçəkilən şəxslər 5 nəfər qadını Türkiyəyə yüksək maaşla işləmək adı ilə aparıblar. Qurbanları avtobus və təyyarə ilə Türkiyəyə yol salıblar.

    Onları Türkiyədə Zəhra Quliyeva özü qarşılayıb. Qadınların xarici pasportunu alaraq onları cinsi istismara məruz qoyub və yaşadıqları evdə ayrı-ayrı şəxslərlə cinsi əlaqəyə girməyə məcbur ediblər.

    X.Ələkbərov özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş qadınları Türkiyəyə iş üçün göndərib. Z. Quliyeva da özünü təqsirli bilmədiyini deyib. Zərərçəkmiş şəxslər isə məhkəmə prosesində iştirak etməyib.

    Qeyd edək ki, qanunvericiliyə görə insan alveri qurbanlarının adları açıqlanmır.

  • Tualetdə yatan şəxsin inanılmaz HƏYAT HEKAYƏSİ – İndi “Ferrari”yə minir və … – FOTO

    Türkiyədə səfalət içində yaşayan şəxs özü də gözləmədiyi anda imkanlı birinə çevrilib.

    Median.Az “haberler”ə istinadən xəbər verir ki, Hüseyin Özer Türkiyənin Tokat vilayətində yaşayırmış. Onun uşaqlığı çox acınacaqlı olub. Doğulandan bir neçə gün sonra anası və atası onu küçəyə atır.

    Doğulduğu kəndin çobanı onu oğulluğa götürür. Bir müddət onunla birgə yaşayan Hüseyin Özer məktəbə belə getməyib. Ona yazı yazmağı və hesablamağı çoban öyrədib. Çoban öldükdən sonra isə Hüseyin yenidən tənhan yaşamağa məcbur olur.

    Valideynləri tərəfindən küçəyə atılması azmış kimi Hüseyin bacı və qardaşları tərəfindən də zərbələr alır. Bacı və qardaşları ailənin əkin yerlərindən ona pay düşməsin deyə Hüseyini öldürmək qərarına gəlirlər. Ona zəhərli əncir yedizdirirlər. 

    “Zəhərli meyvə yesəm də, ölmədim. Bəlkə də həmin gün mənim ən xoşbəxt günlərimdən idi. Sanki dünyaya ikinci dəfə gəlmişdim”, – deyə Hüseyin Özer bildirib.

    Sonradan pul qazanmaq üçün Ankaraya yollanır. Bir müddət orada işləyir. Sonradan hərbi xidmətə gedir. Qayıtdıqdan sonra İstanbula gedib orada çalışır. Restoranların birində qabyuyan işləməyə başlayır. Qazancı çox az olduğu üçün restoranda iş bitdikdən sonra oranın tualetində gecələməyə məcbur qalır. Qalmağa yeri olmadığına görə, tualetdə özünə yataq düzəldir.

    Günlərin birində isə bəxt Hüseyin Özerin üzünə gülür. Restoranın aşbazı işə gəlmədiyinə görə, yemək bişirməyi ona tapşırırlar. Elə həmin gündən Hüseyin öz məharətini göstərir. Sonradan dostlaşdığı bir nəfər onun üçün kiçik kafe açır. Hüseyin dostunun və öz xəyallarını gerçəkləşdirir.

    Günlərin bir günü Londonda “Sofra” restoranlarının sahibi Türkiyədə səfərdə olarkən onun kafesinə təşrif buyurur. Hüseyin yeməklərini bəyənir və onu İngiltərəyə dəvət edir. Bundan sonra Hüseyinin həyatında önəmli dönəm başlayır. O, Londonda bir neçə il işləyir. O, Türkiyəyə dönəndə artıq varlı biri idi.

    Orta hesabla Hüseyin Özerin 37 milyon dollara yaxın sərvəti var. Yəni, bir vaxtlar valideynləri tərəfindən küçəyə atılan, bacı-qardaşı tərəfindən sui-qəsdə məruz qalan və tualetlərdə yatan Hüseyin Özer “Ferrari”yə minir, hər gün yüzlərlə insana çörək verir.



  • Lerikdə meşə yanır

    Lerikdə meşəlik ərazidə yanğın başlayıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib. Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • “Xaricdə qiymətlər Azərbaycandan qat-qat yüksəkdir” – Millət vəkili

    “Ümumiyyətlə, Tarif Şurasının son qiymət artımı ilə bağlı qəbul etdiyi qərar əsaslı şəkildə qəbul olunub. Yəni bu zərurətdən irəli gəlmiş bir addım idi. Çünki Tarif Şurası təqdim olunmuş qiymətlə bağlı ümumi vəziyyətə baxıb və araşdırıb. Müəyyən olunub ki, Azərbaycanda ictimai nəqliyyatın qiyməti çox aşağı səviyyədədir. Bu qiymətlə ictimai nəqliyyatı idarə etmək, saxlamaq qeyri-mümkündür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

    Onun sözlərinə görə, ictimai nəqliyyat həm də mütəmadi olaraq dövlət tərəfindən maliyyələşdirilir və dövlətin himayəsindədir: “Təbii ki, bu artıma ehtiyac var idi. Artım isə o qədər böyük artım deyildi. Qiymətlərin 20 qəpikdən-30 qəpiyə qaldırılması o qədər də böyük fərq deyil. Dünyada ictimai nəqliyyatda qiymətlər Azərbaycandan qat-qat yüksəkdir. Mən Tarif Şurasının qərarını normal qəbul edirəm. Bu məsələlərə siyasi don geyindirməyə və insanlar arasında narazılıq yaratmağa gəlincə deyə bilərəm ki, bu heç də düzgün hal deyil. Bu çox vacib iqtisadi və zərurətdən yaranmış bir qərardır”.

    Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

  • Азербайджанка продавала соотечественниц в секс-рабство – ФОТО

    В Баку задержана Фидан Бабаева, 1982 года рождения, которая обвиняется в вывозе женщин в Турцию в целях сексуальной эксплуатации.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, Ф.Бабева задержана по обвинению в торговле людьми

    Согласно информации, она направляла женщин в Турцию, где в дальнейшем их подвергали сексуальной эксплуатации. События происходили в 2006-2008 годах.

    На основании жалоб, Фидан Бабаева в 2009 году была объявлена в международный розыск. Ф.Бабаева была задержана сотрудниками правоохранительных органов Азербайджана несколько дней назад.

    Ей предъявили обвинение по статьям 144-1.2.5 (торговля людьми группой лиц по предварительному сговору) и 243.1 (Вовлечение в занятие проституцией с целью получения дохода)

    Суд приговорил Фидан Бабаеву к трем месяцам предварительного тюремного заключения.