Month: August 2018

  • Автомобиль сбил молодую девушку в Сабунчи

    В Сабунчинском районе Баку произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как передает Median.Az со ссылкой на Report, инцидент произошел на отрезке шоссе, не предусмотренном для пользования пешеходами.

    Сообщается, что 26-летняя Вюсаля Назим гызы Агаева была сбита автомобилем неизвестной марки в тот момент, когда переходила дорогу под дорожным узлом.

    Получившая тяжелые ранения В.Агаева при помощи очевидцев события была доставлена в Клинический медицинский центр №3.

    Несмотря на усилия врачей, спасти жизнь девушки не удалось.

    По факту начато расследование.

  • Sabunçuda maşın gənc qızı vurub öldürdü

    Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nəzərdə tutulmayan hissəsində baş verib.

    26 yaşlı Ağayeva Vüsalə Nazim qızı yol qovşağının altından digər tərəfə keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub.

    Ağır xəsarət alan V.Ağayeva hadisə şahidlərinin köməyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Xəstəxanadan verilən məlumata görə, piyada aqonal vəziyyətdə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

    Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qəzanı kimin törətdiyi araşdırılır.

  • Закрылись филиалы трех иностранных компаний

    Компания Noble Sky Limited объявила о закрытии своего филиала в Азербайджане.

    Как передает Median.Az со ссылкой на спецвыпуск газеты Vergilər, кредиторы могут предъявить свои требования по адресу: Баку, Низаминский район, проспект Гейдара Алиева, 90.

    Кроме того, закрыты филиалы сервисных компаний Rhopoint Metrology Limited и Sparrows Offshore Services Limited в Азербайджане.

  • Üç xarici şirkətin filialı bağlandı

    “Noble Sky Limited” şirkəti Azərbaycan Respublikasındakı filialının ləğv olunduğunu elan edib.

    Median.Az “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar tələblərini
    Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti 90 ünvanına bildirə bilərlər.

    Bundan əlavə, “Rhopoint Metrology Limited” və “Sparrows Offshore Services Limited” servis şirkətlərinin Azərbaycandakı filialları ləğv olunublar.

  • Ученые научились «отключать» раковые клетки

    Ученые из Университета Мельбурна совместно с ведущими онкологами и генетиками успешно протестировали новый вид лекарственных препаратов, способных остановить развитие и полностью «отключить» раковые клетки в организме человека.

    Как передает Median.Az, об этом сообщается в пресс-релизе на MedicalXpress.

    По словам ученых, молекулы в составе препарата направлены на подавление активности белков KAT6A и KAT6B, действие которых, как показано, усиливается в опухолевых клетках.

    Результаты доклинических испытаний продемонстрировали, что выключение гена, кодирующего KAT6A, увеличивает продолжительность жизни у мышей, страдающих лимфомой.

    В отличие от лучевой и химической терапии, новый вид лечения выборочно убивает только поражённые клетки и не наносит вреда здоровым.

    По мнению ученых, новая терапия может быть эффективна для предотвращения рецидива заболевания после первичного лечения. Однако эффективность препарата для больных раком людей необходимо доказать в будущих исследованиях.

  • Xərçəngdən müalicə üçün təhlükəsiz və effektiv vasitə aşkarlandı

    Melburn Universitetinin alimləri aparıcı onkoloq və genetiklərlə birlikdə insan orqanizmində xərçəng hüceyrələrinin inkişafını dayandırmaq və onları tamamilə məhv etmək qabiliyyətinə malik yeni dərman preparatlarını uğurla sınaqdan keçiriblər.

    Bu məlumat “MedicalXpress” nəşrində dərc edilib.

    Alimlərin sözlərinə görə, preparatın tərkibindəki molekullar şiş hüceyrələrinin gücləndirilməsinə səbəb olan KAT6A və KAT6B zülallarının fəallığının qarşısının alınmasına səbəb olur.

    Klinik tədqiqatların nəticələri göstərib ki, KAT6A ilə kodlandırılmış genin fəaliyyətinin dayandırılması lenfomadan əziyyət çəkən siçanlarda uzunömürlülüyü artırır.

    Şüa və kimya terapiyasından fərqli olaraq, yeni müalicə üsulu yalnız xəstə hüceyrələrə təsir göstərir.

    Alimlərin fikrincə, yeni müalicə üsulu ilkin müalicədən sonra xəstəliyin təkrarlanmasının qarşısını almaqda effektli ola bilər.

  • В WhatsApp обнаружили новую «смертельную» игру для детей

    Мексиканские власти предупредили родителей об опасности новой игры для подростков.

    Об этом передает Median.Az со ссылкой на The Mirror.

    Интерактивная игра под названием Momo распространяется через WhatsApp.

    Сначала анонимный куратор присылает участнику жуткие фотографии с элементами насилия, а затем предлагает выполнять различные приказы.

    Если подросток отказывается, ему начинают приходить угрозы.

    «Риск этой проблемы среди молодежи и несовершеннолетних состоит в том, что преступники могут использовать игру для кражи личной информации, подстрекательства к самоубийству или насилию, издевательства, вымогательства и возникновения физических и психологических расстройств, таких как беспокойство, депрессия и бессонница», – отметили сотрудники отдела по борьбе с киберпреступностью мексиканского штата Табаско.

    Журналисты сравнили Momo с игрой «Синий кит», которая получила распространение в России и мотивировала подростков совершать самоубийства.

    По данным российских следователей, участие в игре подтолкнуло к самоубийству как минимум 15 подростков.

    Аргентинские полицейские считают, что Momo стала причиной смерти 12-летней местной девочки, которая покончила с собой на заднем дворе своего дома 29 июня.

    Подросток записывала себя на видео за несколько минут до суицида, поэтому стражи правопорядка подозревают, что кто-то вынудил ее совершить суицид, сообщает The Buenos Aires Times.

    Сотрудники полиции взломали телефон девочки, чтобы найти информацию о ее переписке в мессенджерах.

    Они уже ищут 18-летнего юношу, с которым самоубийца общалась в соцсетях незадолго до смерти.

  • В Баку автобус с пассажирами врезался в автозаправку – ВИДЕО

    2 августа в вечерние часы маршрутный автобус № 143 с государственным номером 10-TG-614, сошел с дороги и влетел на территорию автозаправочной станции «Ozan», расположенной около круга Автовокзал.

    Как сообщает Median.Az со ссылкой на musavat.com, в результате аварии маршрутный автобус врезался в одно из топливных оборудований, приведя его в непригодное состояние.

    К счастью, в результате аварии не произошел взрыв. Никто из находившихся в автобусе пассажиров не пострадал.

    Существует вероятность, что инцидент произошел по причине невнимательности водителя.

  • Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı – VİDEO

    Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.

    Dünən axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq “Avtovağzal dairəsi” nin yaxınlığında yerləşən “Ozan” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

    Qəza nəticəsində marşrut avtobusu yanacaq paylayan qurğuların birinə çırpılıb, qurğu yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib, eləcə də avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb.

    Hadisənin sürücü diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir.//musavat.com

  • “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!” – Hadı Rəcəbli

    Sosial şəbəkələrdəki bəzi səhifələr Tarif Şurasının metro və avtobuslarda gediş haqqını avqustun 1-dən 50% qaldırması fonunda başlayan müzakirələrlə deputat Hadi Rəcəblini gündəmə gətirib.

    Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib.

    Tarif Şurasının qərarına Hadi Rəcəblinin adından yayılan münasibətdə bildirilib:

    “Bizim əmək haqqımızı müzakirə etməkdənsə, gedib işləsinlər. 30 qəpik böyük məbləğ deyil. Biz 50 qəpik düşünmüşdük. Yaşam və gəlir səviyyəsini hesabladıq. 70 qəpik də olsa, xalq əziyyət çəkməyəcək. Demək olar ki, işləməyən vətəndaşımız yoxdu. Normal əmək haqqı ilə son illər nə qədər iş yeri açılıb. Şikayətlənənlər ölkəni parçalamaq istəyənlərdir”.

    Sosial şəbəkələrdə yayılan bu açıalama Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblini hiddətləndirib.

    Deputat açıqlamasında belə fikirlər səsləndirmədiyini vurğulayıb:

    “Facebook-dakı hansısa səhifələrdə mənim adımdan yazıb yerləşdiriblər ki, guya, Tarif Şurasının qərarına münasibət bildirmişəm. Halbuki, o yazılanlardan heç xəbərim yoxdur. Mən bu cür fikirlər səsləndirməmişəm. Bu, növbəti dəfə mənim adımdan şərəfsizcəsinə yayılan və mənə qarşı aparılan təxribatdır. Dilimdən çıxmayan sözləri mənim adımdan insanların müzakirəsinə veriblər. Bu qədər şərəsfsiz, vicdansız hərəkət etmək olmaz. Hadi Rəcəbli heç vaxt bu fikirləri səsləndirməyib. Yalanın da bir əndazəsi olar. Mən heç kimə belə bir müsahibə verməmişəm”.

    Deputat bildirib ki, Tarif Şurası hansısa deputatın fikirlərinə əsasən qərar çıxartmır.

    “Mənim Tarif Şurası ilə nə işim var? Məgər Tarif Şurası deputatın sözü ilə qərar çıxarır?! Məntiqsizdir axı! Bu, bilərəkdən mənə qarşı qurulan oyundur. Rəy yerində ünvanıma söyüşlər yağdırırlar. Bunların hamısını özlərinə qaytarıram. Axı bu qədər Allahsızlıq olmaz. Əgər Allah, Quran tanıyırlarsa, belə sözlər deməmişəm. Mən prezidentimə, xalqıma xidmət edirəm”.

    Komitə sədri həmişə xalqın yanında olduğunu da vurğulayıb.

    “Biz həmişə xalqın mənafeyini müdafiə edən qanunlar hazırlayırıq. “Məşğulluq haqqında qanun” layihəsini mən hazırlamışam ki, çoxlu iş yerləri yaradılsın. İndi demədiyim fikirləri mənim adımdan hansı əsaslarla yayırlar? Hadi Rəcəblinin də təmsil olunduğu Sosial siyasət komitəsinin bir mövqeyi var: o da xalqın mənafeyini yaxşılaşdırmaqdır. Təbii, bu, ilk növbədə prezidentin də istəyidir”. (Modern.az)