Month: August 2018

  • Leyla Əliyeva qardaşını Instagram-da belə təbrik etdi (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşını ad günü münasibəti ilə təbrik edib.

    Şəxsi Instagram hesabında paylaşım edən Leyla Əliyeva bunları yazıb:

    “Əziz Heydəri ad günü münasibəti ilə təbrik edirəm, xoşbəxtlik, cansağlığı və bol-bol sevgi arzu edirəm! Hər zaman belə ləyaqətli, nəcib, xeyirxah, anlamlı və güclü ol! Mən səni çox sevirəm! Hamıya təşəkkür edirəm!”

    Qeyd edək ki, Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub.

  • Скандально известная азербайджанская модель танцует в бикини в Баку (ФОТО, ВИДЕО)

    Скандально известная азербайджанская модель Наз Мила проводит летние каникулы в столице Азербайджана.

    Получившая популярность после участия в турецком свадебном шоу Zuhal Topal’la, азербайджанская модель Наз Мила отдыхает на берегу Каспийского моря, откуда делится откровенными снимками.

    Модель поделилась видеороликом, на котором она танцует в бикини на одном из столичных пляжей. Ролик вызвал большой интерес среди подписчиков Наз, число которых превышает 870.000 человек и за короткий срок набрал 130 тысяч просмотров.

    Представляем вашему вниманию фотографии и видео модели, которыми она делится в Instagram-аккаунте.

    С.П. 




  • “Qarabağ”ın BATE ilə oyunları canlı yayımlanacaq

    Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” Belarusun BATE klubu ilə üz-üzə gələcək.

    Ağdam klubu ilə əldə olunan razılığa əsasən, təmsilçimizin həm ev, həm də səfər oyunu “CBC Sport”la canlı yayımlanacaq. Bu barədə kanalın rəsmi saytı məlumat yayıb.

    Komandalar arasında ilk oyun avqustun 7-də Bakıda keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra – avqustun 14-də Borisovda olacaq.

  • 16 yaşlı qız özünü ağacdan asdı – Atası xəbəri eşidən kimi…

    Türkiyənin Aydın vilayətində uzun müddətdir depressiyada olduğu deyilən 16 yaşlı Beyza, bağda özünü ağacdan asaraq intihar edib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə saat 18.00 radələrində qeydə alınıb.

    Gənc qızın cansız bədənini görən məhəllə sakinləri dərhal polisə məlumat veriblər.

    Qızlarının ölüm xəbərini alaraq olay yerinə gələn atası Mustafa E. və yaxınları isə şoka düşüblər.

    Polis araşdırma aparır.

  • “Qəpik-qəpik yığmışdım ki, uşağa dəftər-kitab alım” – Oğrular atanın arzusunu ürəyində qoydu – VİDEO

    Abulbəyli kənd sakini Sübhan Ələkbərova məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslər giriblər.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, pul və qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb.

    Sübhan Ələkbərov – Zərərçəkən: “Gəldik evə, gördük ki, uşağın şəkli düşüb, fəxri fərman düşüb yerə. Bir də 60 manat pul. O pulnan da sabah qız övladımı həkimə göstərməli idik. Həmin 60 manatı axtaranda gördük ki, evdə dağıntı olub, oğurluq olub. Sonradan axtardıq, gördük ki, 650 manat da yoxdur. Təqribən 730-800 manat civarında pul evdən oğurlanıb. Hələ bilmirik ki, nə qədər qızıl oğurlanıb. Mən o pulu qəpik-qəpik yığmışdım ki, uşağa dəftər-kitab alım”.

    Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

  • Azərbaycanda maşınların qeydiyyat rüsumu dəyişdi – QİYMƏTLƏR

    Nazirlər Kabineti 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında tələb olunan rüsumlarla bağlı yeni qaydaları təsdiq edib.

    Median.Az Nazirlər Kabinetinə istinadən bildirir ki, bununla da müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun yeni məbləğlərini müəyyən olunub.

    Beləliklə, minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

    2.1.1. 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə –0,05 manat;

    2.1.2. 3000 kubsantimetrədək 100 manat+ mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;

    2.1.3. 4000 kubsantimetrədək 200 manat+ mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;

    2.1.4. 5000 kubsantimetrədək 400manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;

    2.1.5. 5000 kubsantimetrdən çox olduqda 1500 manat;

    2.2. Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

    2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

    2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

    2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.

    Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

  • Bir ailə 4 azyaşlı uşaqla küçədə qalır – Binəqədi icra hakimiyyəti isə susur – VİDEO

    Rəsmi qurumlar bir ailənin ikinci faciəsinə susur!

    “Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində ötən gün ürəkləri dağlayan görüntülər tamaşaçılara təqdim edilib.

    Bir ailə 4 azyaşlı uşağı ilə küçədə qalır. Minval.İnfo xəbər verir ki, ailə başçısının sözlərinə görə, onların evini Binəqədi rayon icra hakimiyyəti söküb. Tarverdi bəy bilirib ki, qalmaq üçün ev verəcəklərinə söz versələr də, sözlərinin üstündə durmayıblar. Uşaqların anası Xocalıda güllə yarası alıb. Baş nahiyyəsinin yarısı zədəlidir. Gözləri görmür. Ailə başçısı ağlayaraq xalqa və aidiyyatı qurumlara müraciət edib. Tarverdi bəy Binəqədi icra başçısı Elxan Allahverdiyevin “sizə kömək edəcəm” deyib daha sonra fikrindən döndüyünü bildirib. QAilənin heç kimi yoxdur.

    Tarverdi bəyin xanımının ailə üzvləri rəhmətə gedib. O cümlədən Tarverdi bəyin də ailə üzvləri dünyasını dəyişib. Yeganə bacısı var. O bəs niyə qardaşından imtina edib? Görünün bu axşam suallara cavab tapılacaq.

  • Начался суд над лицами, совершившими разбойный налет на дом в Маштаге

    В Бакинском суде по тяжким преступлениям началось подготовительное заседание по уголовному делу в отношении жителей столицы Сахиба Гашимова (1988-го года рождения), Гурбангулу Гусейнова (1985-го года рождения) и его брата Сейфуллы Гусейнова (1995-го года рождения), обвиняемых по статье 181.2.1 (разбой, совершенный группой лиц) и 181.3.3 (разбой, совершенный с причинением тяжкого вреда здоровью потерпевшего) УК Азербайджана.

    Как сообщает Median.Az, 20-го апреля этого года в поселке Маштага трое мужчин в масках, вооруженных ножами и дубинками, проникли в дом Наджафали Агаева (1960-го года рождения). Злоумышленники связали хозяина дома и его супругу Мясмяханым Агаеву и потребовали у них показать на место, где хранятся деньги и золотые украшения. Затем они избили Наджафали Агаева и даже нанесли ножевое ранение ему в ногу. Им не удалось ничего забрать из дома, так как женщина начала кричать. В торопя они скрылись с места происшествия, но вскоре были задержаны сотрудниками 42-го отделения полиции Сабунчинского РУП. Задержанными оказались жители поселка Маштага, ранее судимый Сахиб Гашимов, Гурбангулу Гусейнов и и его брат Сейфулла Гусейнов. Использованные при разбойном нападении маски, веревка, перчатки, дубинки и ножи были у них изъяты.

    На подготовительном заседании адвокаты обвиняемых сказали, что не успели ознакомиться с материалам уголовного дела и попросили для этого у суда время.

    Суд отложил подготовительное заседание на 6 августа.

  • Maştağada evə basqın edən şəxslərin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sahib Həşimov (1988-ci il təv.), Qurbanqulu Hüseynov (1985-ci il təv.) və Seymur Hüseynovun (1995-ci il təv.) CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu il aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin (1960-cı il təv.) evinə daxil olan üç maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib, pul və qızıl əşyalar vermələrini tələb ediblər. İstədiklərinə nail ola bilmədikdə isə N.Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək, hadisə yerindən qaçıblar. Həmin gün Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar. Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

    Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri cinayət işi ilə tanış olmadıqlarını bildirərək, məhkəmədən vaxt istəyiblər.

    Proses avqustun 6-dək təxirə salınıb.

  • В Иране вновь вспыхнули акции протеста

    В иранских городах Мешхед, Шираз и Исфахан прошли акции протеста с требованием улучшения экономических условий в стране.

    Как передает Median.Az, об этом сообщает Anadolu со ссылкой на местные СМИ.

    Участники акции призвали власти предотвратить рост цен на продукты и предотвратить падение курса национальной валюты. Они выкрикивали лозунги против действующего режима и сжигали шины. Акция была разогнана полицией.

    Напомним, в декабре прошлого года в Мешхеде прошли акции протеста, которые вскоре перекинулись на другие города Ирана, в результате погибли 25 человек.