Month: August 2018

  • Задержана воровка, укравшая деньги из сумки гражданки

    Как сообщает Median.Az, сотрудники 22-го отделения полиции Насиминского РУП задержали жительницу столицы Тамиллу Алиеву, которая 24-го августа украла из сумки жительницы столицы Г.Исаевой 110 манатов.

    В Следственном отделе Насиминского РУП возбуждено уголовное дело по статье 177.1 (кража) УК Азербайджана.

  • Nəsimi polisi vətəndaşın çantasından pul oğurlayan qadını saxlayıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən avqustun 24-də rayon ərazisində Bakı şəhər sakini G.İsayevanın çantasından 110 manat oğurlayan paytaxt sakini Tamilla Əliyeva saxlanılıb.

    Faktla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycanda otel sahibi həbs olundu – 6 milyon dollara görə

    Azərbaycanda otel rəhbəri 6 milyon dollarlıq borca görə həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abşeron rayonunda yerləşən “Neapol” otelinin sahibi Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılıb.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, onunla bağlı iş Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində araşdırılır.

    Ş.Əhmədov 2013-cü ildə “AccesBank”dan 5 milyon dollar kredit götürüb və bir müddət qaydasında ödəniş edib. O, kreditdən 2,5 milyon dollar ödədikdən sonra manatın iki dəfə devalvasiyası onun ödənişlərinə problem yaradıb.

    Kreditin qaytarılmasının gecikməsi işin mülki qaydada məhkəmədə həllinə gətirib çıxarıb. “AccesBank”ın şikayəti əsasında mülki iş üzrə Abşeron Rayon Məhkəməsində “Neapol”un sahibi Şükür Əhmədova qarşı iddia qaldırılıb və hazırda proses davam edir.

    Məhkəmə prosesi gedişatında bank cinayət işi ilə bağlı da şikayət edib. Kredit müqaviləsində təyinatı müəyyənləşdirilməyib, kredit borcu isə təminatlı olub. Ş.Əkbərov kredit götürərkən dəyəri təxminən 20 milyon dollar qiymətləndirilən otelini girov kimi qoyub.

    Ş. Əkbərovun indi banka borcu 4 milyon dollardır, bank həmçinin dəbbə (ödənişin gecikməsinə görə cərimə) pulu kimi təxminən 2 milyon da tələb edib.

    Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasından sonra Ş.Əkbərova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 195-ci ( krediti təyinatı üzrə xərcləməmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Müstəntiqin vəsatəti əsasında avqustun 24-də Ş. Əkbərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.

  • İlhamə Quliyevanın heç yerdə olmayan görüntüləri yayıldı – VİDEO

    Mərhum xalq artisti İlhamə Quliyevanın arxiv videosu yayılıb.

    “Instagram”da paylaşılan videoda sənətkar opera ifaçısı Ülvı Qılınca görüntülənib.

    Videonu izləyən sosial şəbəkə izləyiciləri İ. Quliyevaya Allahdan rəhmət diləyiblər.

    Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib.//baku.ws

  • Ən yüksək bal toplayan müəllimlərin adları – SİYAHI

    2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Hazırda boş qalan yerlərə müddətsiz müqavilə ilə müəllimlərin əlavə yerləşdirilməsi həyata keçirilir.

    Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb. Müəllimlərdən yalnız biri ən yüksək bal – 60 bal toplayıb.

    Ən yüksək bal toplayan müəllimlərin siyahısını təqdim edirik:

    1. Günay Allahverdiyeva – Bakı şəhəri 166 nömrəli tam orta məktəb – 60 bal.
    2. İdris Abıyev – Bakı şəhəri 102 nömrəli tam orta məktəb – 59 bal.
    3. Aytac Ziyadxanlı – İsmayıllı rayonu Buynuz kənd R.Ocaqov adına tam orta məktəb – 59 bal.
    4. Şahin Hüseynov – Ağdam rayonu Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəb – 58 bal.
    5. Nuranə Abbasova – Bakı şəhəri 44 nömrəli tam orta məktəb – 58 bal.
    6. Elmar Abbaslı – Gəncə şəhəri 10 nömrəli tam orta məktəb – 58 bal.

  • Anar Nağılbazın anası fəryad etdi: “Qoymurlar balamın qəbrini görüm”

    Mərhum reper Anar Nağılbazın anası Şərqiyyə Cəbiyevanın səhhəti pisləşib. O, buna görə oğlunun məzarını da ziyarət edə bilmir.

    Median.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən Şərqiyyə xanım göz yaşlarına hakim ola bilməyib:

    “Ölürəm, balamsız yaşaya bilmirəm. Məni dava-dərmanla saxlayırlar, yoxsa günü bu gün balamın yanına getməyə hazıram. Məzarını da görməmişəm. Qoymurlar gedəm balamın qəbrini ziyarət edəm. Qorxurlar ki, elə məzarının başında canımı tapşıraram. Hər gün evdə Anarımın səsyazısını dinləyib, şəkillərinə baxıb, gözümün yaşını tökürəm. Balam ürəyimə dağ çəkdi. Onsuz çətin yaşaya biləcəm”.

  • “Sədərək”də maşın yandı – VİDEO

    Sədərək Ticarət Mərkəzində avtomobil yanıb.

    Hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, həmin ərazidə anidən avtomobil alovlanıb. Yanğına səbəb avtomobildən olan nasazlıq göstərilir.

    Hadisə yerinə FHN və polis cəlb edilib. Yanğın söndürülüb.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanın daha bir rayonunda “ASAN xidmət” yaradılır

    Prezident İlham Əliyev Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

    Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Bakıya gələn turistdən qəribə hərəkət: Küçədə ayaqlarını qaldırıb, yatdı – VİDEO

    Bakıya gələn turist yerli sakinlərini təəcübləndirən addım atıb.

    Azxeber.com-a göndərilən videoda turistin şəhərin mərkəzində skamyada yatdığı görünür.

    O ayaqlarını qaldıraraq, bu şəkildə istirahət edir.

    Turistin bu görüntüləri vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda fəhlələr intihara cəhd etdi – Pullarını ala bilmirlər

    “Xətai life” tikinti şirkətinin 4 işçisi intihara cəhd edib.

    Median.Az -ın “Report”a istinadən məlumatına görə, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi – 17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqlarının verilməməsi ilə izah ediblər.

    Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər.

    Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib.