Month: August 2018

  • Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Quba RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mərifət Quliyevdən 320 qram marixuana götürüblər.

    Bundan başqa, daxil olan əməliyyat məlumatı əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Abasət Ağayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu, Lənkəran ŞRPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Yuxarı Nüvədi kənd sakini Teymur Teymurova məxsus həyətyanı sahədən 20 ədəd çətənə kolu, Goranboy RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Sarovlu kənd sakini
    Xəqani Rzayevə məxsus həyətyanı sahədən 8 ədəd çətənə kolu aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Придет ли в Азербайджан пыльная буря из Ирана?

    Пыльная буря, охватившая юго-восточные провинции Ирана, не окажет влияния на Азербайджан.

    Об этом сказала заведующая отделом экологического просвещения и связей с общественностью Министерства экологии и природных ресурсов Умайра Тагиева.

    По ее словам, анализ спутниковых данных и синоптических карт показал, что над территорией страны в нижних и средних слоях тропосферы преобладает западный, северо-западный перенос воздушных масс, который сохранится в ближайшие два дня.

    «Наблюдаемые и прогнозируемые синоптические условия будут препятствовать проникновению пыльной бури в наш регион.

    Нужно отметить, что большинство пыльных бурь имеют продолжительность не более 4 суток, а наибольшая их повторяемость на юге Ирана наблюдается с апреля по сентябрь. Самые благоприятные условия для возникновения пыльных бурь складываются на равнинной территории, прилегающей к Персидскому заливу. Этому способствуют термобарические условия, сильные ветры и состояние почвы», – отметила завотделом.

  • İrandan gələn toz fırtınası Azərbaycana təsir edəcək? – AÇIQLAMA

    İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

    “Peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək”, – deyə o bildirib.

    U.Tağıyeva qeyd edib ki, adətən, toz fırtınalarının davamiyyəti dörd gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması, əsasən, sentyabrdan aprelə qədər müşahidə olunur:

    “Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzənlik ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir”.

  • Azərbaycanda kişi toy gecəsi həyat yoldaşını boğaraq öldürdü – TƏFƏRRÜAT

    Gəncə Apellyasiya Məhkəməsində arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məhkum olunan Həsənov Ramil Rafiq oğlunun məhkəmə prosesinə hakim Teyyub Muxtarov sədrlik edəcək.

    Ötən ilin sentyabr ayında Daşkəsən rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.

    Rayonun Bayan kəndindən verilən məlumata görə, Ramil Həsənov həyat yoldaşını yaxın qohumunun toy gecəsi qətlə yetirib.

    “Onlar evlənəndən sonra Bakıda yaşayırlar. Neçə vaxt idi Könül kənddə idi. Könülün əmisi oğlunun toyu idi. Toydan bir gün əvvəl də Ramil kəndə gəlib. Toy başa çatandan sonra bunlar öz evlərinə gedib. Deyilənə görə, toydan sonra gecə aralarında mübahisə olub və Ramil Könülü öldürüb. Ondan sonra da gedib polisə təslim olub. Deyib ki, arvadımı öldürmüşəm”.

    Kənd sakinləri deyir ki, Ramil Həsənovun səhhətində heç bir problem olmayıb: “Sağlam adamdır. Bir oğlan övladı da var”.

  • Gürcüstanın baş naziri Bakıya niyə gəlir? – AÇIQLAMA

    Gürcüstanın yeni baş naziri Mamuka Baxtadzenin Azərbaycana birgünlük rəsmi səfəri olacaq.

    Bu haqda oxu.az-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Qeyd edilib ki, baş nazir yeni olduğu üçün bu səfər daha çox tanışlıq xarakteri daşıyacaq.

    “Eyni zamanda, səfər çərçivəsində bir sıra məsələlərin müzakirəsi, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da gücləndirilməsi ilə bağlı danışıqların aparılması nəzərdə tutlur.

    Hazırda səfərin proqramı dəqiqləşdirilir”, – deyə səfirlikdən bildirilib.

  • В ДТП в Гедабейском районе погибли 2 человека

    Как сообщает Median.Az, 26-го августа примерно в 20 часов на территории села Маариф автомобиль марки “ВАЗ 21154”, управляемый жителем района Самир Абдуллаевым врезался в дерево.

    Получившие тяжкие телесные повреждения водитель и пассажир Тебриз Алиев скончались на месте происшествия.

    В Гедабейском РОП по факту ведется расследование.

  • Gədəbəydə “VAZ” ağaca çırpılıb, 2 nəfər ölüb

    Median.Az xəbər verir ki, avqustun 26-ı saat 20 radələrində Maarif kəndi ərazisində rayon sakini sakini Samir Abdullayev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

    Nəticədə S.Abdullayev və sərnişini Təbriz Əliyev Mərkəzi Rayon Xəstəxanasında ölüblər.

    Gədəbəy RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • За кражу в метрополитене задержана ранее судимая женщина

    Как сообщает Median.Az, сотрудники отделения полиции метрополитена ГУП г.Баку и 29-го отделения полиции Ясамальского РУП
    в результате проведенной совместной операции задержали жительницу Закатальского района, ранее судимую Сураю Балаеву.

    Установлено, что 20-го августа задержанная на станции метрополитена украла из кошелка жительницы столицы 950 манатов и документ.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Metroda sərnişinin pulunu oğurlayan qadın saxlanılıb

    Median.Az xəbər verir ki, Metropolitendə Polis şöbəsi və Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 20-də Bakı şəhər sakini olan bir qadının pul qabısından 950 manat və sənəd oğurlayan Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürəyya Balayeva saxlanılıb.

    Faktla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Borcunu qaytarması üçün hədə-qorxu gəldilər – Damarlarını kəsdi

    Qubada borcu olan şəxsə pulu qaytarması üçün hədə-qorxu gəliblər.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

    Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

    Onlar qabaqcadan əlbir olub dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödəməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığından o, pulu ödəyə bilməmiş, saxlanılan şəxslər yenidən zərərçəkənə hədə-qorxu gəliblər. Nəticədə Rasim Neymətov cari ilin iyununda sol qolunun damarlarını kəsərək intihara cəhd edib.

    Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba RPŞ-nin İB-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat – axtarış tədbirləri davam etdirilir.