Month: August 2018

  • Sumqayıtda yol çökdü – Video/Fotolar

    Sumqayıt şəhərində yol çöküb.

    Hadisə şəhərin 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində baş verib.

    Belə ki, şahidlər axşam saatlarında yolun asfalt örtüyünün qəfil olaraq dağıldığını və xoşbəxtlikdən xəsarət alan olmadığını bildiriblər.

    Qeyd edək ki, həmin ərazidə yolun çökməsi hadisəsi bir neçə dəfə yaşanıb./bizimyol.info




  • Почему наши люди выбрасывают мусор из окон? – ФОТО

    И вновь на повестке дня тема выброса мусора в неположенных местах. А наши это любят. Автор этих строк проживает в районе 8 км. И практически каждое утро под балконами почти каждого второго дома можно увидеть мусор.

    Почему-то жителям просто неохота доносить отходы до мусорных ящиков, и они выбрасывают его где попало. А, что самое ужасное, что летом из-за этого невозможно открывать окна…

    Самое большее сожаление вызывает тот факт, что так себя ведут жители не одного и даже не двух домов, а многих. Такое происходит в стороне поселков Ахмедлы, Ени Гюняшли, Говсаны и т.д. При этом, в центральных районах города такое безобразие тоже имеет место быть, но не везде и гораздо реже.

    Как рассказала media.az одна из жительниц, пожелавшая остаться неназванной, это безобразие творится, минимум лет 10. Это просто ужас.

    «Я живу на первом этаже, практически каждое утро, я наблюдаю из окна окурки от сигарет, пустые пакеты, банки от различной еды, луковую шелуху и т.д.

    Все мои обращения к соседям не дают результатов, поскольку никто не признается в содеянном.

    Летом от этого мусора стоит ужасный запах, собираются мухи. Каждое утро уборщица убирает улицу, забирает этот мусор, но в течение дня он опять собирается. И так каждый день…», – рассказала она.

    Все дело в том, что сами граждане не задумываются, что, выбрасывая мусор из окна или с балкона, они загрязняют территорию при своем собственном доме. Создают антисанитарию, так и появляются тараканы, крысы, которые потом лезут в квартиры. И все это происходит по той причине, что людям просто лень дойти до мусорки. С чем это связано, непонятно…

    Но сегодня главное начать решать эту проблему. Самый верный и действенный способ – это штрафы, очень высокие штрафы. Только поняв, что за свою оплошность люди лишаться существенной суммы денег, они будут носить мусор в урну. В противном случае, проблему ничем не решишь…

    Кстати говоря, довольно часто такие же «грязнули» даже не спускаются во двор, а просто ставят пакет с мусором рядом с дверью, и он сутками там стоит. В итоге комары и мухи слетаются прям на лестничной площадке. И тут тоже, видимо, проблему стоит решать только вызовом участкового, иначе другие соседи вынуждены будут нюхать вонь чужих отходов…//media.az








  • Назван самый высокооплачиваемый актер по версии Forbes (ФОТО)

    Американский киноактер Джордж Клуни возглавил рейтинг самых высокооплачиваемых актеров в мире за 2018 год по версии Forbes. Рейтинг опубликован на сайте журнала.

    Как отмечается, Клуни также заработал на продаже своей компании Casamigos Tequila, благодаря которой актер стал богаче на $233 млн.

    Вторую строчку рейтинга с заработанными $124 млн занял Дуэйн Джонсон.


    На третьем месте оказался Роберт Дауни — младший ($81 млн). Наибольший доход ему принесла роль в картине «Мстители: Война бесконечности».


    Ранее Forbes составил список самых высокооплачиваемых актрис.

  • Azərbaycanda 8 aylıq hamilə qadın öldü

    Salyan rayonunda hamilə qadın dünyasını dəyişib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, 203 ünvanında qeydə alınıb.

    Belə ki, 8 aylıq hamilə olan 1998-ci il təvəllüdlü, Hökumə Oqtay qızı Məmmədova gecə saatlarında qəfil dünyasını dəyişib.

    Yaxınları qadının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azyaşlı qızla cinsi əlaqədə olan məktəblinin cinayət işi – TƏFƏRRÜAT

    Bakıda təhsil komplekslərinin birində 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdinin cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

    Median.Az-ın “Ölkə.Az”a istinadla verdiyi xəbərə görə, cinayət məcəlləsinin 152.2-ci maddəsiylə təqsirləndirilən Rzayev Cavidan Siyavuş oğlunun məhkəmə prosesinə hakim Anar Tanrıverdiyev sədrlik edir.

    Xatırladaq ki, biabırçı hadisə Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş verib.

    Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb.

    Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi Rzayev Cavidan Siyavuş oğlu saxlanılıb və Bakı İstintaq Təcridxanasına göndərilib.

    Bu il fevralın 11-də Rzayev Cavidanın barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    O, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir.

    Rzayev Cavidan Siyavuş oğlu barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

  • “Qurban bayramı” yarmarkalarında qiymətlər necədir? – VİDEO

    Qurban bayramı dünya müsəlmanlıların müqəddəs bayramlarından sayılır. Bu bayramda qurbanlar kəsilib ehtiyyacı olanlara paylanılır. Qurbanlıq qocların satılmasına görə isə hər bir rayonda yarmarkalar salınıb.

    Alıcılar arasında qiymət barədə narazılıq edənlər tapılmadı. Onlar bildirir ki, bu müqəddəs gündə əllər ciblərə atılmalıdır, ehtiyyacı olanlara dəstək olunmalıdır.

    Satıcılar da rayondan il boyu böyüdüb saxladığı xırda buynuzlu heyvanları Bakıya gətirib satırlar. Azərbaycanın hər bir bölgəsindən Bakıya axın var.//oxu.az

  • XİN Füzuli və Cəbrayılın işğalı ilə əlaqədar bəyanat yaydı

    1993-cü il avqustun 23-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

    Median.Az xəbər verir ki, bunu Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    O qeyd edib ki, işğal nəticəsində Füzuli sakinlərindən 657-si şəhid, 400-ü müharibə əlili, 181 nəfəri isə əsir və itkin düşüb:

    “Cəbrayıl rayonu da 400-ə yaxın şəhid verib və 177 nəfər müharibə əlili olub, 91 nəfər isə əsir və itkin düşüb. Hər iki rayonun sakinləri kütləvi şəkildə etnik təmizləməyə məruz qalıb, dövlət və özəl mülkiyyət obyektləri talan edilib.

    Hazırda Füzuli rayonunun 130,9 minlik əhalisinin 70 minə yaxını rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalanı isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır.

    79,9 min nəfərlik Cəbrayıl əhalisinin əksər hissəsi hələ ki, Azərbaycanın müxtəlif guşələrində məcburi köçkün olaraq məskunlaşmağa məcburdur.

    Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Füzuli və Cəbrayıl rayonlarında da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir.

    Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Füzuli və Cəbrayıl rayonlarında coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir.

    Xüsusilə Cəbrayıl rayonunda kənd-təsərrüfatı sahəsində qeyri-qanuni iqtisadi əməllər həyata keçirilir və Suriyadan olan ermənilər daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilir.

    BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Horadiz şəhərinin işğalı kəskin şəkildə pislənilib və Horadiz şəhəri daxil olmaqla, Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub.

    Yalnız Azərbaycan Respublikası Sılahlı Qüvvələrinin 5 yanvar 1994-cü il tarixindən etibarən həyata keçirdiyi əks-həmlə tədbirləri nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

    2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lalətəpə yüksəkliyinin işğaldan azad edilməsi və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraitinin təmin olunmasından sonra Azərbaycan hökuməti tərəfindən kəndin minalardan təmizlənməsi, yenidən qurulması və məcburi köçkünlərin şərəfli və ləyaqətli şəkildə kəndə geri qayıtması təmin olunub.

    Füzuli rayonunun işğaldan azad edilmiş hissələrində, Cocuq Mərcanlı kəndində Azərbaycan hökumətinin həyata keçirdiyi quruculuq işləri Azərbaycanın işğal edilmiş ərazilərin azad edilməsi, bərpa edilməsi və məcburi köçkünlərin şərəfli və təhlükəsiz şəraitdə geri qayıtmasının təmin olunması istiqamətində əzminin göstəricisidir.

    Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.

  • Ramil və Skidan Polşada medal qazandı

    Polşanın Xojuv şəhərində Kamil Skolimovskinin xatirəsinə həsr olunan IX atletika turnirində azərbaycanlı idmançı Ramil Quliyev bürünc medal qazanıb.

    100 metr məsafəyə qaçışda amerikalı atlet Roni Beyker finişə 9,87 nəticə ilə hamıdan tez çatıb.

    II yerə 10,10 nəticə ilə onun həmyerlisi Mayk Rocers çıxıb. Türkiyə adından çıxış edən dünya və Avropa çempionu Ramil isə 10,21 saniyəyə finişə çatıb və bürünc medal qazanıb.

    Qeyd edək ki, Ramil Quliyev bu ay Almaniyanın paytaxtı Berlində keçirilmiş Avropa çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

    Həmçinin, Azərbaycan adından çıxış edən ukraynalı çəkicatan Anna Skidan da bürünc medal qazanıb. Polşalı Yoanna Fyodorov (74,39) və fransalı Aleksandra Tavernyedən (73,38) sonra Skidan çəkicini 73,21 metr məsafəyə ata bilib.

  • “Qəzənfər”in 75 yaşı tamam olur

    Xalq artisti Şahmar Ələkbərovun doğum günündən 75 il ötür.

    Şahmar Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub.

    O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb.

    Məşhur sənətkar Adil İsgəndərоv onu kino studiyasının nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib.

    Şahmar Ələkbərov “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Eyni zamanda teleradio sahəsində də fəal olub. Azərbaycan adioda ilk dəfə “Ulduz” proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

    İstedadlı aktyorun yaratdığı Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır.

    Görkəmli aktyor və rejissor 20 il yaradıcılıq fəaliyyəti göstərib və cəmi 50 il yaşayıb.

    Xalq Artisti, Dövlət Mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

  • Afina qaranlığa qərq oldu

    Afina və ətrafyanı şəhərlər də daxil olmaqla Yunanıstanın bir neçə bölgəsi qaranlığa qərq olub.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Pallini rayonunun mərkəzi elektrik yarımstansiyasında qəzanın baş verməsidir.

    Qeyd edək ki, hadisəyə görə, təcili yardım xidmətinə 90 zəng olunub.