Month: August 2018

  • Nəsimi rayonunda çanta oğurlayan qadın saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 11-də Bakı şəhər sakini L.Ələkbərovaya məxsus içərisində 100 manat və mobil telefon olan çantanı oğurlayan Ağcabədi rayon sakini Gövhər Quliyeva saxlanılıb.

    Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Почему в мире так много языков?

    По подсчетам лингвистов, в настоящее время в мире насчитывается от 2500 до 7000 естественных языков. Такой большой разброс в оценке количества связан со сложностью разграничения языка и диалекта. Гораздо проще сказать, сколько языков официальных – 95. Среди них наиболее распространен английский. Он имеет статус государственного в 56 странах.

    Как передает Median.Az со ссылкой на moya-planeta.ru, многообразие естественных языков ученые объясняют прежде всего освоением новых территорий. В результате миграции формировались сообщества, где люди могли говорить на разных языках. Но для того, чтобы понимать друг друга, им требовался единый. И последующим поколениям передавался уже он. Именно так на протяжении сотен тысяч лет создавались языки.

    Именно создавались – в прошедшем времени. Глобализация сделала появление новых естественных языков невозможным, так как для этого необходима изоляция определенного сообщества на протяжении минимум пяти-шести поколений. Сейчас это условие невыполнимо ни географически, ни информационно.

    Более того, количество естественных языков сокращается и процесс будет продолжаться. В этом виновато, во-первых, неравномерное распределение языков по числу носителей (на 80% населения планеты приходится 80 языков, а на 3500 языков – лишь 0,2% жителей), языки малых народов вымирают. Во-вторых – глобализация и миграция. Переезжая на новое место и меняя уклад жизни, переселенцы лишь на какое-то время сохраняют родной язык. Во втором или третьем поколении он теряется.

    Однако на протяжении последних 400 лет идет работа над созданием искусственных языков. Одни придумываются в произведениях художественной литературы, компьютерных играх, то есть там, где авторы создают вымышленные миры. Другие – чтобы помочь людям с особенностями развития общаться друг с другом. К искусственным языкам относятся и языки программирования, задачей которых является управление компьютерной системой.

    Предпринимаются также попытки создать универсальный язык. Пока безуспешные. Основная причина провалов даже не финансовая. Язык – это культурный код. Следовательно, при переходе к универсальному языку люди потеряют свою культуру и национальную идентичность. Неудивительно, что идея создания всеобщего языка не вызывает большого воодушевления.

  • Поступили в продажу билеты на матч Лиги Европы «Карабах» – «Шериф»

    Билеты ответного матча стадии плей-офф Лиги Европы между «Карабахом» и молдавским «Шерифом» поступили в продажу.

    Как передает Median.Az со ссылкой на официальный сайт агдамского клуба, в зависимости от сектора цены билетов колеблются от 1 до 10 манатов. Стоимость VIP билетов составляет 50 манатов.

    Болельщики могут приобрести билеты в Фан-шопе ФК «Карабах» в Park Bulvar, кассах Республиканского стадиона имени Тофика Бахрамова, 28 Mall и посредством сайта iTicket.az. Билеты продаются лишь лицам, предъявившим удостоверение личности.

    Матч «Карабах» – «Шериф» состоится на Республиканском стадионе имени Тофика Бахрамова. Игра начнется в 21:00.

  • Азербайджан принимает участие в международной военно-технической выставке в России

    В России проводятся международная военно-техническая выставка “ARMY-2018” и конференция на тему “Неделя национальной безопасности”, говорится в среду в сообщении минобороны Азербайджана.

    Об этом передает Median.Az со ссылкой на Trend.

    Азербайджанскую делегацию возглавляет заместитель министра обороны по материально-техническому обеспечению – начальник Главного управления материально-технического обеспечения генерал-майор Фуад Мамедов.

    Мероприятия продлятся до 26 августа.

  • Ukrayna polisi Azərbaycan vətəndaşını öldürdü

    Piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb.

    Median.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Mitsubishi” markalı xidməti polis maşını M-05 Kiyev-Odessa avtomagistralı ilə hərəkət zamanı yolu keçməyə çalışan piyadanı vurub öldürüb.

    Piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb. Bu barədə patrul polisinin mətbuat xidmətindən bildiriblər.

    Məlumata görə, aldığı xəsarətlərdən hadisə yerində ölmüş piyada Azərbaycan vətəndaşıdır.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • “CBC Sport” “Qarabağ”ın oyununu yayımlamayacaq – “Şerif”in istədiyi məbləğ

    “CBC Sport” telekanalı Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Şerif” – “Qarabağ” oyununun canlı yayımlanmamsı ilə bağlı bəyanat yayıb.

    Median.Az kanalın rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bəyanatda deyilir:

    “CBC Sport” telekanalı bəyan edir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 23-də keçiriləcək “Şerif” – “Qarabağ” görüşünü yayımlaya bilməyəcək. Bunun səbəbi oyunun yayım hüququna malik olan “Şerif” Futbol Klubunun yayım üçün çox böyük məbləğ istəməsidir. Moldova klubunun tələb etdiyi məbləğ bu səviyyədə bir oyun üçün real məbləğin 10 qatıdır.

    “CBC Sport” telekanalı qarşı tərəfə əvvəlcə siqnal mübadiləsi, sonra isə daha aşağı məbləğ təklif etsə də, “Şerif” FK Moldova kanallarının heç birinin Bakıdakı görüşə maraq göstərməməsini əsas gətirərək ilk oyunun çəkilişinə və yayımına görə bizdən tələb etdiyi məbləğdə güzəştə getmədi.

    Ötən il də bu komandaların UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki oyununda buna bənzər hadisə yaşanmış, yenə “Şerif” FK-nın istədiyi qeyri-real məbləğ səbəbindən oyunun Azərbaycana yayımı baş tutmamışdı.

    Hazırda ölkəmizdə bu oyuna maraq göstərən kanallar üçün danışıqlar prosesi açıq olaraq qalır. Amma öz tərəfimizdən təəssüf hissi ilə bəyan edirik ki, “Şerif” – “Qarabağ” görüşü yuxarıda qeyd olunan səbəblərlə əlaqədar “CBC Sport” kanalında olmayacaq.

    İzləyicilərimizin, azarkeşlərin və futbol ictimaiyyətinin bu qərarı anlayışla qarşılayacağına ümid edirik”.

    Qol.az saytının əldə etdiyi xəbərə görə isə “Şerif” yayım üçün “CBC Sport”dan 150 min avro tələb edib.

  • Toy karvanları nəzarətə götürüldü: maksimum 6 avtomobil – VİDEO

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı sürücülərə, toy sahiblərinə və avtomobil icarəyə verən şəxslərə müraciət edib.

    Daxil olan müraciətdə qeyd olunur ki, son vaxtlar toy karvanlarında yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları daha çox müşahidə olunur. Bununla bağlı Dövlət Yol Polisi İdarəsi ciddi mübarizə tədbirlərinə əl atıb.

    Belə ki, bu sahədə təbliğat işləri aparılır, sürücülərə xəbərdarlıq olunur, toy karvanlarının hərəkəti ilə bağlı qaydalar izah edilir. Lakin yenə də bəzi toy karvanlarında avtoxuliqanlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, başqalarının hərəkətinə mane olan, tıxac yaradan və digər qayda pozan sürücülərin sayı azalmır.

    Bütün toy karvanlarını kameralar vasitəsilə nəzarətə götürən Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq sürücülərə bir daha müraciət edir ki, toy karvanlarında maksimum 6 avtomobilin iştirakı daha məqsədəuyğundur. Eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsələr daha yaxşı olar.

    Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı videorolikdə də məhz toy karvanlarının hərəkəti ilə bağlı tövsiyələr sürücülərin diqqətinə çatdırılır.a

  • В Тбилиси протестуют против борцов сборной Грузии

    Скандалом обернулась публикация в Интернете фотографии участников грузинской сборной по вольной борьбе и их тренера в футболках с портретом главного тренера России по вольной борьбе Дзамболата Тедеева на фоне российского флага

    Как передает Median.Az со ссылкой на «Кавказский узел», в Тбилиси прошла акция протеста против борцов.

    Волна критики обрушилась на борцов после того, как грузинская служба «Радио Свобода» опубликовала фото, на котором чемпион Европы и бронзовый призер Олимпийских игр Гено Петриашвили, чемпион мира Зураб Якобашвили, а также главный тренер сборной Грузии Георгий Иантбелидзе запечатлены в футболках, раскрашенных в цвета российского триколора и с портретом главного тренера сборной России по вольной борьбе, депутата парламента Северной Осетии Дзамболата Тедеева.

    Чемпион Европы 1993 года Дзамболат (Джамболат) Тедеев с 2001 по 2012 год, а затем с 2016 года по настоящее время является главным тренером сборной России по вольной борьбе. В 2011 году Тедеев предпринимал попытку участия в выборах президента Южной Осетии, но Центризбирком отказался зарегистрировать его кандидатуру, говорится в биографической справке Дзамболата Тедеева, опубликованной в «Кавказском узле».

    «Я понимаю спортивную дружбу вне зависимости от национальности, но дружба дружбой, а цвета вражеского флага, портрет депутата сепаратистского режима… Ни один из вас не заметил, что надел футболку с цветами российского флага??? Позор вам!» – приводит образец типичного комментария в грузинском сегменте соцсетей «Эхо Кавказа».

    Сами спортсмены остро отреагировали на критику, отмечает издание.

    Президент национальной федерации борьбы Гега Гегешидзе призвал критиков борцов “не лезть не в свое дело”, указав, что грузинские борцы прославляют страну на весь мир.

  • Atası ilə birlikdə eyni ixtisasa qəbul olan qız: Gələcəkdə anam da bacım ilə birgə tələbə olmaq istəyir…

    “Mən də, atam da ödənişli əsaslarla təhsil alacağıq. Bəlkə də mən oxuduğuma görə o, təhsilini davam etdirə bilmədi. Atam sırf heç bir imkansız abituriyentin yerini tutmamaq üçün ödənişli ixtisas yazdı”.

    Median.Az xəbər verir ki, bu sözləri azedu.az-a açıqlamasında I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak edərək, atası ilə birgə tələbə adını qazanan Nərgiz Süleymanova deyib. O, atası ilə eyni fakültə və universitetdə təhsil alacaq. Bəlkə atası ilə qrup yoldaşı da oldu.

    Kərəm Süleymanov və qızı Nərgiz Süleymanova Bakı Dövlət Universitetinin İnformatika ixtisasına qəbul olunublar. O, bildirib ki, atası ixtisas seçimində belə öz şagirdlərini düşünərək qərar verib:

    “İnformatika ixtisasını riyaziyyat fənninə yaxın olduğu üçün seçdik. Həm də müasir elmdir və gələcək perspektivləri çoxdur. Atam da elə mənə görə bu ixtisası seçdi. Yəni, ixtisas seçiminə mən qərar vermişəm.

    Atam o qədər bal toplamasına baxmayaraq, digər abituriyentlərin haqqına girməmək üçün ödənişli ixtisas yazdı. Dedi ki, “mən niyə imkansızların haqqına girim? Onsuz da bəlkə oxumadım”. Ümumiyyətlə, o, I turda iştirak etmədi. Dedi ki, “şagirdlərim qəbul olunsun, mən II turda kodlaşdıraram. Sənin kimi digər abituriyentlər də var. Mən sənin tələbə olmağını nə qədər istəyirəmsə, onların da valideyni o qədər istəyir”.

    Mən də, atam da ödənişli əsaslarla təhsil alacağıq. Mən oxuyacağıma görə yəqin ki, ailədə bəzi problemlər yaranar və atam təhsilini davam etdirməyə  bilər. Buna baxmayaraq, atam heç bir imkansız abituriyentin yerini tutmamaq üçün ödənişli təhsili seçdi”.

    O bildirib ki, atası hər il qəbul imtahanı versə də, ixtisas seçimində bilərəkdən iştirak etmir:

    “Əslində mən, qiyabi təhsil almaq istərdim. Amma müəllimlikdə qiyabi təhsil forması yox idi. Yalnız əyaniləri kodlaşdırdıq ki, eyni ixtisas və universitetə düşək.

    Mən keçən il də Azərbaycan Kooperasiya Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olundum. Amma bu fakültəni bitirən müəllim kimi çalışa bilmədiyinə görə orda təhsil almadım. Keçən il fərqli universitetlərin tələbəsi olduq. Atam da Gəncə Dövlət Universitetinin  Riyaziyyat və informatika ixtisasına qəbul olundu. O, hər il imtahan verib özünü sınayır. Amma heç də hər il sırf digər şagirdləri və abituriyentlərə mane olmamaq üçün ixtisas seçimində iştirak etmir. Bu il sırf mənə görə ixtisas da seçdi.

    Əvvəl Azərbaycan Tibb Universitetinin Pediatriya, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Atam Riyaziyyat, Fizika, Kimyanı özü bilir və bu fənlərdən şagird hazırlaşdırır.

    Mən Azərbaycan dilindən də heç bir hazırlığa getməmişəm. Atam da bu fənni mənimlə bərabər oxuyub. Yalnız ingilis dilindən başqa repetitorun yanına getməli oldum. Çünki atam rus dilini seçmişdi. Atam növbəti illərdə 600 balı keçməyi qarşısına məqsəd qoyub”.

    O, atasının hamını təəccübləndirən müəllim fəaliyyətindən də söz açıb:

    “Hələ ki, universitetdə qeydiyyatdan keçməmişik. Yəqin ki, ayın 25-i keçərik. Bəzi problemlər olmasa qeydiyyata da birlikdə gedəcəyik. Amma atam hələ oxuyub- oxumayacağına qərar verməyib. Onun savadına söz ola bilməz.

    Bacım 5-ci sinifdə oxuyur. Hələ qəbul imtahanı verməyib. Atam onunla da qəbul imtahanında iştirak etmək istəyir. Bilirsiz ki, indi qəbul imtahanları da ödənişlidir. Amma  atam hər il 40, 80 manatından keçərək imtahan verir. Bəzi “repetitorları” imtahana aparsanız, bəlkə də heç dərs dedikləri ixtisasdan  imtahan verə bilməzlər. Atam isə ixtisasca müəllim deyil. Azərbaycan Texnologiya Universitetini bitirib və mühəndisdir. Amma 20-25 ildir ki, 3 fəndən şagird hazırlaşdırır.

    Azərbaycan Tibb Univeesiteti, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyasında oxuyan xeyli şagirdləri var”.

    Çox adam düşünür ki, atası ilə bir qrupda təhsil alan qız tələbəlik həyatı yaşaya bilməz…

    “Sosial şəbəkələrdə də bu haqda yazırlar. Amma heç kəsə valideynindən daha əziz olan biri yoxdur. Məncə, universitetdə adı valideyni ilə qrup yoldaşı kimi hallanmaq özü ən böyük şərəfdir. Atama həmişə valideyndən çox müəllim kimi baxmışam.  Onu heç vaxt yalnız atam olduğuna görə tərifləməmişəm”.

    O, qəbul imtahanı zamanı atası ilə birgə yaşadığı maraqlı hadisəni xatırlayıb:

    “Keçən il qəbul olunsam da, oxumadım. Bu il qəbul olacağıma inanırdım. Çünki insan qarşısına məqsəd qoysa, ona nail ola bilər.

    Mən imtahanda çox  həyəcanlı, stresli oluram. Atam da buna görə imtahan verdi. İmtahanda da eyni məktəb, amma fərqli otaqlara düşdük. Orada da bizi görən müəllim, nəzarətçi, mühafizəçilər təəccübləndilər.

    Hətta imtahan verdiyim otaqda nəzarətçilərin danışığını eşitdim. Deyirdilər ki, hansısa yaşlı abituriyent gəlib. Yəqin ki, ikinci ali təhsilini almaq istəir. Mən durub dedim ki, o, mənim atamdır, müəllimdir. Hamı təəccübləndi. Hamı onun ixtisasca müəllim olmamasına baxmayaraq şagirdəri ilə imtahanda iştirak etməsinə təəccübləndi. Qeyd edim ki, atam fizika və riyaziyyatdan sualların 25-ni də düz yazdı. Fizikada bir sualı yanlış kodlaşdırdı. Bu da  53 yaşında 25 ildir ki, kitabla məşğul olmasına görə gözlərinin artıq zəifləçəsindən qaynaqlanır.Hamı bir yerdə imtahan verməyimizə qəribə reaksiya verir”.

    Onun sözlərinə görə anası da, gələcəkdə bacısı ilə birgə tələbə olmaq istəyir:

    “Sosial şəbəkələrdə şagirdlərinin atam haqda yazdığı rəylərə baxa bilərsiniz. 300-dən çox şagirdi var. Onlar atamı o qədər çox istəyirlər ki… Atam əməkhaqqı ilə şagird hazırlayır. Amma heç vaxt yanına gələn hansısa imkansız şagirdi hazırlamaqdan da imtina etməyib. Təmənnasız hazırladığı şagirdlər var. Həmin şagirdlər tibb, hüquq təhsili alırlar. Atamı görəndə əldən ayaqdan gedirlər ki, bizə belə hörmət etmisiz.

    Atam növbəti illərdə də imtahanda iştirak edəcək. Anamın da buna münasibəti çox yaxşıdır. Dünəndən saytlarda yazılanları oxuyub, diqqət mərkəzində olduğumuzu görür. Deyir ki, gələcəkdə bəlkə mən də imtahan verdim. O, orta təhsillidir. Bacımla birgə imtahan vermək istəyir”.

    Nərgiz Süleymanova qeyd edib ki, özü də yenidən imtahanlarda iştirak etmək istəyir:

    “Atamgil tərəfdə savadlı insanlar çoxdur. Əslində, mən özüm də təhsilimi başa vurduqdan sonra yenidən imtahan vermək istərdim. Mən həmişə III ixtisas qrupuna meyilli olmuşam. Jurnalistika və hüquqa marağım olub. Anam dedi ki, atan da riyaziyyatçıdır. Texniki fənlər üzrə ixtisaslaş. Mən də bu ixtisas qrupunu seçdim. Ən sevdiyim fakültə isə jurnalistikadır. Gələcəkdə də elə o ixtisaslara qəbul olunmaq üçün yenidən imtahan verəcəm”.

    “Bilmədiyim suallar olanda anam deyirdi ki, sən də atana Azəraycan dilindən sual ver, bilməsin”.

    “İmtahana atamla bir yerdə hazırlaşdıq. Bəzən olub ki, atamın şagirdləri çox olduğundan yorğun olub və mənə vaxtı qalmayıb. Mən özüm oxumuşam. Bəzənsə, digər fənlərdən bir-birimizi sual cavab edib, hətta yarışmışıq. Atam mənə çox dəstək olub.

    Texniki fənlərdən atam həmişə məni sorğu-sual edir, anam da kənardan qulaq asırdı. Bilmədiyim suallar olanda anam deyirdi ki, sən də atana Azəraycan dilindən sual ver, bilməsin.

    Atamın Azərbaycan dilindən hansısa sualı bilmədiyi, mənim izah etdiyim vaxtlar da olub. Atamı hazırda hər kəs maraqla qarşılayır.

    Sadəcə müsəlmanlarda biraz paxıllıq hissi var. Digər repetitorların paxıllığını hiss edirəm. Heç vaxt istəmirlər ki, atam irəli getsin. Atam bu qədər savadlı olsa da, heç vaxt özünün reklam etməyib. Sadəcə bir sosial şəbəkə bizimlə bağlı məlumatı paylaşmaq istədi və razı olduq. Bundan sonra hamı onu tanıdı”.

    O, atasına lazımı qiymətin verilməməsindən narahatdır:

    “Mikayıl Cabbarov təhsil naziri olanda atam onun qəbulunda oldu. Nazir dedi ki, nə kömək lazım olsa, edərəm və minnətdarlığını bildirdi. Atam istəyir ki, biliyinə çox qiymət verilsin. Çünki elə müəllim var ki, biliyi azdır, amma yüksək maaş alır. Amma atam hər şey etsə də, çox qiymət verilmir. Atam Məleykə Abbaszadənin də qəbulunda olub.

    Atamın məni bilmədiyim suala görə tənqid etdiyi vaxtlar da az olmayıb. Digər şagirdləri bilməsə də onları danlamırdı. Mənə isə deyirdi ki, “sən bilməli idin. Mən sənə deyirəm ki, onlar da başa düşsün. Mən onların qəlbini necə qırım?” Bütün şagirdləri onun çox istəyir”.

    O, atası ilə olan xatirələrini də bölüşüb:

    “Atamla o qədər xatirələrim var ki, xüsusilə də hansısa sualı bilməyəndə məni danlamağı… Hərdən məndən küsürdü də… Sonra anam müdaxilə edirdi ki, uşaqdır, işin olmasın. Atam istəyirdi ki, mən hər şeyi bilim. Həmişə deyirdi: “istər 100, istər 600 balla universitetə qəbul ol,  əsas odur ki, sənin savadın olsun. Kimsə sual verəndə, cavab verə biləsən.əsas odur ki, ixtisasının mütəxəssisi ol”. Onun fikri-zikri sırf elmdir.

    Atama arzu edirəm ki, həmişə ad-sanını belə qorusun, hər kəsin fəxri olsun. Bəzi kolleqalarına isə demək istəyirəm ki, o bu səviyyəyə yalnız öz savadı ilə gəlib heç kəsin köməyi ilə yox. Atamın bu qədər savadı olsa da, heç bir təhsil müəssisəsində işləmir. Hamı elə bilir ki, Kərəm müəlim hardasa işləyir. Heç də belə deyil”.

  • Bank hesablarından 2 min manatdan çox pul oğurlayanlar saxlanılıb – Göyçayda

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

    Göyçayda 3 ay ərzində bank hesablarından 2479 manat pul oğurlanıb. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından 91 manat pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Valeh Xəlilov, əvvəllər məhkum olunmuşlar Ruslan Qasımov və Nəriman Rəhimov avqustun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ətraflarında aparılan tədbirlərlə onların cari ilin may-avqust ayları ərzində Göyçay rayon sakini olan daha 3 nəfərin bankdakı hesablarından ümumilikdə 2479 manat pul çıxarmaları müəyyən edilib.