Month: August 2018

  • Ramil Usubov əmr imzaladı: Polis gücləndirilmiş rejimdə işləyəcək

    Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

    Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb.

    Əmrə əsasən, avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.

  • Ermənistanda yeni həbslər

    Ermənistanda vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə ölkə FHN-nin keçmiş yüksək vəzifəli məmurları saxlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan “Jovoxurd” qəzetinə müsahibəsində bildirib.

    Vanetsyanın sözlərinə görə, keçmiş nazir müavini Qamlet Akopyan və FHN aparatının keçmiş rəhbəri Qaqik Ayrapetyan saxlanılıb. Onlar büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunurlar.

  • На улицах Баку будет больше патрулей

    В дни праздника Гурбан полиция Азербайджана перейдет на усиленный режим работы.

    Как сообщили в МВД, соответствующий приказ подписал генерал-полковник Рамиль Усубов.

    Согласно информации, с целью более надежного соблюдения правопорядка в праздничные дни, с 22 по 24 августа в общественных местах и на улицах увеличится плотность патрульных нарядов, будет усилен режим охраны, в том числе диппредставительств зарубежных стран.

  • Bakıda porno saytlarla bağlı sorğu: “Anamız, bacımız baxırdı, yaxşı oldu” (VİDEO)

    Bakıda bir neçə porno saytın bağlanmasından sonra paytaxt sakinləri arasında bu barədə sorğu keçirilib.

    Baku.ws-in məlumatına görə, sorğuda iştirak edənlərin əksəriyyəti bu qərarın yerində olduğunu vurğulayıb. Bu tipli saytların bağlanmasının müsbət hal olduğunu deyənlər az deyil.

    Sakinlər uşaqların tərbiyyəsinin pozulduğunu və bu saytların cəmiyyətə yararsız olduğunu vurğulayır.

    Ancaq əksini düşünənlər də az deyil.

    Həmin sorğunu təqdim edirik:

  • Bakıda çörəyin içindən çıxanlar görənləri ŞOKA SALDI – VİDEO

    Bakıda marketlərin birində satılan çörəyin içərisindən dəmir metal aşkarlanıb.

    Baku.ws xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Paylaşılan videodan da göründüyü kimi vətəndaşlardan biri çörəyin içərisindən dəmir “bolt” aşkarlanıb.

    Median.Az həmin görüntüləri təqdim edirik:

  • В Баку задержан бывший зэк, ранивший ножом двух человек

    Как сообщает Median.Az, накануне с территории Сабаильского района с колото-резанными ранами в Клинический Медецинский Центр были доставлены и прооперированы жители столицы Вугар Джафаров и Ровшан Имангулиев.

    Сотрудники 9-го отделения полиции в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого Кянана Искяндарова.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело, ведется следствие.

  • Səbail rayonunda iki nəfəri bıçaqlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, avqustun 16-da Səbail rayonu ərazisindən Kliniki Tibbi Mərkəzə kəsilmiş-dəşilmiş xəsarətlərlə Bakı şəhər sakinləri Vüqar Cəfərov və Rövşən İmanquliyev gətirilərək, üzərlərində cərrahi əməliyyat aparılıb. Onların həyatları həkimlər tərəfindən xilas edilib.

    Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan İsgəndərovu saxlayıblar.

    Səbail RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • Госслужба о выборе жертвенных животных

    При выборе жертвенных животных граждане должны обращать особое внимание на состояние их здоровья.

    Об этом сказал начальник Государственной службы ветеринарного надзора Баяндур Рзаев.

    По его словам, в настоящее время служба проводит профилактическую вакцинацию против 13 болезней:

    «Если в соседних странах фиксируют какую-либо болезнь, то мы ведем с ней борьбу. Отмечу, что на территории страны проведена профилактическая вакцинация против определенных болезней. Эти мероприятия проводятся поэтапно, и в настоящее время в стране сохраняется эпизоотическая стабильность по острым инфекционным заболеваниям».

    Начальник службы дал свои поручения фермерам:

    «Фермеры должны закупить корм в осенний сезон. Надо запастись кормом на зиму в соответствии с количеством животных. Также рекомендую отдавать предпочтение калорийным кормам.

    Населению и владельцам хозяйств хочу сказать, что необходимо уделять внимание содержанию, питанию животных и наличию вентиляции в местах их содержания. Первое, о чем я прошу граждан и фермеров, это чтобы они уделяли внимание здоровью животных. Если произошло что-то подозрительное, следует сразу обратиться в местное ветеринарное управление и участковый ветеринарный пункт».

  • 28 yaşlı Səxavət: Həyat yoldaşım qızımı alovun içinə atıb yandırmaq istədi – DƏHŞƏT

    Zərdab rayonu Qoruqbağı kənd sakini, 04.08.1990-cı il təvəllüdlü Səxavət Məmmədov öz həyat faciəsi və məhkəmə hakimlərinin qəbul etdiyi ədalətsiz qərarlarla bağlı şikayətçidir.

    Median.Az xəbər verir ki, o, modern.az-a müraciətində bildirib ki, 14 noyabr 2011-ci il tarixdə Hacıqabul rayon sakini Samirə Məmmədova ilə qanuni ailə həyatı qurub.

    2012-ci il oktyabrın 13-də onların Nuray adlı qız övladı dünyaya gəlib.

    S. Məmmədov həyat yoldaşından boşandığını deyib. O, vəziyyəti belə izah edib:

    “Sözün düzü, evlənəndə Samirənin xəstə olduğunu bilmirdim. Sonradan bildim ki, Samirə atası evində müntəzəm müalicə olunurmuş. Samirə dəfələrlə birgə yaşadığımız atama məxsus evi yandırıb, qızımı alovun içərisinə atıb yandırmaq, öldürmək istəyib. Biz uşağı güclə onun əlindən alıb xılas etmişik.

    Mən ailəmin dağılmaması üçün Samirəni Respublika Xəstəxanasında 5 ay, Medstayl Hospitalda uzun müddət müalicə etdirsəm də faydası olmayıb. Hətta həkimlər mənə bildirib ki, belə xəstə ilə evlənmək olmazdı. Yoldaşım uzun müddət isteriya tutması diaqnozu ilə Zərdab Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatında olub. Bu Zərdab RMX-nın 15.03.2018-ci il tarixli, 02-901 saylı, şöbə müdiri X.Teymurovanın və həkim-nevropatoloq F.Mürsəlovanın imzası və möhürü ilə təsdiq olunan arayışından da görünür.

    Arayışda qeyd edilir ki: “Verilir Zərdab rayonu Qoruqbağı kənd sakini Məmmədova Samirə Rəfail qızına ondan ötəri ki, o həqiqətən də “İsteriya tutması “ diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində dispanser qeydiyyatdadır.

    Arayış Hacıqabul rayon məhkəməsinə təqdim etmək üçün verilir”. Mən bütün baş verənlərdən sonra Samirədən boşanmaq qərarına gəldim. Və Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadovun 28 fevral 2017-ci il tarixli qərarı ilə biz boşandıq. Ancaq mən qızım Nurayın psixoloji xəstə olan anasında qalmasına etiraz etdim. Çünki qızımın həyatı üçün hər an təhlükə var.

    Axı azyaşlı uşağı psixi xəstənin himayəsinə necə vermək olar? Ancaq təəssüf ki, məhkəmə hakimləri mənim haqlı tələbimi nəzərə almadılar. Və nəticədə Zərdab, Hacıqabul rayon məhkəmələri qanunsuz qərar verdilər. Şirvan Appelyasiya Məhkəməsi isə onların qərarını 17 iyul 2018 ci il tarixdə təsdiq etdi. Təsəvvür edirsiniz 10 dəfə keçirilən məhkəmə proseslərinə qarşı tərəf 1 dəfə də olsun gəlməyib. Və hakimlər qarşı tərəfin iştirakı olmadan qərar veriblər.

    Mən ədliyyə naziri, Məhkəmə- Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovda xahiş edirəm ki, qanunsuz məhkəmə qərarları ləğv edilsin və işə qanuni baxılsın”.

  • Naxçıvanda toyların “sladkiy stol” formatında keçiriləcəyi xəbərinə AYDINLIQ GƏTİRİLDİ

    “Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir”

    Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası rəhbərliyi adından guya sentyabrın 1-dən toy mərasimləri ilə bağlı xüsusi qaydaların tətbiq ediləcəyi, obrazlı ifadə edilsə yalnız “sladkiy stol”lara icazə veriləcəyi ilə bağlı informasiyalar yayılıb.

    Görəsən, yayılan informasiyalar həqiqəti nə dərəcədə əks etdirir?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov “naxcivanxeberleri” saytına açıqlamasında yayılan informasiyaların həqiqəti əks etdirmədiyini bildirib:


    “Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar absurd fikirlərdir, həqiqəti əks etdirmir. Yas mərasimlərində israfçılığın olmamasını insanlarımız özləri də istəyir. Amma toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır.

    Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur”.