Month: August 2018

  • Bulvarın bu hissəsi pullu oldu – giriş 1 manat

    “Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyyətində olan məsələdir. Giriş 1 manat təşkil edir”.

    Bunu “Qafqazinfo”ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nazim Məcidov deyib. O qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır:

    “Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız Bayıl tərəfdə Su İdman Sarayının yaxınlığında olan kiçik bir hissədə şlaqbaumdan keçid pullu olub. Bunu da şəhər sakinlərinin şikayətləri əsasında tətbiq etmişik. Belə ki, orada daim avtomobillər ötüşürdü, cavan oğlan və qızlar maşında saatlarla oturub uyğunsuz hərəkət edirdilər. Eyni zamanda, oradan “moyka” kimi də istifadə edilib. Bu da sakinlərin istirahətinə maneə törədirdi. Bu hissədə keçidin pullu olması bir neçə adamın xoşuna gəlməsə də, 100-lərlə şəhər sakini bəzi əxlaqsızlıqlara görə bu addımı alqışlayıb”.

  • Минобороны АР разоблачило ложь армянской стороны

    Оборонное ведомство Азербайджана отреагировало на заявление Минобороны Армении о якобы пресечении действий азербайджанской разведывательно-диверсионной группы, которая «пыталась перейти линию соприкосновения войск в Карабахе».

    В ответе на запрос в Минитсрестве обороны Азербайджана сообщили, что распространенная противником информация не соответствует действительности, это очередная ложь и провокация.

    «Заявление армянских СМИ не что иное, как действие, направленное на то, чтобы отвлечь внимание от стремительного развала своей армии и деградации армянского общества в целом. Подразделения азербайджанской армии никакую операцию не проводили и полностью контролируют оперативную обстановку», – говорится в сообщении министерства.

  • Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərə münasibət bildirib.

    Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır.

    “Bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil.

    Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir”, – MN-dən vurğulanıb.

    Qeyd edək ki, erməni kütləvi informasiya vasitələri guya Azərbaycan kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısının alınması barədə məlumat yayıb.

  • Britni Spirs keçmiş ərinə 110 min aliment ödədi – FOTO

    Dünyaca məşhur ifaçı Britni Spirslə keçmiş əri Kevin Federlayn arasında uşaqları üçün ödənilməli olan alimentə görə məhkəmə prosesi davam edir.

    Ötən il Kevin uşaqlar üçün hər ay 20 min dollar aliment alırdı.

    O, fevralda məhkəməyə müraciət edərək uşaqların böyüdüyünü, xərclərin çoxaldığını bildirərək alimentin iki dəfə çoxaldılmasını istəyib.

    Kevinlə yaşayan 12 yaşlı Şon və 11 yaşlı Preston üçün edilən bu tələbi məhkəmə geri çevirib. Bununla razılaşmayan Kevin yenidən məhkəməyə üz tutub və alimentin üç dəfə çoxaldılmasını, yəni 60 min dollar edilməsini tələb edib.

    Məlum olub ki, Britnini keçmiş ərinə 110 min dollar ödəməyə məcbur edilib. Federlayn isə bu məbləği yetərli hesab etmir. O söyləyib ki, Birtni ildə 35 milyon dollar qazanır və uşaqlarının yüksək həyat tərzi keçirməsi üçün onlara ayda 35 min dollardan artıq pul ödəməlidir.

    Qeyd edək ki, 2008-ci ildə məhkəmə müğənninin övladlarına baxa bilməyəcəyi qənaətinə gələrək, onları atasına verib. Buna görə də onların bütün xərcini Britni Spirs ödəyir.


  • Türkiyənin ətrafında ABŞ-a qarşı yeni ittifaq formalaşır – RƏY

    Vaşinqtonun Suriyadakı proqnozlaşdırılması mümkün olmayan siyasəti, həmçinin Donald Trampın Ankaranın heç də dost mövqe tutmadığı İsraillə yaxınlaşmaları nəticəsində son vaxtlar ABŞ və Türkiyə arasında münasibətləri “səmimi müttəfiqlik” adlandırmaq olmaz.

    Bu barədə oxu.az-a rusiyalı siyasi ekspert Denis Korkodinov ABŞ-a qarşı ittifaqın formalaşması imkanları ətrafında gəzən söhbətləri şərh edərkən bildirib.

    Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdə yeni anti-terror kampaniyasına başlamaq səyləri (Suriya və İraqda) regionda lider mövqeyini itirməsi ilə barışa bilməyən Ağ Ev administrasiyasında müəyyən narahatlıq doğurur.

    “Bu, Vaşinqton və Ankara arasında qarşılıqlı iqtisadi məhdudiyyətlərə çevrilən gərginliyə səbəb olub. Görünür, türk xammalına rüsumları artıran Donald Tramp türkiyəli həmkarını Ankaranın hərbi aktivliyini qəbul etməməsi barədə xəbərdar etmək və Türkiyəni barəsində beynəlxlaq sanksiyaların qüvvədə olduğu İranla bir sıraya qoymaq niyyətində olduğunu bildirmək istəyib.

    Lakin Ağ Ev adminitrasiyasının səhvi ondadır ki, Ərdoğan Türkiyədəki nüfuzunu daha da gücləndirmək üçün ABŞ-ın çağırışını qəbul etməyə şad idi. Başqa sözlə, Vaşinqton və Ankara arasında təşkil olunmuş iqtisadi müharibə hər iki ölkəyə sərfəlidir: Amerika cəmiyyəti üçün guya demokratiyaya təhdid yaradan “xarici düşmən” obrazını daim dəstəkləmək lazım olduğu halda, türk isteblişmenti “şər impersiyası” ilə (ABŞ nəzərdə tutulur) qarşıdurma mövzusunu yenidən aktuallaşdırmağın əleyhinə deyil”, – deyə ekspert hesab edir.

    Siyasi şərhçi əmindir ki, münaqişə tərəfləri ölkələrə sağalmaz yara vurmayan populist iqtisadi məhdudiyyətlərin çərçivəsini aşmaq fikrində deyil.

    “Ankara Vaşinqtondan Yaxın Şərqdəki yeni hücum əməliyyatına müdaxilə etməmək barədə zəmanət alan kimi, qarşılıqlı ittihamlardan ibarət bu oyun başladığı kimi gözlənilmədən bitəcək.

    Fikrimcə, bu məsələ ilə bağlı artıq nəticələrə gəlmək düzgün deyil. Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi Amerika çağırışı Rusiya və Çinə Türkiyə ilə əməkdaşlığı genişləndirmək barədə bir siqnal idi.

    Moskva və Pekin Ankaraya onun imtina edə bilməyəcəyi yeni kommersiya təklifləri irəli sürəcəklər. Lakin istisna deyil ki, hadisələrin belə inkişafı zamanı Vaşinqton daha böyük bir şey təklif edə bilər.

    Və o zaman Ərdoğan ortalıqda qalacaq: ya ABŞ-la, ya da Rusiya və Çinlə ittifaq. İstənilən halda, bu, dünya siyasətində çətin ki, “uzunömürlü” ola biləcək müvəqqəti alyansa çevriləcək”, – deyə Korkodinov qeyd edib.

  • Певица Нигяр Джамал: “Меня не волнует, что люди думают обо мне” (ФОТО)

    Победительница международного песенного конкурса «Евровидение 2011» Нигяр Джамал высказалась в социальной сети по поводу общественного мнения, сопроводив высказывание откровенным снимком.

    “Меня не волнует, что люди думают обо мне – я живу так, как хочу”, – прокомментировала нижеприведенное откровенное фото певица.


    Данный снимок вызвал критику со стороны подписчиков исполнительницы, которые разделились на два лагеря. Часть фолловеров назвали данное высказывание Н.Джамал дурным примером для молодежи, однако нашлись и те, кто поддержал певицу. 


    Напомним, что не так давно, с Нигяр Джамал произошел конфуз в бассейне во время съемок передачи.

    Р.А.

  • У жителя Сальяна изъяли крупную партию наркотиков

    Как сообщает Median.Az, cотрудники Сальянского РОП на основании полученной оперативной информации задержали жителя города, ранее судимого Эльвина Абдуллаева, у которого в земельном участке обнаружили 160 кустов конопли, выращенных путем культивации, 7,71 грамм семян конопли, 4 кг 895 грамм марихуаны и 2,058 грамм опиума.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.

  • Salyan sakinindən külli miqdarda narkotik aşkar edilib

    Median.Az xəbər verir ki, Salyan RPŞ-nin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 160 ədəd çətənə kolu, 42 ədəd çətənə kötüyü, 7,71 qram çətənə toxumu, 4 kq 895 qram marixuana və 2,058 qram tiryək aşkar edilərək götürülüb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Когда население Азербайджана превысит 10 миллионов?

    Накануне Госкомитет по статистике обнародовал численность населения Азербайджана.

    С начала года население страны выросло на 38 тыс. 49 человек и на 1 июля достигло 9 млн 936 тыс.134 человека.

    Опираясь на официальные статистические данные, мы решили выяснить, когда население страны превысит отметку в 10 миллионов.

    Выяснилось, что в 2010-2017 годах естественный прирост населения выглядел следующим образом:

    Если исследовать результаты за последние восемь лет, выясняется, что с 2010 года до сих пор население каждый год росло в среднем на 112 тыс. человек.

    Но начиная с 2016 года естественный прирост населения Азербайджана начал снижаться. Так, если в 2016 году естественный прирост населения составил 104,4 тыс. человек, то в 2017 году – 88,1 тыс.

    Статистика за семь месяцев этого года дает основание говорить, что к концу года естественный прирост населения не превысит отметку в 70-75 тыс. человек, так как с начала года по сей день естественный прирост составил всего 38 тыс. 49 человек (среднемесячный естественный прирост 6 341).

    Как мы отметили выше, на 1 июля текущего года население страны достигло 9 млн 936 тыс. 134 человек, то есть для преодоления отметки в 10 млн нужен естественный прирост в 63 тыс. 866 человек.

    Таким образом, основываясь на приведенных выше статистических показателях, снижении темпа естественного прироста и среднемесячных показателей, можно спрогнозировать, что это историческое событие – достижение численности населения Азербайджана 10 миллионов – придется на июнь-июль 2019 года.

    Отметка в 8 млн человек была преодолена в 2000 году. В тот год естественный прирост населения превысил 81,5 тыс. человек, к концу года численность населения составила 8 млн 32 тыс. человек.

    Чтобы преодолеть очередную отметку в 9 млн человек потребовалось всего 10 лет, и уже в 2011 году численность населения увеличилась на 124 тыс. человек и на конец года составила 9 млн 111 тыс. человек.

  • Azərbaycanda əhalinin sayı 10 milyonu nə vaxt ötəcək?

    Ötən gün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan əhalisinin sayı açıqlanıb.

    İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 49 nəfər artaraq, iyul ayının 1-i vəziyyətinə 9 milyon 936 min 134 nəfərə çatıb.

    Bunu nəzərə alaraq, əhalinin nə zaman 10 milyonluq həddi aşacağını öyrənmək üçün Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanıb, kiçik bir araşdırma apardıq.

    Məlum oldu ki, 2010-2017-ci illərdə Azərbaycanda əhalinin təbii artımı aşağıdakı şəkildə olub:

    Son səkkiz ilin nəticələri əsasında hesablama aparsaq, məlum olur ki, 2010-cu ildən bu günədək ölkə əhalisi hər il orta hesabla 112 min nəfər artıb.

    Lakin 2016-cı ildən başlayaraq, Azərbaycanda təbii artımda kəskin azalma müşahidə olunur. Belə ki, əgər 2016-cı ildə ölkədə təbii artım 104,4 min nəfər olubsa, 2017-ci ildə bu göstərici 88,1 min nəfərə düşüb.

    Bu ilin yeddi ayına olan statistik göstəricilər onu deməyə əsas verir ki, ilin sonunda təbii artım 70-75 min nəfərlik həddi ötməyəcək, çünki ilin əvvəlindən bu günədək təbii artım cəmi 38 min 49 nəfər təşkil edib (orta aylıq təbii artım 6341).

    Yuxarıda qeyd etdiyimiz kimi, bu ilin iyul ayının 1-nə ölkədə əhalinin sayı 9 milyon 936 min 134 nəfərə çatıb, yəni, 10 milyonluq həddi aşmaq üçün 63 min 866 nəfər təbii artım lazımdır.

    Beləliklə, yuxarıda qeyd olunan statistik göstəricilər, illik təbii artım templərinin azalması və orta aylıq göstəriciləri nəzərə alaraq, bu tarixi hadisənin – yəni, 10 milyonluq say həddinin 2019-cu ilin iyun-iyul aylarına təsadüf edəcəyi proqnozlaşdırılır.

    Ümumiyyətlə, qeyd edək ki, Dövlət Statiktika Komitəsinin açıqladığı rəqəmlərə nəzər salaq, Azərbaycan xalqı 8 milyonluq hədii 2000-ci ildə keçib. Belə ki, həmin il əhalinin təbii artımı 81,5 min nəfəri ötüb və 8 milyon 32 min nəfər olub.

    Növbəti, 9 milyonuncu həddi aşmaq üçün cəmi 10 il tələb olunub və artıq 2011-ci ildə əhalinin sayı 124 min nəfər artaraq, ilin sonunda 9 milyon 111 min nəfərə çatıb.//oxu.az