Month: September 2018

  • Azərbaycanda hərbi zavodda yanğın – 2 nəfər yaralandı

    Bu gün saat 11:30-da Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub.

    Bu barədə Şirvan şəhər prokurorunun böyük köməkçisi Allahşükür Allahverdiyev Baku.ws-ə məlumat verib. Onun sözlərinə görə, hadisə “Araz” zavodunun metal əşyaların sıxılması sexində baş verib.

    Yanğın zamanı 2 nəfər ağır yaralanıb. Onlara ilkin olaraq 4-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. Hazırda vəziyyətləri ağırdır. Bu səbəbdən, yaralılardan biri Bakıya göndəriləcək.

    “İlkin məlumata görə, detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı laqunda ilə dəmir lövhəni kəsən zaman çıxan qığılcım yanğına səbəb olub. Yaralılar Vaqif Valeh oğlu Xəlilov və Sabit Əlisurət oğlu İsmayılovdur. Onlar Bu gün Bakı şəhərinə aparılacaqlar”, – deyə Allahşükür Allahverdiyev bildirib.

    Yanğın lokal ərazidə baş verdiyi üçün tez zamanda söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Эльмар Мамедъяров награжден орденом в Венгрии

    Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров в рамках 73-й сессии Генассамблеи ООН в Нью-Йорке встретился с министром иностранных дел и торговли Венгрии Петером Сиярто.

    Как сообщили в МИД, министры обсудили вопросы двустороннего сотрудничества, в том числе экономические и торговые отношения, региональные энергетические и транспортные проекты.

    В ходе встречи министр иностранных дел Эльмар Мамедъяров был награжден орденом Командирского креста Венгерской Республики.

  • Bakıda anasını zorlayan oğulun etirafları – “Uşaq vaxtından bəri …”

    Anasını zorlayan oğul Ali Məhkəməyə kasassiya şikayəti verib.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin zorlama və oğurluq maddəsi ilə məhkum olunan Telman Yusubov yaşlı anasını zorladığına görə həbs olunub. 

    Xatırladaq ki, 2017-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində anasını zorlamaqda və oğurluq etməkdə təqsirəndirilən 1971-ci il təvəllüdlü Telman Yusubov 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Hadisə 2017-ci il mayın 23-də paytaxtın Binəqədi rayonunda baş verib.

    Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Telman Yusubov evlərində anası, 1940-cı il təvəllüdlü Əsmər Yusubovaya işgəncə verərək, zorlayıb.

    Anası xəstə və qoca olduğu üçün ona müqavimət göstərə bilməyib və içkili olan T.Yusubov bundan istifadə edərək, anasını döyüb. O, anasına qarşı xüsusi amansızlıqla davranaraq başından dəfələrlə və şillə-yumruqla vurub, sifətində zədələr əmələ gətirib.

    Nəticədə Ə.Yusubovanın gözünə qan sızıb, beyni silkələnib.

    T.Yusubov daha sonra 77 yaşlı anasını yerə yıxaraq, alt paltarını cırıb və lüt soyunduraraq, onu qeyri-təbbi yolla zorlayıb.
    Telman Yusubov sexdən təkər oğurlamağa görə də ittiham edilir.

    O, istintaqa ifadəsində deyib ki, psixi problemləri var və içki qəbul edəndə özündə olmur: “Uşaq vaxtından bəri 4 saylı ruhi əsəb poliklinikasında qeydiyyatdayam, orada da müalicə olunmuşam.

    Hazırda xəstəyəm, içki içəndə huşum başımdan çıxır, nə hərəkət etdiyimi bilmirəm. Anam ilə son vaxtlar münasibətlərimiz yaxşı deyil, tez-tez aramızda münaqişə olurdu. Həmin gün də qəsəbədə mağazadan araq alıb başıma çəkdim. Sərxoş olduğum üçün anama nə etdiyim, hansı səbəbdən etdiyim yadımda deyil.

    Mənim həm də yaddaş pozğunluğum var deyə konkret bir şey deyə bilmirəm. Xahiş edirəm, mənim ruhi əsəb xəstəliyindən müalicə olunmağıma kömək edəsiniz”.

    Təqsirləndirilən T.Yusubov qeyd edib ki, bundan öncə də dəfələrlə məhkum olunub.

    Belə ki, 1996-cı ildə 5 il azadlıqdan məhrum edilib. 2003-cü ildə narkotika görə 1 il 6 ay, 2009-cu ildə oğurluğa görə 4 il cəza alıb. 2013-cü ilin mayında azadlığa çıxıb, o vaxtdan da 202 saylı marşrut avtobusunda sürücü işləyib. Həmin müddətdə də Biləcəridə anası ilə tək yaşayıb.

    T.Yusubov 2016-cı ildə Dağıstanda yaşayan Zəminə Yusubova ilə evlənib, qadın orada qaldığı üçün tez-tez Dərbəndə gedib-gəlib.
    Ə.Yusubovanı kimin zorlaması onun gecə köynəyindən götürülən spermadan bilinib. Ekspertiza nəticəsində spermanın Ə.Yusubovanın oğluna məxsus olması müəyyənləşdirilib.

    Zorlanmaya məruz qalan Əsmər Yusubova da əvvəllər məhkumluq həyatı yaşayıb.

  • Гурбан Гурбанов попал в историю чемпионатов Азербайджана

    Главный тренер клуба «Карабах» Гурбан Гурбанов попал в историю чемпионатов Азербайджана.

    Как передает Median.Az со ссылкой на официальную страницу Лиги профессионального футбола в Facebook, 46-летний специалист стал главным тренером, завоевавшим наибольшее количество побед за 26 лет истории соревнования, проводимого с 1992 года.

    Этот рекорд был поставлен после игры I тура Премьер лиги Азербайджана против «Зиря», где победа со счетом 3:2 стала 205-м успехом Гурбанова в чемпионатах.

    Руководивший за клубную карьеру «Нефтчи» и «Карабахом» специалист побил рекорд как главный тренер в своем 13-м сезоне, 347-й встрече. Его команды победили примерно в 59% матчей.

  • Hərbi qeydiyyatla bağlı vacib dəyişiklik: Yaş həddi 15-ə endirildi

    Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.

    Median.Az xəbər verir ki, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

    Milli Məclisin Müdafiə, bu, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

    Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.

    Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir.

  • Əhaliyə xoş xəbər – Bakıdan Ankaraya 20 saata getmək mümkün olacaq

    “Növbəti ildən Bakı-Tbilisi-Qars istiqaməti üzrə sərnişin daşınmasına başlanılacaq”.

    Median.Az azvision.az-a istinadla xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Qurum rəhbəri bildirib ki, sərnişin qatarının istifadəyə verilməsinin gecikməsi relslərin fərqli olması ilə əlaqədardır.

    “Belə ki, Azərbaycan və Türkiyə dəmiryolu reysləri fərqli olduğu üçün ona uyğun vaqonların hazırlanması prosesi gecikir. 30 ədəd vaqon sifariş olunub. İlk partiyada 10 ədəd vaqon göndəriləcək. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb”.

    C.Qurbanov bildrib ki, vaqonların Azərbaycana gətirilməsi 2019-cu ilin birinci rübündə nəzərdə tutulub. “İşlərin gedişatından asılı olaraq vaxt dəyişə bilər. Yeni qatarlarla sərnişinlər Bakıdan Qarsa 10 saata, Ankaraya isə 20 saata çatacaq. Qiymət 3 ölkə arasında əldə olunmuş razılığa əsasən, müəyyən ediləcək”.

  • ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO

    Vətəndaşlar pensiya və maaşları plastik kartlarda saxlasa, üzərinə əlavə faiz gələcək.

    Median.Az xəbər verir ki, bu yenilik ötən gün təsdiqlənən “2018-2020-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.
    Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Xəzər TV bununla bağlı sujet hazırlayıb.

    Bu, ötən gün ölkə başçısı tərəfindən təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın tətbiqi sayəsində mümkün olacaq.

    Proqramın məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitini xeyli genişləndirmək, nağd dövriyyənin həcmini minimuma endirmək və nəticədə bank sektorunun maliyyə resursları bazasını gücləndirməkdir.

    “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov deyir ki, əsas məqsədlərdən biri nağdsız ödənişləri təşviq etmək olduğu üçün bank və vergi sistemində islahatlar aparılacaq.

    Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da iqtisadi artıma təkan verəcək. Proqramın tətbiqi istehlakçılar üçün də xeyli səmərə verəcək.

    İstehlakçıların rahatlığını və səmərəli ödəniş sistemini təmin etmək üçün birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.

    Proqramda turizmin inkişafı məqsədi ilə əcnəbi turistlər üçün yeni kartların istifadəyə verilməsi də öz əksini tapıb. Bu kartlar vasitəsilə əcnəbilər üçün vergisiz alış-veriş və digər güzəştlər nəzərdə tutulub.

  • Необычное предложение руки и сердца в Gənclik Mall – ВИДЕО

    В социальных сетях распространилось трогательное видео.

    Как передает Median.Az со ссылкой на Baku.WS, на кадрах молодой человек делает своей девушке предложение руки и сердца.

    Необычное видео, снятое в ТЦ “Gənclik Mall”, побило рекорд по количеству просмотров.

  • “Gənclik Mall”da maraqlı evlilik təklifi – VİDEO

    Sosial şəbəkələrdə maraqlı video yayılıb.

    Video “Gənclik Mall”da çəkilib. Görüntülərdə gənc oğlanın sevdiyi qıza evlilik təklif etməsi əks olunur.

    Həmin video izləmə rekordu qırıb. Onu çoxsaylı insan müzakirə edib.

    Maraqlı evlilik təklifini əks etdirən görüntüləri təqdim edirik.//baku.ws

  • Завод в Лянкяране пускает в воздух черный дым – ВИДЕО

    Жители села Гярмятюк Лянкяранского района обеспокоены черным дымом, исходящим из выхлопной трубы асфальтового завода. По их словам, дым проникает внутрь домов, и это происходит до утра.

    Как передает Median.Az со ссылкой на XəzərXəbər, в региональном управлении экологии и природных ресурсов сообщили, что информированы об этом.

    В руководстве асфальтового завода сообщили «XəzərXəbər», что сильное распространение дыма связано с неисправностью фильтра внутри трубы. Завод приостановил свою деятельность со вчерашнего дня. Предприятие восстановит деятельность после замены или очистки воздушного фильтра.