Month: September 2018

  • “Toppuş bacı”: Deyirlər ki, niyə maşının satıb müalicə olunmur? – VİDEO

    Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevaya “Bizimləsən” proqramında xeyriyyə marafonu start götürüb.

    Günlərlə ətrafında qalmaqalın səngimədiyi verilişdə “Toppuş bacı” ona tutulan iradlardan danışıb:

    “Deyirlər ki, niyə maşının satıb müalicə olunmur? Vallah, sata bilmirəm. Maşınım məhkəmədədir. Alınsa, niyə satmıram ki? Axırıncı məhkəməni udmuşam, satmağım isə yalnız oktyabr ayından sonra mümkün olacaq”.

    Qeyd edək ki, proqramda əvvəlcə Tünzalənin xəstəliyi ilə bağlı pul yığıldığı bildirilsə də, sonradan onun ipotekada olan evinə görə xeyriyyə aksiyasının təşkil olunduğu deyilib.

    Onu da bildirək ki, Əliyevanın “Hummer” markalı avtomobili olub, ona sonradan həbs qoyulub.//oxu.az

  • Bu ərazilərdə işıq olmayacaq

    Bu gün bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək.

    “Azərişıq” ASC-dən verilən məlumata görə, bu gün saat 12:00-dan 14:30-a qədər Abşeron rayonu Xırdalan şəhərinin 25, 26, 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

  • Arvadını xalası oğlu ilə yataqda çılpaq tutdu, toyu yasa çevirdi – TƏFƏRRÜAT

    Sentyabrın 16-da Şamaxı rayonunda baş verən dəhşətli hadisənin müəmmalı tərəfləri hələ də açılmayıb. Bir saatın içərisində bir nəfər ölüb, digəri ölümcül yaralanıb. Bu faciə rayonun Pirbəhli kəndində qeydə alınıb.

    Median.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, kənd sakini Əmrah İbrahimovun evində xalası oğlu, 27 yaşlı Şirinbala Mövlamov ölü tapılıb, Əmrahın arvadı 36 yaşlı Mixək isə qarnından güllə yarası alıb.

    Şamaxı rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar başlanılıb. İşi aparan müstəntiq Sənan İbrahimov bu qənaətə gəlib ki, hadisədə təqsirli bilinən şəxs Əmrahdır.

    Ona arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməyə görə ittiham verilib və Şamaxı rayon Məhkəməsinin qərarı ilə dörd aylıq həbs olunub. Lakin hələ də Şirinbalanın ölümü ilə bağlı istintaq hər hansı nəticəyə gələ bilmədiyi üçün bu fakt üzrə ittiham verilməyib.

    İstintaqın gəldiyi qənaətə görə, Ə.İbrahimov arvadının ona Şirinbala ilə xəyanət etdiyini bildikdən sonra tüfənglə onu vurmaq istəyib və silahı ona tərəf doğruldub. Lakin həmin zaman otaqda olan uşaqlar ona analarını vurmaması üçün yalvarıblar. Buna görə Əmrah silahı arvadı Mixəyə verib və ondan özünü öldürməsini tələb edib. Qadın da uşaqlarının gözü qarşısında özünü qarın boşluğundan vurub.

    Xəstəxanaya yerləşdirildiyi üçün o həyatda qalıb. Lakin təqsirləndirilən Əmrah İbrahimov bu ittihamı qəbul etməyib və hadisədə heç bir günahı olmadığını bildirib.

    Vəkili Vasif İsrafilov müvəkkili ilə görüşdükdən sonra hadisənin detallarını öyrənib və Ə.İbrahimovun azadlığa buraxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatət verib.

    V.İsrafilov qeyd edib ki, hadisə günü Ə.İbrahimov dörd yaşlı oğluna sünnət toyu edib. Toyun qonaqlarından biri də Əmrahın xalası oğlu Şirinbala olub. Əmrahın mərhum bacısı ilə evli olmuş Şirinbala Quba rayonundan toya gəlib və çoxlu içki qəbul edib. Məclisdən sonra da xalaoğlular evdə yeyib-içməyə davam ediblər. Daha sonra hər ikisi sərxoş vəziyyətdə yatıblar.

    Əmrah gecə saat 02:00 radələrində oyanıb və arvadının yanında olmadığını görüb. Yan otağa keçən zaman Mixəyin orada Şirinbalanın yanında çılpaq uzandığını görüb. Arvadını gecə ilə qayınanasıgilə aparıb və boşanacağını bildirib. Daha sonra evə qayıdıb, Şirinbala isə sərxoş olduğu üçün baş verənlər zamanı oyanmayıb.

    Əmrah səhər təxmən saat 06:00-da mal-qaranı naxıra qoşmaq üçün evdən çıxıb, saat 07:30 radələrində evə qayıdıb və həyətdə olarkən evdən güllə səsi eşidib. Evə qaçarkən uşaqları ağlayaraq onun qabağına çıxıb və Şirinbalanın özünü öldürdüyünü, buna görə də analarının da özünü öldürmək istədiyini deyiblər. Əmrah uşaqlarla birgə otağa girib və görüb ki, Mixək Şirinbalanın meyitinin ayaqlarının yanında əlində tüfənglə dayanıb və özünü öldürəcəyini deyib.

    Əmrah tüfəngi ona verməsini və özünü öldürməməsini desə də, Mixək təkid edib. Bu zaman Əmrah tüfəngdən atəş açılarsa, qırma dəyməsin deyə uşaqları otaqdan çölə çıxarıb, həmin vaxt da otaqdan atəş səsi gəlib. Dərhal otağa qayıdan Əmrah Mixəyin yaralı olsa da, sağ olduğunu görüb, polisə və təcili tibbi yardıma məlumat verib. Onun sayəsində Mixək həyatda qalıb.

    Həmçinin, tüfəngin necə əldə edilməsi də müəmmalı qalır. Çünki tüfəng ayrı otaqda, patronlar başqa otaqda gizli yerdə saxlanılıb. Qonaq olan Şirinbala isə onların yerini bilməyib. Müdafiə tərəfinin versiyasına görə, Mixək atası evindən Əmrahın evinə gəlib tüfəngi və patronları götürərək Şirinbalanı oyadıb və o, özünü öldürüb. Tərəf hətta Şirinbalanı Mixəyin güllələməsindən də şübhələnir.

    Ə.İbrahimovun oğlundan, başqa 12 və 14 yaşlarında iki qızı var. İstintaq onları da dindirib. Vəkil bildirib ki, uşaqların ifadəsi qanuni nümayəndə olmadan qanunsuz olaraq alınıb.

    Ə.İbrahimovun barəsində həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı vəsatəti Sumqayıt Apellyasiya Məhkəməsi təmin etməyib, o həbsdə qalıb.

  • Sinoptiklərdən hava müjdəsi

    Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18, gündüz 21-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-17, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

  • Генпрокурор отчитался по событиям в Гяндже

    Установлен полный круг лиц, причастных к теракту против экс-главы Исполнительной власти Гянджи, и затем оказавших поддержку этому теракту.

    Об этом сказал журналистам в пятницу генеральный прокурор Азербайджана Закир Гаралов.

    По его словам, до сегодняшнего дня к уголовной ответственности были привлечены 77 человек. Решениями судов они были арестованы, 11 человек объявлены в розыск.

    «Двое из объявленных в розыск арестованы и доставлены в страну. Установлено местонахождение и некоторых других преступников, осуществляются меры по их экстрадиции.

    Установлены организаторы и подстрекатели к этому теракту. От ответственности никто не уйдет. Считаем, что до конца этого года уголовное дело будет завершено», – сказал Гаралов.

  • Zakir Qaralovdan Gəncə hadisələri ilə bağlı – HESABAT

    Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən olunub.

    Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

    Onun sözlərinə görə, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib:

    “Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib”.

    Zakir Qaralov qeyd edib ki, axtarışda olan iki nəfər tutularaq ölkəyə gətirilib:

    “Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib. Bu məsələdə heç kim məsuliyyətdən kənarda qalmayacaq. Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq”.

  • В Азербайджане отменяют упрощенный налог в пользу НДС

    В Азербайджане планируется постепенно отказаться от системы упрощенного налогообложения и сделать всех предпринимателей плательщиками НДС.

    Об этом говорится в «Государственной программе по расширению цифровых платежей в Азербайджанской Республике в 2018-2020 годах».

    В документе отмечается, что юридические и физические лица имеют право стать плательщиками упрощенного налога в том случае, если их годовая прибыль не превышает 200 тысяч манатов.

    Однако «выбор упрощенного налога также стимулирует наличные расчеты в экономике», говорится в документе.

    Хотя в Азербайджане 97% налогоплательщиков платят упрощенный налог, доля упрощенных налоговых поступлений в общем объеме налоговых поступлений составила 5,3% в 2017 году.

    «В соответствии с образцовым мировым опытом, превращение мелких предпринимателей в плательщиков НДС приведет к предотвращению случаев уклонения от уплаты налогов, а также мотивации к наличным расчетам.

    Как и в большинстве стран, в Азербайджане НДС составляет основную долю налоговых поступлений. В системе НДС меньше «возможностей» для уклонения от уплаты налогов. Применение НДС ко всем экономическим субъектам также создает условия для безналичных расчетов», – отмечается в документе.

    Как говорится в государственной программе, в ряде развитых и развивающихся стран с низкой ставкой НДС применяется стандартный НДС, а в странах с высокой ставкой – дифференцированный:

    «Азербайджан относится к числу стран, где ставка НДС относительно высокая. Учитывая это, а также другие факторы, здесь может быть осуществлена дифференциация ставки НДС по продуктам и услугам».

    Наряду с этим, в документе говорится о постепенной замене системы упрощенного налогообложения системой НДС и дифференциации ставки НДС.

    «Разрабатывается механизм поэтапного перехода хозяйственных субъектов от системы упрощенного налогообложения к системе НДС. В зависимости от различных секторов и размеров будет разработан план поэтапного подхода для экономических субъектов.

    Вопрос о дифференциации НДС будет рассмотрен после перехода (на систему НДС). Такой подход будет способствовать переходу от упрощенного налогового режима к НДС», – отмечается в документе.

    Время начала процесса однако не называется.

  • Azərbaycanda sadələşdirilmiş vergi ƏDV-nin xeyrinə ləğv olunur

    Azərbaycanda tədricən sadələşdirilmiş vergi sisteminin ləğv olaraq, bütün sahibkarların ƏDV ödəyicisinə çevrilməsi nəzərdə tutulur.

    Bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd olunur.

    Sənəddə qeyd olunur ki, bu gün ardıcıl 12 aylıq dövrün istənilən aylarında vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən aylarında 200 min manatdan artıq olan hüquqi və fiziki şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilib.

    Lakin, “sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır”, – deyə, sənəddə bildirilir.

    Belə ki, Azərbaycanda vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisi 2017-ci ildə cəmi 5,3% təşkil edib.

    “Nümunəvi dünya təcrübəsinə uyğun olaraq kiçik sahibkarlıq subyektlərinin də tədricən ƏDV ödəyicisinə çevrilməsi vergidən yayınmanın, habelə nağd hesablaşmalara olan motivlərin aradan qalxmasına gətirib çıxarmış olar. Əksər dünya ölkələrində olduğu kimi, ƏDV vergi daxilolmalarında başlıca paya malikdir. ƏDV sistemində vergidən yayınma “imkanları” nisbətən daha məhduddur. ƏDV-nin bütün iqtisadi subyektlərə tətbiqi nağdsız hesablaşmalara da şərait yaradır”, – deyə, sənəddə qeyd olunur.

    Dövlət Proqramında qeyd olunur ki, ƏDV dərəcəsinin aşağı olduğu bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə standart ƏDV, yüksək olduğu ölkələrdə isə diferensiallaşdırılmış ƏDV tətbiq edilir:

    “Azərbaycan ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aiddir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilə bilər”.

    Bununla yanaşı, sənəddə qeyd olunur ki, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması istiqamətində müvafiq addımlar atılacaq.

    “Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır”, – deyə, sənəddə qeyd olunur, lakin prosesin nə zaman başlayacağı bildirilmir.

  • Не исполняющие решение суда будут наказаны повторно

    Лица, не исполняющие судебные решения, могут быть повторно привлечены к административной ответственности.

    Решение об этом принял Конституционный суд.

    Отметим, что согласно статье 528.1 Уголовного кодекса, невыполнение законных требований исполнительного чиновника в связи с исполнением решений судебных и иных органов или неисполнение по неуважительной причине исполнительного документа, обязывающего должника в установленный исполнительным чиновником срок выполнить определенные действия или отказаться от выполнения определенных действий влечет наложение штрафа на физических лиц в размере от пятисот до одной тысячи манатов или, учитывая личность лица, совершившего правонарушение, в зависимости от обстоятельств дела применяется административный арест сроком до одного месяца, влечет наложение штрафа на должностных лиц в размере от тысячи двухсот до двух тысяч пятисот манатов, на юридических лиц – в размере от трех до пяти тысяч манатов.

  • Konstitusiya Məhkəməsindən yeni – QƏRAR

    Məhkəmə qərarlarını icra etməyən şəxslər məsuliyyətə cəlb edildikdən sonra təkrarən inzibati məsuliyyətə cəlb edilə bilər.

    Bu barədə Konstitusiya Məhkəməsinin Plenumu qərar verib.

    Qərarda göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.

    Qeyd edək ki, Cinayət Məcəlləsinin 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

    Vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.