Month: September 2018

  • Bakıda və regionlarda oğurluq törədən 13 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının istintaq-axtarış tədbirləri nəticəsində avqustun 11-də evdən 1000 dollar, 1700 manat və qızıl saat oğurlayan Bakı şəhər sakinləri Taleh Babayev və Ceyhun Cabbarov saxlanılıblar.

    Bundan başqa, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də evdən 50 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılıb, Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 5-də Binəqədi qəsəbəsi ərazisindəki evin həyətindən 36 metr metal borunu oğurlayan paytaxt sakini Elvin Alıyev saxlanılıb, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 1-də rayon ərazisindəki evdən 2 ədəd mobil telefon oğurlayan Xudat şəhər sakini Fərid Əliyev saxlanılıb, Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də avtomobildən 100 dollar, 40 manat və qızıl boyunbağı oğurlayan Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb, sentyabrın 6-da Şəmkir rayonunun Zəyəm Dəmir yolu stansiyasının ərazisindən 53 ədəd taxta və 32 ədəd beton şpalı oğurlayan Gədəbəy rayon sakinləri Cənnət Əsgərov və Məhəmməd Məmmədzadə DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar, Cəlilabad RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə Göytəpə şəhərində, evdən 20.000 manat dəyərində qızıl əşyalar oğurlayan əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 1-də rayon ərazisindəki evdən 22 metr elektrik naqili və məişət əşyaları oğurlayan şəhər sakini Seymur Əliyev saxlanılıb, Bərdə RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon sakini Nəsibə Piriyevanın həyətyanı sahəsindən 1 baş inək oğurlayan rayon sakinləri Arzum Qocayevi və Məhəmməd Məmmədovu saxlanılıblar, Beyləqan RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon ərazisindəki evdən 6600 manat oğurlayan rayon sakini Lalə İsmayılova saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğruluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Diqqət: Həmin gün internet işləməyəcək

    Yenilənmədən 48 saat sonra onlar səhv haqqında “server failure” və ya “SERVFAIL” kimi mesaj alacaqlar

    IP ünvanlar və domen adlarını idarə edən korporasiya oktyabrın 11-də bütün dünyada internetin işində problemlər yarana biləcəyini açıqlayıb. Median.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

    Təşkilatın nümayəndələri məlumat verib ki, həmin gün domen adları sisteminin qorunması üçün kriptoqrafik şifrələr dəyişdiriləcək. Buna görə də, bir çox şəbəkə istifadəçiləri veb-səhifələrə daxil olma zamanı çətinliklərlə qarşılaşa bilər.

    Qeyd olunur ki, bu proses tarixdə ilk dəfə həyata keçiriləcək.

    İlkin araşdırmaya görə, 99 faiz istifadəçi bundan zərər görməyəcək. Amma problem bəzi istifadəçilərə toxunacaq. Texniki dəyişikliyin qurbanı olanlar bunu dərhal hiss edəcəklər. Yenilənmədən 48 saat sonra onlar səhv haqqında “server failure” və ya “SERVFAIL” kimi mesaj alacaqlar.

    Korporasiyanın əməkdaşları bildirib ki, oktyabrın 11-i təxmini vaxtdır. Şirkət rəhbərliyi bu ay ərzində dəqiq vaxtı müəyyən edəcək.

  • EMIN показал тизер клипа на хит Киркорова и Баскова «Ибица» (ВИДЕО)

    Народный артист Азербайджана певец и композитор EMIN поделился в социальной сети Instagram тизером нового клипа на абсолютный хит народных артистов РФ Филиппа Киркорова и Николая Баскова «Ибица», премьера которого состоится сегодня вечером.

    «Как вы думаете, куда отправились Филипп Киркоров и Николай Басков после фестиваля «Жара» в августе? В Агаларов Эстейт конечно, а мы до сих пор его восстанавливаем, после погрома во время съёмок. Скоро премьера ИБИЦА», – подписал нижеприведенное видео EMIN, отмечая, что съемки клипа проходили в загородном поместье принадлежащим семье Агаларовых.

    На непродолжительном ролике на фоне быстро сменяющихся кадров мелькает надпись: «И звания народных лишаются Филипп Киркоров и Николай Басков».

    Филипп Киркоров в свою очередь показал реакцию звезд российского шоу-бизнеса после просмотра клипа. Как отреагировали сами исполнители, Ани Лорак, Игорь Крутой, Александр Ревва, генеральный директор российского национального музыкального канала Муз-ТВ Арман Давлетяров и другие вы можете просмотреть на нижеприведенном видео. 

    Руслан Алиев 

  • В Баку продолжается подготовка к историческому параду – ФОТО – ВИДЕО

    В Баку продолжается подготовка к историческому параду, посвященному 100-летию освобождения столицы Азербайджана от дашнакских вооруженных формирований.

    Парад состоится в субботу, 15 сентября.

    В рамках этого на площади Азадлыг в центре столицы состоялась очередная репетиция парада, в ходе которой по площади на лошадях прошли военнослужащие Государственной пограничной службы и военный оркестр.
    Напомним, что 15 сентября – день освобождения Баку Кавказской исламской армией, возглавляемой турецким генералом Нури пашой. Эта дата является ярким символом братства турецкого и азербайджанского народов.//1news.az




  • Xaçmazda biabırçılıq: İcra hakimiyyəti baxımsız qalan ağacları rənglətdi (VİDEO)

    Xaçmaz rayonunda çəkilən görüntülər sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

    Rayonda çəkilən görüntülərdə bir qrup işçi icra hakimiyyətinin göstərişi ilə baxımsız halda olan ağacları rəngləyiblər. Rənglənmə işinin hansı məqsədlə keçirildiyi bəlli olmasa da, ağacların yeni görünməsi üçün bu vasitədən istifadə edildiyi aydın olub.

    Maraqlı olan məqam isə işçilərin özlərinin də bu addıma təəccüblə baxmalarıdır. Onlar da verilən göstərişə əməl etdiklərini bildiriblər.

    Həmin görüntüləri təqdim edirik:
    /azxeber.com

  • Bakıda dəhşət – Arvadını bıçaqladı, kürəyində bıçaqla küçəyə atdı (FOTO 18+)

    Ötən gün günorta saatlarında Bakı şəhərində qadın əri tərəfindən bıçaqlanıb.

    Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətləri alıb.

    Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Aydan Hətəmova dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağır olan qadın hazırda reanimasiyadadır.

    “Hazırda Aydan Hətəmovanın vəziyyəti orta-ağırdır. Sabah xəstəni palataya yerləşdirəcəyik”, – deyə xəstəxanadan məlumat verilib.

    Məsələ ilə əlaqədar Nəsimi rayon Prokurorluğdan BAKU.WS-ə bildirdilər ki, həyat yoldaşını bıçaqlayan 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

    Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

    Rəhman Cəfərov həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

    Faktla bağlı araşdırma aparılır.

    baku.ws

  • Bakıda avtobusda sürücü ilə sərnişin arasında əlbəyaxa dava– VİDEO

    Bakıda avtobusda dava düşüb.

    Median.Az xəbər verir ki, avtobusda sürücü ilə sərnişin arasında mübahisə yaranıb. Sonradan mübahisə əlbəyaxa davaya çevrilib.

    Kameraya düşən görüntülərdə sərnişin və sürücü arasında dava əks olunub.

    BAKU.WS hadisənin görüntülərini təqdim edir.

  • Bu gün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq

    Bu gün Bakıda keçiriləcək Azərbaycan və Kosova milli futbol komandalarının qarşılaşması ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.

    Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    B.Məmmədovun sözlərinə görə, oyun başa çatana qədər azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün metropolitendə bütün tədbirlər görüləcək:

    “Futbol başa çatandan sonra sərnişinlərin ünvana təhlükəsiz çatması üçün bütün tədbirlər görülüb. Bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Sərnişinlərin əsas sıx olduğu “Koroğlu” stansiyasına təhlükəsizliyi gücləndirmək üçün əlavə qüvvə cəlb ediləcək”.

    Metropoliten rəsmisi bildirib ki, stansiyalarda sıxlıq olmamaq üçün əlavə qatarlar da hazır vəziyyətə gətirilib:

    “Əlavə qatarlar hazırlanıb. Əgər sərnişin sıxlığı olarsa, həmin qatarlar dərhal xəttə buraxılacaq və bu da qatarlar arasında intervalın azalmasına səbəb olacaq”.

    Xatırladaq ki, bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda Millətlər Liqası çərçivəsində “Azərbaycan-Kosovo” milli yığma komandaları qarşılaşacaq.

  • Qayınatasını vəhşicəsinə döyən beşqat dünya çempionu həbs edildi – BAKIDA

    Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

    Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

    Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub.

    Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.

  • Bakı metrosunda biabırçılıq – Yaşlı kişi gənc qızlara sataşdı – VİDEO

    Bakı metrosunda biabırçı hadisə baş verib.

    Bu barədə Baku.ws-ə məlumat verilib. Verilən məlumata görə, metronun “Nərimanov” stansiyasında sərxoş kişi gənc qadınlara sataşır.

    Hadisənin görüntüləri redaksiyamıza göndərilib. Videodan da göründüyü kimi yaşlı kişi platformada sərxoş halda gəzir. O, gənc xanımlara sataşır.

    Məsələ ilə əlaqədar Bakı metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Baku.ws-ə bildirib ki. Məsələ ilə bağlı araşdırma aparılacaq.

    “Bu məsələ bir neçə gün bundan əvvəl olub. Polis həmin şəxsi saxlayıb. Araşdırma aparılır. Belə hadisə ilə rast gələndə mütləq polisə və ya metropoliten əməkdaşlarına xəbər vermək lazımdır, – deyə Bəxtiyar Məmmədov bildirib.