Month: September 2018

  • В Кюрдамирском районе арестован наркоторговец

    Как сообщает Median.Az, cотрудники Кюрдамирского РОП на основании полученной оперативной информации задержали жителя села Каррар Рагиба Ханкишиева, у которого в земельном участке обнаружили 36 кустов конопли, выращенных путем культивации, а также в доме 2 кг 400 грамм марихуаны и опиум в количестве, превышающем необходимое для личного потребления.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средстви в крупном размере) и 237.2.3 (незаконное культивирование растений, имеющих в составе наркотические вещества в крупном размере) УК Азербайджана.

  • Kürdəmir polisi narkotik alverçisini saxlayıb

    Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Karrar kənd sakini Raqib Xankişiyevin kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 36 ədəd çətənə kolunu, 64 ədəd çətənə kolunun qurumuş gövdəsini, habelə evindən 2 kq 400 qram marixuananı və şəxsi istehlak miqdarından artıq tiryəki aşkar edərək götürüblər.

    RPŞ İstintaq bölməsində CM-nin 234.4.3 (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə) maddəlləri ilə cinayət işi başlanılıb.

  • Gəncənin yeni icra başçısı şöbə müdirini işdən çıxardı

    Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

    “Report”un xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq əmri ilə qurumun İnformasiya təminatı və təhlili sektoru şöbəsinin müdiri Tağıyev Vüsal Rasim oğlu vəzifəsindən azad edilib.

    Bu vəzifəyə isə əvvəllər həmin şöbədə aparıcı məsləhətçi işləyən Abbasov Emin Ziyad oğlu təyin olunub.

  • Айгюн Кязимова презентовала проект со всемирно известным диджеем (ФОТО, АУДИО)

    В медиаплеере iTunes презентован новый альбом народной артистки Азербайджана Айгюн Кязимовой – «Duy».

    Проект «Duy» выпущен в формате мини-альбома из 7 треков, что является новинкой на отечественном аудио-рынке. В мини-альбом включены intro, два из которых «Cücələrim» и «Sus» (ремиксовая версия) уже знакомы поклонникам дивы отечественной эстрады. Остальные 4 песни ранее нигде не звучали и станут приятным музыкальным сюрпризом для поклонников творчества Айгюн Кязимовой.


    Айгюн Кязимова представила в альбоме микс современной и национальной музыки. Трек «Duy», который является совместным проектом Айгюн Кязимовой и Дэвида Вендетты (DJ Vendetta) имеет все шансы стать одним из главных хитов осени.

    Музыкальным продюсером проекта выступил грузинский музыкант Kahaberi (Кахабер Цискаридзе), а сам альбом записан на студии «Bravo» в Тбилиси.

    В альбоме представлен синтез современной музыки с азербайджанской национальной музыкой. В записи треков были использованы азербайджанские национальные инструменты – тар, кяманча, зурна, уд и другие. 

    Отметим, что данный проект осуществлен компанией SS Production – альбом «Duy» можно прослушать и приобрести, пройдя по ссылке.


    Р.А.

  • Gənclər “İçərişəhər”də şüşə piramidaya çıxdı – alqışa layiq addım (VİDEO)

    Bakıda insanlar köməksiz vəziyyətdə qalan pişikləri xilas edib.

    “İçərişəhər” metrostansiyasının şüşə pramidasının üzərinə çıxan pişiklərə ətrafdakılar kömək edib.

    Qısa zamanda gənclər şüşə piramidanın üzərinə çıxaraq pişikləri götürüblər. Bu humanist hadisə insanların alqışları ilə qarşılanıb.

    Həmin görüntüləri təqdim edirik:
    /baku.ws

  • Daha bir körpə doğuş zamanı öldü

    Quba rayonunda doğuş zamanı körpə ölümü baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.

    T.Sultnovanın qayınatası Salman Sultanov açıqlamasında hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib: “Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətində öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub”.

    Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlyar Sərvərov isə “Report”un yerli bürosuna deyib ki, doğuş zamanı döl ölü doğulub: “Bu həkim səhvi deyil, ananın patalogiyası hesab olunur”.

    Faktla bağlı araşdırma aparılır.

  • В Евлахском районе перевернулся “ВАЗ”, погиб пассажир

    Как сообщает Median.Az, 5-го сентября примерно в 01 часов ночи на территории района перевернулся автомобиль марки “ВАЗ 21214”, управляемый Самандар Гейдаровым.

    В результате дтп пассажир Садых Гейдаров получил тяжкие травмы и на следующий день скончался в Центральной районной больнице.

    В Главном Следственном Управлении МВД по факту ведется расследование.

  • Yevlax rayonunda “VAZ 21214” aşıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 5-i gecə saat 1 radələrində Yevlax rayonu ərazisində rayon sakini Səməndər Heydərov idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb.

    Nəticədə sərnişin Sadıx Heydərov ağır xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sentyabrın 6-da orada ölüb.

    DIN Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

  • 126 nömrəli məktəb bağlandı: Müəllim və şagirdlər necə olacaq?

    Bakının Binəqədi rayonunda yerləşən 126 nömrəli tam orta məktəb bağlanıb.

    Bu haqda məktəbdən verilən məlumatda deyilir: 126 nömrəli tam orta məktəbdə ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyil və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb.

    Bildirilib ki, bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivi ilə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında “Vətən” İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək. Müəllimlərin dərs yükündə azalma hallarına yol verilməyəcək. Məktəbin ibtidai təhsil səviyyəsinin şagird və müəllimləri 244 nömrəli tam orta məktəbə köçürüləcək. Müəllimlərin və valideynlərin narahatlığına heç bir əsas yoxdur.

    Qeyd edək ki, media və sosial şəbəkələrdə yazılan məlumatlara görə, adıçəkilən məktəbin şagirdlərinin valideyn və müəllimlərə xəbər verilmədən köçürülməsi narazılıq yaradıb.

    126 nömrəli tam orta məktəb 1967-ci ildə istifadəyə verilib. Məktəb 20 Yanvar şəhidi Tərlan Heybətovun adını daşıyırdı.//azxeber

  • Elman Rüstəmov inflyasiyadan danışdı

    Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən “Rəqabətqabiliyyətlilik üzrə Azərbaycan Forumu” adlı tədbirdə çıxışı zamanı bildirib.

    Mərkəzi Bankın sədri qeyd edib: “2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq”.