Month: September 2018

  • Bakı və regionlarda oğurluğa görə 10 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də paytaxt sakini olan bir qadının, içərisində 90 manat olan pulqabısını oğurlayan Ağdaş rayon sakini Aqşin Əzizov saxlanılıb.

    Bundan başqa, Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il martın 2-də rayon ərazisindəki avtomobildən akkumulyator oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Alıyev saxlanılıb, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, mayın 31- və avqustun 11-də rayon ərazisindəki bir kafedən və bir avtomobil təmiri sexindən ərzaq məhsulları, məişət əşyaları və təmir-tikinti alətləri oğurlayan Bakı şəhər sakini Ülvi Musayevi saxlayıblar, Abşeron RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də rayon ərazisindəki çay evindən 6 ədəd televizor oğurlayan Xırdalan şəhər sakinləri Toğrul Mirzəyev, Elvin İbrahimli və əvvəllər məhkum olunmuş Tural Məhərrəmov saxlanılıblar. Araşdırma zamanı onların bu il mayın 18- və avqustun 11-də bir kompyuter oyunları salonundan və iki avtoyuma məntəqəsindən 3100 manat dəyərində 8 ədəd oyun aparatı, 20 ədəd pult və məişət əşyaları oğurlamaları müəyyən edilib.

    Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayı ərzində şəhər ərazisindəki iki evdən 120 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Səmədovu saxlayıblar, Masallı RPŞ, Sabunçu RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki evdən qızıl əşyalar oğurlayan Bakı şəhər sakini Teyyub Muradov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Araşdırma zamanı onun iyulun 18-də Masallı rayonunun Səmidxan kəndindəki evdən 300 manat, sənəd və məişət əşyaları oğurlaması məlum olub.
    Şəmkir RPŞ və Qusar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Şəmkir rayonu ərazisindəki evdən 1200 manat, qızıl əşyalar və mobil telefon oğurlayan Anar Nağdıyev saxlanılıb, Neftçala RPŞ-nin əməkdaşları əməliyyat tədbirləri ilə sentyabrın 3-də rayon ərazisindəki evdən 550 manat dəyərində qızıl üzük oğurlayan şəhər sakini Vüsalə Məcidovanı saxlayıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Zəvvarlar Həcc ziyarətində “kart” oynadılar – ŞOK VİDEO

    Bu görüntülər sosial şəbəkələrdə yayılıb.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, bir qrup zəvvar Həcc ziyarəti zamanı Məkkə yaxınlığında poker oynadıqları zaman, başqa bir zəvvarın telefonu ilə anbaan görüntüləniblər.

    Bu tükürpədici görüntülər qısa zamanda bir neçə min dəfə izlənilib.

    Qeyd edək ki, həmin şəxslərin hansı ölkədən olduqları məlum deyil.

  • Narkotik satışında təqsirləndirilən şəxslərə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Mirsaleh Azərinin və Tehran Həmzəliyevin CM-nin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, prosesdə təqsirləndirilən Mirsaleh Azəri narkotik istifadəçisi olduğunu etiraf etsə də, onun satışı ilə məşğul olmadığını bildirib. Onun sözlərinə görə, internatda böyüyüb, dostlarının köməkliyi ilə 1800 manata “Opel” markalı avtomobil alaraq, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. M.Azəri qeyd edib ki, aşkar edilən narkotik vasitəni ona pulu olmayan, tanımadığı bir müştəri yol haqqı əvəzinə verib.

    Təqsirləndirilən T.Həmzəliyev özünü təqsirli bilməyərək, qeyd edib ki, narkotiklə ümumiyyətlə əlaqəsi yoxdur. Sadəcə polislər Mirsalehi saxlayan zaman, o tanışının avtomobilində olub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum olunub.

  • Rövşən Əsgərov “Nə? Harada? Nə zaman?” verilişini tərk etdi – FOTO

    “Nə? Harada? Nə zaman?” klubunun tanınmış oyunçularından olan Rövşən Əsgərov verilişdən getdiyini açıqlayıb.

    Əfsanəvi azərbaycanlı oyunçu bununla bağlı “Facebook” hesabında məlumat verib.

    Rövşən Əsgərov 1998-ci ildə telekluba gəlib. Bir müddət o, Aleksey Blinov və Balaş Qasımovun komandasında oynayıb, daha sonra isə komanda kapitanı olub.

    Əsgərov bir neçə dəfə qalmaqal yaşayıb. Belə ki, o, hər zaman yerindən söyləmələri ifşa edib və kluba edilən köməklərdən imtina edib. Bu taktika onun komandasının 2017-ci ildə 0:6 hesablı məğlubiyyətinə səbəb olub.

  • Нефтяник убивший коллегу на “Нефтяных Камнях” осужден на 17 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении Анара Аскерова, обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 12-го декабря прошлого года примерно в 11.50 часов между работниками 5-го строительно-монтажного управления треста “Neftqaztikinti” SOCAR на “Нефтяных камнях” Анар Аскеровым и Азер Халыговым по неизвестным причинам произошел инцидент, вследствии чего первый нанес второму ножевые ранения. А.Халыгов скончался на месте происшествия, в тот же день А.Аскеров был задержан и передан следствию.

    В ходе следствия выяснилось, что Халыгов до случившегося снял на телефон фото спящего Аскерова и послал их своим знакомым. Узнав об этом, Анар потребовал от Азера, чтобы тот впредь так не шутил. Спустя несколько дней между ними вновь возник спор на этой почве, что и закончилось в итоге убйиством.

    Суд приговорил обвиняемого к 17 годам лишения свободы.

  • Neft Daşlarında iş yoldaşını öldürən fəhlə 17 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Əsgərovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 12-də Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində fəhlə işləyən Anar Əsgərov və Azər Xalıqov arasında mübahisə yaranıb. Nəticədə Əsgərov Xalıqova bıçaqla xəsarətlər yetirərək, onu qətlə yetirib. Həmin gün Anar Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaqın gedişatında məlum olub ki, Azər Xalıqov Anar Əsgərovun, yatdığı yerdə şəkillərini çəkib və həmin fotoları tanışlarına göndərib. Bundan xəbər tutan Anar Azərin şit zarafatından qəzəblənib və bir də belə zarafat etməməsini tələb edib. Lakin sonuncu bu növ zarafatlarını davam etdirib. Axırıncı dəfə zarafat ölüm hadisəsi ilə yekunlaşıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • MİDA: “Sosial evlərin satışı başa çatdı”, Vətəndaşlar: “Sistemdə yenə problem yaşandı” – FOTO

    “Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə 05.09.2018-ci il tarixində saat 15:00-da başlanılmışdır və mənzillərin seçimi uğurla başa çatdırılmışdır”.

    Bu fikirlər qurumun yaydığı açıqlamada yer alıb.

    “Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

    Bu saata olan məlumata görə satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilmişdir. Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Elektron Hökumətin İnkişafı Mərkəzi” və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilirdi”,-deyə məlumatda qeyd olunub.

    Qeyd edək ki, bu gün səhər “Elektron hökumət” portalında (e-gov.az) “Güzəştli mənzil” sisteminin işində problem yaranmış, satış 15:00-dək təxirə salınmışdı.

    Sosial şəbəkədəki “MİDA evimizi qaytar” adlı qrupda vətəndaşlar yenə də sistemdə problem yaşandığını, seçim edə bilmədiklərini yazıblar. Onlar dediklərinə sübut kimi sistemdə yaranmış problemi “screen” edib fotolarını paylaşıblar.

    İradə Kərimova adlı vətəndaş yazır: “Bu mənzil göründü, amma nə qədər gözlədim, açmadı. Əgər mənzil seçilmişdisə, niyə göründü, göründüsə, niyə seçə bilmədim?”.

    O, dediklərinə sübut kimi aşağıdakı fotonu paylaşıb.


    Kənan Cəfərov yazır: “Bəs buna nə deyirsiz? Mənzili seçdim, bu gəldi”.

    O, dediklərinə sübut kimi aşağıdakı fotonu paylaşıb.

    //yeniavaz.com

  • Родственные браки в Азербайджане – норма или путь в никуда?

    Браки заключаются на небесах, гласит народная мудрость… Кто-то относится к данному утверждению скептически, кто-то напротив уверен, что все так и есть. Но как бы то ни было, главное, чтобы брак был крепким.

    Как передаёт Median.Az, в Азербайджане институт брака и семьи долгие годы считался непоколебимым, и лишь в последнее время разводы участились.

    То, что раньше разводы происходили довольно редко, объясняется еще и тем, что в нашей стране традиционными считались родственные браки, а разводиться двоюродным братьям и сестрам не позволяли их семьи. Сегодня браки между двоюродными братьями и сестрами встречаются хоть и не так часто как раньше, но, тем не менее, это явление все равно распространено в Азербайджане. Казалось бы – это пережиток прошлого, но даже в современном Азербайджане мужчины женятся на своих двоюродных сестрах…

    Ага и Айсу – двоюродные брат и сестра. Они поженились два года назад, и хотя никто из них не хотел этого брака, родители настояли на этом союзе. Ага родился и вырос в Нижневартовске, куда его родители переехали 30 лет назад. У молодого человека высшее экономическое образование. Айсу родилась и выросла в деревушке рядом с городом Шабран. Как только девушка окончила 5 классов средней школы, старшие братья запретили ей ходить в учебное заведение. На момент, когда ей исполнилось 18, родители Аги приехали погостить в родные пенаты, и сосватали девушку. Ага долго сопротивлялся родительскому решению, но после долгих уговоров с угрозами о том, что его мама умрет от сердечного приступа, если он не женится на Айсу, молодой человек сдался. Родители утверждали, что жениться в России на представительнице другой национальности они ему не позволят, а искать в Азербайджане среди «чужих»- большой риск, куда лучше жениться на сестре, она то ведь не может быть «плохой»…

    Первая беременность Айсу закончилась искусственным прерыванием по причине того, что у плода была диагностирована анэнцефалия – порок развития, при котором у ребенка отсутствует головной мозг. В результате второй -родился мальчик, у которого была диагностирована талассемия…В итоге ребенок имеет тяжелую инвалидность. Врачи утверждают, что виной тому – родственный брак.

    Как сообщили в беседе с Media.Az врач- гинеколог Эльнара Гусейнова, чаще всего родственные браки сегодня заключаются в регионах страны, изредка и в Баку.

    «Да, увы, при родственном браке вероятность рождения ребенка с какими-то отклонениями выше, нежели если брак заключен между мужчиной и женщиной, не состоящими в родстве. К счастью, с 2015 года в нашей стране будущие супруги обязаны проходить медицинское обследование. Если у обоих выявляются какие-либо наследственные заболевания, молодым людям сообщают об этом. Закон ничего не запрещает категорически, но молодые люди должны быть готовы к тому, что заболевание может проявиться у их детей. Родственные браки не приводят ни к чему хорошему, они продлевают жизнь наследственным заболеваниям», – говорит Э.Гусейнова.

    По ее словам, только за 2 года с момента начала работы данной программы, обследование прошли 279 383 человека, из них 11 773 человека оказались носителями талассемии.

    Как отметила в беседе с Media.Az, психолог Ламия Ахмедова, действительно между двоюродными братьями и сестрами нередко вспыхивают нежные чувства.

    «Дело в том, что родственная близость обеспечивает некую схожесть интересов и характера, но в то же время сохраняет некоторую дистанцию, позволяющую зародиться сексуальному влечению. Однако это происходит далеко не всегда, я бы даже сказала крайне редко.

    Браки между двоюродными братьями и сестрами в Азербайджане – это некая традиция, от которой давно пора отказаться. Чаще всего инициаторами таких браков становятся не сами брат и сестра, а их родители, тем самым часто обрекая своих детей на страдания. Усугубляется ситуация еще и рождением нездоровых детей. Думаю, что нашей стране нужно либо брать пример с Таджикистана, где с 2016 года подобные браки запрещены на государственном уровне, либо проводить агитацию и просвещение население регионов по этому вопросу», – подытожила Л.Ахмедова.

  • Арестован владелец клуба “Ellips”

    В Сабаильском районном суде рассмотрено представление прокуратуры г.Баку по поводу избрания меры пресечения ареста в отношении жителя столицы Дилсуза Дамирчиева, обвиняемого по статье 127.1 (умышленное причинение менее тяжкого вреда здоровью) и 145.2.5 (незаконное лишение свободы, совершенное с применением насилия, опасного для жизни или здоровья потерпевшего) УК Азербайджана.

    Как сообщает Median.Az, суд удовлетворил представление и принял решение об избрании в отношении Д.Дамирчиева меры пресечения ареста в виде лишения свободы.

    Установлено, что 14-го мая этого года владелец клуба “Ellips”, расположенного на улице А.Раджабли, 3 в Наримановском районе Дилсуз Дамирчиев незаконно лишил свободы и нанес телесные повреждения компаньону, гражданину Иран Исламской Республики Разлигхи Али Вакили. В связи с этим потерпевший обратился в прокуратуру г.Баку, вследствии чего по факту было проведено предварительное расследование. Были установлены и допрошены свидетели, проведены соответствующие экспертизы и необходимые следственные действия.

    В настоящее время следствие продолжается.

  • “Ellips” klubunun sahibi həbs edilib

    Səbail rayon Məhkəməsində CM-nin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilən Dilsuz Dəmirçiyevin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhər prokurorluğunun təqdimatına baxılıb.

    Median.Az xəbər verir ki, məhkəmə prosesi qapalı keçirilib, qərara əsasən təqdimat təmin edilib və təqsirləndirilən şəxs barəsində həbs-qəti imkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.
    Müəyyən edilib ki, bu il mayın 14-də Nərimanov rayonunda fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyev şəriki, İran İslam Respublikasının vətəndaşı
    Razlighi Ali Vakilini qanunsuz azadlıqdan məhrum edib və döyərək, ona xəsarətlər yetirib. Bununla əlaqədar zərərçəkmiş Bakı şəhər prokurorluğuna müraciət edib. Aparılan araşırma zamanı hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq-əməliyyat hərəkətləri keçirilib. D.Dəmirçiyevin barəsində cinayət işi başlanılıb.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.