Month: September 2018

  • “Xəstəlik məni 10 kiloqram arıqlatdı” – Hacı Nuran

    Aparıcı Hacı Nuran Hüseynov tədbirlərin birində fotokameramıza tuş gəlib.

    Median.Az xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı Həcc ziyarətindən danışıb. O bildirib ki, ziyarəti rahat keçib və işinin başına qayıdıb.

    Hacı Nuran yeni mövsümdə “Həyat” verilişinin davam edəcəyini deyib:

    “Veriliş elə bir formatdadır ki, orada böyük dəyişikliklər edə bilmərəm. Ona görə də olduğu kimi davam edəcək. yenə də yardıma ehtiyacı olanlara kömək etməyə çalışacağıq”.

    Aparıcı xəstəliyindən də bəhs edib:

    “Müalicə alıram. Ayda bir dəfə gedib yoxlanmalıyam. Bu xəstəlik məni 10 kiloqram arıqlatdı”.

  • Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və… – Gəncədə dəhşətli olay

    Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Həsən Qurbanov, onun tanışları – 2000-ci il təvəllüdlü Nazim Məmmədov, 1992-ci il təvəllüdlü Arif Məmmədov, 1992-ci il təvəllüdlü Adil Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hadisə 2016-cı il mayın 9-da baş verib. Həmin gün saat 14.00-da Gəncə şəhər sakini Həsən Qurbanov mübahisə nəticəsində həmyerlisi, 1995-ci il təvəllüdlü Müstəcəb Əliyevi bıçaqlayaraq qətlə yetirib.

    Bacısına mesaj yazanı görüşə çağırdı

    Məlum olub ki, Müstəcəb tanışlıq münasibətində olduğu Həsən Qurbanovun bacısı Sevdaya Vatsap sosial şəbəkəsi vasitəsilə tanışlıq istəyi məzmununda mesaj göndərib.

    Bundan xəbər tutan Həsən Müstəcəblə görüşmək, onunla danışmaq istəyib. Həsən onun bu hərəkətlərinin səbəbini araşdırmaq və münasibətlərinə aydınlıq gətirilməsi üçün görüşə çağırıb.

    Məktəbin qarşısında dava

    Müstəcəb və Həsən Gəncə şəhərində yerləşən 20 nömrəli tam orta məktəbin qarşısında görüşüblər. Həmin vaxt Həsən oraya tanışları – Nazim Məmmədov, Arif Məmmədov və Adil Babayev ilə birlikdə gəlib.

    Mesaj yazmağı baha başa gəldi

    Həmin ünvana çatdıqdan sonra Həsən Qurbanov Müstəcəb Əliyevdən bacısına göndərdiyi mesajlarla maraqlanıb. Bu səbəbdən o, Müstəcəb Əliyevin bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə zərbələr endirib. Həmin vaxt Həsən Qurbanovun yanında olan digər tanışları da Müstəcəbi döyüb.

    Qətl

    Bundan sonra Həsən Qurbanov Müstəcəb Əliyevi öldürmək qərarına gəlib. Bu məqsədlə o, özündə olan bıçaqla Müstəcəbə çoxsaylı xəsarətlər yetirib. Müstəcəb aldığı xəsarətdən hadisə yerində ölüb.

    İstintaq orqanı tərəfindən Həsən Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə, Nazim Məmmədov, Arif Məmmədov və Adil Babayev isə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanliq törətmək) maddələri ilə ittiham elan edilib.

    Hökm və şikayət

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Qurbanov 10 il, Nazim Məmmədov 3 il, Arif Məmmədov 4 il, Adil Babayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

    Həmçinin zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib.

    Gəncə apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda tərəflərin şikayətləri təmin olunmayıb.

    Bundan sonra təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. İş araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

    Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti araşdırılıb. Sonda təqsirləndirilən şəxslərin kasasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.
     
    ///Publika.az

  • Эмиль Кадыров пообещал достойно представить Азербайджан на «Новой волне 2018» (ФОТО)

    4 сентября в Сочи стартовал международный конкурс молодых исполнителей популярной музыки «Новая волна 2018».

    В этом году Азербайджан на «Новой волне» представит певец Эмиль Кадыров, который получил известность участием в вокальном проекте «Голос» на Первом канале. Также, наш соотечественник известен читателям Median.Az по участию телешоу «Во весь голос» на телеканале «Мир». Первое конкурсное выступление Э.Кадырова состоится сегодня, 5 сентября.

    «Обещаю достойно представить страну, в которой родился, страну, которую люблю всем сердцем, выступить так, чтобы мной гордились мои родители», – пишет Э.Кадыров в комментарии к нижеприведенному снимку, сделанному на красной дорожке конкурса «Новая волна 2018».


    Напомним, что ранее Азербайджан на «Новой волне» представляли группа «Milk & Kisses» и певец Чингиз Мустафаев.

    В «Новой волне 2018» также примут участники из России, Канады, Болгарии, Италии, Греции, Казахстана, Мальты, Нидерландов, Украины и Армении. 


    С.П.

  • Ирина Шейк в полупрозрачном боди восхитила зрителей на показе Intimissimi (ФОТО, ВИДЕО)

    Ирина Шейк стала главной звездой показа Intimissimi в Вероне.

    После Венецианского кинофестиваля, на котором она поддержала Брэдли Купера и повеселилась в компании Донателлы Версаче, Шейк взялась за работу на ежегодном шоу итальянского бренда.

    Все взгляды определенно были прикованы к 32-летней модели, которая примерила полупрозрачное боди. Образ дополнили сапоги и черная накидка.

    С.П.





  • «Воин»: Режиссер Кянан ММ снимается в известном турецком сериале (ФОТО)

    Известный азербайджанский режиссер и актер Кянан ММ (Махмудов) приступил к съемкам в турецком сериале «Savaşçı» («Воин»). 

    Данную новость сообщил сам режиссер, который в данный момент находится в Турции, где проходят съемки популярного сериала. В сериале «Savaşçı», Кянан ММ сыграет роль азербайджанского офицера.


    «Сегодня мой первый съемочный день в сериале «Savaşçı». Мне отведена роль азербайджанского офицера с нашим доблестным трехцветным флагом на левом плече. Я нуждаюсь в ваших молитвах. Пока неизвестно сколько дней или месяцев я тут пробуду, но известно то, что тут я представляю вас и мою Родину. Я буду очень скучать по Родине, вам, семье и друзьям», – написал на своей странице в социальной сети instagram Кянан ММ. 

    Отметим, что сериал «Savaşçı» выходит на турецком телеканале FOX TV. 

    Р.А.





  • Qonşu qadınlar arasında əlbəyaxa dava – Azərbaycanda

    Salyan rayonunda döyülmə hadisəsi baş verib.

    Median.Az “report”a istinadən xəbər verir ki, Salyan şəhəri, Ə.Zeynalov küçəsi, ev 89 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Qasımova Fəxrəndə Məhəmməd qızı müxtəif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb. F.Qasımovanın qonşu qadın tərəfindən döyüldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı müğənninin ürək parçalayan ailə dramı: “Hamilə olanda ərim gözümün qabağında başqası ilə yatırdı”

    “Lalə” qızlar ansamblının keçmiş solisti Elmira Əliyeva xəstə yatağındadır.

    Median.Az xəbər verir ki, Milli.Az-a açıqlama verən müğənni keçmişini xatırlayıb:

    “Mənə bu sənətdə çox mane oldular. İstədilər ki, yolumu azım, amma mən yolumu azmadım. Ona görə də sənətdə geri qaldım. Nə sənətdə bəxtim gətirdi, nə də ki, ailədə. Ailə həyatı qurdum, kaş qurmazdım. Həyat yoldaşım məni gündə döyürdü, söyürdü. Döyüldüm, söyüldüm sonu da xəyanət oldu. Mən hamilə olanda ərim gözümün qabağında başqası ilə yatırdı. İndi artıq yaşım 80-ni keçib. İki oğlum var, onları evləndirə bilmirəm. Sənət mənə heç nə vermədi. Əsəbimdən soyuq su içirəm ki, səsim tutulsun. Ölmək istəyirəm vallah”, – deyə müğənni bildirib.

  • Gömrük rüsumları artırıldı

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “0701 90 500 0” və “0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.

    Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

  • В связи с незаконным оборотом наркотиков задержаны 5 человек

    Как сообщает Median.Az, сотрудники Ширванского ГОП на основании полученной оперативной информации задержали жителя города, ранее судимого Арифа Мамедова, у которого в земельном участке обнаружили 8 кустов конопли и 478 грамм марихуаны.

    Кроме этого, сотрудники Саатлинского РОП задержали жителя села Гараевкенд Ильяса Башатова, у которого в земельном участке обнаружили 12 кустов конопли, сотрудники Агджабединского РОП задержали жителей города Эвеза Сафарова, у которого во дворе нашли 4 куста и Рза Юсубова, у которого нашли 2 куста конопли, сотрудники Джалилабадского РОП задержали жителя г.Гойтепе Аяза Керимова, у которого в земельном участке обнаружили 2 куста конопли.

    По фактам возбуждены уголовные дела.

  • Regionlarda narkotiklə bağlı 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Şirvan ŞPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədova məxsus həyətyanı sahəyə baxış zamanı 478 qram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar ediblər.

    Bundan başqa, Saatlı RPŞ-nin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında Qarayevkənd kənd sakini İlyas Bəşətovun həyətyanı sahəsinə baxış zamanı, oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar ediblər, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakinləri Əvəz Səfərova məxsus həyətyanı sahədən aqrotexniki qaydada qulluq edilmiş 4, Rza Yusibova məxsus həyətyanı sahədən isə 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb, Cəlilabad RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Göytəpə şəhər sakini Ayaz Kərimova məxsus həyətyanı sahədə 2 ədəd çətənə kolu aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.