Month: September 2018

  • Sabah yağış yağacaq, şimşək çaxacaq

    Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində

    Sentyabrın 05-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Azərbaycanın rayonlarında

    Sentyabrın 05-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoz

    Sentyabrın 05-06-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • Bu dərmanların istifadəsi qadağan edildi – SİYAHI

    Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

    AQTA-dan verilən xəbərə görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.

    Qeyd olunan məhsulların siyahısı ilə Əlavə 1-də tanış ola bilərsiniz.

    Bununla yanaşı, aparılan analitik ekspertiza nəticəsində bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, Əlavə 2-də adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz. 

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir. Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

    Əlavə 1 
    İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar

     

    Əlavə 2
    Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri
     

     
     

     

     

     

  • 18 yaşlı qız itkin düşdü

    Gəncə şəhərində gənc qız itkin düşüb.

    Bu barədə azxeber.com-a Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən məlumat verilib.

    Məlumatda bildirilir ki, Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşayan, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, sentyabrın 2-də səhər saatlarında onunla birlikdə yaşayan 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova evdən çıxıb və bir daha geri qayıtmayıb.

    L.Həsənova evdən çıxarkən əynində qara şalvar, qara ayaqqabı, çəhrayı köynək olub. Onun boyu 155 sm, normal bədən quruluşludur. L. Həsənovanın boğazında yanıq izi var.

  • Telefon danışıqlarını qeydə alan gizli proqram ortaya çıxdı: Ehtiyatlı olun

    “Android”lə çalışan smartfonlarda telefon danışıqlrarını icazəsiz qeydə alan “Troiut” adlı gizli tətbiq aşkar edilib.

    Həmin tətbiq fotolar və məkan məlumatını da əldə edərək kibercinayətkarlara yönləndirib.

    Məlumata görə, tətbiq müxtəlif proqramlar vasitəsilə smartfonlara düşür və istifadəçinin xəbəri olmadan “Android” sistemində gizlənir.

    “Troiut” daha çox Rusiya və İsraildə aşkar edilib.

    Zərərli tətbiqdən qorunmaq üçün telefon tənzimlərini gözdən keçirmək, tətbiq verilən icazələri yoxlamaq lazımdır.
     
    ///Qafqazinfo

  • Su quyusuna düşən azyaşlı xilas edildi

    Tovuz rayonunda azyaşlı quyuya düşüb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Tovuzda 1 nəfər azyaşlı quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını dərinliyi təqribən 4 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Начинается суд над воспитательницей, издевавшейся над детьми в детском саду – ФОТО

    В Ясамальском районном суде состоится судебный процесс в отношении воспитательницы детского центра «Kids studio» Фирузы Тагиевой, обвиняемой по статье 133.2.1 (истязание, совершенное в отношении двух или более лиц) и 133.2.4 (истязание, совершенное в отношении заведомо несовершеннолетнего или лица, заведомо для виновного находящегося в беспомощном состоянии) УК Азербайджана.

    Как сообщает Median.Az, в июне этого года по подозрению грубого обращения с детьми в детском центре «Kids Studio» в отношении воспитательницы Фирузы Тагиевой Следственный отдел Ясамальского РУП возбудил уголовное дело по статье 133 (истязание) УК, она была задержана сотрудниками 26-го отделения полиции.

    Напомним что, на сайтах были распространены видео, на котором видно как в одном из частных детсадов Баку дети подвергаются насилию со стороны воспитателя. На видео кадры насилия были зафиксированы камерами наблюдения в разные дни. В ходе расследования директор детского сада «Kids studio» Нигяр Мусеибова сказала, что она не знала о видео, на котором показано как воспитатель применяет насилие в отношении детей. По ее словам, воспитатель уволен с работы. Подчеркнув то, что родители наблюдают за всем происходящим в режиме онлайн, Н.Мусеибова отметила, что детский сад больше функционировать не будет. Она сказала, что видео распространила бывшая работница приемного отдела детского сада.

    В ходе следствия Фируза Тагиева сказала, что жалеет о содеянном: «Я не била ребенка, просто поругала его. Я мать двух маленьких детей и ранее никогда не применяла насилие в отношении детей».

    Судебный процесс назначен на 11 сентября.



  • Bağçada uşaqlara işgəncə verən tərbiyəçinin məhkəməsi keçiriləcək – FOTO

    Yasamal rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın CM-nin 133.2.1 (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

    Median.Az xəbər verir ki, bu il iyun ayının əvvəllərində Bakıda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

    Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib. Araşdırma üçüb Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal RPİ 26-cı polis bölməsinə dəvət olunub. Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, sonuncunun uşaqlara işgəncə verməsi sübuta yetirildikdən sonra, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    İş üzrə hazırlıq iclası sentyabrın 11-ə təyin edilib.



  • В Агстафе “ВАЗ 21099” врезался в ограждение, погиб водитель

    Как сообщает Median.Az, на территории села Беюк Кесик автомобиль марки “ВАЗ 21099”, управляемый жителем района Эльхан Эминовым врезался в ограждение.

    В результате дтп водитель погиб на месте происшествия.

    В Агстафинском РОП по факту ведется расследование.

  • Ağstafada “VAZ 21099” maneəyə çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Böyük Kəsik kəndi ərazisində rayon sakini Elxan Eminov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Ağstafa RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakirəliyini satışa çıxaran azərbaycanlı hücuma məruz qaldı – FOTOLAR

    Bakirəliyini satışa çıxaran azərbaycanlı model Məhbubə Məmmədzadənin başına iş gəlib.

    Bu haqda model şəxsi “Instagram” hesabında məlumat verib. Belə ki, model Bakıda küçə pişiyinin hücumuna məruz qalıb.

    M. Məmmədzadənin “Tarixçə”də yerləşdirdiyi fotolardan da görünür ki, onun əlləri və ayaqları cırmaq-cırmaqdır.

    Qeyd edək ki, azərbaycanlı model bir müddət əvvəl bakirələyini satışa çıxarmaqla həm yerli, həm də xarici medianın gündəmini zəbt etmişdi.//baku.ws