Su quyusuna düşən azyaşlı xilas edildi

Tovuz rayonunda azyaşlı quyuya düşüb.

Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Tovuzda 1 nəfər azyaşlı quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını dərinliyi təqribən 4 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.