Month: September 2018

  • В Азербайджане создадут сервисный центр для российских вертолетов

    Холдинг «Вертолеты России» планирует в ходе выставки ADEX-2018 обсудить создание на территории Азербайджана сервисного центра по обслуживанию винтокрылых машин российского производства.

    Об этом сообщил журналистам заместитель генерального директора холдинга по послепродажному обслуживанию Игорь Чечиков.

    «В ходе выставки мы намерены предложить нашим партнерам новейшие образцы гражданских и военных вертолетов в комплексе с решениями по их дальнейшему обслуживанию.

    Также рассчитываем актуализировать вопрос создания на территории Азербайджана сервисного центра для вертолетов российского производства», – отметил Чечиков.

    В ходе ADEX-2018 «Вертолеты России» представляют актуальный модельный ряд гражданской и военной вертолетной техники. Показаны модели вертолетов Ми-38 в транспортно-пассажирском исполнении, «Ансат», а также Ми-35М.

  • В Агджабеди “Mercedes” врезался в дерево

    Как сообщает Median.Az, 24-го сентября в поселке Хиндарх автомобиль марки “Mercedes”, управляемый жителем города Ризван Алиевым врезался в дерево.

    В результате дтп пассажир Афаг Годжаева скончалась на месте происшествия, водитель с различными травмами был помещен в Центральную районную больницу.

    В Агджабединском РОП по факту ведется расследование.

  • Ağcabədidə “Mercedes” ağaça çırpılıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 24-ü saat 4 radələrində Hindarx qəsəbəsində şəhər sakini Rizvan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub.

    Nəticədə sərnişin Afaq Qocayeva hadisə yerində ölüb, sürücü müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Ağcabədi RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Лица совершившие разбой на АЗС осуждены на 18 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя Билясуварского района Сархана Маилли и жителя Кюрдамирского района Ниямеддина Мустафаева, обвиняемых по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.

    Как сообщает Median.Az, 17-го декабря прошлого года неизвестные лица, войдя в комнату отдыха одной из автозаправочных станций (АЗС) на проспекте Нобеля пригрозили ножом и потребовали деньги у работника станции Мехмана Джаббарова. Получив от потерпевшего 552 маната, злоумышленники скрылись с места происшествия. В результате оперативно-розыскных мер, проведенных сотрудниками Хатаинского РУП были задержаны подозреваемые в совершении грабежа ранее судимые Сархан Маилли и Ниямеддин Мустафаев.

    Суд приговорил каждого из обвиняемых к 9 годам лишения свободы.

    Напомним, что во время судебного процесса С.Маилли и Н.Мустафаев признали себя виновными. Потерпевший Мехман Джаббаров показал, что он сидел в комнате отдыха, в это время внутрь в масках вошли два человека и угрожая ножом, потребовали деньги. Испугавшись он отдал им 552 маната. Потерпевший отметил, что денежная сумма ему возмещена, у него к обвиняемым нет жалобы и требований.

  • Yanacaq doldurma məntəqəsinə basqın edən şəxslər 18 il cəza alıblar

    Bakı Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon sakini Sərxan Mailli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayevin CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 17-də Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. Zərərçəkmiş üzərində olan 552 manat pulu onlara verdikdən sonra, naməlum şəxslər hadisə yerindən uzaqlaşıblar.

    Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar.

    Məhkəmə hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, zərərçəkmiş Mehman Cabbarovun sözlərinə görə, üzü maskalı iki nəfər otağa daxil olub, bıçaqla ona hədə-qorxu gəliblər. O, dəymiş ziyanın ödənildiyini, onlar barəsində şikayəti və tələbi olmadığını bildirib.

  • Azərbaycanda şadlıq evinin tualetindən meyit tapıldı

    Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından kişi meyiti tapılıb.

    “Report”un Zaqatala-Balakən bürosunun məlumatına görə, meyit bu gün səhər saatlarında, rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən “Aişə” şadlıq sarayının sanitar qovşağında aşkar edilib.

    İlkin araşdırma zamanı meyitin rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyevə məxsus oldğu məlum olub. Mərhum həmin şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Üzərində zorakalıq əlamətləri olmayan K.Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Mağazaya gedirəm” deyib evdən çıxdı, bir daha geri qayıtmadı…

    Şəkidə 86 yaşlı kişi itkin düşüb.

    DİN-dən verilən məlumata görə, 1932-ci il təvəllüdlü Şəki sakini İslam Zahirov günorta saatlarında rayonda yaşadığı evdən mağazaya getmək adı ilə evdən çıxıb və indiyədək geri qayıtmayıb.

    Evdən çıxanda əynində göy rəngli idman şalvarı, qara rəngli pencək, pencəyin altından geyinilən jilet və ayağında rezin ayaqqabı olub. Boyu 165 sm, orta bədən quruluşludur.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Azərbaycanda 19 yaşlı gəlin körpəsi ilə evdən qaçdı – FOTO

    Zərdab rayonunda 19 yaşlı qadın üç aylıq körpəsi ilə evdən qaçıb.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun “32 Hektar” adlanan yaşayış massivinin yaxınlığında heyvandarlıq fermasında yaşayan Haciyevlər ailəsinin gəlini, 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçıb.

    Yaxınları A.Hacıyevanın evdən qaçması ilə bağlı başqa rayonlarda yaşayan qohumları ilə əlaqə saxlasalar da heç bir xəbər olmayıb. Ailə bununla bağlı Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

    Qeyd edək ki, A.Hacıyeva ötən ilin sentyabr ayında Xaçmaz rayonundan Zərdaba gəlin köçüb.

    A.Hacıyevanı görənlərdən xahiş olunur ki, 050 861-74-93, 055-739-61-02 nömrələrinə və Zərdab RPŞ-ə məlumat versinlər.

  • Новый год – старые проблемы: со школьников собирают деньги

    C началом учебного года от родителей стали поступать жалобы относительно сбора денег на печатание материалов для суммативов.

    Как заявили в Минобразования, со школьников нельзя собирать деньги ни на какие цели.

    По словам эксперта по образованию Кямрана Асадова, сбор денег с учащихся в средних школах, вне зависимости от целей, противоречит законодательным актам:

    «К сожалению, несмотря на это, во многих школах все еще собирают со школьников деньги на цели, финансируемые за счет средств госбюджета.

    Проведенные нами наблюдения показывают, что во многих школах директора присваивают выданные государством школьные принадлежности.

    Поэтому для решения проблемы учителя вынуждены собирать на это деньги со школьников»./oxu.az

  • Bakının bu ərazisində yaşayanların başına daş yağa bilər – VİDEO

    Nazirlik qadağa qoysa da, ərazidə tikinti davam edir, uçqun və sürüşməyə isə istinad divarları belə tab gətirmir.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, söhbət Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində gedən yoldan gedir.

    Sıldırım qayalar, sürüşən ərazi, yandırılan torpaq qatı. Ən təhlükəlisi isə odur ki, burada məskunlaş sakinlərin üzərinə böyük daş parçaları düşə bilər. Yolda hərəkətin təhlükəsizliyi üçün tikilən istinad divarı da ömrünü başa vurub desək yanılmarıq. Əks halda belə görüntü ilə qarşılamazdıq.

    Mütəxəssislərin fikrincə, sürüşmə və uçqun təbii prosessdir. Onun qarşısını almaq bəzən müşkülə çevrilə bilər. Amma qabaqlayıcı tədbirlərlə təhlükəni önləmək olar. Məsələn elə istinad divarlarını yeniləmək və daha möhkəm etməklə.