Month: September 2018

  • Трагедия в бакинской школе: второклассник умер на перемене

    В одной из бакинских школ произошел смертельный случай.

    Как передает Median.Az, случай произошел в школе №67 Сабунчинского района.

    В школе подтвердили oxu.az факт смерти ученика.

    По информации, ученик II ğ класса Сабир Халилов 2011 года рождения умер накануне в 16:40:

    «Мальчик почувствовал себя плохо после еды, ему сразу оказали первую помощь, но к сожалению, спасти его жизнь не удалось».

    По факту ведется расследование.

  • Bakıda məktəbdə faciə: ikinci sinif şagirdi tənəffüsdə öldü

    Bakıda məktəblərin birində şagird dünyasını dəyişib.

    Median.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu 67 saylı məktəbdə baş verib.

    Belə ki, o, məktəbdə fasilə zamanı yemək yeyib, bundan sonra qəflətən halı pisləşib. İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Məktəbdən şagirdin ölümü ilə bağlı faktı oxu.az-a təsdiqləyiblər.

    Bildirilib ki, təhsil müəssisəsinin II “ğ” sinif şagirdi, 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu ötən gün saat 16:40 radələrində vəfat edib:

    “Ötən gün şagird özünü narahat hiss edən anda dərhal ona ilk tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb”.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, bu barədə ilk məlumatı Unikal.org saytı yayıb.

  • Минобороны предупредило Армению

    Военно-политическое руководство Армении прибегает к очередным провокационным действиям, направленным на обострение ситуации на линии противостояния войск.

    Как передает Median.Az, об этом говорится в заявлении Минобороны.

    Отмечается, что распространяемая противником информация о проведении на оккупированных территориях Азербайджана учебных полетов с привлечением военной авиации является наглядным тому доказательством.

    Министерство обороны заявляет, что любое воздушное средство противника, которое совершит попытку приблизиться к передовым позициям подразделений Азербайджанской Армии, будет немедленно нейтрализовано.

    Вся ответственность за возможные потери будет ложиться на военно-политическое руководство Армении, подчеркивают в ведомстве.

  • Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

    Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

    Median.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

    “Ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, – deyə bəyanatda bildirilir.

  • Мехрибан Алиева в Италии – ФОТО

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева отправилась с официальным визитом в Итальянскую Республику.

    Как передает Median.Az, об этом сообщает АЗЕРТАДЖ.



  • Mehriban Əliyeva İtaliyada – FOTO

    Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliya Respublikasına rəsmi səfərə gedib.

    Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.



  • Азербайджанская нефть резко подорожала

    Стоимость барреля азербайджанской нефти Azeri LT CIF на мировом рынке повысилась на 1,85 доллара, или 2,3%.

    В настоящее время нефть марки Azeri LT CIF торгуется по 82,21 доллара/баррель.

    Напомним, что минимальная цена на Azeri LT CIF была зафиксирована в декабре 2001 года (19,15 доллара), максимальная – в июле 2008 года (149,66 доллара).

  • Azərbaycan nefti kəskin bahalaşdı

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,85 dollar və yaxud 2,3% artıb.

    “Azeri LT CIF” markalı neftin qiyməti 82,21 dollar/barelə bərabər olub.

    Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  • Азербайджанцы – самая трезвая нация в СНГ

    Среди стран СНГ меньше всего алкогольных напитков пьют в Азербайджане, на одного человека (старше 15 лет) здесь приходится 0,8 литра спирта в год.

    Такие данные приводятся в глобальном докладе ВОЗ о положении дел в области алкоголя и здоровья за 2018 год.

    При этом крепкие напитки предпочитают 63% пьющих в Азербайджане, 29% выбирают пиво и только 8% – вино.

    Согласно докладу, Молдова признана самой пьющей из постсоветских стран (15,2 литра).

    Россия в этом списке занимает 4-е место. В год на человека приходится 11,7 литра спирта. Второе и третье места делят Литва (15 литров) и Латвия (12,9 литра).

    Для сравнения: в Германии местные граждане пьют 13,4 литра спирта в год, в Великобритании – 11,4 литра.

  • Azərbaycanlılar MDB-də ən ayıq millətdir

    MDB ölkələri arasında ən az spirtli içki qəbul edənlər azərbaycanlılardır, burada bir insan (15 yaşdan yuxarı) il ərzində 0,8 litr spirtli içki qəbul edir.

    Bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il ərzində alkoqol və sağlamlıq vəziyyətinə dair hesabatında yer alıb.

    Azərbaycanda yaşayanların 63 faizi sərt içkilərə, 29 faizi pivəyə, yalnız 8 faizi şəraba üstünlük verir.

    Hesabatda Moldova ən çox spirtli içki qəbul edən ölkə hesab edilib (15,2 litr).

    Rusiya bu siyahıda dördüncü pillədədir. Burada il ərzində insanlar 11,7 litr spirtli içki qəbul edir. İkinci yeri Litva (15 litr), üçüncü yeri isə Latviya (12,9 litr) tutub.

    Müqayisə üçün bildirək ki, Almaniyada yerli sakinlər il ərzində 13,4 litr, Böyük Britaniyada isə 11,4 litr spirt qəbul edir.