Month: September 2018

  • Bu sürücülər cəzalandırılacaq – Xəbərdarlıq

    Taxoqraf cihazı ilə təmin olunmayan və taxoqrafla bağlı qaydaları kobud şəkildə pozan daşıyıcılar və sürücülər məsuliyyətə cəlb ediləcək.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na 7 nömrəli əlavə – “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”yə əlavə edib. Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Əlavəyə görə, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilməlidir. Beynəlxalq yük daşımalarını, həmçinin ölkədaxili şəhərlərarası və rayonlararası yük daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.

  • Azərbaycanda ağır qəza – avtobus “Kamaz”la toqquşdu: 15 yaralı

    Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib.

    Median.Az-ın “Report”a istinadla verdiyi məlumata görə, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu “Kamaz” markalı yük maşını toqquşub.

    Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

    Sumqayıt şəhərində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində yaralananların adları məlum olub.

    Qəzada xəsarət alan avtobus sərnişinləri bunlardır:

    1986-cı il təvəllüdlü Vəliyeva Binyət Ömər qızı

    1983 cü il təvəllüdlü Vəliyeva Aysel Ömər qızı

    2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlu

    1988-ci il təvəllüdlü Məmmədzadə Rəvanə Sahib qızı

    2009-cu il təvəllüdlü Rzayev Ömər Aqşin oğlu

    REKLAM

    facebook.com

    Daha ətraflı
    Native Video by Adributor

    2006-cı il təvəllüdlü Qurbanov Nihat Qurban oğlu

    1953-cü il təvəllüdlü Məmmədova Nərgiz Mahmud qızı

    1971-ci il təvəllüdlü Feyzullayev Feyzulla Əzizulla oğlu

    1982-ci il təvəllüdlü Nuraliyeva Aynurə Rasim qızı

    1995-ci il təvəllüdlü Mahmudov Bəhram Əhmədağa oğlu

    1963-cü il təvəllüdlü Feyzalıyeva Nailə Qardaşxan qızı

    1982-ci il təvəllüdlü Qurbanova Sevinc Xıdır qızı

    2008-ci təvəllüdlü Qurbanova Aysun Qurban qızı.

    Xəsarət alanlardan biri – 2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlunun vəziyyəti ağırdır.

    İki nəfər qeydiyyata düşməyib.

  • В Баку отец избил сына на улице – ВИДЕО

    Госкомитет по вопросам семьи, женщин и детей расследует информацию о ребенке, избитом на улице собственным отцом.

    Об этом сказал старший консультант отдела по проблемам детей комитета Пярвиз Алиев.

    По его словам, в настоящее время вопрос находится под надзором правоохранительных органов.

    «По факту родителям будет сделано предупреждение и приняты соответствующие меры».

    Пярвиз Алиев отметил, что подобные инциденты вредят имиджу страны:

    «Не раз проводились мероприятия против этого. Когда всплывают подобные факты, проводится расследование. Госкомитет по вопросам семьи, женщин и детей рассмотрит информацию об отце, избивавшем ребенка на улице, и сообщит об этом».

    Отметим, что сайт Unikal.org разместил видео, на котором отец избивает собственного ребенка.

  • Ata küçənin ortasında azyaşlı övladını döydü – BAKIDA (VIDEO

    Bakıda ata küçədə azyaşlı övladını döyüb.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Seyid Əzim Şirvani küçəsində baş verib.Belə ki, ata küçədə ətrafdakılardan çəkinməyərək uşağını döyməyə başlayıb.Hadisə şahidlərinin sözlərinə görə, ata övladının qışqırmağına və ağlamağına məhəl qoymadan onu döyüb.Hadisə yerinə polislərin gəlməsindən sonra ata öz çirkin əməlinə son qoyub

  • Sosial şəbəkələrdə Azərbaycanda siqaret çəkən azyaşlının görüntüləri yayılıb.- VIDEO

    Sosial şəbəkələrdə Azərbaycanda siqaret çəkən azyaşlının görüntüləri yayılıb.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, siqaret çəkən 6-7 yaşlarında olan uşağı həmyaşıdı videoya çəkib. Videonu çəkən azyaşlının Fərhad deyə çağırdığı dostunun görüntülərini atasına göstərəcəyini bildirir. Görüntüdə uşaqların yanında böyüklərin olduğu aydın şəkildə kameraya düşüb. Onların azyaşlılara irad bildirməməsi isə təəccüb doğurub.

  • Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən xalaoğlanları tutuldu – FOTO

    Paytaxtın Xətai rayonunda qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirən və ona qarşı əxlaqsız hərəkətlər edən xalaoğlanları saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini, şərti adı N.Z olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək, 600 manat və 10000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

    İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu, Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

    Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

    Faktla bağlı Xətai Rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


  • Сын генерала пошел в армию

    Сын начальника Государственной пограничной службы генерал-полковника Эльчина Гулиева отправился на военную службу.

    Как передает Median.Az со ссылкой на Modern.az, сын Эльчина Гулиева Мухаммед Гулиев был призван в армию в соответствии с распоряжением президента от 1 июля 2018 года.

    Он начал военную службу в N-ской воинской части в южной зоне Государственной пограничной службы. Мухаммед Гулиев недавно принес присягу, на церемонии лично присутствовал генерал-полковник Эльчин Гулиев.

  • Azərbaycanda generalın oğlu əsgər getdi

    Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin oğlu hərbi xidmətə yollanıb.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb.

    O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.

    General-polkovnik Elçin Quliyev

    Qeyd edək ki, 1997-ci il təvəllüdlü Məhəmməd Quliyev 2003-2014-cü illərdə Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta təhsil alıb.

    2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 519 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 2018-ci ildə universitetin bakalavriat pilləsini başa vuran Məhhəməd Quliyev bu yaxınlarda hərbi xidmətə gedib.

  • Дети знаменитостей идут в школу – ФОТО

    В большинстве школ Азербайджана в понедельник начались учебные занятия.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в школу своих чад отвели и азербайджанские знаменитости.

    Представляем вам фото знаменитостей с детьми-школьниками:









  • Məşhurlar övladları ilə məktəbdə – FOTO

    Yeni dərs ili bəzi məktəblərdə ötən şənbə günündən başlasa da, bu gün ilk dəfə övladını dərsə yola salanlar çoxluq təşkil edir.

    Onların sırasında yerli məşhurlar da var.

    Tanınmışlardan bəziləri övladını ilk dəfə yola salır, bəziləri isə artıq ikinci və üçüncü ilindədir.

    Məşhurlar övladlarını məktəbə yola salır – FOTO
    Onlar yeni dərs ilinin sevincini sosial mediada izləyicilərlə bölüşür.

    Məşhurların övladları ilə fotolarını təqdim edirik.










    //oxu.az