Month: Sentyabr 2018

  • Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb

    Biz bu gün həmçinin hərbi-texniki sahədə gələcək əməkdaşlığı müzakirə etdik.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunları üzrə deyib.

    İlham Əliyevin sözlərinə görə, “Azərbaycan və Rusiya arasında reallaşdırılan müqavilələr, “daha doğrusu Azərbacyanın Rusiyadan aldığı hərbi məhsullar beş milyard dolları keçir və bu tendensiya artır”.

    “Çünki Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini davam etdirir, Rusiya isə beynəlxalq bazarda hərbi məhsulların əsas istehsalçısı və satıcısıdır”.

  • 4 uşaq atası intihar etdi – Səbəbi heç kimə məlum deyil

    Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

    Rayonun Çaylı kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu özünü asaraq öldürüb.

    Məsələ ilə bağlı saytımıza danışan mərhumun qardaşı Elşən Həmidov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Rayonda beton kanalın yanındakı fermada çoban işləyirdi. Səhər gedib heyvanları açmağa, elə orada da özünü asıb”.

    Onun sözlərinə görə Maisin səhhətində və dolanışığında heç bir problem olmayıb: “Problemsiz, sakit adam idi. Nəyə görə belə addım atıb, bilmirik. Hamımız şokdayıq”.

    Mərhum ailəli imiş, 4 azyaşlı uşağı var.

    ///BakuPost

  • Azərbaycanda polisə etiraz edən qadın özünü bıçaqladı

    Sabirabad rayonunda 34 yaşlı qadın özünü bıçaqlayıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, rayonun Rüstəmili kənd sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Zəminə Məhəmməd qızı özünə bıçaqla xəsarət yetirib. Z.Nağıyeva qarının ön divarının 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.

    Hadisə polis əməkdaşlarının həmin qadının yaşadığı evdə həyat yoldaşının narkotik vasitə saxlamasında şübhəli bilinərək evdə axtarış aparmalarına etiraz olaraq baş verib. Yaralı elə polis əməkdaşları tərəfindən də xəstəxanaya çatdırılıb.

    Həmin qadının əri 29 yaşlı Xəyyam Nağıyev polis tərəfindən tutulub.

    DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsi və Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Rüstəmli kəndində yaşayan X.Nağıyev saxlanılıb.

    Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Ana və qızını amansızlıqla öldürən şəxs Bakıda tutuldu

    Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, rayonun Qarazəncir kənd sakinləri – 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

    Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda yeni piyada keçidləri – FOTO

    Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eyni səviyyəli piyada keçidlərinin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev baku.ws-ə açıqlamasında dən bildirib.

    Məlumatda qeyd edilib ki, Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb.

    Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə Bakıda yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eyni səviyyəli piyada keçidləri təşkil ediləcək.

  • Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra… – Sabirabadda şok

    Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib – H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib.

    Sabirabad rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə Mehdi Mehdiyev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 11 ay 29 gün müddətə şərti cəza alıb.

    Həbsdən çıxdı, oğurluq etdi

    Həbsdən azad olunan Mehdi Mehdiyev Sabirabad rayonunun Əhmədabad kəndində yaşamağa başlayıb. O, məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq yenidən cinayətlər törətməyə başlayıb.

    Mehdi Mehdiyev 2013-cü ilin mart ayının əvvəllərindən oğurluq etməyə başlayıb. O, 2014-cü ilin mart ayının əvvəllərinədək olan müddətdə bir neçə dəfə Sabirabad rayonu Qaratəpə kəndində Fatma Hüseynovanın evinə girib. O, evdən qadının saxlanc kimi istifadə etdiyi mücrünün içərisində 12200 ABŞ dolları və 10.000 manat dəyərində olan qızıl əşyalarını, dolabın içərisindən isə 29.000 manatını oğurlayıb.

    Çöllükdə görüş

    Bundan başqa Mehdi Mehdiyev 2013-cü ilin noyabr ayının əvvəllərində saat 23.30 radələrində idarə etdiyi “Mersedes-190” markalı avtomobillə tanışları Məhəbbət Səmədov, Samirə Babayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Sahibə Babayeva (oğlanın və hər iki qızın adı və soyadı şərti verilib – H. Z.) ilə birlikdə Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisinə çöllük adlanan yerə gəlib.

    Orada Samirə Babayeva və Məhəbbət Səmədov avtomobildən düşüb. Hər iki şəxs avtomobilin yanında aralanıb. Bu zaman Mehdi Mehdiyev Sahibə ilə avtomobildə tək qalıb.

    Maşında cinsi əlaqə

    Vəziyyətin belə olduğunu görən Mehdi Mehdiyev arxa oturacaqda Sahibə Ağayevanın yanında əyləşib. O, həmin vaxt Sahibəyə zor tətbiq edərək, onunla cinsi əlaqəyə girib.

    Həmin vaxt Mehdi Mehdiyev yeniyetmə yaşına çatmayan qıza qarşı elədiyi seksual xarakterli hərəkətləri mobil telefonu vasitəsi ilə çəkib.

    Bundan sonra Mehdi Mehdiyev həmin ilin noyabr ayından 2014-cü ilin aprel ayının əvvəlindək olan müddət ərzində Sahibə Babayeva ilə daim cinsi əlaqədə olub.

    Şantaj və zorlama

    Sahibə Babayeva onunla cinsi əlaqədə olmayanda hədə-qorxu ilə üzləşib. Mehdi Mehdiyev yetkinlik yaşına çatmayan qızla bağlı əlində rüsvayedici video olduğunu və həmin videonu yayacağını, qohumları arasında rüsvay edəcəyini bildirib.

    Bundan qorxuya düşən Sahibə Babayeva Mehdi ilə daim Sabirabad rayonunun ərazisində müxtəlif yerlərdə bir neçə dəfə cinsi əlaqədə olub.

    Mehdi Mehdiyev Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama törətmək) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    “Bacım məni də özü ilə apardı”

    Zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, bacısı Samirənin nişanlısı Məhəbbət həmkəndlisi Mehdi ilə 2013-cü ilin mart ayının 8-də onlara gəlib: “2013-cü ilin təxminən noyabr ayının əvvəllərində Məhəbbət gecə vaxtı yenə də Mehdinin idarə etdiyi avtomaşınla gəlmişdi. Bacım gecə vaxtı olduğundan evdən tək çıxmadı. Bacım məni də özü ilə apardı”.

    “Əl-qol atmağa başladı”

    Sahibə Babayeva qeyd edib ki, onlar Sabirabad rayonu Həşimxanlı kəndinin yaxınlığında olan boş sahəyə gediblər: “Burada Mehdi avtomaşını saxladı. Bacımla nişanlısı avtomobildən düşdülər və kənar yerə getdilər. Bu zaman Mehdi arxa oturacağa yanıma keçdi və avtomaşının qapılarını bağladı. Mehdi bildirdi ki, məndən xoşu gəlir. Bu zaman Mehdi mənə əl-qol atmağa başladı”.

    “Məni hədələdi”

    Sahibə Babayevanın sözlərinə görə, bu zaman qışqırmaq istəyib: “Amma Mehdi qışqırmağıma imkan vermədi və əli ilə ağzımdan tutdu, sonra mənimlə cinsi əlaqədə oldu. Cinsi əlaqədə olan zaman ağrı hiss etdim və buna görə də ağladım. Cinsi əlaqədə olandan sonra Mehdi məni hədələdi və bu barədə heç kimə deməməyimi tapşırdı”.

    “Şəkillərimi məktəbdə paylayacağını dedi”

    Sahibə Babayeva qeyd edib ki, həmin gündən 5-6 gün sonra Mehdi bacısı Samirənin mobil telefonuna zəng vurub: “Mehdi məni telefona çağırdı və bildirdi ki, aramızda olanları heç kim bilməsin. O, özündə şəkil, video olduğunu, həmin şəkil və videoları montaj edərək, məktəbin həyətində hər kəsə paylayacağını dedi. Mehdi dedi ki, əgər şəklinin yayılmasını istəmirsənsə, mənimlə yenidən görüş”.

    “Mənimlə görüşəndə ətir və pul verirdi”

    Zərərçəkmiş bildirib ki, bundan sonra Mehdi ilə 30 dəfədən çox cinsi əlaqədə olub: “Mehdi məni hər dəfə avtomaşınına mindirib və çöllük sahələrə, bəzən də restorana aparıb. O, mənə çoxlu pulu olduğunu deyib. Mehdi mənimlə görüşəndə ətir və pul verirdi. Mehdidən qorxduğuma görə bu barədə heç kimə deməmişəm. Mehdi mənim orta məktəbdə oxuduğumu və 13 yaşımın olmasını bilib”.

    13 il cəza, ciddi rejim

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Mehdiyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

    Bu hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində zorlama ittihamı üzrə günahsız olduğunu, şərləndiyini bildirib. M.Mehdiyev Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını, oğurluq ittihamı üzrə cəzasının yüngülləşdirilməsini istəyib.

    Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Mehdi Mehdiyevin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Mehdi Mehdiyevin apelyasiya şikayəti təmin olunub.

    Yeniyetməni zorlayana niyə bəraət verildi?

    Məhkəmə Mehdi Mehdiyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə ittihamı sübuta yetirə bilməyib. Bu səbəbdən məhkəmə həmin maddə üzrə Mehdi Mehdiyevin barəsində bəraət hökmü çıxarıb.

    Həmçinin məhkəmə Mehdi Mehdiyevi Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilib. Həmin maddə ilə Mehdi Mehdiyevə 8 il 6 ay cəza təyin edilib.

    Bu qərardan prokurorluq narazı qalıb. Prokurorluq bəraət hökmünün ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Prokurorluq kasasiya protestində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

    Bəraət hökmü ləğv edildi

    2016-cı ilin dekabrın 13-də Ali Məhkəmədə hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti üzrə qərar elan olunub.

    Qərara görə, prokurorluğun protesti təmin edilib və Mehdi Mehdiyevin barəsində çıxarılan bəraət hökmü ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar çıxarılıb. Onun barəsində olan cinayət işinin materialları yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

    Cəza qüvvədə qaldı

    2017-ci il noyabrın 17-də Şirvan Apelyasiya Məhkəməsində hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada iş üzrə apelyasiya şikayəti yenidən araşdırılıb. Hakim heyəti apelyasiya şikayətini təmin etməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

    Məhkumun vəkilindən şikayət

    Bu qərardan narazı qalan Mehdi Mehdiyevin vəkili kasasiya şikayəti verib. Vəkil Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, Mehdi Mehdiyevə ittihamla elan edilmiş Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

    Vəkil: “Zorlama cinayəti törətdiyini bildirib”

    Vəkil qeyd edib ki, Mehdi Mehdiyevin hərəkətləri ona ittihamla elan edilmiş Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsinin tərkibini yaratmayıb: “İşin hallarından göründüyü kimi, Mehdi Mehdiyev oğurluq hadisəsi ilə təqsirli hesab edilərək Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilib. İstintaq hərəkəti ilə bağlı olaraq cinayət işinin istintaqını aparan müstəntiq təqsirləndirilən şəxs ifadə almaq məqsədi ilə müdafiəçi ilə birlikdə istintaq təcridxanasında olub. Təqsirləndirilən şəxs ifadəsi alınarkən oğurluq hadisəsindən başqa Sabirabad rayon sakini olan, yetkinlik yaşına çatmayan Sahibəni zorlamaqla ikinci cinayət hadisəsini də törətdiyini bildirib”.

    “Rəyə əsasən ittiham verilib”

    Vəkil qeyd edib ki, həmin fakta görə cinayət işi başlanılıb, zərərçəkmiş şəxsin anası polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib, zərərçəkmiş şəxs dindirilib və digər istintaq hərəkətləri həyata keçirilib: “Cinayət işi materiallarından və hökmdən göründüyü kimi, Mehdi Mehdiyevin və zərərçəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsinə istinad olunaraq təqsirləndirilən şəxsə ittiham elan edilib”.

    Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, müdafiə tərəfinin kasasiya şikayəti qismin təmin olunub.

    Qərar ləğv edildi, yenidən araşdırma olacaq

    Şirvan Apelyasiya Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

    Bu səbəbdən Mehdi Mehdiyevin barəsində toplanan cinayət işinin materialları yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

    Yaxın günlərdə bu iş üzrə apelyasiya instansiyasında yenidən məhkəmə araşdırması başlanacaq. /Publika.az

  • Putin Azərbaycanla perspektivli layihələr haqqında danışdı

    “Şimal – Cənub” nəqliyyat dəhlizi çərçivəsində Rusiya və Azərbaycan sərhədində Samur çayı üzərindən körpünün tikintisi 2019-cu ildə başa çatacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqların yekunları üzrə bildirib.

    “Avropa bazarlarını asiyalı istehsalçılarla birləşdirəcək, İrandan keçməklə Cənubi Asiya və Yaxın Şərqdən Avropaya yük daşınmalarını xeyli sürətləndirməyə imkan verəcək “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasını perspektivli layihələrdən biri hesab edirik”, – deyə, Putin bildirib.

    O xatırladıb ki, bu nəqliyyat arteriyasının ümumi uzunluğu 7 min kilometri ötəcək, bura dəmir yolu, bərə və avtomobil əlaqəsi daxil olacaq.

    Bununla yanaşı, “Şimal – Cənub” nəqliyyat dəhlizinin böyük hissəsi Azərbaycan və Rusiya ərazilərindən keçəcək, deyə, rusiyalı dövlət başçısı vurğulayıb.

    “Vurğulayım ki, artıq marşrutun ayrı-ayrı sahələri üzrə iş aparılır. Qarşıdakı ildə ölkələrimiz sərhədyanı Samur çayı üzərindən körpünün tikintisini bitirmək niyyətindədirlər”, – deyə, Putin əlavə edib.

    Ümumilikdə, Rusiya prezidentinin sözlərinə görə, ikitərəfli iqtisadi əlaqələr kifayət qədər aktiv inkişaf edir. Belə ki, 2017-ci ildə Rusiya və Azərbaycanın ticarət dövriyyəsi 35% – 2,5 mlrd. dollaradək artıb. Azərbaycan bazarında Rusiyanın “Qazprom”, “Transneft”, “Lukoyl” kimi böyük enerji şirkətləri işləyir.

    “Ümumiyyətlə, Rusiya və Azərbaycanın enerji sistemləri inteqrasiya olunmuş rejimdə fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir”, – deyən Putin, “KamAZ”, “Qazprombank”ın Azərbaycandakı layihələrini qeyd edib.

    Bundan başqa, Rusiya prezidenti qeyd edib ki, kiçik və orta sahibkarlıq xətti üzrə iki ölkənin sahibkarları arasında əlaqələr genişlənir.

    Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığından danışan Putin 2018-ci ilin oktyabrında növbəti Rusiya-Azərbaycan regionlararası forumunun baş tutacağını bildirib.

    “Onu Gəncə şəhərində keçirmək planlaşdırılırdı, lakin bəlkə bizim dostlarımız onu (tədbiri – red.) Bakıda təşkil edəcəklər”, – deyə, rusiyalı lider əlavə edib.

  • Regionlarda narkotiklə əlaqədar 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sabirabad RPŞ və Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən Rüstəmli kənd sakini Xəyyam Nağıyev saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kq. yaxın marixuana aşkar edilərək götürülüb.

    Bundan başqa, Şabran RPŞ-nin əməkdaşları şəhər sakini Məcid Zeynalova məxsus həyətyanı sahədən 3 ədəd çətənə kolu, yaşadığı evin zirzəmisinə baxış zamanı 269,301 qram marixuana aşkar ediblər, Quba RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Ülvi Fərzəliyevdən 410 qram marixuana götürülüb, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən Rəncbər kənd sakini, əvvəllər məhkum olunmuş Rakif Abbasovdan 0,063 qram heroin götürülüb. Araşdırma zamanı, ona narkotik vasitəni satmış şəxsin
    Şirvan şəhər sakini Həmid Soltanov olması müəyyən edilib və keçirilmiş tədbir nəticəsində saxlanılıb. Üzərinə baxış zamanı elektron tərəzi və 9,291 qram, yaşadığı evdən isə əlavə olaraq 21,886 qram heroin, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • В Физулинском районе совершено убийство

    Median.Az xəbər verir ki, avqustun 31-də Bala Bəhmənli kəndi ərazisində kənd sakini Namiq Gülməmmədli aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Rusif Cəfərova bıçaqla xəsarətlər yetirib. Nəticədə sonuncu kəskin qanitirmədən dünyasını dəyişib.

    Füzuli RPŞ və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülməmmədli tutulub.

    Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Zakir Həsənov generalları topladı – FOTO

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər vəzifəli şəxslər cəlb olunub.

    Ali Baş Komandan İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdıran Müdafiə naziri xüsusi olaraq vurğulayıb ki, ordu quruculuğu istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin və ümumilikdə bütün fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır.

    Qoşunlarda aparılan intensiv döyüş hazırlığı, gündəlik fəaliyyət və döyüş işinin təşkili, xidməti və döyüş fəaliyyətinin hərtərəfli təminatı, əməliyyat hazırlığı tədbirlərinin planlaşdırılması, həmçinin cəbhə bölgəsində yerləşən və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edən müdafiə naziri müvafiq göstərişlər verib.

    Eyni zamanda, general-polkovnik Z.Həsənov müxtəlif səviyyəli təlimlərin, planda nəzərdə tutulan digər vacib tədbirlərin təşkili və keçirilməsi, o cümlədən şəxsi heyətin, maddi-texniki vasitələrin, xüsusilə dağlıq ərazilərdə yerləşən postların və mövqelərin qış mövsümünə hazırlığının aparılması ilə bağlı tapşırıqları da müəyyən edib.