Month: September 2018

  • Nigarın ölümünə səbəb olan xəstəlik:Leykoz necə yaranır və hansı məşhur qurbanları olub?

    Xəbər verdiyimiz kimi, tanınmış aparıcı və jurnalist Nigar İsmayılqızı bu gün səhər saatlarında Bakıda xəstəxanada Leykoz xəstəliyi (qan xərçəngi) səbəbindən vəfat edib.
     
    Dünən 34 yaşını qeyd edən mərhum yazıçı-jurnalist doğulub boya-başa çatdığı Şabran rayonunda atasının yanında dəfn edilib.

    Azxeber.com məşhur yazıçı-jurnalistin qısa müddətə ölümünə səbəb olan leykoz xəstəliyi və bu xəstəlikdən dünyasını dəyişən məşhurlarla bağlı araşdırma aparıb. 

    Leykoz nədir və necə yaranır?

    Leykoz — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında “ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar.
     
    İlkin dövrlərdə iştahasızlıq, ümumi halsızlıq, hərarətin yüksəlməsi, çəkinin itməsi, baş-əzələ-sümük ağrıları ilə özünü büruzə verən xəstəlik irəliləmiş mərhələlərdə qaraciyər və dalağın böyüməsi, limfatik düyünlərdə böyümə, burun və diş qanaxmaları, bəzi hallarda isə mədə-bağırsaq qanaxmaları ilə müşaiyət olunur.
     
    Müayinə üsulları hansılardır?
     
    Xəstəliyin düzgün təyin edilməsi üçün ilk növbədə qanın müayinəsindən başlamaq lazımdır. Həmçinin xəstəliyin fəsadları dalaq, qara ciyər və limfa vəzilərinə təsir etdiyi üçün bu orqanlar da müayinədən keçirilməlidir. Xəstəliyin yaranma səbəbi haqqında dəqiq məlumat olmadığına görə əvvəlcədən profilaktik tədbirlər həyata keçirmək çətindir. Ancaq müalicə zamanı ayrı-ayrı simptomları aradan qaldırmaq və zəiflətmək üçün hormonal, vitamin, antibiotik, qanköçürmə və damar daraldıcı preparatlardan istifadə edilir. Kəskin və xroniki leykozlarda xəstəliyin fəsadlarının aradan qaldırılması üçün hormonal müalicənin əhəmiyyəti böyükdür. Bu müalicə üsulu əsasən uşaq və yeniyetmələrə yaxşı təsir göstərir.
     
    Hansı məşhur qurbanları olub?

    Ötən ilin fevral ayında tanınmış rejissor Şahin Zəkizadə Leykoz xəstəliyi səbəbindən vəfat edib. 38 yaşlı rejissorun ölümündən bir neçə ay öncə bu xəstəlik aşkar edilib. Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında müalicə olunan Ş.Zəkizadənin həyatını xilas etmək mümkün olmayıb.
     
    “Exo” qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyevin də ölümünə səbəb qan xərçəngi olub. Yaxınlarının sosial şəbəkədə yaydığı məlumata görə, qan xərçəngindən əziyyət çəkən S. Əliyevin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.
     
    Lələ Təpə döyüşlərinin iştirakçısı Azər Aslanov da bir neçə ay öncə qan xərçəngindən vəfat edib. O bu məqsədlə müalicə olunsa da, tibbi səylər nəticəsiz qalıb.
     
    Çalışın özünüzü qoruyun, vaxtaşırı müayinə olunun və imkan verməyin ki, əcəl vaxtsız qapınızı döysün!

  • Atasının qətlində təqsirləndirilən oğul və tanışlarına hökm oxunub – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Elməddin Əliyev, Vəlican Dadaşov və Nəcməddin İsmayılovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il fevralın 1-nə keçən gecə Xəzər rayonu, Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb. Xəzər RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış kişi meyiti tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev (1961-ci il təv.) olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib. Faktla əlaqədar CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu, 21 yaşlı Elməddin Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından, o isti izlərlə saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – 42 yaşlı Vəlican Dadaşov və 26 yaşlı Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb olunublar.

    İstintaqda dindirilmiş Elməddin Əliyev atasının Vəlican Dadaşov tərəfindən öldürüldüyünü etiraf etsə də, bunun səbəbinin pulla bağlı olduğunu deyib: “Atam Vəlicana borc pul vermişdi, o da qaytara bilmirdi. Bir gün atam dedi “Vəlicanı Zirədəki evə çağır, onunla özüm danışacağam”. Mən də çağırdım, biz Nəcməddinlə çöldə gözləyırdik. Bir qədər sonra evə girmək istəyəndə Vəlican çıxıb dedi ki, atanı öldürdüm. Daha biz içəri girmədik, Pirallahıya getdik. Nəcməddin evinə getdi, mən kafedə Vəlicanla oturdum. Sonra onun təklifi ilə evi yandırmaq üçün Zirəyə qayıtdıq. Mən taksi çağırdım, yol üstü benzin aldım. Çatanda mən kənarda dayandım, Vəlican girib evi yandırdı. O məni də öldürəcəyi ilə hədələdiyi üçün heç kimə heç nə deyə bilmədim”.
    Vəlican Dadaşov qətldən əvvəl İbrahim Əliyevin kişilərlə əlaqədə olduğunu bilmədiyini deyib: “Elməddin deyirdi ki, atalığı İbrahim onu və anasını döyüb, incidir. Onun təklifi ilə atalığını öldürməyə razılaşdım, planı da Elməddin özü hazırladı. Bunun müabilində Rusiyaya getməsi üçün mənə maddi yardım edəcəyini söz verib. Evi də, atasının meyitini də Elməddin özü yandırdı”.

    İttiham aktına əsasən, yanvarın 31-də Elməddin Əliyev atası İbrahim Əliyevi aldadıb, əmisi Azər Əliyevin Zirə qəsəbəsində yerləşən evinə gətirdib. Vəlican Dadaşov həmin evin içində gizlənərək İbrahim Əliyevin gəlməsini gözləyib, Nəcməddin İsmayılovla Elməddin Əliyev isə evin kənarında dayanıblar. Vəlican evə daxil olan İbrahimə əvvəl balta, sonra bıçaqla xəsarətlər yetirib. Fevralın 1-nə keçən gecə onun öldüyünə əmin olduqdan sonra, Pirallahı qəsəbəsində gedib, benzin alıblar və geri qayıdıblar. Nəcməddin öz evinə gedib, Elməddin isə Vəlicanla meyitin olduğu evə qayıdıb. Vəlican evə girərək maşın təkərlərini mərhum İbrahimin qıçlarına və bədənin digər yerlərinə keçirib, daha sonra üzərinə yanacaq tökərək, onu evlə birgə yandırıblar.

    Məhkəmənin hökmü ilə V.Dadaşov 19 il, E.Əliyev 18 il, N.İsmayılov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


  • EMIN и Лазарев исполнили хит 90-х группы «Нэнси» на дне рождения Армана Давлетярова (ВИДЕО)

    13 сентября в одном из московских ресторанов свое 48-летие отметил генеральный директор российского национального музыкального канала Муз-ТВ, директор ежегодной национальной телевизионной премии в области популярной музыки «Премия Муз-ТВ» Арман Давлетяров. 

    Наряду с большим количеством звездных гостей и друзей, поздравить именинника пришел и народный артист Азербайджана EMIN. Одной из фишек мероприятия было то, что гости пели караоке. В качестве подарка юбиляру EMIN исполнил песню с популярным российским певцом Сергеем Лазаревым хит 90-х группы «Нэнси» – «Дым сигарет с ментолом». 

    Короткими видеороликами исполнения артистов поделился сам А.Давлетяров в разделе Stories личного аккаунта в соцсети Instagram. 

    С.П.

  • В Кюрдмире мужчина ранил из ружья жену

    Как сообщает Median.Az, накануне в Центральную районную больницу с огнестрельным ранением была доставлена жительница района Гумру Салаева и прооперирована.

    Приступившие к разбирательству сотрудники Кюрдамирского РОП задержали ее мужа Шахина Керимова, который совершил преступление на почве семейного инцидента. У него изъяли охотничье ружье марки “ИЖ-16” без соответствующих документов, которым он произвел выструл в Г.Салахову.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.

  • Kürdəmir sakini arvadını güllələyib

    Median.Az xəbər verir ki, sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə Mərkəzi Rayon Xəstəxasına gətirilib və üzərində cərrahi əməliyyat aparılıb.

    Cinayəti ailə münaqişəsi zəminində törədən zərərçəkmişin əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Азербайджанский попрошайка поразил турок – ФОТО

    В Стамбуле задержали азербайджанца за попрошайничество.

    Как передает Median.Az со ссылкой на турецкие СМИ, в карманах человека, занимавшегося попрошайничеством в аэропорту Сабиха Гекчен, нашли 15 видов валюты.

    По информации, у азербайджанского попрошайки было 2500 турецких лир, 530 евро, 421 доллар США, а также иранские риалы, саудовские риалы, катарские риалы, кувейтские динары, дирхемы ОАЭ, оманские риалы, ливанские лиры, ливийские динары, шведские кроны, непальские рупии и индийские рупии.

    Обнаруженные деньги конфискованы.

  • Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi – FOTO

    Türkiyənin İstanbul şəhərində dilənçiliklə məşğul olan azərbaycanlı saxlanılıb.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Sabiha Gökçən aeroportu ətrafında dilənçiliklə məşğul olan şəxsin cibindən 15 fərqli pul valyutası çıxıb.

    Məlumata görə, azərbaycanlı dilənçinin cibindən 2500 türk lirəsi, 530 avro, 421 ABŞ dolları ilə yanaşı, İran rialı, Səudiyyə Ərəbistan rialı, Qətər rialı, Küveyt dinarı, BƏƏ dirhəmi, Oman rialı, Livan lirəsi, Liviya dinarı, İsveç kronu, Nepal rupisi və Hindistan rupisi çıxıb.

    Aşkar edilən pullar müsadirə edilib.

  • Военные самолеты в небе над Баку

    В Баку военные самолеты совершили полеты в целях подготовки к праздничным мероприятиям, приуроченным к 100-летию освобождения Баку от армяно-большевистских захватчиков.

    Как сообщает Median.Az со ссылкой на Report, полеты в основном были осуществлены над Бакинской бухтой и площадью «Азадлыг», где состоится парад.

    Военные самолеты выполнили сложные авиашоу, которые продемонстрируют во время парада.

    Отметим, что 15 сентября в Баку пройдет парад по случаю 100-летия освобождения Баку от армяно-большевистских захватчиков.

  • Bakının metro stansiyalarında konsert təşkil olunacaq

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

    “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq:

    “Budəfəki proqramda müsiqi proqramları saat 11:00-dan 12:30-dək “İçərişəhər” stansiyası, 12:00-dan 13:30-dək “Sahil” stansiyası, 13:00-dan 14:30-dək “28 May” stansiyası, 14:00-dan 15:30-dək isə “Elmlər Akademiyası” stansiyasında olacaq. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir”.

  • В ДТП в Шамахинском районе погиб один человек

    Как сообщает Median.Az, 13-го сентября примерно в 12 часов на территории села Ангахаран столкнулись автомашины марки “Nissan”, управляемый жителем города Ильхам Ниязовым и “УАЗ”, управляемый жителем села Зарад Бахадур Имамалиевым.

    В результате аварии И.Ниязов погиб на месте происшествия, получивший травмы Б.Имамалиев был помещен в Центральную районную больницу.

    В Шамахинском РОП по факту ведется расследование.