Month: September 2018

  • Şamaxıda yol qəzasında bir nəfər ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 13-ü saat 12 radələrində Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi “Nissan” və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi “UAZ” markalı avtomaşınlar toqquşub.

    Nəticədə İ.Niyazov hadisə yerində ölüb, xəsarət alan B.İmaməliyev Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Şamaxı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • «Цвет настроения черный»: Киркоров подписал контракт с Black Star и снял клип с Кридом и Тимати (ФОТО, ВИДЕО)

    Рэпер Егор Крид и король российской эстрады Филипп Киркоров снялись в клипе на песню «Цвет настроения черный». Ролик появился на YouTube-канале лейбла Black Star. 


    В музыкальном видео хип-хоп-исполнитель Тимати предлагает Киркорову стать членом лейбла Black Star, после чего певец вместе с Кридом спускаются в подвал и переодевается в черные одеяния. Первым делом Киркорова переодевают из перьев и мантии в строгий чёрный костюм, а также набивают ему “татуировки”.

    В одном из эпизодов исполнители предстают в образах персонажей нашумевшего сериала «Во все тяжкие» Уолтера Уайта и Джесси Пинкмана, попутно помогая полуобнажённым девушкам готовить пельмени.


    Вскоре после этого в Крида стреляет молодой человек со словами «это тебе за нашего короля», но у певца оказываются с собой презервативы, которые не пропускают пулю. За короткий срок с момента появления на YouTube клип набрал более 350 тысяч просмотров.

    Р.А.

  • Azərbaycanda oğlu tərəfindən baltalanan ata və ananın görüntüləri – VİDEO

    Daşkəsəndə dəhşətli ailə münaqişəsi yaşanıb.

    ARB TV xəbər verir ki, Daşkəsənin Qabaqtəpə kəndində 74 yaşlı İlyas Bağırov və həyat yoldaşı 64 yaşlı Tamara Bağırovaya onlarla bir yerdə yaşayan oğulları Firdovsi Bağırov balta ilə ağır xəsarətlər yetirib.

    Yaralılar yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Firdovsi Bağırovun hadisəni törədərkən sərxoş olduğu bildirilir.

    O narkotik maddə istifadəçisi olduğu üçün bir-neçə il məhkumluq həyatı yaşayıb.

    Bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq ata-anasının yanında qalıb.

    Mənsurə Zeynalova – Zərərçəkənin nəvəsi: “Nənəm çöldə odun yarırmış, bu da hardan gəlib, bilmirəm nə mübahisə ediblər, nənəmi ölümünə döyüb. O biri gəlinimiz gəlib hadisə yerinə, ona da xəsarət yetirmək istəyəndə gəlin qaçıb. Nənəmi döyəndən sonra qaçıb evdən. Ailəsini, uşağını yola vermirdi. Uşaqları yaxşı oxuyur, amma, orta məktəbə qoymurdu. Yoldaşına artıq-əskik sözlər deyirdi. Axır gəlin məcbur oldu, çıxdı getdi”.

    Daşkəsən RPŞ əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

    Faktla bağlı cinayət işi açılıb.

  • Война за клиентов между бакинскими таксистами – ВИДЕО

    В Гарадагском районе Баку водители такси подрались за клиентов.

    Как сообщает Median.Az со ссылкой на xezerxeber, кадры были засняты в поселке Локбатан района – на территории, известной как Локбатанский круг.

    Водители такси провели здесь между собой раздел территории.

    «Это моя территория,  и ты не можешь брать отсюда клиентов», – заявляет разъяренный водитель своему коллеге, после чего преграждает путь его автомобилю.
    Спор между водителями чуть не получил смертельный исход.

    Драка еще больше разгорелась, когда один из таксистов начал ругать другого нецензурными словами. После он ложиться перед автомобилем противника, чтобы препятствовать его проезду.

  • Bakıda taksi sürücüləri arasında müştəriyə görə dava – özünü maşının qarşısına atdı (VİDEO)

    Qaradağ rayonu ərazisində taksi sürücləri müştəri üstündə sözün əsl mənasında mübarizə aparırlar. Onlar qeyd olunan ərazidə yer bölgüsü ediblər. Sürücülərdən biri digərinə ”bura mənim ərazimdir, sən buradan müştəri götürə bilməzsən” deyir və maşının qarşısını kəsir.

    Müştəri üstündə taksi sürücüləri arasında yaranan mübahisə az qala ölümlə nəticələnəcəkdi.

    Sürücülərdən biri digərinə söyüş söydüyündən mübahisə daha da böyüyür.

    Daha sonra isə həmin sürücü digər sürücünün maşının qarşısına uzanaraq onun hərəkətinə icazə vermir.

    Avtomobildə olan sürücü ərazidən tezliklə uzaqlaşmağa çalışsa da bu mümkün olmur. Sürücülər arasında yaşanan bu ölüm-dirim mübarizəsi Qaradağ rayonu, Lökbatan qəsəbəsində, lökbatan dairəsi kimi tanınan ərazidə çəkilərək vatsap nömrəmizə göndərilib.

    Məlumata görə, mübahisəyə “Mersedes” markalı avtomobilin sürücüsünün lökbatan dairəsindən şəhər istiqamətində gələn sərnişinləri götürməsi səbəb olub. Orada dayanan taksi sürücülərindən biri buna maneə olmağa çalışıb. Bildirib ki, həmin dairədən şəhər istiqamətində gələn müştəriləri ancaq orada daimi dayanan taksi sürücüləri götürə bilər.

    “Mersedes”in sürücüsü buna məhəl qoymadığından mübahisə yaranıb. Digər sürücü isə özünü maşının altına atıb və onun hərəkətinə maneə olub.

    Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, taksi sürücüsünün özünü maşının qarşısına atması və nəqliyyatın hərəkətinə maneə olması yol verilməzdir. Üstəlik həmin taksi sürücüsü ”bura mənim ərazimdir, buradan heç kim sərnişin götürə bilməz” ifadəsini də işlədə bilməz. Ekspertin fikrincə aidiyyatı qrumlar bu məsələni araşdırmalı və həmin şəxsi inzibat məsuliyyətə cəlb etməlidir

    Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücülərin bu hərəkəti yaxşı hal hesab edilmir və cəmiyət arasında belə hərəkətlərin baş verməsi milli mentalitetimizə ziddir. İstənilən halda onların bu kobud hərəkəti polis tərəfindən araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

  • Gələn il qəbul imtahanları belə keçiriləcək – Təhsil naziri yeni modelin detallarını açıqladı

    “Təhsildə keyfiyyət ili”ndə əldə olunan nailiyyətlər ümid etməyə əsas verir ki, qarşıdan gələn növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcək”.

    Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

    O bildirib ki, Təhsil Nazirliyi tərəfindən “Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub.

    C.Bayramov əlavə edib ki, hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqəli şəkildə gələn ilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir: ”Qısa olaraq yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur. Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək”.

  • Проклятая семья в Азербайджане – ВИДЕО

    Подробности загадочного преступления потрясли зрителей на передаче «Gəl dərdini danış», транслируемой на Space TV.

    Как сообщает Median.Az со ссылкой на Minval.info, участница передачи Йетар ханум рассказала свою душераздирающую историю.

    По словам женщины, племянник совершил кражу из ее квартиры. Но когда потерпевшая попыталась доказать факт кражи, у нее возник конфликт с противоположной стороной.
    Далее она обнаружила кучку земли на пороге двери. Женщина утверждает, что после этого на нее обрушились беды. Каждые 40 дней умирают ее близкие или с ними случаются неприятности:

    «У меня умер внук. Спустя 40 дней, когда сын ехал за палаткой, он попал в аварию. Ровно через 40 дней дочка упала дома и получила травму. Прошло еще 40 дней, сын попал в аварию. Еще через 40 дней дочка попала в больницу. А еще спустя 40 дней я и моя дочь отравились».

    Йетар ханум рассказала подробности преступления:

    «Уверена, что это мой племянник. Я очень боюсь оставаться дома одна. Ко мне постоянно кто-то стучится. Мне стыдно звонить полиции. Раньше они приезжали, осматривали квартиру, но найти того, кто стучится ко мне, не могут».

  • 40 günün tamamında ailəsindən bir nəfər ölür – Azərbaycanda lənətlənmiş ailə

    Space TV-də efirə gedən “Gəl dərdini danış” verilişində müəmmalı məqamlar ortaya çıxıb.

    Median.Az minval.info-ya istinadla xəbər verir ki, verilişə müraciət edən Yetər xanımın açıqlamaları hər kəsi göz yaşına boğmaqla bərabər həm də heyrətləndirib. O, iddia edib ki, bacısı oğlu evdən oğurluq edib. Daha sonra bunu sübut etmək istəyəndə qarşı tərəflə əlaqələr pozulub.

    Ardınca qapısının ağzından torpaq topaları tapan xanım bildirib ki, nə olursa bundan sonra olur. Hər 40 gündən bir ya yaxınını itirir, ya da hansısa faciə olur: “Nəvəm öldü, 40 gün sonra oğlum çadır arxasınca gedəndə qəza keçirdi. Düz 40 gün sonra qızım evdə yıxılaraq xəsarət aldı. 40 gün sonra oğlum qəzaya düşdü. Bundan 40 gün sonra yenə də qızım xəstəxanalıq oldu. Növbəti 40 gün sonra mən və qızım zəhərləndik”.

    Bu tipdə danışığa davam edən xanım göz yaşlarını saxlaya bilməyib. Daha sonra xanım cinayətin təfəruatlarını da danışıb: “Mən oğurluq hadisəsi olan günü gülüş səsindən bildim ki, bu mənim doğma bacım oğludur. Evdə qalmağa qorxuram. Gecəm gündüzüm yoxdur. Tez-tez qapım ya da pəncərəm döyülür. Utanıram, polisə xəbər verməyə. Hər dəfə qorxudan zəng edirəm, gəlib baxırlar ki, heç kim yoxdur”.

    Xanımın iddiaları ekspertlərlə bərabər teleaparıcınıda düşündürüb. Həqiqət yoxsa…

  • Elmar Vəliyev oğlu ilə restoranda – Yeni FOTO

    Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev məşhur restoranlardan birində görüntülənib.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, şam yeməyində sabiq başçı tək olamayıb.

    Belə ki, Elmar Vəliyev şam yeməyində oğlu Elmir Vəliyev və onun dostları da olub.

  • Beşqat dünya çempionu məhkəməyə müraciət etdi

    Hazırda həbsdə olan Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidov barəsindəki həbs qərarından Apellyasiya Məhkəməsinə şikayət edib.

    Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    İstintaq orqanı E. Məcidovun qayınatasını beşbarmaqla vurduğu qənaətinə gəlib.

    İttihama görə, E. Məcidov qayınatasının yaşadığı ünvana gedib, aralarında yaranan ailə münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

    Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı iki gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

    Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.//oxu.az