Month: October 2018

  • Prezident Şamaxının icra başçısını dəyişdi

    Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Müvafiq sərəncamı oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

  • В Хатаинском районе мужчина отобрал у женщины 100 манатов

    Как сообщает Median.Az, cотрудники Хатаинского РУП в результате проведенной операции задержали жителя столицы Шабана Мамедова, который совершил нападение на жительницу столицы У.Абдуллазаде и угрожая отобрал у потерпевшей 100 манатов.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Xətai rayonunda qadından 100 manat alan soyğunçu tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ü.Abdullazadənin 100 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakini Şaban Məmmədov saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Türmələrdə dəri xəstəliyinin yayılması ilə bağlı açıqlama

    Bu günlərdə bəzi sosial şəbəkələrdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılmasına dair məlumatlar verilib.

    Xidmətdən Trend-ə verilən məlumata görə, məsələ dərhal yerində araşdırılıb və bu məlumatın tamamilə əsassız olduğu aşkar edilib.

    Bununla əlaqədar bəyan edilir ki, belə cəfəng, həqiqətə uyğun olmayan, uydurma məlumatların yayılması əhalini çaşdırmaq və aparılan islahatlara kölgə salmaq məqsədi daşıyır.

    Penitensiar Xidmətdə qulluq edən əsgərlər istər hərbi hissəyə daxil olarkən, istərsə də xidmət müddəti ərzində mütəmadi olaraq tibbi müayinələrdən keçirilirlər. Səhhətlərində hər hansısa problem aşkar edildiyi zaman bütün zəruri tibbi tədbirlər görülür və onlar dərhal nazirliyin peşəkar həkimləri, habelə zərurət yaranarsa digər tibb müəssisələrinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunurlar.

    Eyni zamanda hərbi hissələrdə vaxtaşırı keçirilən “açıq qapı” günlərində əsgərlərin valideynləri və yaxınları onlar üçün yaradılmış şəraitlə tanış olur, daim öz məmnunluqlarını ifadə edirlər.

    Penitensiar Xidmətin rəhbərliyi bir daha nəzərə çatdırır ki, qeyd edilən məlumat tamamilə yalan və qərəzli olmaqla təxribat xarakteri daşıyır.

  • Azərbaycanda kişilər 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq

    Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.

    Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.

    Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir.

    Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
    /trend

  • 3 yaşlı Mələyin 3 ay ömrü qaldı – Anası efirdə özündən getdi (VİDEO)

    Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində gərgin anlar yaşanıb.

    Verilişdə qonaq olan Elnarə adlı qadın qızı Mələyin xəstəliyi ilə bağlı müraciət edib.

    Aparıcı Xoşqədəm Hidayətqızından yardım istəyən ana göz yaşlarına boğulub. 3 yaşlı Mələyə həkimlər 3 ay vaxt qoyub. Təcili əməliyyat olunmalıdır və müalicə edilməlidir. Bunun üçün isə 40 min dollar tələb olunur.

    Mələyin atası Vüqar isə uşaq qüsurlu olduğu üçün övladından imtina edib. Xəstəxanalar isə ödəniş tələb edərək uşağın müalicəsini hələlik üzərinə götürmür.

    Elnarə övladının çətin vəziyyətinə dözə bilməyib və efir zamanı qəfil özündən gedib.//baku.ws

  • Gənc xanımların biznes qurmasına təkan verəcək yenilik – FOTO

    Bu gün Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini təqdim edib.

    Bu layihə “AMAL” adlanır. “AMAL” Kənd Təsərrüfatı Nazirliyinin Kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə yönəldilib.

    Gənclərin innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarçilik üsulları barədə məlumatlandırılmasına yönələn bu layihə gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür.

    Tədbirdə bir neçə nazirlik əməkdaşları, gənc fermerlər və bu sahədə təcrübəsi olan mütəxəssislər iştirak edib. Tədbirdə bildirilib ki, kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə dövlət xidməti yeni addımlar atır.

    Bunlardan biri də, FAO-nun həyata keçirtdiyi AMAL layihəsi regionlarda yaşayan gənclərin aqrobiznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmasına dəstək vermək məqsədi daşıyır.

    Layihə çərçivəsində gənc fermerlər proqramı və kənd təsərrüfatı sahəsində peşə təhsili proqramı həyata keçirəcəklər. Gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması onların bu sahədə uğur qazanmasına bir təkandır.

    Layihədə həmçinin texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.

    AMAL layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların biznes qurmasına təkan verəcək.

    AMAL layihəsi eyni zamanda məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına xidmət edir.

  • Azərbaycanlı futbolçunun 300 minlik lüks avtomobili – FOTO

    Millinin və “Qarabağın” sol cinah müdafiəçisi Maksim Medvedev “PORSCHE PANAMERA TURBO” markalı son model avtomobili ilə kameralara tuş gəlib.

    Median.Az milli.az xəbər verir ki, bacarıqlı cinah oyunçusu “İçəri şəhər” metrosu yanında lüks avtomobili ilə park halında görüntülənib.

    Maksim avtomobilində tək olmayıb. Futbolçunun oğlu da onun yanında olub.

    Bu da M.Medvedin 10 LC 022 qeydiyyat nişanlı lüks avtomobili:

    Qeyd edək ki, Maksimin idarədə etdiyi “PORSCHE PANAMERA TURBO”nun qiyməti təxminən 300 min AZN-dir.


















  • Prezident Səbail rayonuna icra başçısı təyin etdi

    Prezident İlham Əliyev V.T.Zeynalovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

    Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

  • В Сумгайыте туристка получила тяжелую травму, делая селфи

    В Сумгайыте туристка упала и получила тяжелую травму, делая селфи.

    Как сообщает Median.Az со ссылкой на Report, в городском приморском бульваре гражданка Грузии Ника Бурушвили, 1993 г.р. упала с высоты, когда хотела сделать селфи.

    Гражданка Грузии помещена в больницу с диагнозом “перелом позвоночника”.