Month: October 2018

  • Qüdrət Şükürovla bağlı şok faktlar üzə çıxdı: xaricdəki mülklər və…

    Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir.

    Median.Az Publika.az-a istinadən verdiyi məlumata görə, idarənin keçmiş rəisi, adı bir çox qalmaqallarda hallanan Qüdrət Şükürov istintaqa cəlb edilib və onun ifadəsi alınıb. Həmçinin məhkəmə tərəfindən Q.Şükürovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qərar verilib.

    Bildirilir ki, lift idarəsinin sabiq rəhbəri barəsində aparılan araşdırmanın əhatəsi daha da genişləndirilib. Belə ki, onun xarici ölkələrdə əldə etdiyi əmlaklarla bağlı informasiyaların da yoxlanmasına qərar verilib. Bu məqsədlə bir sıra ölkələrin aidiyyəti qurumlarına sorğu göndərilib və həmin sorğuların cavabı maraq doğurur.

    Məhz qeyri-qanuni yolla əldə edilmiş vəsaitin başqa ölkələrdə, eləcə də Bakıda müəyyən mülkiyyətlərin alınmasına yönəldilməsi səbəbindən “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb. Belə ki, dünən baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işinin açıldığını bildirib.

    Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə – 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

    Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

    Qeyd edək ki, Q.Şükürov keçən il qızının bahalı həyatı və yarım milyonluq toy mərasimi ilə gündəmə gəlib. Daha sonra onun barəsində çoxsaylı informasiyalar ictimailəşib.

  • На железнодорожной станции у бывшего зэка изъяли наркотики

    Как сообщает Median.Az, сотрудники Главного управления полиции на транспорте МВД в результате проведенной операции на железнодорожной станции Сабунчу задержали жителя столицы, ранее судимого Эльнура Мамедова, у которого в пакете обнаружили 420 грамм марихуаны.

    По факту возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

  • Sabunçu stansiyasında keçmiş məhkumdan narkotik götürülüb

    Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Sabunçu dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Məmmədovdan 420 qram marixuana götürülüb.

    Faktla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda parkın ortasında dəhşət: İnsanların gözü qarşısına özünü yandırdı

    Bakı sakini özünü yandırıb.

    Bu gün saat 10 radələrində Xətai rayonu ərazisində – Məhəmməd Hadi küçəsi ilə Neapol küçələrinin kəsişməsindəki parkda 55-60 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb. Ətrafdakı şəxslərin köməkliyi ilə yanğın söndürülüb və özünə od vuran şəxs əraziyə gəlmiş təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    İlkin araşdırmalar zamanı məlum olub ki, özünü yandıraraq intihara cəhd edən şəxs Bakı şəhər Xətai rayonu Məhəmməd Hadi küçəsi, bina 89, mənzil 79-da yaşayan 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviçdir. Onun uzun müddət nəqliyyat qurumlarından birində çalışdığı üzə çıxıb. Belə ki, A.Kononov özünü yandırmazdan əvvəl məktub yazıb və məktubunda onun təqaüd alma məsələsinin qəsdən yubadıldığını qeyd edib.

    Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Zəruri istintaq tədbirləri həyata keçirilir.

    ///Publika.az

  • “Qoç ət” kabab evində yanğın – VİDEO

    “Elmlər Akademiyası” metrostansiyasının qarısında (Hüseyn Cavid prospekti, 147a) yerləşən “Qoç ət” kabab evində yanğın baş verib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Hadisə şahidlərinin sözlərinə görə, əraziyə dərhal yanğınsöndürənlər cəlb edilib.

  • Bakıda yeni alternativ teleqüllə istifadəyə verildi

    “Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün hesabat dövründə yeni alternativ “Gənclik” teleqülləsi istifadəyə verilib”.

    Median.Az “report”a istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

    “Bu teleqüllə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımını və dayanıqlı mobil rabitəni təmin edir.

    Quraşdırılmış 2 ədəd rəqəmli verici Bakı Teleqüllə Kompleksində istismar olunan TV vericilərin alternativliyini təmin etməklə, Bakı şəhəri və Abşeron yarımadasını dövlət, ictimai və özəl TV proqramlarının yayımını həyata keçirir.

    Eyni zamanda, Alternativ Radio Televiziya Yayım Stansiyası (RTYS) yeni quraşdırılmış 2 ədəd FM verici “Respublika” və “İctimai” radioproqramlarının alternativ yayımı, eləcə də, mobil operatorlara məxsus avadanlıqlar vasitəsilə mobil rabitə təmin olunur”, – deyə nazir qeyd edib.

    O, həmçinin xatırladıb ki, keyfiyyətin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Azərbaycanın bütün ərazisində televiziya yayımı tam olaraq rəqəmli rejimə keçirilib: “Bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə müəyyən etdiyi öhdəlik yerinə yetirilib”.

  • Sumqayıtda 34 yaşlı qadın özünü binadan atdı

    Sumqayıt şəhərində 34 yaşlı qadın özünü binadan atıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Səidə Səfa qızı Bağırova yaşadığı yaşayış binasından özünü ataraq intihar edib.

    Onun ruhi xəstə olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır

  • Ərzaq məhsulları bahalaşdı – SİYAHI

    2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

    Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, oyuncaqların, kitabların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, müalicə ləvazimatları və cihazlarının, minik avtomobillərinin, velosipedlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Sentyabr ayında avqust ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı bahalaşıb, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib

  • Aydın Xırdalanlının son görüntüsü – Video

    Məşhur meyxanaçı Aydın Xırdalanlının son görüntüləri yayılıb.

    Median.Az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı a24.az saytına müsahibə verib. Görüntülərdə A. Xırdalanlının səhhətinin ağır durumda olduğu, xarici görünüşünün dəyişdiyi hiss olunur.

    Meyxanaçı sayt üçün son yazdığı qəzəllərdən birini səsləndirib.

    Həmin videonu təqdim edirik:

  • В 2020 году Баку примет этап Кубка мира

    Столица Азербайджана получила право на проведение в 2020 году этапа Кубка мира по пулевой стрельбе.

    Об этом сообщает пресс-служба Министерства молодежи и спорта страны.

    По ее словам, международная Федерация по стрельбе официально утвердила Баку в качестве организатора престижного стрелкового турнира.

    Напомним, что в 2017 году азербайджанская столица стала организатором чемпионата Европы по пулевой стрельбе. Кроме того Баку принимал этап Кубка мира по пулевой стрельбе в 2016 году.