Month: October 2018

  • В Баку 22-летняя девушка чуть не попрощалась с жизнью из-за Facebook

    Социальные сети превратились в настоящую угрозу для жизни: в Хатаинском районе Баку девушка из-за Facebook решилась на суицид.

    Как передает Median.Az, об этом Sputnik Азербайджан сообщили в Управлении полиции района.

    Известно, что восьмого октября в 06:00 проживающая на улице Мухаммеда Хади А.З., 1996 года рождения, приняла большое количество лекарственных препаратов.

    В ходе предварительного расследования выяснилось, что причиной драмы стало то, что неизвестный мужчина распространил ее фотографии в социальной сети Facebook. Девушка испугалась возможного “позора”.

    В настоящее время несчастная девушка находится в тяжелом состоянии в Токсикологическом центре. Сотрудники 36-го отделения полиции Хатаинского района расследуют произошедшее и пытаются вычислить человека, который довел девушку до крайности.

    Отметим, что это далеко не первый случай в Азербайджане, когда неосторожные действия в социальной сети приводили к трагедии. Социальные сети — это место, где действуют аферисты различных мастей, они скрываются под вымышленными профилями.

  • Boksçumuz Avropa çempionatına erməni üzərində qələbə ilə başladı

    Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib.

    31 ölkənin qatıldığı yarışın ilk günündə millimizin iki üzvü rinqə çıxıb.

    Boksçularımızdan Əli Zamanov (48 kq) Hayk Alaberkyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibinə heç bir şans verməyən Zamanov ermənini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

    İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyanla qarşılaşacaq. Görüş bu gün baş tutacaq.

    Zamanovdan fərqli olaraq, Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ingiltərəli Saca Hikiyə 0:5 hesabı ilə məğlub olub.

    Yarışın ikinci günündə Əli Zamanovla yanaşı, daha beş boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov (54 kq) çexiyalı Dominik Stepaneklə, Turğay Mirzəyev (57 kq) serbiyalı Branko Zeremskiylə, Eldar Babayev (60 kq) belaruslu Yan Krukovskiylə, Elmir Novruzov (63 kq) şotlandiyalı Cey Delani ilə və Mehman Quliyev (70 kq) monteneqrolu Miloş Krasniçi ilə döyüşəcək.

    Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

  • В Баку автомобиль, принадлежащий посольству США, попал в ДТП

    В Баку принадлежащий посольству Соединенных Штатов Америки автомобиль попал в ДТП.

    Как передает Median.Az со ссылкой на Trend, происшествие зарегистрировано на территории Ясамальского района.

    Автомобиль, принадлежащий посольству Соединенных Штатов, с регистрационным знаком “06 ОD 038” под управлением Баята Джонатана столкнулся с машиной марки «Sang Song Koranado» с госномером “90 VM 912”, за рулем которого находился Фаиг Абдуллаев.

    Во время происшествия никто не пострадал. Однако автомобилям нанесен серьезный ущерб.

    По факту ведется расследование.

  • İcra başçısının yaxın qohumu həbs edildi (FOTO)

    Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

    O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.

    Qeyd edək ki, Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur.

  • Bakıda 10 yaşlı uşaq oğurlandı? – Anasının ürəyi getdi – ŞOK GÖRÜNTÜLƏR

    Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 281 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi oğurlanıb.

    Məlumata görə, şagird hər kəsin gözü qarşısında metalyığan şəxs tərəfindən oğurlanıb.

    Məlumatda qeyd olunur ki, övladının oğurlanmasını eşidən ananın ürəyi gedib. Ətrafdakı insanlar anaya kömək etməyə çalışıblar. Hadisə yerinə polis əməkdaşları gəlib.

    Məsələ ilə bağlı big.az 281 saylı orta məktəblə əlaqə saxlayıb.

    Məktəbdən verilən məlumata görə yayaılan video əsassızdır: “Bizim məktəbdə elə bir şagird oxumur. Ümumiyyətlə, yayılan videonun bizim məktəblə heç bir əlaqəsi yoxdur. Bizim məktəbdən heç bir şagird qaçırılmayıb”.

    Big.az əldə etdiyi məlumata görə hadisəyə səbəb uşağın anidən ananın yanından itməsi olub. Qısa müddət ərzində uşaq tapılaraq anaya təhvil verilib.

  • Taksi sürücüləri ilə polis arasında qarşıdurma – Saxlanılanlar var – Fotolar

    Metronun “Koroğlu” metrostansiyası yaxınlığındakı dayanacaqda taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə polis əməkdaşları arasında mübahisə yaşanıb.

    Bu barədə hadisə yerində olan jurnalist Şahin Sərdarlı məlumat verib.

    Taksi sürücüləri bildirib ki, bəzi polis əməkdaşları onların həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmaqlarına imkan vermir, gün ərzində bir neçə dəfə protokol tərtib edirlər. Taksi sürücüləri arasında Qarabağ müharibəsi veteranı da var idi.

    Əraziyə Post Patrul Xidmətinin (PPX) yüksək rütbəli əməkdaşları da gəlib.

    Məsələnin araşdırılması üçün taksi sürücüləri polis bölməsinə aparılıb.

  • Теплая погода задержится в Азербайджане

    В четверг в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами будет пасмурно, преимущественно без осадков, однако в отдельных местах возможны кратковременные дожди, юго-восточный ветер вечером сменится северным.

    Об этом сообщили в Минэкологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшеронском полуострове ночью составит 15-17, днем – 20-24 градуса тепла, в Баку ночью 15-17, днем – 22-24 градуса тепла.

    Атмосферное давление будет выше нормы и составит 766 миллиметров ртутного столба, относительная влажность ночью 75-85, днем – 55-65 процентов.

    В районах Азербайджана 11 октября в отдельных местах временами ожидаются грозовые дожди, ветер восточный.

    Температура ночью 12-17, днем – 20-25, в горах ночью 5-10, днем – 13-18 градусов тепла.

  • Hövsanda zəhərlənən şagirdlərlə bağlı xəstəxanadan – AÇIQLAMA

    Bakıda 76 saylı orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib.

    Onun sözlərinə görə, şöbəyə gətirilən şagirdlər qazdan zəhərləniblər: “Hazırda xəstələrin vəziyyəti o qədər də ağır deyil. Müalicələr davam etdirilir”.

    Xatırladaq ki, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.

    Saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Nəticədə şagirdlər zəhərləniblər.

  • Tovuzda iyrənc hadisə – Sərxoş kişi 11 yaşlı qızı yerə yıxdı…

    Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

    Dərs hazırlığından qayıdan 2 yeniyetmə qız kənd ərazisində 50-55 yaşlı sərxoş kişinin hücumuna məruz qalıb.

    Sərxoş şəxs əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamaya cəhd edib.

    Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.

    Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Binəqədi Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT

    Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

    Median.Az “report”a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin əmri ilə Sabir Əliyev Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin olunub.

    O, bu vəzifədə Elnur İmanovu əvəzləyib.

    Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.