Month: October 2018

  • İlhamə Quliyevanın oğlunun həbsinin – TƏFƏRRÜATI

    Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova qarşı qaldırılan ittihamın detalları məlum olub.

    O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib.

    O.Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.

    Ona qarşı və dostu K.İsayevə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

    Qeyd edək ki, O.Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

    Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

    Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

  • Azərbaycan Fələstinə 200 min dollar yardım edib

    Azərbaycan Respublikası Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və İslam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA) bu ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edək ki, 1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. 2018-ci ildə agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır.

    Xatırladaq ki, avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, oktyabrın 8-də 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim olunub.

  • Zakir Həsənov Özbəkistana gedir

    Özbəkistan paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

    İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

  • “Toppuş bacı” Zaurun verilişində 60 min pul topladı – VİDEO

    Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva üçün “Bizimləsən” verilişində xeyriyyə marafonu başlamışdı.

    Başladığı gündən etibarən müzakirələrə səbəb olan marafon artıq yekunlaşıb.

    Xəstəliyinə görə, işləmək məhdudiyyəti qoyulan “Toppuş bacı” üçün 60 min pul yığılıb.

    Məsələ ilə bağlı müsahibə verən aktrisa bildirib ki, xoşbəxtdir:

    “Xoşbəxtliyimin pikindəyəm. Kəndimizə gedəcəm ki, təmiz hava alım. Mənə kömək edən hər kəsə təşəkkür edirəm. Evi olmayanlara Allah ev qismət etsin”.

    Qeyd edək ki, Tünzalə Əliyeva bir neçə müddətdir Milli Onkologiya Mərkəzində müalicə alır.

  • Narkoloji Mərkəzdə yanğın işi: Məhəmməd hadisə günü evə buraxılmalı idi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər – mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

    Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində mərkəzdə həkim vəzifəsində işləyən Çimnaz Ağayeva ifadə verib.

    O qeyd edib ki, mərkəzdə 55 xəstə müalicə alırdı:

    “Məhəmməd Məmmədov da dörd ay idi ki, orada qalırdı. Yanında bir nəfər xəstə ilə birlikdə idi. Məhəmməd bəzən gəlib deyirdi, ağrım var, onda iynə vururduq. Ümumiyyətlə, çox şikayət etmirdi. Hadisə barədə səhər həkim mənə məlumat verdi. Bildirdi ki, şöbə yanır, mən də iş yerinə gələnə kimi hadisə baş vermişdi”.

    Sonra zərərçəkmiş şəxs şahidə sual verib. Məlum olub ki, təqsirləndirilən Məhəmməd Məmmədov hadisə günü evə buraxılmalı idi.

  • Azərbaycanlı qadınları Türkiyədə satan daha bir nəfərə cinayət işi açıldı

    Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayeva barəsində cinayət işi açılıb.

    Günay Seyfullayevanın barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən Nərimanov rayon Məhkəməsinə vəsatət verilib.

    Hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti qismən təmin edilib. Məhkəmənin qərarı ilə Günay Seyfullayevanın barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

    Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın barəsində araşdırma aparılıb.

    Məlum olub ki, Günay Seyfullayevanın əməllərindən idarəyə bir neçə qadın müraciət edib. Zərərçəkmiş qadınların müraciəti araşdırılıb, Günay Seyfullayevanın törətdiyi əməllər təsdiq olunub.

    Bildirilir ki, Günay Seyfullayeva Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada onları kişi müştərilərlə görüşdürüb, gəlir əldə edib. Məlum olub ki, Günay Seyfullayeva maddi imkanı zəif olan azərbaycanlı qadınları Türkiyədə xadimə işinə düzəltmək adı ilə aldadıb. O, həmin qadınları Türkiyəyə aparıb və orada rəsmi sənədlərini əllərindən alıb. Həmin qadınların rəsmi sənədlərini cıraraq məhv ediblər. Sonra həmin qadınları mütəşəkkil dəstənin digər üzvlərinə verib.

    Mütəşəkkil dəstənin digər üzvləri həmin qadınları zorla müxtəlif ünvanlarda kişi müştərilərlə pul müqabilində görüşdürüblər.

    Bu səbəbdən Günay Seyfullayevaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.//oxu.az

  • “Miss Bağdad”ın qətli kameraya düşdü – VİDEO

    Sosial şəbəkədə “Miss Bağdad – 2014” müsabiqəsinin qalibi, iraqlı model Tarı Faresin qətlinin görüntüləri yayılıb.

    Kadrlarda kişinin sükan arxasında olan Faresə atəş açması, daha sonra motosikletlə oradan uzaqlaşması əks olunub. Qızın avtomobili digər maşına dəyərək dayanıb.

    Qeyd edilib ki, 22 yaşlı modeli ekstremist öldürüb. Ölümündən bir gün əvvəl, yəni sentyabrın 27-də onu İraqın sosial şəbəkədəki ən məşhur ulduzu adlandırıblar.

  • Bakıda həyətlər bütün qanunsuz tikililərdən təmizlənəcək

    Mən məişət tullantıları ilə bağlı müvafiq göstəriş vermişəm. Bu sahə Bakı şəhərində lazımi səviyyədə tənzimlənmir. Ona görə, vahid bir zəncir yaradılmalıdır – qapıdan ta Balaxanı məişət tullantılarının emalı zavoduna qədər. Ona görə, indi müvafiq qurumlar bu məsələ ilə bağlı təkliflər hazırlayır.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.

    Dövlət başçısı qeyd edib ki, eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinə binaların həyətlərinin abadlaşdırılması barədə göstəriş verilib:

    “Orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq”, – deyə, İ. Əliyev bəyan edib.

  • Azərbaycanda “Avro-5” benzini istehsal olunacaq

    Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.

    Dövlət başçısının sözlərinə görə, “bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək”.

    “Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, bu zavodun yenidənqurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”, – deyə, prezident bildirib.

  • Сухогруз с азербайджанцем на борту получил пробоину

    У берегов Крыма сухогруз получил пробоину и сел на мель. С поврежденного судна были эвакуированы семь человек.

    Как передает Median.Az, об этом сообщил ТАСС в среду источник в экстренных службах.

    «Он не на мели – он на якоре. Судну 40 лет, трещина в нем. Уже часть экипажа, семь человек, сняли», – сказал собеседник агентства.

    Он добавил, что дальше судном будут заниматься специалисты спасательной службы.

    Источник также сообщил, что название сухогруза – «Нила» (флаг Того). На его борту находится более трех тысяч тонн угля. Экипаж – 10 граждан Украины и один – Азербайджана.

    «Судно стоит на якоре в пяти милях от побережья Крыма в Азовском море, ближайший населенный пункт – село Осовины Ленинского района. Сигнал SOS судно не подавало. Капитан без объяснения причин отказался от услуг по откачке воды, хотя к судну были направлены два буксира: «Меркурий» и «Александр Сизонцев», – отметил собеседник агентства.