Month: October 2018

  • Sumqayıtda “VAZ 2106” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 7-i saat 19 radələrində H.Z.Tağıyev qəsəbəsinin ərazisində şəhər sakini Hüseyn Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Abşeron rayon sakini Şahin Piriyevi vurub.

    Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) yerləşdirilmiş piyada orada ölüb.

    Sumqayıt ŞPİ-də faktla bağlı araşdırma aparılır.

  • Həbibin Konoru döyərkən nə dediyi üzə çıxıb – VİDEO

    Rusiyalı Həbib Nurməhəmmədovun Konor Makqreqorla döyüşü zamanı ona nə dediyinə aydınlıq gəlib.

    Dağıstanlı döyüşçü ikinci raundda irlandiyalını vurarkən “Gəl, indi danışaq” deyib.

    O, bunu Makqreqorun mətbuat konfransında işlətdiyi “tikəsini hissələrə ayırana kimi döyəcəyəm” ifadəsinə qarşılıq olaraq deyib. Lakin Makqreqor döyüş zamanı Həbibin sözlərinə heç bir cavab verməyib.

  • Новое назначение от Рамиля Усубова

    Министр внутренних дел, генерал-полковник Рамиль Усубов произвел смену кадров в Государственной Дорожной Полиции.

    Как передает Median.Az со ссылкой на Unikal.org, по приказу Р.Усубова капитан полиции Джавид Искендерзаде назначен заместителем начальника отдела Государственной Дорожной Полиции Сураханского района.

    Отметим, что ранее вышеупомянутый пост занимал Гурбани Новруз Абдулла оглы. Он является сыном бывшего заместителя начальника управления по морально-психологической подготовке и связям с общественностью Минобороны Абдуллы Гурбани, который был уволен из Вооруженных сил Азербайджана.

    Информация была подтверждена в отделе Государственной Дорожной Полиции Сураханского района.

  • Житель Исмаиллы выращивал на крыше дома коноплю

    Как сообщает Median.Az, сотрудники Исмаиллинского РОП на основании полученной оперативной информации задержали жителя села Тезекенд Гасыма Вахабова, у которого в доме обнаружили 304,08 грамм марихуаны, а на крыше дома еще 8 кустов конопли, выращенных путем культивации

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.

  • İsmayıllı polisi narkotik satışı ilə məşğul olan şəxsi saxlayıb

    Median.Az xəbər verir ki, İsmayıllı RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Təzəkənd kənd sakini Qasım Vahabovun evindən 304,08 qram marixuana, habelə evinin damından kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar ediblər.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Ученые назвали бесполезными добавки с витамином D

    Специалисты Аберинского и Оклендского университетов заявили о бесполезности приема витамина D, поскольку он не оказывает никакого влияния на состояние костей человека.

    Как передает Median.Az со ссылкой на «Известия», об этом сообщается в работе, опубликованной в журнале The Lancet Diabets & Endocrinology.

    Прежде чем прийти к такому выводу, специалисты провели 81 исследование. В результате было установлено, что витамин D не предотвращает переломы и не улучшает минеральную плотность костной ткани, сообщает телеканал «Звезда».

    По словам авторов научного труда, подобный эффект реально достичь только естественным путем – принимая солнечные ванны, употребляя рыбий жир, морепродукты и грибы. Исследования проводились среди людей пенсионного возраста, однако, как утверждают специалисты, их результаты относятся к людям любого возраста.

  • Bərdədə 22 yaşlı qız intihar etdi

    Bərdə rayonunda 22 yaşlı qız intihar edib.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun Ərəblər kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Nailə Şakir qızı özünü asaraq öldürüb.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəhid ailələri birdəfəlik ödəmələr üçün notariusa müraciət edə bilərlər – SABAHDAN

    “Sabahdan şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət edə bilərlər”.

    Median.Az “Report”-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    O bildirib ki, qeyd olunan şəxslər nazirliyin saytında “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər: “Axtarışın nəticəsi olaraq “Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlun olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir”.

    Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirililəcək.

  • Qəbələdə ərəblərin qaldığı ev belə yandı – VİDEO

    Xəbər verdiyimiz kimi, Qəbələdə suriyalı ailənin kirayə qaldığı evdə yanğın baş verib. Nəticədə evin 23 yaşlı qızı yanaraq ölüb, 6 nəfər isə xəsarət alıb.

    Median.Az xəbər verir ki, ARB TV yanğın anının görüntülərini yayıb.

    Qeyd edək ki, yanğın zamanı 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb.

    Evdə olan digər ailə üzvləri – 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • İpoteka keditlərinin verilməsi şərtləri dəyişdi – YENİLİKLƏR

    İpoteka və Kredit Zəmanət Fondu ipoteka keditlərinin verilməsi şərtlərinə dəyişikliklər edib.

    Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 8 faizlik adi kreditlərə zəmanət verildiyi halda maksimum faiz 7-dən çox ola bilməz.

    “Eynilə zəmanət verilən güzəştli ipoteka kreditləri üzrə faiz 4-dən 3.7-dək azaldılıb. Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manat olduğu halda adi ipoteka kreditləri üzrə 150 min manatadək borc cəlb etmək mümkündür”, – deyə Vüqar Bayramov bildirib.

    Ekspert bildirib ki, yeni dəyişikliklərə rəğmən ipoteka kreditlərindən faydalananlar əsasən Bakı sakinləridir:

    “İndiydək verilmiş 22733 kreditin 17282-i paytaxtın payına düşüb. Bu isə o deməkdir ki, fondun maliyyələşdirdiyi hər 100 ipoteka kreditinin 76-sı Bakıda mənzil alınmasına yönəldilir.

    Bu kontekstindən, regionların fondun vəsaitlərindən yararlanmaq imkanları məhdud olaraq qalmaqdadır. Belə ki, ən çox ipoteka krediti alan 3 şəhər Bakı və paytaxt ətrafıdır. Kreditlərin sayına görə ikinci olan Sumqayıtda 2289, Abşeron və Xirdalanda isə 1578 maliyyləşmə olub.

    Bu isə o deməkdir ki, 22733 ümumi kreditin 21149-u, yəni 93 faizi paytaxt və ətraf şəhərlərin payına düşüb. Naxçıvan daxil olmaqla regionlar ümumi kreditləşmənin cəmi 7 faizinə sahib ola biliblər.

    Bir sıra rayonlar ümumiyyətlə ipoteka kreditləri cəlb edə bilməsələr də, bəzi bölgələrdə bu simvolik rəqəmlər olub. Məsələn, Ucar, Oğuz, Ağcabədi, Şərur, Sabirabad kimi rayonlar fond yaranadan bəri cəmi 1 ipoteka krediti əldə ediblər.

    Rəsmi statistikaya əsasən, Bakı ilə rayonlar arasında orta aylıq əmək haqqıda 2 dəfə fərq var. Buna rəğmən, ipoteka və xüsusən güzəştli kreditlər üzrə şərtlər ölkə üzrə eynidir.

    Bu baxımdan biz ipoteka keditləri üzrə faizlərdə rayonlar üçün güzəştin verilməsini və kredit portfelində regionlar üçün kvotanın müəyyənləşdirilməsini təklif edirik.

    Belə ki, rayonlar üzrə güzəştli kreditlər üzrə faizlərin 2 faizə endirilməsi və 25 faizlik kvotanın müəyyənləşdirilməsi məqsədə uyğun olardı. Əgər maliyyə ilin ilk 10 ayında həmin kvotadan az regional sifarış olarsa o zaman qalan məbləğ fiskal ili başa çatanadək paytaxtda istifadə edilə bilər.

    Bütün hallarda, rayonların ipoteka keditlərinə əlçatanlığını təmin etmək üçün güzəştlərin tətbiqinə ehtiyac var”.