Month: October 2018

  • Задержан водитель грузовика, скрывшийся после наезда в Апшеронском районе

    Как сообщает Median.Az, сотрудники Апшеронского РУП в ходе оперативно-розыскных мер задержали жителя Лачинского района Джабраила Сафарова, который 6-го октября примерно в 21 часов в поселке Хокмали управляя грузовой автомашины марки “КАМАЗ” сбил жителя столицы Новруза Аббасова и скрылся.

    Потерпевший был доставлен в больницу, где его жизнь врачам удалось спасти.

    По факту возбуждено уголовное дело.

  • Hökməlidə piyadanı vurub, qaçan “KAMAZ” sürücüsü saxlanılıb

    Median.Az xəbər verir ki, oktyabrın 6-ı saat 21 radələrində Bakı şəhər sakini Novruz Abbasovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Abşeron RPİ-nə məlumat daxil olub.

    Araşdırma zamanı, həmin şəxsin Hökməli qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomaşınla vurulması müəyyən edilib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində “KamAZ” markalı avtomaşının sürücüsü, Laçın rayon sakini Cəbrayıl Səfərov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Azərbaycanda üzərində sirli yazılar olan ev – VİDEOREPORTAJ

    Qax rayonunun İlisu kəndində 200 ilə yaxın yaşı olan fərdi yaşıyış evində qeyri-adi hadisə baş verib.

    Median.Az “report”a istinadən xəbər verir ki, mülk sahibi evin tikintisində istifadə olunan çay daşlarının üzərində ərəb əlifbasına bənzər naməlum yazılar aşkarlayıb. Bu yazılar yalnız daşın üzərinə su atıldıqdan sonra görünür.

    Mülk sahibi Azər Qocayev bildirib ki, evin üzərində olan naməlum yazıları ilk dəfə yağış yağandan sonra görüb:

    “İlisu kəndində qədim evlər çoxdur, bu evlərdən biri də mənim ata-baba yurdum olan Qocayevlərin yaşayış evidir. Evdə bəzi sirli əlamətlər görünür. Yağış yağanda mən hiss etdim ki, bu daşların üzərində müəyyən qədər ərəb əlifbasına bənzər yazılar var.

    Adi gözlə baxdıqda daşların üzərində heç nə görünmür. Yalnız su atdıqda yazılar qabarıq şəkildə üzə çıxır”.

    Ev sahibinin sözlərinə görə, ərəb əlifbasına bənzəyən naməlum yazıları heç kim oxuya bilməyib:

    “Bu ev 1881-83-cü illərdə tikilib. Ehtimal edirik ki, daşların üzərində olan və yalnız su atıldıqdan sonra oxunan yazılarda hər hansı işarə və ya sirr var. Buna görə də evin üzərində olan yazıların mütəxəssislər tərəfindən oxunmasını istəyirəm”.

  • Çörəklə bağlı iyrənc mənzərə – VİDEO

    Son vaxtlar çörəyin süfrələrimizə hansı yollarla gəlib çıxması şübhələr doğurur.

    Çörək maşınlarının sanitar qaydaları pozması halları artıb.

    Məsələ ilə bağlı ARB TV-də reportaj yayımlanıb.

    Araşdırma apararkən belə qayda pozuntusuna rast gəldik. Çörək daşıyan maşının yiyəsi maşınını rəngləyəcəyini və belə antisanitar halın birdə yaşanmayacağını dedi.

    Bundan sonra nəzarət olunacaqmı, olunmayacaqmı? Bilmirik. Amma buna qədər olan çörəyin daşınması zamanı yol verilən bu səhlənkarlıqların vətəndaşlara az zərbəsi dəyməyib.

    Əslində çörəkbişirmə sexləri də bu qaydalardan və təmizlik normalarından xəbərsiz deyil.

    Yəqin ki, bu sadalananları etmək onların çox vaxtını alır, ya da əlavə əziyyətə düşmək istəmirlər.

    Görünənsə odur ki, bu cür başa salımaqla bəziləri başa düşmək istəmir.

    Deməli mütləqdir ki, bu sahədə də sərt addımlar atılsın. Yeyinti məhsullarının daşınması zamanı sanitar norma və qaydalarını pozanlar ciddi cəzalandırılsa, bu digərləri üçün dərs olar. Vətəndaş da aldığı çörəyin təmizliyindən əmin olaraq yeyər.

  • Bakı metrosunda həyəcan – Qatar boşaldıldı

    Bu gün səhər saatlarında yenə də Bakı metrosunda problem yaranıb.

    Bu barədə sosial şəbəkələrdə məlumat yazılıb. Bildirilir ki, metronun “20 yanvar” stansiyasında qatar tuneldə qalıb. Daha sonra isə qatar platformaya çatanda sərnişinlər düşürülüblər.

    Qeyd edilir ki, sərnişinlər arasında çaşqınlıq yaşanıb. Hətta qorxduğu üçün halı pislşənlər də olub.

    Məsələ ilə yanaşı Bakı Metropoliteni ilə əlaqə yaratdıq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, qatarda nasazlıq yaranıb.

    “Saat 10:46-da “Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazliq aşkar edib. Sərnişinlır “Elmlər Akademiyası” stansiyasında düşürülüb və qatar sərnişinsiz gedib. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı təmirin ən son mərhələsində xətdə yoxlamaq üçün verildiyindən, sərnişinsiz hərəkət edib”, – deyə B.Məmmədov bildirib.

  • Суд оставил в силе приговор лиц, совершивших разбой на дом профессора

    В Бакинском Апелляционном суде завершился судебный процесс на основании апелляционных жалоб Анара Амирли, Натика Мусаева, Бахруза Гаджизаде, Эльмаддина Мусаева и Фирдовси Алиева, осужденных по статье 181.3.2 (разбой, совершенный с причинением крупного ущерба) УК Азербайджана.

    Как передает Median.Az, по обвинительному акту, Фирдовси Алиев, работавший водителем владельца клиники “Uroloji Merkez”, известного профессора Кямала Абдуллаева, в начале прошлого года сообщил Анару Амирли, что у его шефа в доме крупная сумма денег и к тому же совсем недавно он продал клинику за 2 млн. долларов.
    Узнав об этом, Амирли к делу привлек Натика Мусаева и его двоюродного брата Эльмаддина Мусаева. Члены банды некоторое время выслеживали Кямала Абдуллаева на работе и дома, а затем в последний раз встретившись обсудили план налета. В этой встрече участвовал Бахруз Гаджизаде.

    30-го июля А.Амирли, Н.Мусаев и Б.Гаджизаде отправились в поселок Расулзаде, где находится дом Кямала Абдуллаева. Проникнув внутрь и поднявшись на второй этаж, злоумышленники связали спящих хозяина и его супругу Ильхаму Юсифову, после чего угрожая пистолетом и ножом, потребовали отдать им 2 миллиона долларов.
    Когда К.Абдуллаев сказал, что таких денег у него нет, они начали обыскивать дом. Грабители нашли 5.000 долларов, 2.200 манатов, парфюмерию, телефоны “iPhone” и “Samsung”, золотые часы, стоимостью 20.000 манатов, газовый пистолет и сувенирный кинжал. Общая стоимость украденных вещей составило 35.000 манатов.

    Обвиняемые были задержаны сотрудниками Главного управления полиции (ГУП) г.Баку и Бинагадинского РУП. Выяснилось, что А.Амиров 5 раз привлекался к уголовной ответственности.

    Бакинский суд по тяжким преступлениям приговорил А.Амирли и Н.Мусаева к 12 годам 6 месяцам, Б.Гаджизаде к 11 годам 6 месяцам, Ф.Алиева к 11 годам и Э.Мусаева к 10 годам лишения свободы.

    В связи с назначенными сроками заключения осужденные подали апелляционные жалобы.

    Бакинский Апелляционный суд не удовлетворил их жалобы и оставил приговор суда первой инстанции в силе.

  • Professorun evini qarət edən şəxslərin cəzaları dəyişdirilmədi

    Bakı Apellyasiya Məhkəməsində Anar Əmirli, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin CM-nin 181.3.2-ci (quldurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o, Anar Əmirliyə professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra, Anar Əmirli işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

    İyulun 30-da anten məlumatlarının yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada qalıb. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirli, N.Musayev və B.Hacızadə oradan Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan iti bibər qazı ilə yatırdıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri daxil olublar. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra evi axtarıblar. Evdən 5000 dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20000 manatlıq qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

    Dəstə üzvləri Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Binəqədi RPİ-nin əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, Anar Əmirov əvvəllər 5 dəfə məhkum olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əmirli və N.Musayev 12 il 6 ay, B.Hacızadə 11 il 6 ay, F.Əliyev 11 il və E.Musayev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

    Hökmdən məhkumlar apellyasiya şikayətləri veirblər.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, şikayətləri təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

  • Azərbaycanda sosial şəbəkədə təhqirə və böhtana görə yeni cəza

    Azərbaycan Milli Məclisində Cinayət Məcəlləsinin 147-ci (Böhtan), 148-ci (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələrinin sanksiyalarına yeni cəza növünün əlavə edilməsi təklif edilir.

    Median.Az “report”a istinadən xəbər verir ki, hər iki maddənin sanksiyaları sırasına “Azadlığın məhdudlaşdırılması” cəzasının da əlavə edilməsi təklif edilir.

    Təklifə əsasən hər üç maddənin sanksiyaları sırasına 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası əlavə edilir.

    Hazırda qüvvədə olan varianta görə isə, 147-ci maddədə (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyalar 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarından ibarətdir.
    Maddə 148-də də (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) cəzalar yuxardakı sanksiyalar qədərdir.

    Maddə 148-1-də isə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) sanksiyalar hazırda 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ibarətdir.

    Xatırladaq ki, “azadlığın məhdudlaşdırılması” cəzası ötən il Cinayət Məcəlləsinə yeni cəza növü kimi əlavə olunub.

  • Azərbaycanlı aparıcıdan Həbib Nurməhəmmədova sevgi etirafı – VİDEO

    Azərbaycanlı aparıcı Gülər Nemət dağıstanlı samboçu Həbib Nurməhəmmədova sevgi etirafı edib.

    ARB-nin “Səhər-səhər” proqramının aparıcısı idmançıya sevgisini sosial şəbəkədə bəyan edib.

    “Düz deyiblər, ilanın başını vaxtında əzmək gərək… Bu, bütün müsəlman dünyasının uğurudur. Həyəcanla döyüşü izlədim, arada elə bilirdim Həbibin yerinə mən döyüşürəm. Qürur və namusunu qoruyan, hətta buna görə karyerasından da imtina edə biləcək, yalnız Allaha güvənən şəxs tək ola bilməz, Allah səni qoruyacaq. Qeyrətinə, sənə aşiq oldum, Həbib”!

    Qeyd edək ki, dağıstanlı samboçu Həbib Nurməhəmmədov ABŞ-ın Las-Veqas şəhərində baş tutan qaydasız döyüşdə irlandiyalı boksçu Konor Makqreqoru məğlub edərək, çempionluğunu qoruyub saxlayıb.

  • Ужесточается наказание за клевету в соцсетях

    В Милли Меджлисе прозвучало предложение ввести новый вид наказания к санкциям, предусмотренным статьями 147 (Клевета), 148 (Оскорбления) и 148-1 (Клевета или оскорбления с фальшивых аккаунтов, профилей и имен пользователей в интернете) УК Азербайджана.

    Как передает Median.Az, по сообщению Report, в санкционный список этих статей предложено добавить наказание в виде лишения свободы сроком до 1 года.

    Согласно действующему законодательству, по статье 147 за клевету, то есть распространение заведомо ложных сведений, порочащих честь и достоинство другого лица или подрывающих его репутацию в публичном выступлении, публично демонстрирующемся произведении или средствах массовой информации, интернете) предусмотрено взыскание штрафа в размере от 1000 до 1500 манатов, общественные работы на срок от 240 до 480 часов, исправительные работы сроком до 1 года, либо лишение свободы сроком до шести месяцев.

    Статьей 148 предусмотрены аналогичные меры наказания. За нарушение статьи 148-1 УК Азербайджана предусмотрено взыскание штрафа в размере от 1000 до 2000 манатов, общественные работы на срок от 360 до 480 часов, исправительные работы до 2 лет, либо лишение свободы сроком до 1 года.