Month: October 2018

  • Советник Трампа посетит Баку и Ереван

    Армению и Азербайджан в ближайшее время посетит советник президента США по национальной безопасности Джон Болтон.

    Как передает Median.Az, об этом пишет Sputnik Армения со ссылкой на политолога Сурена Саркисяна.

    По его информации, визит состоится по инициативе самого советника.

    «Один из самых влиятельных людей Вашингтона через две недели (если ничего не изменится) посетит Россию, Армению, Азербайджан и Грузию. Для Армении это исключительная возможность переосмыслить двустороннюю повестку дня», – пишет эксперт.

    Саркисян убежден, что армянская сторона может решить «серьезнейшие вопросы» через Болтона. Он считает это редким шансом, который «своими ногами пришел к нам».

  • Bakıda yük maşını yolda belə təhlükə saçdı – FOTO

    Son zamanlar ölkə yollarında ağır tonnajlı avtomobillərin iştirakı ilə çox sayda qəza baş verir və əksər hallarda bu qəzalar insan itkisi ilə nəticələnir. Amma görünən odur ki, hələ də belə qəzalardan nəticə çıxarmayanlar var. Çünki ötən gün paytaxtın Ziya Bünyadov prospektində hərəkət edən ağır tonnajlı yük maşını ətrafa təhlükə saçıb. Bu anları əks etdirən görüntülər isə sosial şəbəkələrdə paylaşılıb.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, yolun bu hissəsində hərkət sürəti maksimum 60 kilometr olsa da, ağır tonnajlı yük maşını saatda 100 km-dən də artıq sürətlə hərəkət edib. Üstəlik, avtomobillərin sıx hərəkət etdiyi yolda.

    Dövlət qeydiyyat nişanı 10 ZX 243 olan yük avtomobilini arxadan çəkməyə çalışan minik maşınının sürücüsü saatda 100 kilmetr sürətlə hərəkət etsə də, bu avtomobilə çata bilmir. Üstəlik, qadağan edildiyi halda yük avtomobili ən sol zolaqla hərəkət edir.

    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, burada yük avtomobilinin qaydları pozması açıq aydın görünür. Çünki yük avtomobillərinə bu yolda maksimum saatda 60 km. sürətlə hərəkət etməyə icazə verilir. Amma yol polisi bu görüntü əsasında sırf sürət həddini aşdığına görə sürücünü cərimələyə bilməz. Bunun üçün araşdırma aparmalı, ərazidəki kameralara baxılmalıdır. Üstəlik, belə avtomobilləri idarə edən sürücülər qaydalara daha ciddi əməl etməlidir. Çünki kütləsi çox olduğundan onların iştrakı ilə qəzaların fəsadları ağır olur. İctimai qınaq da pozuntuların azalmasına kömək edir.

    Qeyd edək ki, artıq sözügedən avtomobilin məxsus olduğu şirkətdə hadisədən xəbərdardır və görüntüylə bağlı araşdırma aparılır.

  • Yanğında xəsarət alan ərəblər Bakıya gətiriləcək

    Qəbələ rayonunda Suriya vətəndaşı olan turistlərin qaldığı evdə baş verən yanğın zamanı xəsarət alanlar müalicə üçün Bakıya gətiriləcək.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

    Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan 1 kişi, 3 qadın və 1 yaşlı körpə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və orada müalicə olunurlar: “Bir nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Bundan başqa, hadisə nəticəsində 1995-ci il təvəllüdlü əcnəbi vətəndaş dünyasını dəyişib”.

    Nazirlik rəsmisi əlavə edib ki, xəstəxanada olan 5 nəfər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə gətiriləcək: “Onların vəziyyətləri ağır deyil”.

    Qeyd edək ki, Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

  • Житель столицы украл из цеха золотые украшения на 20.000 манатов

    Как сообщает Median.Az, сотрудники 19-го отделения полиции Насиминского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы Хатаи Набиева, который 6-го сентября украл с цеха золотые украшения на сумму 20.000 манатов.

    В Следственном отделе Насиминского РУП возбуждено уголовное дело по статье 177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана.

  • Bakıda sexden 20.000 manatlıq qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da qızıl əşyalarının təmiri sexindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Xətai Nəbiyev saxlanılıb.

    Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Lənkərandan Bakıya gələn mikroavtobus aşdı: yaralılar var

    Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.

    Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.

    O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”.

  • Bakıda iki bacı kişinin başına oyun açdı

    Bakıda iki bacı kişinin cibindən pul oğurlayıb.

    Median.Az Daxili İşlər Naziriyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

    Belə ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan və Könük Süleymanova bacıları saxlanılıblar.

  • Həbib Nurməhəmmədova sponsorluq edən azərbaycanlı biznesmen kimdir? – FOTO

    Ötən gün ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulunu qazanan Həbib Nurməhəmmədovun baş sponsorunun kimliyi bilinib.

    Yenicag.ru-nun məlumatına görə, sözügedən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovun baş sponsoru Rusiyada yaşayan azərbaycanlı milyarder, Sankt-Peterburq vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı İdarə Heyəti Şurasının sədri Vaqif Məmişovdur.

    Qeyd edilir ki, Məmişovun özü əvvəllər idmanla məşğul olub və hazırda müxtəlif idman klublarını, həmçinin perspektivli idmançıları maliyyələşdirir. Məmişov dəfələrlə titullu döyüşçülərin, o cümlədən Zabit Səmədov, Yemelyanenko və digərlərinin iştirakı ilə miqyaslı turnirlər təşkil edib.

    Məmişova yaxın çevrələrin bildirdiyinə görə, oliqarxın şirkəti Nurməhəmmədovun məşq etdiyi idman klubuna maliyyə yardımı göstərib. Eyni zamanda, oliqarx Rusiyada və başqa ölkələrdə Həbibin döyüşlərinin təşkilinə maddi dəstək verib.

    Nurməhəmmədov paylaşdığı fotoşəkillərin birində üzərində MAMISHEV yazılmış futbolka geyinib. Məmişovun dostları isə bildirirlər ki, oliqarx özünün sponsorluq və xeyriyyəçilik fəaliyyətinin işıqlandırılmasını istəmir. O, bu işləri şöhrət yox, idmana yönəlik marağına görə edir.

    Bioqrafiq arayış

    Əslən Gürcüstandan olan Vaqif Məmişov hərbi xidmət keçdiyi və təhsil aldığı Leninqrada 1983-cü ildə gəlib. Təhsilini bitirdikdən sonra 15 il Leninqrad Mexanika Zavodunda işləyib.

    Məmişov 1990-cı illərin əvvəllərində yenidən qurulan “Avtoarmatura” ASC Direktorlar Şurasının sədri olub.

    1990-cı illərin sonlarında qardaşları Vasif və Asiflə birlikdə “Konrad” Şirkətlər Qrupunu yaradan Məmişov özünün bütün aktivlərini ora keçirib. O, Rusiyanın şimal paytaxtında azərbaycanlıların böyük diaspora təşkilatını qurub və hazırda onun rəhbəridir.

  • “Qələt eləmişəm” – Qızını erməniyə verən azərbaycanlı – Video

    Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin adı daha çox qalmaqallarda hallanan sədri Ağadadaş Kərimov “Nar bayramı”nda təxribata əl atıb.

    Median.Az Diaspor.az-a istinadən xəbər verir ki, A.Kərimovun Azərbaycan mədəniyyətinə həsr olunmuş “Qranat” ümumşəhər “Nar bayramı” ilə bağlı keçirdiyi tədbirdə qarşıdurma yaranıb. “Nar bayramı”nın Kərimov tərəfindən Azərbaycan adına layiq şəkildə keçirilməməsi həmyerlilərimiz tərəfindən haqlı olaraq etiraza səbəb olub.

    Tədbirdə Ermənistanla bağlı bəzi eksponantların nümayiş olunması azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb. Bununla yanaşı, Azərbaycan dəyərləri adı altında keçirilən tədbirdə Azərbaycan bayrağı və Azərbaycana aid heç bir eksponatların nümayiş olunmaması həmyerlilərimizin təəccübünə səbəb olub.

    Kərimovun bu tədbiri erməni diaspor təşkilatları ilə birlikdə həyata keçirməsi məlum olduqdan sonra həmyerlilərimiz sivil şəkildə öz etirazlarını bildiriblər. Yeni imic formalaşdırmaq naminə Rusiyadakı azərbaycanlılar arasında nüfuz qazanmağa çalışan Kərimovun erməni və separatçı təşkilatlarla birlikdə “Nar bayramı” adlı tədbir keçirməsi ifşa olunub. Bu addımına görə həmyerlilərimizin tədbir zamanı tənqidinə tuş gələn diaspor sədri bütün planlarının ifşa olunduğunu gördükdə provakasiyaya əl atıb. Belə ki, o, erməni əqidədaşları ilə birlikdə birləşərək tədbirdə iştirak edən azərbaycanlıları uzaqlaşdırmağa çalışıb. Eyni zamanda, separatçı təşkilat nümayəndələrini köməyə çağıraraq erməni diaspor nümayəndələri ilə birlikdə azərbaycanlıları təhqir edərək öz çirkin tədbirinin əsl mahiyyətini üzə çıxarıb.

    Daha sonra hadisə yerinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran Kərimov tədbir iştirakçısı olan azərbaycanlıların həbs olunmasını tələb edib. Amma buna baxmayaraq, həmyerlilərimiz sivil şəkildə etiraz etdiklərini bildiriblər. O, tədbirdə dəfələrlə təxribata əl atsa da, onun bu cəhdləri uğursuz olub. Tədbir Kərimovun yaxın dostları olan erməni və separatçıların Azərbaycan əleyhinə səsləndirdikləri şüarla sona çatıb.

    Xatırladaq ki, A. Kərimov bir müddət əvvəl qızını erməni oğlana ərə verdikdən sonra azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. O, erməni ilə qohum olduğuna görə qürur hissi keçirdiyini bildirmişdi. Eyni zamanda, Qarabağ haqqında səsləndiyi fikir isə ictimaiyyətdə birmənalı qarşılanmamışdı. O, qarabağlı olmadığını və buna görə də, Dağlıq Qarabağda döyüşməyi düzgün hesab etmədiyini vurğulamışdı.

  • Жители наказали автохама – ФОТО

    В Баку жители наказали авто, который перекрыл путь к мусорным контейнерам.

    Как передает Median.Az со ссылкой на Avtosfer.az, водитель поставил свой автомобиль в неположенным месте и перекрыл дорогу к мусорным бакам.

    В ответ на такое поведение, жители развесили на автомобиль пакеты с мусором.