Month: October 2018

  • Xırdalanda yol çöküb

    Xırdalan şəhərində yolun bir hissəsində çökmə hadisəsi baş verib.

    Abşeron İcra Hakimiyyətindən oxu.az-a verilən məlumata görə, şəhərin Qalubiyyə küçəsində yol çöküb:

    “Hazırda Xırdalan şəhərində genişmiqyaslı kanalizasiya xətləri çəkilir. “Azərsu” ASC tərəfindən xətlər çəkildikdən sonra onların üstü örtülür və yol səthinin bərkidilməsi işləri həyata keçirilir. Bu zaman kanalizasiya xətlərinin çəkildiyi yolun bir hissəsində kiçik çökmə müşahidə olunub. Bu da yağan yağışdan sonra torpaq sahəsinin bərkiməsi, yəni oturması ilə əlaqədardır”.

    Qeyd edilib ki, hazırda həmin ərazidə bərkidilmə və yaranmış kiçik çuxurun doldurulması işləri aparılır:

    “Yəqin ki, təxminən bir saata işlər yekunlaşacaq”.

  • В Сураханском районе мужчина убил жену

    Как сообщает Median.Az, в поселке Амираджан Хосров Мамедов (1983-го года рождения) нанес ножевые ранения жене Афсане Мамедовой (1985-го года рождения), вследствии чего женщина скончалась из-за массивного кровотечения.

    После содеянного мужчина добровольно сдался в 31-е отделение полиции Сураханского РУП.

    В прокуратуре района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана, назначена судебно-медецинская экспертиза.

  • Əmircan sakini arvadını qətlə yetirib

    Median.Az xəbər verir ki, Əmircan qəsəbəsində yaşayan Xosrov Məmmədov (1983-cü il təv.) aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Əfsanə Məmmədovaya (1985-ci il təv.) bıçaqla xəsarətlər yetirib. Nəticədə qadın kəskin qanitirmədən dünyasını dəyişib.

    X.Məmmədov hadisədən sonra Suraxanı RPİ 31-ci pois bölməsinə təslim olub. O, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

    Suraxanı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.

  • Xatirə: “Toppuş bacı”nın ipoteka üçün pul yığdığını bilməmişəm

    Müğənni Xatirə İslamın sosial şəbəkədə xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yazdığı şərh müzakirə yaradıb.

    İzləyicilərdən biri Xatirəyə onu sevdiyi müğənnilər sırasından sildiyini deyib.

    “Sizin səsinizə sözüm yoxdur, hər zaman var olun. Amma son zamanlar Tünzaləyə görə sizə qiymət verən böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm”, – deyə izləyici yazıb.

    Xatirə də izləyicisinə maraqlı cavab verib. O bildirib ki, “Toppuş bacı”nın ipoteka krediti üçün pul yığdığından xəbərsiz olub.

    “Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Mən elə bildim dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən haradan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın”.

    Xatirə daha sonra paylaşımına yazılan şərhləri bağlayıb və bu sözləri silib.//oxu.az

  • Türkiyədə azərbaycanlı fahişələr tutuldu – VİDEO

    Türkiyə polisi Mersində kirayə evlərdən birində əməliyyat keçirib.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı fahişəliklə məşğul olan iki azərbaycanlı qadın saxlanılıb.

    Onlar çıxarıldıqları məhkəmədə həbs cəzası alıb.

    Məlumatlarda həmin qadınların 150 lirə qarşılığında kişilərlə görüşdüyü bildirilib. Bundan başqa, fahişəliyə məcbur edilən daha iki azərbaycanlı qadın isə dindirildikdən sonra Xarici İşlər İdarəsinə göndərilib.

  • Oksana ilk dəfə övladından danışdı – FOTO

    Yenicə ana olan rəqqasə Oksana Rəsulova ilk dəfə ana olmasından danışıb.

    “X maqazin” proqramına çıxan Oksana hamiləliyi barədə açıqlamalar verib.

    Məlum olub ki, rəqqasə dünyaya gələn övladının adını Osman qoyub.

    O söhbət zamanı bildirib ki, övladı nikahdan dünyaya gəlib:

    “Heç bir süni mayalanmadan olan uşaq atasız olmur. Burada ata və ana iştirak edir. Bizdə isə elə bir qanun yoxdur ki, qadının uşağı atasız olsun. Mütləq nikah olmalıdır. Mən 16 ildir ana olmaq istəyirdim, lakin problemlər yaşayırdım.

    Dünyada o həkim qalmayıb ki, onun yanına getməyim. Övladımın olması mənim üçün möcüzədir. Mənim övladım nikahdankənar deyil. Osmanın atası Elşad Xose deyil. Elə hərəkət etməmişəm ki, kiminsə qarşısında başım aşağı olsun. Sənətimlə bağlı təhqirlərinizi belə qəbul edərəm, amma mənim şəxsi həyatımı müzakirə etməyin”.
    Qeyd edək ki, Oksana Rəsulova ötən ayın sonu ana olub.//oxu.az




  • Ermənilər indi də məşhur Kərkük mahnısını oğurladılar – VİDEO

    Tarixən türk xalq mahnısı kimi tanınan “Ninnə yarım” mahnısını ermənilər öz mahnıları kimi qələmə veriblər. Özü də bu azmış kimi, onu müxtəlif yerlərdə ifa edərək “Youtube” sosial şəbəkəsində paylaşıblar.

    “Spitakçı Hayko” kimi tanınan Hayk Qevondyan erməni müğənnisi bu mahnını toylarda, şənliklərdə erməni mahnısı kimi oxuyur.

    Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov bildirir ki, “Ninnə yarım” mahnısı Kərkük mahnısı kimi tanınır və bu mahnının ermənilərlə heç bir əlaqəsi yoxdur. Digər mahnılar kimi onlar bu mahnını da oğurlayıb özününküləşdiriblər.

    Məsələ ilə bağlı ermənişünas İsmayıl Tanrıverdi bildirir ki, ermənilərin belə bir addım atması heç də təəccüblü görünmür. Çünki onlar mədəniyyətlərini elə digər xalqlardan oğurladıqları mahnılar, musiqilər, abidələrlə formalaşdırıblar.

    İsmayıl Tanrıverdi bildirir ki, “Ninnə yarım” mahnısını saxtalaşdırıb oxuyan Spitakçı Hayko Tiqran Osetiryanla Zeynəb Xanlarovanın “Sən Müşfiqin yanında qal” mahnısını da oğurlayaraq “Youtube”da yayıblar.

    Qeyd edək ki, “Ninnə yarım” mahnısını “Alla yar” adı ilə oxuyan Spitakçı Hayko adlı müğənni bir müddətdir ki, “Youtube” sosial şəbəkəsində yayılıb. Yerləşdirilən videolar müxtəlif tədbirlərdə və toylarda ifa olunub.//oxu.az

  • Депутат раскритиковал уволенного чиновника

    Когда мы поднимали вопросы о Палате по надзору над финансовыми рынками, некоторые наши коллеги начали говорить против нас. Хотя я и Али Масимли видели, какие игры идут в Палате, что там вытворяют.

    Об этом на заседании комитета парламента заявил депутат Вахид Ахмедов.

    «Где это видано, чтобы человек выпускал вино и писал на этикетке свое имя. Или где вы видели, чтобы кто-то назначал себе зарплату в 65 тысяч манатов? Нигде в мире такого нет. Сейчас Руфат Асланлы отстранен оттуда, от должности председателя Совета директоров, и дела структуры начинают нормализовываться.

    Хотя в течение двух лет эта структура не оправдывала наших ожиданий, занималась играми. Так что последнее решение господина Президента о Палате заслуживает похвал. Этот шаг станет переломным в деятельности структуры», – добавил депутат.

  • Deputat işdən çıxarılan məmuru yıxıb-sürüdü

    Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məsələləri qaldıranda bəzi həmkarlarımız bizim əleyhimizə danışmağa başladılar. Hansı ki, mən də, Əli Məsimli də bunu görürdük, bilirdik ki, o Palatada hansı oyunlar gedir, nə oyunlardan çıxılır.

    Bunu parlamentin komitə iclasında millət vəkili Vahid Əhmədov deyib.

    “Harada görülüb ki, çaxır buraxasan, üstünə də adını yazdırasan. Və ya harada görülüb ki, özünə 65 min manat maaş yazdırasan… Bu, harada görülüb? Dünyanın heç bir yerində belə bir şey yoxdur. İndi Rüfət Aslanlı oradan, Direktorlar Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb, artıq qurumun fəaliyyətində normallaşma gedir.

    Hansı ki, iki il ərzində bu qurum gözləntiləri doğrultmadı, oyunlarla məşğul oldu. Odur ki, cənab prezidentin Palata ilə bağlı son addımı çox təqdirəlayiqdir. Bu, həmin qurumun fəaliyyətində dönüş yaradacaq bir addımdır”, – deyə millət vəkili əlavə edib.

  • Избитый Хабибом тренер о своих армянских корнях – ВИДЕО

    Наставник и тренер обладателя пояса UFC Конора Макгрегора, чемпион мира по бразильскому джиу-джитсу Диллон Данис является армянином.

    Как передает Median.Az со ссылкой на rusarminfo, Данис родился 22 августа 1993 года в Нью-Джерси. С 2016 года возглавляет тренерскую команду Конора Макгрегора.

    «Многие не знают, но я армянин. Я горжусь тем, что представляю эту страну», – рассказывал еще в 2016 году Данис.

    Напомним, в воскресенье российский боец смешанного стиля (ММА) Хабиб Нурмагомедов победил ирландца Конора Макгрегора на турнире UFC 229 в Лас-Вегасе.

    После боя Нурмагомедов выскочил за пределы октагона и ударил Диллона Даниса в ответ на оскорбления его религии (Ислам – ред.).