Month: October 2018

  • Azərbaycanın raket və artilleriya bölmələri hərəkətə keçdi – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

    Verilən məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə gecə və gündüz vaxtlarında keçirilən təlimlərdə döyüş atışları icra olunub.

    Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.






  • Azərbaycanda universitet müəllimi dələduzluq etdi

    Gəncə Texnologiya Universitetinin müəllimi Bakı şəhər sakininə qarşı dələduzluq edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 4 ünvanda yaşayan Lətifova Vəsilə Qardaşxan qızı ərizə ilə müraciət edib.

    Bildirib ki, Universitetin Musa adlı müəllimi oğlu Lətifov Xəyal Vəli oğlunu adıçəkilən universitetə qəbul etdirmək üçün ondan 2011-ci ildə 25 min manat, qızı Lətifova Səyyarə Vəli qızını isə Gəncə Müəllimlər İnstitutuna qəbul etdirmək üçün 2012-ci ildə 13 min 500 manat alıb. Lakin həmin şəxs onu aldadıb.

    Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

  • Bakıda dəhşət: lift qırılıb xadimənin başına düşdü

    Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, 5-ci mikrorayonda Asif Məhərrəmov 44a ünvanında yerləşən yaşayış binasının təmirdə olan lifti zənciri qırılaraq şaxtaya düşüb.

    Bu zaman aşağıda təmizlik işləri aparan xadimə liftin altında qalıb. Onun elə hadisə yerindəcə keçindiyi bildirilir.

  • Azərbaycanda universitet tələbəsi vəhşicəsinə döyüldü

    Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb.

    Median.Az report-a istinadən xəbər verir ki, oktyabrın 3-dən 4-ə keçən gecə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının tələbəsi 1998-ci il təvəllüdlü Röyal Rövşən oğlu Bədirov qapalı kəllə-beyn travması və bədənin yumşaq toxumalarının əziyi dioqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

    MRX-dan “Report”a bildirlib ki, Röyal Bədirov müayinə zamanı Zaqatala şəhər ərazisində tanımadığı şəxslər tərəfindən döyüldüyünü bildirib. Röyal Bədirova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan polisindən yeni əməliyyat – 40-a yaxın saxlanılan var

    Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 92 cinayət faktından 12-nin üstü “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, bir nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib.

    Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

  • Prezident Arkadi Dvorkoviçi və Mahir Məmmədovu təbrik etdi

    Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti cənab Arkadi Dvorkoviçə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir:

    “Hörmətli Arkadi Vladimiroviç,

    Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram”.

    Ölkə prezidenti Mahir Məmmədovu Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

    Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir. Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram”.

  • Настоящее лицо старого Баку – ФОТОРЕПОРТАЖ

    Квартал «Советская», в котором проживают в основном представители малообеспеченной части коренного населения Баку, в свое время был известен как «Внешний город».

    В свое время в этом квартале приютились жители прилегающих к Баку регионов и иранские рабочие, приехавшие работать на нефтяных скважинах. Постепенно это место превратилось в настоящее лицо столицы с историческими зданиями, музеями, банями.

    В 2014-2016 годах на улице «Советской» было снесено большое количество жилых домов. В настоящее время здесь начат новый этап работ по сносу.

    Median.Az представляет фоторепортаж с «Советской»:























    //oxu.az

  • Köhnə Bakının əsl üzü – FOTOREPORTAJ

    Köhnə Bakının, əsasən, aztəminatlı əhalisinin yaşadığı “Sovetski” bir zamanlar “Bayır şəhər” kimi tanınıb.

    Bir vaxtlar “Sovetski”də Bakıətrafı regionlardan və İrandan neft mədənlərində işləməyə gələn fəhlələr məskunlaşıb. Get-gedə bura paytaxtın əsl üzünə çevrilib. Tarixi abidələr, muzeylər, hamamlar tikilib.

    2014-2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər “Sovetski”də yerləşən xeyli sayda yaşayış evi sökülüb.

    Hazırda Bakının Yasamal rayonunun “Sovetski” adlanan bölgəsində ikinci söküntü işləri davam etdirilir.

    Median.Az “Sovetski”dən fotoreportajı təqdim edir:






















    //oxu.az

  • В доме жителя поселка Говсан нашли почти 2 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники 30-го отделения полиции Сураханского РУП в результате проведенной операции задержали жителя поселка Говсан Новруза Гусейнова, во дворе которого обнаружили 16 кустов конопли, выращенных путем культивации, а в доме дополнительно 1 кг 700 грамм марихуаны.

    В Следственном отделе Сураханского РУП возбуждено уголовное дело, ведется следствие.

  • Hövsan sakinindən 2 kq. yaxın marixuana aşkar edilib

    Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsinin əməkdaşları Hövsan qəsəbəsində yaşayan Novruz Hüseynovu saxlayıblar.

    Evinin həyətinə baxış zamanı, oradan kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu, evdə isə 1 kq. 700 qram marixuana aşkar edilərək, götürülüb.

    Suraxanı RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.