Hövsan sakinindən 2 kq. yaxın marixuana aşkar edilib

Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsinin əməkdaşları Hövsan qəsəbəsində yaşayan Novruz Hüseynovu saxlayıblar.

Evinin həyətinə baxış zamanı, oradan kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu, evdə isə 1 kq. 700 qram marixuana aşkar edilərək, götürülüb.

Suraxanı RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.