Month: October 2018

  • Bakıda avtomobil qaçıran 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Quba şəhər sakini Veysəl Mirzəbəyovun “Volkswagen” markalı avtomobilinin Qəçrəş kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Quba RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

    DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 24-cü polis şöbəsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Q.Qarayev prospektində avtomobili qaçıran Yevlax rayon sakini Pərviz Hüseynovu saxlayıblar.

    Bundan başqa, Zirə qəsəbəsi ərazisində Bakı şəhər sakini Yadigar Əkbərovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.

    Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qəsəbə ərazisində, onu idarə edən Bakı şəhər sakini Eldar Qarayevlə birgə saxlanılıb.

    Faktlara bağlı araşdırmalar aparılır.

  • Bakı sakinlərinin sayı ən yüksək həddə çatıb: Son 120 ilin ən yüksək göstəricisi

    Son 120 ilin statistik göstəricilərinə əsasən, Bakı əhalisinin sayı bu ilin əvvəlində ən yüksək həddə çatıb.

    Median.Az trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin əvvəlində Bakının 2 milyon 262 min 600 nəfər əhalisi olub ki, bu da paytaxt üçün son 120 ilin ən yüksək göstəricisi sayılır.

    Yalnız 1990-91-ci illər istisna olmaqla, demək olar ki, paytaxt əhalisinin sayında hər il artım müşahidə edilib.

    Son dövrlərdə il ərzindəki artım göstəricisinin əvvəlki dövrlərlə müqayisədə bir qədər azalmasına baxmayaraq, əhalinin ümumi sayında yenə də hiss ediləcək artım var.

  • Diqqət! Ticarət mərkəzləri alıcıları aldadır – VİDEO

    30, 50,70. Bəlkə də bir az irəli getsən 100 faiz olan endirimlə qarşılaşacaqsan. Amma nə olsun. Bu yalnız görüntüdür. İçəri girsən tam başqa mənzərədir. Endirimdən əsər-əlamət yoxdur.

    Median.Az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

    Paytaxtımızdakı mağazaların vitrinlərinə baxsaq, müxtəlif endirim elanlarını görərik. Amma əksər mağazalarda hər şey, sadə dillə alıcıya gəl-gəl deməyə hesablanıb. Mağazaya daxil olanda aydın olur ki, əslində endirim 2-3 böyük ölçülü paltara və ya mövsümə uyğun gəlməyən mallara aiddir.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə belə münasibət bildirib:

    “Endirimlərin mövcudluğunu elektron vasitələrdə saytlarda oxuyurlar istehlakçı zəhmət çəkir gəlir, görür, girir dükana, malı seçir, deyirlər ki bu mala aid deyil endirim. Və yaxud küçədən keçəndə 70-80 faiz endirim görür, gedir malı seçir deyirlər bu mala aid deyil endirim. Bu istahlakçının aldadılmasıdır. Bu istehlakçının hüququnun pozulmasıdır”.

    Ekspertlərin sözlərinə görə, mağazaların endirim etməsinin əsas səbəblərindən biri mövsümü keçmiş paltarlardan mümkün qədər tez və qazanclı xilas olmaq və ya yeni dəbli mallar almaq üçün köhnələri daha cəlbedici qiymətə satmaqdır. Amma arqument bu olsa da, bəzən endirim adı ilə istehlakçılar ciddi aldanırlar.

    Burada alıcıların diqqətindən qaçan bir məqam var ki, bu da burada gördüyümüz kiçik ə hərfidir. Bəli, bu endirim 70 faiz endirim deyil. 70 faizə qədər olan endirimdir.

    Əslində bu cür saxta endirimlər qanunvericiliyə əsasən qadağan olunub. Çünki mağazalarda az sayda endirim olduğu halda mallara 70% endirim yazılması istehlakçını aldatmaq deməkdir.

    Mövzu ilə sözügedən mağazalarda çəkiliş etməyimizə icazə vermədilər. Ekspertlər onu da qeyd edir ki, saxta endirimlərə qarşı mübarizənin gücləndirilməsi olduqca vacibdir. Bir sıra MDB ölkələrində, hətta bəzi Mərkəzi və Şərqi Avropa ölkələrində saxta endirimlərə yol verən ticarət mərkəzlərini ciddi maliyyə cərimələri gözləyir.

  • Азербайджанцы запустят в небо Москвы «огромный гранат»

    Аэростат в виде граната запустят в небо на азербайджанском празднике граната, который пройдет 6 октября в Екатерининском парке Москвы.

    Как передает Median.Az со ссылкой на российские СМИ, гостям предложат соусы, десерты, приправы и напитки из граната. А шеф-повара научат быстро очищать гранат, мариновать мясо в гранатовом соке и готовить необычный десерт – гранат в карамели.

    Помимо этого, фестиваль предложит национальные азербайджанские, казахские, узбекские, иранские, турецкие, арабские и таджикские блюда.

    Запланированы мастер-классы по живописи, фотографии и восточным танцам, интерактивные игры, конкурсы и викторины. Посетителей развлекут циркачи и фокусники.

    На сцене выступят заслуженный деятель культуры Азербайджана Борис Шварцман, лауреат конкурсов «Голос Азербайджана» и «АзериСтар» Улькяр Шахбазова, танцевальный ансамбль «Карабах» и другие коллективы.

    Гранат в Азербайджане называют «королем фруктов». Праздник Nar bayramı отмечается в стране ежегодно в дни сбора граната. С 2017 года его отмечают и в Москве.

  • Azərbaycanlılar Moskvada havaya “böyük nar” buraxacaqlar

    Nar formasında nəhəng aerostat azərbaycanlıların Nar bayramı ərəfəsində oktyabrın 6-da Moskvanın Yekaterininsk parkından havaya buraxılacaq.

    Median.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, qonaqlara nardan hazırlanmış içkilər, şirniyyatlar və digər məhsullar təqdim ediləcək.

    Bundan başqa, festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, İran, Türkiyə, Ərəb və Tacikistan mətbəxinin yeməkləri təqdim olunacaq.

    Tədbir zamanı müxtəlif oyunlar və yarışmalar keçiriləcək. Səhnədə Azərbaycanın əməkdar mədəniyyət xadimi Boris Şvartsman, “Səs Azərbaycan” və “AzəriStar” yarışmasının qalibi Ülkər Şahbazova, “Qarabağ” rəqs qrupu və digərləri çıxış edəcək.

  • В Новханы “İSUZU” cбила насмерть двух жителей поселка

    Как сообщает Median.Az, 2-го октября в поселке Новхары автомашина марки “İSUZU”, управляемая жителем г.Сумгайыт Фахраддин Башировым сбила двигающихся вдоль дороги жителей поселка Айхана Гасымова и Расима Байрамова. Из-за полученных тяжких телесных повреждений потерпевшие скончались на месте происшествия.

    В Бинагадинском РУП по факту ведется расследование.

  • Novxanıda “İSUZU” yol kənarı ilə gedən 2 nəfəri vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 2-də Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomaşınla yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub.

    Nəticədə zərərçəkmişlər hadisə yerində ölüblər.

    Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Россия официально отказывается от доллара – ОБНОВЛЕНО

    В российском правительстве не планируют отказываться от доллара, прорабатывается снижение зависимости экономики от него.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в сообщении пресс-службы кабмина.

    «У правительства РФ нет планов по отказу от долларовых расчетов, запрету на хождение доллара, каких-либо других ограничений. Такое не обсуждается», – указали в пресс-службе.

    В кабмине уточнили, что финансово-экономический блок правительства прорабатывает вопрос снижения зависимости российской экономики от американской валюты, «в том числе за счет создания стимулов и механизмов для перехода внешнеторговых расчетов на национальные валюты».

    «Работа в этом направлении не связана с какими-либо личными инициативами, высказываемыми на различных площадках, и отражает стратегическую линию правительства», – указали в кабмине.

    * * * * *

    Правительство России готовит проект об отказе российской экономики от использования американского доллара, который через одну-две недели утвердит премьер-министр Дмитрий Медведев.

    Как передает Median.Az, об этом пишет The Bell со ссылкой на три источника.

    Правительство не станет запрещать расчетов в долларах, сказал источник издания в одном из ведомств, участвующих в обсуждении вопроса.

    Инициатива в первую очередь должна создать возможности для расчетов в национальной валюте, облегчить валютный контроль и либерализовать валютное законодательство. Для этого необходимо в частности на уровне центральных банков создать инструменты, которые дадут доступ к ликвидности в валюте другой страны, без необходимости закупать ее на валютных рынках, пишет The Bell.

    Проект предполагает перевести расчеты России с Китаем и Европейским союзом в юани и евро соответственно, а в случае со странами Евразийского экономического союза (ЕАЭС) – в рубли.

    Днем ранее, 2 октября, президент ВТБ Андрей Костин рассказал, что Владимир Путин в целом поддержал его предложения по дедолларизации российской экономики. Он объяснил, что речь не идет о полном отказе от доллара. По словам Костина, он предлагает постепенно переходить на расчеты в национальных валютах – в частности внутри ЕАЭС и в отдельных сферах.

  • “Azərbaycan Dəmir Yolları” dəhşətli qəza ilə bağlı yeni görüntlər yaydı – Video

    Xəzər rayonunun Binə qəsəbəsində “Daewoo” markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması ilə bağlı bəzi KİV-lərdə, eləcə də ictimaiyyət arasında ziddiyətli fikirlər ifadə olunur.

    Bu barədə Bizimyol.info-ya məluamt verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, hətta bir çoxları bu hadisədə dəmir yolunu günahlandırmağa çalışırlar.

    QSC bütün bunlara cavab olaraq, hadisənin real görüntüsünü ictimaiyyətə təqdim edir.

  • Elmar Vəliyevin yeni FOTOsu yayıldı

    Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin doğum günüdür.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, oğlu Elmir Vəliyev atası ilə fotosunu sosial şəbəkədə paylayaraq təbrik edib:

    “Happy birthday, dad” (Ad günün mübarək, ata) yazıb.

    Qeyd edək ki, bu gün E. Vəliyevin 58 yaşı tamam olur.