Bakıda avtomobil qaçıran 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Quba şəhər sakini Veysəl Mirzəbəyovun “Volkswagen” markalı avtomobilinin Qəçrəş kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Quba RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 24-cü polis şöbəsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Q.Qarayev prospektində avtomobili qaçıran Yevlax rayon sakini Pərviz Hüseynovu saxlayıblar.

Bundan başqa, Zirə qəsəbəsi ərazisində Bakı şəhər sakini Yadigar Əkbərovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.

Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qəsəbə ərazisində, onu idarə edən Bakı şəhər sakini Eldar Qarayevlə birgə saxlanılıb.

Faktlara bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *