Month: October 2018

  • Deputat: Azərbaycanda yeni telekanal yaradılsın

    Deputat Zahid Oruc “Euronews”kanalının Azərbaycan versiyasının yaradılmasını təklif edib.

    Millət vəkili bu təklifi parlamentin payız sessiyasının ilk iclasında səsləndirib.

    O qeyd edib ki, Azərbaycana qarşı müəyyən qruplar tərəfindən sosial şəbəkələr vasitəsilə, o cümlədən “Youtube”la “zəhər” axıdılır:

    “Odur ki, “Euronews”kanalı ilə danışıb, onun Azərbaycan versiyasını yaratmalıyıq. Bu, həmin “zəhər”lərin önlənməsində böyük töhfə verə bilər”.//oxu.az

  • Hərbi zavoddakı yanğında xəsarət alanlar Bakıya gətirildi

    Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfər Bakıya gətirilib.

    Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

    Mərkəzin baş həkimi Şöhrət Məmmədov məlumatı Oxu.Az-a təsdiq edib.

    Onun sözlərinə görə, xəstələrin vəziyyəti stabil ağır olaraq qalır:

    “Reanimasiya şöbəsində müalicə alırlar. Hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin üçüncü və dördüncü dərəcəli yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilənlər Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğludur. ”.

    Baş həkim deyib ki, xəstələrdən birinin bədən səthinin 45, digərinin isə 25 faizi yanıb”.//oxu.az

  • YAP: Bələdiyyə üzvlərinin sayı azaldılsın

    Deputat Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edir.

    O, bu barədə parlamentdə çıxışında qeyd edib ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək:

    “Bələdiyyələrlə bağlı kifayət qədər qanunlar var. Amma bunların təkmilləşdirilməsinə ehtiyac var. Vaxt və say baxımından təkmilləşmə olmalıdır. Çünki bələdiyyə üzvlərinin sayı həddindən artıq say çoxdur. Bu qədər sayda bələdiyyə üzvünün təmsilçiliyinə ehtiyac yoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Bunlar nəyə lazımdır?”.

    Deputat həmçinin milli adətlərlə bağlı olan qanunlarımızın sərtləşdirilməsini təklif edib:

    “Burada istər yas, istərsə də toy mərasimləri yer alır. Artıq zamanı gəlib çatıb ki, bu məsələlər qanunla tənzimlənsin. İndi bunu ictimai tənbehlə tənzimləmək mümkün deyil. Ziyalılar çıxış edir, deputatlar da deyir, amma nəticəsi yoxdur. Ona görə də qanun qəbul olunmalıdır”.//oxu.az

  • Azərbaycanda ilk dəfə bu ölkədən futbolçu oynayacaq – FOTO

    “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

    Paytaxt təmsilçisi Diallo Quidileylə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.

    29 yaşlı dayaq yarımmüdafiəçisi Mavritaniya yığmasının üzvüdür.

    “Keşlə”yə azad agent kimi keçən futbolçunun son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub. Fransa vətəndaşlığı da olan və Fransanın 20 yaşadək millisində çıxış etmiş Diallo Quidiley karyerası ərzində bu ölkənin “Trua”, “Brest”, “Şatoru”, “Nansi” klublarında, eləcə də, Kiprin AEL komandasında çıxış edib.


    Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasında Afrikanın ərəbdilli ölkələrindən olan Mavritaniyadan futbolçu çıxış etməyib.
    //oxu.az

  • Ögey anasını öldürən şəxs dəlixanaya göndərildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, R. Bağırov anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilib və o, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

    Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.

    Axtarış zamanı Badam Bağırovanın meyiti həyətindəki köhnə su quyusundan tapılıb. Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən Hacı Bağırovun birinci nikahından olan oğlu, 1958-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

    O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib, onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb.//oxu.az

  • Манат назвали самой стабильной валютой в СНГ

    По итогам января-сентября 2018 года официальный курс доллара США к азербайджанскому манату практически не изменился. Это лучший показатель на территории бывшего СССР.

    Об этом свидетельствует проведенный БелаПАН сравнительный анализ котировок центробанков на 31 декабря 2017 года и 30 сентября 2018 года.

    По удешевлению валюты впереди Россия с ростом курса доллара на 13,87% (с 57,6002 до 65,5906 рубля) и Казахстан – 9,25% (с 332,33 до 363,07 тенге).

    За Беларусью расположились Таджикистан – 6,80% (с 8,819 до 9,4191 сомони), Латвия, Литва, Эстония – 3,61% (с 0,8338 до 0,8639 евро), Грузия – на 0,88% (с 2,5922 до 2,6151 лари), Украина – 0,82% (с 28,067223 до 28,298262 гривны) и Кыргызстан – 0,64% (с 68,8395 до 69,2773 сома).

    Курс не изменился в Туркменистане (3,50 маната), снизился – в Азербайджане – на 0,01% (с 1,7001 до 1,7 маната), Армении – на 0,29% (с 484,10 до 482,71 драма), Узбекистане – на 0,50% (с 8.120,07 до 8.079,28 сума) и Молдове – на 1,38% (с 17,1002 до 16,8637 лея).

    В сентябре официальный курс доллара в Беларуси увеличился на 1,55% – второй показатель после Узбекистана (3,22%). Далее: Грузия (1,35%), Молдова (0,92%), Латвия, Литва, Эстония (0,65%), Кыргызстан (0,37%) и Украина (0,07%). Не изменились котировки американской валюты в Азербайджане и Туркменистане, снизились – в Таджикистане (на 0,04%), Армении (на 0,07%), Казахстане (на 0,10%) и России (на 3,66%).

  • Подсчитаны собранные для армии средства

    Стал известен размер средств, поступивших в фонд помощи Вооруженным силам Азербайджанской Республики.

    Как передает Median.Az со ссылкой на сайт Минобороны, на 1 октября текущего года в Фонде помощи Вооруженным силам Азербайджанской Республики собраны средства в размере 94 млн 5 тыс. 457,49 маната, 213 тыс. 577,88 доллара США, 12 тыс. 736 евро и 5 тыс. рублей.

    Фонд помощи Вооруженным силам создан указом президента Азербайджанской Республики от 17 августа 2002 года.

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlanıb

    Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari il oktyabrın 1-dək fonda 94.005.457,49 AZN, 213.577,88 ABŞ dolları, 12736,0 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Fond Azərbaycan Respublikası prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilib.

  • Азербайджанские борцы завоевали 28 медалей – ФОТО

    Завершился VI открытый Республиканский турнир имени выдающегося деятеля физкультуры и спорта Олега Крапивина среди юниоров 2004-2005 года рождения.

    В традиционном турнире, который состоялся 29-30 сентября в Олимпийском спортивном комплексе в Шамахы, приняли участие почти 300 борцов из семи стран – Азербайджана, России, Ирана, Казахстана, Кыргызстана, Грузии и Украины.

    Азербайджанские борцы добыли на международном турнире три золотые, девять серебряных и 16 бронзовых медалей.

  • Güləşçilərimiz beynəlxalq turnirdə 28 medal qazandı – FOTO

    Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə VI açıq Respublika turniri başa çatıb.

    Sentyabrın 29-30-da Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan ənənəvi yarışda yeddi ölkədən – Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Ukraynadan ümumilikdə 300-ə yaxın güləşçi qələbə uğrunda mübarizə aparıb.

    Qeyd edək ki, güləşçilərimiz beynəlxalq turnirdə üç qızıl, doqquz gümüş və 16 bürünc medal qazanıb.