Month: October 2018

  • PA-da “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb – Sərəncam

    Prezident İlham Əliyev dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında fərman imzalayıb.

    Fərmanın imzalanmasında məqsədi dövlət orqanlarında (qurumlarında) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin (kargüzarlığın aparılması, sənədlərin icrasına nəzarət, arxiv, kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsidir.

    Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında kargüzarlığın aparılması işinin səmərəli təşkili üçün “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb.

    “Elektron sənəd dövriyyəsi sistemi”nin sahibi funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, maddi-texniki təminatını, işlək vəziyyətdə olmasını (operator funksiyasını) və təhlükəsizliyinin təmin edilməsini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirəcək.

    Fərmanda deyilir ki, dövlət orqanlarında qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə mühüm nailiyyətlər əldə edilib. Bununla belə, həyata keçirilən tədbirlərin daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir.

    Dövlət başçısı fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

  • В Хатаинском районе неизвестный ранил ножом молодого человека

    Как сообщает Median.Az, накануне с поселка Ахмедлы в клиническую больницу №3 с колото-резанными ранами был доставлен и прооперирован Рафик Нуруллаев (1992-го года рождения), его жизнь врачам удалось спасти.

    В Хатаинском РУП по факту возбуждено уголовное дело, в направлении по установлению личности подозреваемого ведется оперативно-розыскная работа.

  • Əhmədli qəsəbəsində bıçaqlanma baş verib

    Median.Az xəbər verir ki, Xətai rayon ərazisindən 3 saylı şəhər klinik xəstəxanasına döş qəfəsinin dəşilmiş-kəsilmiş yaraları ilə Rafiq Nurullayev (1992-ci il təv.) çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb. Onun həyatı xilas olunub.

    Xətai RPİ-də faktla bağlı cinayət işi başlanılıb, cinayəti törədən şəxsin müəyyən edilib, saxlanılması istiqamətində əməliyyat-axtarış işi aparılır.

  • Körpü təmiri zamanı FACİƏ: “Azərkörpü”nün əməkdaşı öldü

    Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, “Azərkörpü” MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb.

    S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

    Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda diri toyuqların satışı məhdudlaşdırılacaq

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşüb.

    AQTA-dan verilən məlumata görə, quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

    Görüşdə ölkə ərazisində müvafiq sahə üzrə qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların maarifləndirilməsi sahəsində əlaqələndirilmiş birgə fəaliyyətlərin istiqamətləri müəyyənləşdirilib və birgə bəyanat qəbul edilib.

    Bəyanatda bildirilib ki, agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

    Bu istiqamətdə Azərbaycan Respublikasi Quşçular Cəmiyyəti isə idxal olunan yem və yem məhsulları üzrə mövcud qanunvericiliyin tələblərinə riayət olunması, quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsi, istehsal olunan məhsulların ölkədə mövcud standartlara və keyfiyyət tələblərinə uyğun təşkil olunması, heyvan sağlamlığından irəli gələn tələblərə əməl edilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə normayaratma və digər istiqamətlərdə əməkdaşlıq edilməsi, istehlakçıların maarifləndirilməsi istiqamətində sosial videoçarxların hazırlanması və sahənin inkişafı üzrə təkliflərin irəli sürülməsini təmin edəcək.

  • В медучреждениях Азербайджана вводится фармакологический надзор

    В государственных медицинских учреждениях Азербайджана будут определены лица, ответственные за фармаконадзор.

    Как передает Median.Az со ссылкой на Тренд, об этом говорится в сообщении Кабмина.

    В связи с этим решением Кабмина в «Образцовый устав медицинских учреждений, созданных государством и муниципалитетами» внесены дополнения, расширяющие обязанности этих учреждений.

    Согласно дополнениям, с целью осуществления учреждением государственного надзора над эффективностью и безопасностью лекарственного средства будут определены ответственные за фармаконадзор и применение мер по фармаконадзору лица.

    Учреждение будет представлять в минздрав информацию о побочном влиянии и нежелательных последствиях, которые могут возникнуть во время использования лекарственных средств, а также информацию по фармаконадзору и отчеты.

    Напомним, что из-за отсутствия муниципальных медучреждений в Азербайджане это новшество будет касаться только государственных медицинских учреждений.

  • Новое назначение от Рамиля Усубова

    В органах внутренних дел произведено новое назначение.

    Как сообщает Median.Az со ссылкой на Avtosfer.Az, указом министра внутренних дел Рамиля Усубова майор полиции Маммедов Хафиз Аббас оглы назначен на должность начальника Сабунчинского отдела Государственной Дорожной Полиции

    До назначения на новую должность Х. Маммедов работал главным инспектором в Сабунчинском отделе ГДП.

    Отметим, что ранее начальник Сабунчинского отдела ГДП, полковник-лейтенант полиции Сабир Абдуллаев был освобожден от занимаемой должности.

  • Ramil Usubov Sabunçu DYP-yə rəis təyin etdi

    Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyinatı olub.

    Median.Az Avtosfer.Az-a istinadən xəbər verir ki, bu vəzifəyə həmin şöbənin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Məmmədov Hafiz Abbas oğlu təyin edilib.

    Qeyd edək ki, keçmiş rəis Sabir Abdullayev bir neçə gün əvvəl nazirin əmri ilə təqaüdə göndərilmişdi.

  • Зимняя сказка в Гусаре – ВИДЕО

    С вечера 26 октября до утра 27 октября в ряде горных населенных пунктов в Губинском и Гусарском районах начал идти снег.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, по данным Губинского регионального Гидрометцентра, больше всего осадков выпало в гусарском селе Лаза. Здесь высота снежного покрова составила 20 см. В Губинском селении Хыналыг высота снежного покрова составила 18 см, в селе Гырыз – 15 см.

    Температура в горных районах упала до минус 3 градусов.

  • Qusarda qış nağılı – VİDEO

    Oktyabrın 26-da axşamdan 27-si səhər saatlarınadək Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın Xınalıq kəndində 18, Qırız kəndində isə 15 santimetr təşkil edib.

    Hava şəraitinin dəyişməsi ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.