Month: October 2018

  • В Шамахе у жителя Джалилабада изъяли 1,4 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники Шамахинского РОП в результате проведенной операции задержали жителя г.Джалилабад Фурсанда Мирзоева, у которого обнаружили 1 кг. 430 грамм марихуаны.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

  • Şamaxı polisi Cəlilabad sakinindən 1,4 kq. marixuana aşkar edib

    Median.Az xəbər verir ki, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakini Fürsənd Mirzəyevdən 1 kq. 430 qram marixuana götürülüb.

    RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb.

  • Названо число религиозных общин в Азербайджане

    Если во времена Советского союза в Азербайджане действовало всего 17 мечетей, то сегодня их число превышает 2 200.

    Как передаёт Median.Az, об этом oxu.az сказал председатель Госкомитета по работе с религиозными структурами Мубариз Гурбанлы.

    По его словам, в настоящее время в стране действует 13 церквей и 7 синагог.

    «В нашей стране, несмотря на преобладание мусульманского населения, есть особая забота о представителях других религий. В стране прошли регистрацию 861 религиозная община. Из них 830 относятся к исламу, 31 – к другим религиям», – сказал М.Гурбанлы.

  • Azərbaycanda qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı

    Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvü kimi yaşayıblar.

    Müxtəlif mədəniyyətlərə və dinlərə məxsus etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, İslam dəyərləri müstəsna rola malikdir.

    Bu haqda Oxu.Az-a özəl açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mübariz Qurbanlı bildirib.

    Komitə sədri deyib ki, ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb.

    Onun sözlərinə görə, Sovetlər Birliyi dağılan dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2200-dən çoxdur.

    “Hazırda ölkə ərazisində 13 kilsə, yeddi sinaqoq fəaliyyət göstərir. Vətəndaşların böyük əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı var. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş 861 dini icma fəaliyyətdədir. Bunlardan 830-u İslam, 31-i qeyri-İslam təmayüllüdür”, – deyə M.Qurbanlı bildirib.

    Ölkədə fəaliyyət göstərən bütün dini icmalara öz dini ayinlərini həyata keçirmək üçün lazımi şəraitin yaradıldığını söyləyən komitə sədri deyib ki, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, digər dini icmalara da mütəmadi olaraq maliyyə yardımı ayrılır.

    Ümumiyyətlə, dövlətin din siyasətinin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunmasının önəmli yerlərdən birini tutduğunu deyən DQİDK sədri bu dəyərlərin qorunmasında dini maarifləndirməyə xüsusi diqqət yetirildiyini qeyd edib.

    M.Qurbanlı diqqətə çatdırıb ki, komitə tərəfindən Bakıda və bölgələrdə keçirilən konfransların, görüşlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlərə töhfə vermək və yad dini ideologiyaların yayılmasına qarşı mübarizə aparmaqdır.

    O, cəmiyyətdə, xüsusilə gənclər arasında xurafatın, eləcə də, zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib.

    Din pərdəsi altında gizlənən radikal qrupların məqsədinin stabilliyi pozmaq, xaos yaratmaq yolu ilə öz siyasi ambisiyalarını həyata keçirmək olduğunu qeyd edən komitə sədri Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən bu cür halların qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb.

  • Прогноз погоды на воскресенье

    Обнародован прогноз погоды в Азербайджане на воскресенье.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, 28 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность.

    В отдельных частях полуострова ожидается моросящий дождь. Умеренный южный ветер днем временами усилится.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 7-9, днем 17-19 градусов тепла, в Баку ночью ожидается 7-9, днем 17-19 градусов тепла.

    Атмосферное давление составит 775 мм ртутного столба, относительная влажность – 65-75%.

    В районах Азербайджана 27 октября пройдет в основном без осадков. Однако ночью и утром в некоторых местах есть вероятность осадков. Утром в отдельных местах ожидается туман. Будет преобладать восточный ветер.

    Ночью температура воздуха составит 8-12, днем 17-22 градуса тепла, в горах ночью ожидается от 1 градуса мороза до 4 градусов тепла, днем 4-8 градусов тепла, в высокогорьях ночью прогнозируется 5-10 градусов мороза, днем 0-3 градуса тепла.

  • İstirahət gününə olan hava proqnozu açıqlandı

    Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu Abşeronda gecə 7-9° gündüz 17-19° isti, Bakıda gecə 7-9°, gündüz 17-19° isti təşkil edəcək.

    Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-12°, gündüz 17-22°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

  • Sofiya hər kəsi güldürdü: “Azərbaycanın ləziz mətbəxi var…” (VİDEO)

    Bu gün Heydər Əliyev mərkəzində “Global İnfluence Day” tədbiri keçirilib.

    Tədbirdə dünyanın ən ağıllı robotu Sofiya da çıxış edib. O, səhnəyə Azərbaycanın milli geyimində çıxıb və ölkəmiz haqda fikirlərini bölüşərkən milli mətbəximiz haqda dedikləri hər kəsi güldürüb:

    “Azərbaycan gənc və perspektivli ölkədir. Burada olmaqdan məmnunam. Azərbaycanın milli geyimini geyinmişəm. Bakı gözəl şəhərdir və Xəzər dənizinin sahilində yerləşir. Azərbaycanın milli mətbəxi çox ləzizdir. Təəssüf ki, dadına baxa bilmirəm”.

  • Bakıda 16 yaşlı oğlan itkin düşdü

    Bakıda yeniyetmə oğlan itkin düşüb.

    Hadisə Xətai rayonu ərazisində baş verib.

    Rayonun M.Hadi küçəsi, ev 9, mənzil 122-də yaşayan 2002-ci il təvəllüdlü Kərimov Tural Kamran oğlu oktyabrın 23-də səhər saat 9 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    T.Kərimovun anası hadisə barədə Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edib.

    Faktla bağlı araşdırmalara başlanıb.
    //trend.az

  • Bakıda ana yeni doğulmuş körpəsindən imtina etdi – FOTO

    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına müraciət edən qadın yeni dünyaya gətirdiyi körpəsini sığınacağa təhvil verib. 

    Adı açıqlanmayan qadın bu addımının səbəbini uşağı qeyri-rəsmi münasibətdən dünyaya gətirməsi ilə əlaqələndirib.

    “Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova uşağın körpələr evinə yerləşdiriləcəyini deyir:

    “Əlbəttə ki, dövlət müəssisəsinə yerləşdiriləcək. Çox heyif! Bunun acısını isə gələcəkdə bu körpə çəkəcək”.

    Sığınacağın rəhbəri deyir ki, anaya uşaqdan imtina etməmək təklif edilsə də, qərarının ancaq və ancaq qeyri-rəsmi münasibətdən dünyaya gətirdiyi körpəsindən qurtulmaq olub.

    “Əslində qadına uşağını atmazsa ona dəstək olacağımızı təklif etdik. Razılaşmadı, bu dəstəyimizdən imtina etdi və qırarının uşağı sığınacağımıza təhvil vermək olduğunu bildirdi” – M.Zeynalova təəssüflə bildirdi.//Baku.ws

  • Bakıda 19 yaşlı gəncdən riskli hərəkətlər – VİDEO

    19 yaşlı gəncin etdiyi hərəkət bir anda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Median.Az xəbər verir ki, hündür binalardan birinin damına çıxan gənc akrobatik hərəkətlə digər binanın damına tullanıb. Sosial şəbəkələrdə hamı bu gəncin kimliyi ilə maraqlandığından Xəzər TV əməkdaşı həmin gənci tapıb. Əvvəlcədən xəbərdarlıq edirik ki, izləyəcəyiniz hərəkətləri təkrar etmək məsləhət deyil.

    Gənc oğlan əvvəlcə binalar arasındakı məsafəyə diqqət yetirir.

    Daha sonra isə bir neçə metr geri gedərək, özündə güc toplayıb sürətlə qaçmağa başlayır.

    Sonda isə bu risqli hərəkət gerçəkləşir. Gənc hündür binaların birinin damından digərinə olan 4 metrlik məsafəni akrobatik hərəkətlə keçir.

    Sosial şəbəkələrdə paylaşanbu video qısa vaxtda böyük müzakirələrə səbəb olub. Araşdırmamız zamanı məlum oldu ki, həmin gənc paytaxt sakini 19 yaşlı, 3-cü kurs tələbəsi Fərid Hüseynovdur. O, əvvəllər bir neçə ekstrimal hərəkətlər edib. Ən risqlisi və diqqət çəkəni isə bu dəfəki olub.

    Bu hərəkətlər akrobatik ekstremal hesab edilən parkur idman növünə aiddir. Burada divar, baryerlər, ağaclar və pilləkənlərdən maneə kimi istifadə olunur. Qaçış, dırmanma, yellənmə, tullanma kimi hərəkətlərdən istifadə edərək bu maneələr mümkün qədər effektli və sürətlə keçilir.

    Fərid Hüseynov etdiyi risqli hərəkətləri başqalarına tövsiyyə etmir. Onun sözlərinə görə, bu hərəkətlər üçün əzmlə, uzun müddət məşq etmyə ehtiyac var.

    Müsahibimiz məqsədinin həm də gələcəkdə bu idman növü üzrə Azərbaycanı yarışlarda təmsil emtək olduğunu deyir.