Month: October 2018

  • Keçmiş sevgilisindən halallıq istəyibmiş… – Həbs edilən prodüser Təranə ilə bağlı şok fakt

    İki qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilən tanınmış prodüser Təranə Səmədovanın işi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

    Median.Az bildirir ki, Open.az-ın əldə etdiyi məlumata görə, iş üzrə zərərçəkmiş kimi tanınan Sona Əhəd qızı Kərimova bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəza alıb.

    Belə ki, Sona Kərimova oğurluqda təqsirləndirilərək 2700 manat cərimə cəzasına məhkum edilib.

    Belə ki, o, tamah məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxslə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqda təqsirləndirilib.

    İstintaqla müəyyən edilib ki, Sona Kərimova 2014-cü ildə tanışları Fərid Azayev, onun qardaşı Faiq Azayev və istintaqa məlum olmayan daha bir nəfərlə birgə dayısının Xətai rayonu, Y.Səfərov küçəsi, ev 11, mənzil 10 ünvanında yaşadığı evinin qarşısında yerləşən qarajından əvvəllər tanımadığı Kərimov Pərviz Məhərrəm oğluna məxsus 1 ədəd 7700 manat dəyərində olan “Yamaha 1300” modelli skuteri (hidroskl) oğurlayıb.

    Maraqlı fakt ondan ibarətdir ki, Sona Kərimova birgə cinayəti törətdiyi Azayevlər qardaşı şou-biznes aləminə yaxın olub. Bununla yanaşı Fərid Azayev Təranə Səmədovanın sevgilisi olub. Faiq Azayev isə müğənni Rəqsanənin keçmiş sevgilisidir.

    Bir müddət əvvəl Təranə Səmədova verilişlərin birində Fərid Azayevlə bağlı danışıb. Prodüser aparıcının ona ünvanladığı “Həyatda ən çox kimi incitmisiniz” sualına cavab verərkən ağlayıb:

    “Nə qəribə sual idi. İncitdiyim insanın ahını aldım üstümə. Bu günə qədər də ondan sonra xoşbəxt ola bilmirəm və həmin insanın özü də artıq 2 il yarımdır ki, həbsdədir. Mən o insanı çox incitdim. 3 illik münasibətim oldu həmin insanla. Uzun da sürə bilərdi, həbsdə olmasaydı, bəlkə də indiyədək bir yerdə ola bilərdik. Bu münasibətin baş tutmasını istəməyən insanların “prinsipinə” görə uzandı. Rəqsanə, qızı, ailəsi çox cəhd göstərirdilər ki, münasibət alınmasın. İlk 2 il mən onu dünyalar qədər istəmişəm. 3-cü il isə qardaşı məni o qədər şeylərə peşman edirdi ki… Düz yolun yolçusu deyildi. Haqsızlıqları götürə bilmirdim. Məhz buna görə də uzaqlaşdım. Onlara dedim, siz sevinin ki, arxanızda atanız var. Dedim, get özünə karyera qur və qardaşından uzaqlaş. Onu hədsiz çox incitdim. Onun həyatında dəyər verdiyi 2 qadın var. Biri mən, biri də anası.

    Mən ondan halallıq verməsini istərdim. Çox kinli insandır. Münasibətlərimiz kəsiləndən il yarım sonra həbs olundu. Gedib ziyarət etdim. Ömür boyu qarşısından yeməyən insan, məni görən kimi dedi ki, nəyə gəlmisən? Eşitmisən ki, 1-2 aya çıxıram ona görə? Dedim, vicdanım əl vermədi. Dedi, indiyə qədər vicdanın harada idi?”.

  • 20 yaşında milyonçu olan, daha sonra həbsə düşən, qıza görə hər şeyini itirən Bəhruz – TƏFƏRRÜAT

    Qonaqlıqda, evdən kənarda, sevgilisi ilə restoranda və ya dostları ilə barda spirtli içki qəbul etdikdən sonra, hər bir sürücü evə salamat getmək üçün ən azı bir dəfə “ayıq sürücü” xidmətindən istifadə edib. 

    Uşaqlıqdan arzulanan işlərdən olmasa da, bu gün əlçatan işlərdən biri də “ayıq sürücü”lükdür. 

    Bu xidmətlərin ofisində sizdən yalnız sürücülük vəsiqəsi tələb olunur. Əvvəllər məhkum olmağınız belə yoxlanılmır. 

    Ancaq bizim hekayəmiz bununla bağlı deyil…

    Hekayəmizin tarixi 2005-ci ilə gedib çıxır. Həmin vaxt 20 yaşlı Bəhruz adlı oğlan Azərbaycanın nüfuzlu banklarından birində kassir vəzifəsinə düzəlir. 

    Bir müddət sonra o, istedadı sayəsində həmin bankın baş kassiri olur. 

    Təsəvvür edin, universiteti yenicə bitirən gənc oğlan qısa müddət sonra ayılıq 2500 manat əmək haqqı almağa başlayır.

    “Hamı ailədə xoşbəxt idi. Hamı dedikdə anam və bacımı nəzərdə tuturam. Onlar həmişə inanırdılar ki, mən həyatda nəyəsə nail olacam, çünki ətrafdakılar mənim istedadımı bilirdilər. Mən pul yığmağa başladım. Maşın aldım, evi təmir etdirdim, “Sədərək” və “Binə”də özümə kiçik biznes qurdum. Hər şey əla gedirdi”, – Bəhruz saytımızın əməkdaşı ilə söhbətində deyir. 

    Pullar gənc ambisiyalı oğlanı maqnit kimi özünə çəkirdi. O, ilk baxışdan ən gəlirsiz sayılan biznesə maliyyə ayırdı, ancaq bir müddət sonra bu biznes populyarlıq qazandı və 23 yaşlı gənc daha çox pul qazanmağa başladı.

    “Mən artıq həmyaşıdlarımla dostluq edə bilmirdim. Bizim həyata baxışımız tamamilə fərqli idi. Onlar “PES” və ya “FİFA” oynayırdılar, mən isə iş görüşləri keçirirdim. Elə vaxt gəldi ki, mənə filial rəhbərliyi işi tapşırıldı. O zaman bankın ən gənc üzvü məndən bir neçə yaş böyük idi”, – Bəhruz danışır.

    Artıq Bəhruzun hesabında 7 sıfırlı məbləğ var idi. Bu dövrdə onun həyatına “sevgi” daxil olub. 

    Gözəl qız qısa zamanda oğlanın ağlını başından almağı bacarır. 

    “Biz görüşməyə başladıq. O, paytaxtın elit restoranlarında vaxt keçirməyi sevirdi. Mən hətta onun həyatıma girməsinə qədər Bakıda belə gözəl yerlərin olduğunu bilmirdim. İlk vaxtlar mən iş bitən kimi onunla kluba gedirdim və gecə saatlarınadək vaxtımı orada keçirirdim. Bu, mənim xoşuma gəlirdi. Özümü kral kimi hiss edirdim. Pullar mənim yeni dostlarımın ən çətin problemlərini həll edirdi”, – Bəhruz bildirib.


    Qısa müddət ərzində qəhrəmanımızın ətrafında çoxlu yeni “dostlar” peyda oldu. İş o həddə çatmışdı ki, Bəhruz bankın ofisinə arabir gəlir və hətta işi demək olar ki, buraxmışdı. 

    “Mən dərk etməyə başladım ki, gəlirimdən deyil, uzun illər yığdığım pulları xərcləyirəm. Məni artıq heç nə dayandırmırdı – nə anamın göz yaşları, nə də bacımın daimi zəngləri. Bütün vaxtımı hər gün klublarda keçirirdim. Sevdiyim qız bütün günü yanımda olurdu. Biz onunla birlikdə Bakıdakı elit otellərdən birində birlikdə qalırdıq. Məni hər şey qane edirdi. Hətta maddi zərərlər haqqında düşünmürdüm. Mənə elə gəlirdi ki, vəziyyəti istədiyim vaxt düzəldə bilərəm. Öz gücümə həddindən artıq inanırdım”, – müsahibimiz qeyd edib. 

    Eyforiyanın sonu…

    Bir gün qız Bəhruzu qardaşı ilə tanış etdi. İlk baxışdan təmkinli oğlan təsiri bağışlayırdı. Bir neçə gün sonra məlum oldu ki, həmin şəxs xarici bukmeker kontorunun rəhbərdir. Bəhruz da bu kontorlardan istifadə etməyə başlayır. İş o həddə çatır ki, həmin kontorlarda Bəhruzun adı ən “səxavətli müştərilər” sırasında çəkilirdi. O, demək olar ki, hər şeyi uduzdu. Qazandığı kiçik məbləğlər isə yalnız onun içkisinə bəs edirdi. 

    “Elə vaxt gəldi ki, mənim heç nəyim qalmadı. Bu müddət ərzində mən çoxlu tanışımdan borca pul götürmüşdüm. Pulları vaxtında ödəyə bilmədiyim üçün hamı məndən uzaqlaşdı. Dostlarım yoxa çıxdı. Mənim sevgilim isə qardaşı ilə Türkiyəyə getdi. Evə, anamın yanına qayıtdım. Bir neçə gün orada yaşadım və yenidən riskə getmək qərarına gəldim. Ancaq bu dəfə halal qazandığım pulum ilə yox”, – Bəhruz əlavə edib. 

    Müsahibimiz hansı haram pullardan söhbət getməsi ilə bağlı danışmaq istəmədi. O, yalnız bildirdi ki, buna görə həbsxanada 5 il yatmalı olub. 

    “Bu, mənim həyatımın ən çətin anları idi. Mən insanların necə alçaldıldığını öz üzərimdə hiss etdim. Azadlığa çıxdıqda isə bütün dünya dəyişmişdi. Ən azından mənim üçün . Heç kim məndən niyə görə həbs olduğumu soruşmurdu, əsas fakt idi – “zek”, – Bəhruz qeyd edib. 

    Bu günlərdə…

    İndi Bəhruzun 33 yaşı var. Həbsxananın yeganə xeyri onun spirtli içkidən və mərc oyunlarından uzaqlaşması olub. Bəhruz azadlığa çıxdıqdan bir müddət sonra vakant yerlər üzrə müsahibələrdə iştirak edib. Ancaq işəgötürənlər onun məhkumluğu haqqında məlumat alanda CV-dən imtina ediblər.

    Bəhruz yalnız “ayıq sürücü” xidmətində işə düzələ bilir. O, keçmişi haqqında heç kimə heç nə danışmır. 

    Mətndən çıxarılmış hissə. 

    Bəhruz deyir: “Hər səhər gözlərimi açmazdan əvvəl dua edirəm ki, 20 yaşıma geri dönüm. Bu gün mən ölkənin ən varlı şəxslərindən biri ola bilərdim. Belə yaşaya bilmərəm. Ölüm haqqında fikirlər hər saat mənim beynimdə dolaşır. Ancaq hələ dözürəm. Və əgər mənim danışdıqlarımdan baş verən hadisədə sevdiyim qızın günahının olduğunu düşünürsüzsə, vacib detalı demək istərdim: mən onu həmişə sevəcəm”.

    Mənbə: oxu.az

  • Nazirlik 26 saylı məktəb direktorunun müavininin görüntülərini yaydı – Video

    Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə 26 saylı orta məktəb-liseydə əsgərlərin istifadəsi üçün nəzərdə tutulan, satışı qadağan olunmuş kərə yağlarının satılması ilə bağlı məlumatlar yayılıb.

    Müdafiə Nazirliyi məsələ ilə bağlı məktəbin təlim-tədris işləri üzrə direktor müavininin videogörüntülərini yayımlayıb. Belə ki, direktor müavini Səbahi Nəsibova kamera önünə keçərək məsələyə aydınlıq gətirib və məktəbdə satışı qadağan olunmuş kərə yağının satılmadığını bildirib:

    Həmin görüntünü oxucularımıza təqdim edirik:
    //bizimyol.info

  • В Баку мужчина перерезал себе горло

    В Баку зафиксирован факт суицида.

    Как сообщили Median.Az со ссылкой на Open.az, инцидент произошел в Сураханском районе столицы.

    Житель Баку Намазов Ибад Губад оглу нанес себе увечья в области шеи, рук и живота в собственном доме. В результате он скончался на месте происшествия.

    Причины самоубийства И.Намазова пока неизвестны.

    По факту в прокуратуре Сураханского района возбуждено уголовное дело в соответствии со статьей 125 (Доведение до самоубийства).

  • Azərbaycanda deputatlığa namizəd məhkəmə zalında həbs edildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Ağaevli və Fuad Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, F.Kərimov beş il, Ə.Ağaevli isə yeddi il müddətinə azadlıqdan məhrum edilib.

    Hər iki şəxs məhkəmə iclas zalında həbs olunub.

    Xatırladaq ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunur.

    Qeyd edək ki, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürüb.

    O, həmçinin 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.

    Məlumata görə, Ə.Ağaevli Əli Hacı imzası ilə sufi şairdir.

    Hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməyib.//oxu.az

  • В ДТП в Газахском районе погиб один человек

    Как сообщает Median.Az, 30-го октября на территории села Даш Салахлы столкнулись автомобили марки “ВАЗ”, управляемые жителями района Хидаят Османовым и Исраил Рзаевым.

    В результате дтп оба водителя, а также дочь одного из них получили травмы различной степени тяжести и были помещены в Центральную районную больницу. Несмотря на медецинские меры Х.Османов скончался.

    В Газахском РОП по факту ведется расследование.

  • Qazax rayonunda iki “VAZ” toqquşub, 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, oktyabrın 30-da Daş Salahlı kəndi ərazisində rayon sakinləri Hidayət Osmanovun və İsrayıl Rzayevin idarə etdikləri “VAZ” markalı avtomobil toqquşub.

    Nəticədə hər iki sürücü və H.Osmanovun sərnişini olan qızı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Tibbi yardımlara baxmayaraq H.Osmanov orada ölüb.

    Qazax RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • “WhatsApp” bu telefonlarda olmayacaq – SİYAHI

    Dünyanın ən böyük mesajlaşma tətbiqi “WhatsApp” bəzi köhnə telefon və sistemlərə dəstək olmayacaq. 

    Median.Az interaz-a istinadən xəbər verir ki, bu həftə 7 yaşını qeyd edən “WhatsApp” köhnə cihazlara dəstək verməyəcəyini açıqlayıb.

    Yenilənən açıqlama ilə birlikdə “WhatsApp” iPhone 3G və bəzi Android telefonlarda istifadə edilə bilməyəcək.

    Amma şirkət Blackberry və Nokia üçün fərqli bir yol seçəcək. “WhatsApp” 2017-ci ilin iyun ayından etibarən BlasckBerry10. Nokia S40 və Nokia Symbian S60 modellərinə dəstəyini kəsib.
    Android 2.1 və 2.2 sistemlərini istifadə edən cihazlara da dəstəyini dayandıracaq “WhatsApp” Windows tərəfindən Windows Phone 7 sistemindən istifadə edən cihazlarda da istifadə olunmayacaq.

    iPhone 3GS və iOS 6 üçün də dəstək verməyəcək “WhatsApp” açıqlamasında çətin, amma doğru bir qərar verdiklərini ifadə edib.

    Ümumilikdə, il sonunda “WhatsApp” tərəfindən istifadə olunmayacaq platformalar bunlardır:
    Android 2.1 ve Android 2.2;
    Windows Phone 7
    iPhone 3GS / iOS 6.
    2017-ci ilin iyun ayından BlackBerry 10 da daxil olmaqla, BlackBerry üçün “WhatsApp” yoxdur.
    BAKU.WS

    TƏCİLİ KREDİT SİFARİŞLƏRİ

    Xəbəri bəyəndiniz?
     +1+

    • 18

    “WhatsApp” bu telefonlarda işləməyəcək – VİDEOYanvarın 1-dən “WhatsApp” bu telefonlarda işləməyəcəkTeqlər: WhatsApp telefon mesaj

    TOP XƏBƏRLƏR

  • “BakuBus” avtobusu əks yola çıxdı – Bakı Nəqliyyat Agentliyi məlumat yaydı (VİDEO)

    Bir sıra Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə 6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxmasına dair sosial şəbəkələrdə və KİV-də yayımlanan məlumat və video görüntü nəzarətə götürülərək araşdırılıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir.

    Müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub.

    Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb. Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib.

    Məlumat üçün onu da bildiririk ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib. Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün “BakuBus” MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, “BakuBus” MMC-yə gəlməkdən imtina edib.

    Bakı Nəqliyyat Agentliyi sosial şəbəkə istifadəçilərindən və KİV nümayəndələrindən real vəziyyəti əks etdirməyən, birtərəfli məlumat və görüntülər yaymamaqlarını xahiş edir. Qarşılaşdığınız bu və ya digər hallarla bağlı ilk olaraq Bakı Nəqliyyat Agentliyinə müraciət etməyinizi tövsiyə edir və nəqliyyatdakı mövcud çatışmazlıqları aradan qaldırmaqda hər birinizi birgə əməkdaşlığa dəvət edirik.

  • “Kupça” almaq istəyənlərin işi lap asanlaşdı

    Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir layihəyə start verir.

    Median.Az xəbər verir ki, bu barədə report-a Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

    Onun sözlərinə görə, bundan sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətindən (DƏDRX) çıxarış almaq üçün arxiv sənədləri onlayn rejimdə əldə ediləcək.
    Başqa sözlə, vətəndaşlar DƏDRX-in ərazi idarələrinə təqdim etdikləri sənədlərin arxiv əsasının olduğunu sübut etmək üçün Milli Arxiv İdarəsinə (MAİ) getməli olmayacaqlar.
    Bu məqsədlə sabah ƏMDK və MAİ arasında memorandum imzalanacaq.