Month: October 2018

  • Тельман Исмаилов об убийстве Лянкяранского

    Бывший владелец Черкизовского рынка Тельман Исмаилов заявил, что его партнеры не замешаны в убийстве «вора в законе» Ровшана Лянкяранского.

    Как передает Median.Az со ссылкой на ТАСС, ранее СМИ приписали бизнесмену обратное утверждение.

    Адвокат Исмаилова Марина Русакова передала информагентству, что ее клиент «опровергает информацию, размещенную в ряде СМИ о том, что он заявлял о причастности бывших партнеров к убийству в Стамбуле вора в законе Ровшана Джаниева».

    Криминального авторитета застрелили летом 2016 года в Стамбуле. Лянкяранского считали врагом и возможным заказчиком убийства «вора в законе» Аслана Усояна по прозвищу Дед Хасан.

    Исмаилов является обвиняемым по уголовному делу об убийстве и заочно арестован Басманным судом Москвы в ноябре 2017 года.

  • Telman İsmayılov Lənkəranskinin qətli haqqında

    Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov bəyan edib ki, onun ortaqları “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində iştirak etməyiblər.

    Median.Az xəbər verir ki, bununla bağlı biznesmenin vəkili Marina Rusakova TASS agentliyinə məlumat verib.

    Onun sözlərinə görə, müdafiə etdiyi şəxs bəzi KİV-lərdə İstanbulda Rövşən Caniyevin qətlində keçmiş tərəfdaşlarının iştirakı haqda açıqlama verməsi ilə bağlı yazılan xəbərləri rədd edir.

    Telman İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlində ittiham edilir və 2017-ci ilin noyabrında Moskvanın Basman məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. İsmayılovdan başqa, bu işdə qardaşları Rafiq və Mehman Kərimovun da adları hallanır. Rafiq İsmayılov həbs edilib, Telman isə Rusiyadan kənardadır.

    Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı ildə İstanbulda qətlə yetirilib.

  • Hava şəraiti dəyişir – XƏBƏRDARLIQ

    Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 780 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.

    Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

    Noyabrın 1-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin normadan bir qədər yüksək olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

    ETSN xəbərdarlıq edir ki, ölkə ərazisində oktyabrın 31-i axşamdan noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı ehtimalı var.

  • “Atalıq məzuniyyəti” yenidən gündəmdə: Mentalitetimiz buna icazə vermir

    Əslində “atalıq məzuniyyət” deyilən bir məsələ yoxdur. Bununla bağlı müvafiq qanunvericiliyə də ayrıca nə isə əlavə etməyə ehtiyac və gərək duyulmur. Bu məsələ bir növ qanunvericilikdə öz əksini də tapıb.

    Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

    Onun sözlərinə görə, qanunvericilikdə övladlarla, uşaqlarla bağlı məzuniyyət məsələsində bu məqam var:

    “Orada qeyd edilir ki, valideyn – ana və ya ata üç il ərzində məzuniyyətə çıxa bilər.

    Onun da biri ili ödənişli əsaslarla, iki ili isə öz hesabına olur. Yəni, əgər evdə, ailədə qadının məvacibi kişinin məvacibindən çox olarsa, o zaman qarşılıqlı razılıq əsasında kişi-ər məzuniyyət götürə, uşağa baxa bilər.

    Amma bizdə belə bir ənənə, təcrübə də yoxdur əslində. Həm də mentalitet buna bir o qədər imkan vermir ki, evin kişisi məzuniyyət götürüb uşağa baxsın. Həmçinin, bizdə kişilərin əməkhaqları qadınların əməkhaqlarından yüksək olur.

    Ona görə də indi qanunvericilikdə bununla bağlı nə isə icad etməyə, hansısa zəruri dəyişikliyə ehtiyac yoxdur.

    Qanunvericiliyin müvafiq müddəaları bu məsələyə imkan verir”.

    Qeyd edək ki, “atalıq məzuniyyəti” təklifi BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.

    Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb.

    Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti və MM tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

    Həmçinin, xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.

  • Канье Уэст дистанцируется от политики

    Американский рэпер Канье Уэст заявил, что его «использовали» в политических целях и теперь он намерен дистанцироваться от политики.

    Как передает Median.Az, об этом Уэст написал в своем Twitter.

    «Мои глаза открылись, и я осознал, что меня использовали для распространения идей, в которые я не верю. Я дистанцируюсь от политики и полностью сфокусируюсь на творческом процессе», – написал рэпер.

    Уэст был известен как активный сторонник Трампа и не раз лично встречался с президентом, последняя их встреча состоялась 11 октября 2018 года. На повестке было обсуждение реформы тюрем в поддержку афроамериканцев.

    «Вам не обязательно соглашаться с Трампом, но толпа не может заставить меня не любить его. В нас обоих энергия дракона. Он мой брат», – писал Уэст в Twitter.

    Рэппер также произносил речи в поддержку Трампа на своих концертах и демонстрировал вещи с символикой MAGA (Make America Great Again).

  • Həbs edilən Təranə Səmədova: Mən bu damğanın altından necə çıxacağam? – VİDEO

    İnsan alverində təqsirləndirərək həbs edilən tanınmış prodüser Təranə Səmədovanın bu yaxınlarda verdiyi müsahibəsi yayımlanıb.

    Median.Az xəbər verir ki, Səmədova CVN TV-ə müsahibəsində qadın alverinə görə ittiham olunmasından və həbsilə bağlı xəbərlərə reaksiyasından danışıb:

    “Xəbərləri göz yaşları içərisində oxuduyurdum. Anam əlini çiynimə qoyub dedi ki, sən nələrin öhdəsindən gəlmisən, bu nədir ki? Həmin vaxt çox pis oldum ki, mən bu damğanın altından necə çıxacağam? Anam dedi ki, bu damğa deyil, həyatın sınağıdır”.

    Prodüser bu sözləri deyərkən göz yaşlarını saxlaya bilməyib.

    Qeyd edək ki, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunan T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib və artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

  • Azərbaycanda vəzifəli şəxs rüşvət aldığı üçün işdən çıxarıldı

    Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən qulluq mövqeyindən sui-istifadə edib.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, o, “Toyota Camry” markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb.

    Davud Rövşən oğlu Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib.

    Vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb. Bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub.

    Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib.

    Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

  • Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı açıqlama – RƏSMİ

    “Artıq şəhid hərbi qulluqçulardan 96 faizinin vərəsələri bu ödəməni almaq hüququna malik olduqlarını öyrənib”. 

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

    O, yaxın günlərdə göstəricinin artacağını qeyd edib: “Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytındakı (http://www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsində vətəndaşlar tərəfindən sorğu-axtarış prosesinin davam etdiyini nəzərə alsaq, bu göstərici qarşıdakı günlərdə daha da artacaq.

    Şəhidlərimizin ruhu hər birimiz üçün müqəddəs, uca, əzizdir və ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin davamı kimi, Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işlərinin də layiqli səviyyədə, tam şəffaf şəraitdə yerinə yetirilməsi üçün nazirlik bütün lazımi tədbirləri görməkdə davam edir”.

    Şöbə müdiri bildirib ki, bu ilin sonuna qədər birdəfəlik ödəmələrin verilməsinə başlanacaq və gələn il ərzində ödəniş prosesi tam yekunlaşacaq.

  • В Локбатане мужчина задушил супругу

    Как сообщает Median.Az, накануне ночью проживающий в поселке Локбатан житель Ярдымлинского района Мусаггид Алиев (1961-го года рождения) на почве ревности задушил веревкой супругу Офелию Иманову (1974-го года рождения).

    М.Алиев задержан сотрудниками 10-го отделения полиции Гарадагского РУП.

    В прокуратуре района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

  • Lökbatanda Yardımlı sakini arvadını öldürüb

    Median.Az xəbər verir ki, ötən gecə paytaxtın Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 2A ünvanında yaşayab Yardımlı rayon sakini Müsəddiq Əliyev (1961-ci il təv.) qısqanclıq zəminində arvadı Ofeliya İmanovanı (1974-cü il təv.) iplə boğaraq, qətlə yetirib. H

    M.Əliyev Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Qaradağ rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.