Month: October 2018

  • “Bunu görmədim” deyən sürücülər cərimələnəcək – VİDEO

    Əvvəl qayda pozarkən mütləq şəkildə elektron protokol ünvana göndərilirdi və müəyyən müddətdən sonra bu qayda pozuntusu barədə cərimə sistemə vurulurdu.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, bəzən bu məktubların ünvanlara çatdırılmasında problemlər yaranırdı.

    Nəticədə bir çox cərimələr sistemə otursa da, qərarsız olurdu. Bunu görən Dövlət Yol Polisi bu qaydalara müəyyən dəyişiklik etmək qərarına gəlib. Artıq qayda pozuntuları barədə bildiriş SMS şəklində də sürücülərin telefonlarına göndəriləcək.

    Bundan sonra yol hərəkəti qaydalarını pozan sürücülərin mobil telefon nömrələrinə yönəldilən SMS-lər, yaşayış ünvanına göndərilən məktubla eyni hüquqda tutulacaq. Bu, yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələrdə, radar və ya kameralarda qeydə alınan qayda pozuntularına şamil edilir.

    Məsələ ilə bağlı danışan ekspert Elməddin Muradlı bildirib ki, qanun məktubla SMS-i eyni səviyyədə tutur:

    “İnzibati Xətalar məcəlləsinin 125-ci maddəsinə əsasən SMS alan sürücü elə qəbul etməlidir ki, yaşadığı ünvana məktub gətirilib verildi. Qanun məktubla SMS-i eyni səviyyədə tutur. Mesajı oxuyub kənara qoymaq artıq düzgün deyil. Siz bu mesajı aldığınızda cəriməni ödəyə yaxud haqlı olduğunuz halda 20 gün müddətində cəriməyə etirazınızı bildirə bilərsiniz”.

    Əgər elektron qərar qayda pozuntusundan bir neçə gün sonra göndərilirsə, gec göndərilmiş mesaja görə sürücü cavabdeh deyil. Bu, qanunvericiliyin yeni tələblərinə daxildir. Cərimələr gecikdirildiyi halda məbləğə hər gün bir faiz əlavə olunacaq.

    E. Muradlının sözlərinə görə, 20 gündən sonrakı 5 gündə 10 faiz endirim olunur:

    “Əlli manat qayda pozuntusunun 45 manatını ödəyirsiniz. Beş gün qanun sizə limit verir. Yəni 25 günə ödəsəniz, 10 faiz güzəşt ediləcək. Əlli gün müddətində cəriməni tam ödəməlisiniz. 52-ci gün artıq cərimənin üzərinə faiz gələcək”.

    Yeni qaydalara əsasən sürücünün ASAN ödəniş sistemində elektron kabineti varsa, həmin kabinetə də bildiriş mesajı göndərilir. Cərimələri telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi mümkündür.

  • В Гяндже “Mercedes” сбил пешехода

    Как сообщает Median.Az, 26-го октября примерно в 22 часа на улице Низами автомобиль марки “Mercedes-Vito”, управляемый жителем города Амин Алиевым сбил жителя города Турала Талыбова (1993-го года рождения), вследствии чего пешеход скончался в больнице скорой помощи.

    В Гянджинском ГУП по факту ведется расследование.

  • Gəncədə “Mercedes” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 26-i saat 22 radələrində Nizami küçəsində şəhər sakini Amin Əliyev idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillə yolu keçən həmyerlisi Tural Talıbovu (1993-cü il təv.) vurub.

    Təcili Tibbi Yardım Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Gəncə ŞBPİ-də faktla bağlı araşdırma aparılır.

  • В Наримановском районе молодой человек убил жену

    Как сообщает Median.Az, перед домом №63 по адресу Хан Шушинский в Наримановском районе Махир Годжаев (1994-го года рождения) нанес многочисленные ножевые ранения с проживающей в незаконном браке Ульвие Аллахвердиевой (1994-го года рождения).

    После этого Годжаев с целью покончить с собой нанес себе в живот ножевой удар. Оба раненных были доставлены в Клинический Медецинский Центр, где Аллахвердиева скончалась из-за массивной кровопотери.

    В прокуратуре Наримановского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

  • Nərimanov rayonunda ər arvadını öldürüb

    Median.Az xəbər verir ki, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanın qarşısında Mahir Qocayev (1994-cü il təv.) qeyri-rəsmi yaşadığı Ülviyyə Allahverdiyevaya (1994-cü il təv.) çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra o, özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

    Hər iki şəsx Kliniki Tibbi Mərkəzə çatdırılsa da, Ü.Allahverdiyeva orda kəskin qanirimədən keçinib.

    Nərimanov rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Задержан житель Барды, совершивший кражу из 2 домов

    Как сообщает Median.Az, сотрудники Бардинского РОП в ходе оперативно-розыскных мер задержали жителя города Замина Гурбанлы, который украл из одного дома золотые украшения на сумму 2000 манатов.

    В ходе предварительного следствия выяснилось, что кроме этого задержанный похитил еще из одного дома 200 манатов, 80 долларов, 14.000 рублей, золотые украшения и предметы быта.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Evləri qarət edən Bərdə sakini tutulub

    Median.Az xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evdən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bərdə şəhər sakini Zamin Qurbanlı saxlanılıb.

    Araşdırma zamanı, onun oktyabrın 24-də daha bir evdən 200 manat, 80 dollar, 14000 rus rublu, habelə qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

    Bərdə RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • “ASAN xidmət”ə əlavə səlahiyyətlər verildi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 5.7.4-cü yarımbənd əlavə edilir: “5.7.4. torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;”.

    5.9-cu bənd aşağıdakı redaksiyada verilir: “5.9. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi;”.

    Bundan başqa, aşağıdakı məzmunda 5.11-2-ci bənd əlavə edilir: “5.11-2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;”.

    5.15-ci bənd aşağıdakı redaksiyada verilir:

    “5.15. hərbi qeydiyyatla bağlı:

    5.15.1. yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;
    5.15.2. vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;
    5.15.3. vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;
    5.15.4. həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;
    5.15.5. vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;”.

    Həmçinin 5.17-ci bənd aşağıdakı redaksiyada verilir:

    “5.17. qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı:

    5.17.1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;
    5.17.2. qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;
    5.17.3. qida təhlükəsizliyi sertifikatının verilməsi;
    5.17.4. ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;
    5.17.5. idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və bu barədə qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;
    5.17.6. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;
    5.17.7. daxili karantin sertifikatının verilməsi;
    5.17.8. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi;
    5.17.9. Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi;”.

  • Nazirlik hərəkətə keçdi: Plastik qablar yığışdırılır

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə plastik qablardan istifadənin azaldılması ilə bağlı tədbirlərə başlayıb.

    Bu barədə nazirlikdə keçirilən mətbuat konfransında qurumun Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

    U.Tağıyevanın sözlərinə görə, hazırda bununla bağlı tədbirlər hazırlanır: “Bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırmanın qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır.

    Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır. Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqlarını nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcək.

    Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bugünədək ETSN-nin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib. Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi Rayon İcra Hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb”.

    U.Tağıyeva deyib ki, ölkədə ekoloji problemlər tək plastik tullantılarla deyil, eyni zamanda həm məişətdə, həm tikintidə, həm də karxanaların fəaliyyəti zamanı əmələ gələn və düzgün idarə olunmayan tullantılarla bağlıdır: “Abşeron yarımadasının landşaftı bildiyiniz kimi toz miqdarının çox olması üçün səciyyəvi ərazilərdən biridir. Təbii şəraitlə yanaşı, antropogen təsir də bu vəziyyəti daha da gərginləşdirir.

    Növbəti dəfə dünən Abşeron yarımadasında cənub-qərb küləyinin güclənməsi nəticəsində atmosfer havasında tozun miqdarının normadan 3 dəfəyədək çox olması qeydə alınıb”.

    Şöbə müdiri bildirib ki, nazirlik tərəfindən bu sahədə aparılan operativ monitorinq işləri sübut etdi ki, belə vəziyyəin yaranmasına səbəb Qaradağ rayonu ərazisində yerləşən karxanalardır: “Həm tikintidə, həm də daş karxanalarının fəaliyyəti zamanı ekoloji və tikinti qaydalarına riayət olunmaması yolverilməzdir.

    Təəssüflə qeyd edirik ki, ETSN tərəfindən daş karxanalarının sahiblərinə işlərində dönüş yaratmaları üçün müəyyən müddət verilməsinə baxmayaraq, onlar bu vaxta qədər vəziyyəti yaxşılaşdırmaq üçün bir addım belə atmayıblar.

    Bu sahədə qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır.

    Ətraf mühitə antropogen təsiri azaltmaq öz əlimizdədir, çünki bu diyarda sahibkarla bərabər hamımız yaşayırıq və atmosferdə olan toz onunla birgə hamıya təsir edir.

    ETSN-nin təmiz bir mühitdə yaşamaq naminə həyata keçirdiyi tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edir və ictimaiyyəti ekoloji vəziyyətin yaxşılaşdırılmasında fəal olmağa çağırırıq”.

  • Начался суд над жителем Гусара, убившим на свадьбе гостя

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении Гусарского района Салима Мирзабекова (1979-го года рождения), обвиняемого по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, инцидент произошел 8-го июля примерно в 23 часа в селе Гедезейхур во время инцидента, произошедшего на свадьбе, Салим Мирзабеков нанес ножевые ранения жителю Хазарского района г. Баку Ильхаму Гадирову (1988-го года рождения). Потерпевший скончался из-за интенсивного кровотечения по дороге в Центральную районную больницу. Мирзабеков был задержан сотрудниками РОП.

    В ходе следствия выяснилось, что Ильхам Гадиров приехал в качестве гостя на свадьбу Эльнура Бабаева. Между ним и дядей жениха произошел спор из-за заказа очередной песни. На этой почве Мирзабеков ударил Гадирова ножом.

    На подготовительном заседании суд уточнил анкетные данные обвиняемого.

    Рассмотрение дела назначено на 2 ноября.