Month: October 2018

  • Qusarda toyda qonağı öldürən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Səlim Mirzəbəyovun (1979-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu il iyulun 8-i axşam saat 23 radələrində Qusar rayonun Gedəzeyxur kəndində keçirilən toy mərasimində kənd sakini Səlim Mirzəbəyov şəxsi münaqişə məclisə Bakının Xəzər rayonundan qonaq gələn İlham Qədirovu (1988-ci il təv.) bıçaqlayıb. Sonuncu xəstəxanaya aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib.

    Araşdırma zamanı məlum olub ki, İlham Qədirov Elnur Babayevin toyuna gəlib. Onunla bəyin dayısı Səlim Mirzəbəyov arasında rəqs etmək üstündə mübahisə düşüb. Nəticədə Mirzəbeyov qonağa bıçaqla xəsarətlər yetirib.

    Hazırlıq iclasında təqsirləndiriliən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış noyabrın 2-nə təyin edilib.

  • Tələbələrin təqaüdləri artırılacaq

    2019-cu ildə Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.

    Bunun üçün dövlət büdcəsində 189,5 milyon manat vəsait nəzərdə tutulub.

    Büdcə zərfinə görə, gələn il ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği yüksələcək.

    Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 2018-ci ilə nisbətən 230,6 milyon manat çox, yəni 2 milyard 274 milyon manat vəsait nəzərdə tutulub.

  • Сколько другие страны должны Азербайджану?

    В 2019 году в государственный бюджет Азербайджана поступит 69 млн 148 млн манатов выплат по кредитам, выданным со стороны Баку правительствам зарубежных стран.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в настоящее время обязательства по кредитам, выданным правительством Азербайджанской Республики, имеют Сербия, Беларусь и Грузия. На 1 июля 2018 года остаточный долг Сербии правительству Азербайджана составлял 234 млн 418 тыс. евро, Беларуси – 30 млн 771 тыс. долларов США, Грузии – 8 млн 346 тыс. долларов США.

    Для сведения отметим, что поступления в госбюджет на 2018 год по выданным Азербайджаном кредитам составили 68 млн 529 тыс. манатов.

    По прогнозам, зарубежные страны продолжат погашать долг Азербайджану и до 2022 года эти цифры будут следующими: в 2020 году – 67 млн 594 тыс. манатов, в 2021 году – 65 млн 348 тыс. манатов и 62 млн 631 тыс. манатов в 2022 году.

    Стратегические цели

    Согласно стратегии управления государственным долгом, правительство Азербайджана планирует в течение следующих восьми лет (2018-2025 годы) привлечь внешний долг в размере 2,075 млрд долларов США, что меньше суммы, привлеченной только в одном 2017 году.

    «Нестабильные цены на нефть и снижение в связи с этим доходов консолидированного бюджета в Азербайджане требуют большего внимания к появлению новых долговых обязательств в иностранной валюте. Поэтому в этот и последующий период кредиты планируется привлекать только на приоритетные проекты», – говорится в стратегии.

    Таким образом, по прогнозам правительства, внешний долг достигнет своего пика в 10,1 млрд долларов в 2019 году и по итогам 2025 года упадет до 6,5 млрд долларов.

  • Bakıda kafedə dava: Bir nəfər öldürüldü

    Bakıda kafedə kişi döyülərək öldürülüb.

    Trend xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.

    E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

  • Cərimə barədə telefona gələn mesajlara diqqət: Sürücülərə vacib xəbər

    Yol hərəkəti qaydalarını pozan və barəsində elektron qərar tərtib edilən sürücülərə vacib xəbər var.

    Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, söhbət sürücülərin SMS vasitəsilə məlumatlandırılmasından gedir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) edilmiş və iyul ayından etibarən qüvvəyə minmiş qaydalara görə, sürücülər bundan sonra həm də SMS vasitəsilə törətdikləri inzibati xətalarla bağlı məlumatlandırırlar.

    Burada söhbət yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələr (radar və ya kamera) tərəfindən qeydə alınan qayda pozuntularından gedir. Məcəllənin 125-ci maddəsində – İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma qaydalarında qeyd olunur ki, sürücülər elektron qərarlarla həm də SMS vasitəsilə məlumatlandırılırlar. Belə ki, DYP-nin mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin ASAN ödəniş sisteminə yerləşdirilir.

    İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə 3 qaydada məlumatlandırılır:

    1) müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

    2) eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir.

    3) inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir.

    Yeni qaydalara görə, ASAN ödəniş sistemi Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumatı DYP-nin mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir.

    Baş DYP İdarəsi avtomobil sahiblərinin, hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, cərimələr barədə SMS almaq üçün ilk növbədə bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

  • «Идущие на смерть» пешеходы – ВИДЕО

    В Азербайджане большинство пешеходов считают, что правила дорожного движения для них не писаны.

    Очень часто можно наблюдать, как люди перебегают дорогу не по правилам, хотя в нескольких метрах расположен пешеходный переход.

    Как передаёт Median.Az, Baku TV застал таких пешеходов на «месте преступления»:

  • “Ölümə” gedən piyadalar – VİDEO

    Yol-hərəkət qaydalarına əməl etməyib, həyatlarını riskə atan piyadalar kifayət qədərdir.

    Şəhərin əksər küçələrində piyada keçidləri qurulsa da, vətəndaşlar bəzən bu keçidlərdən istifadə etmirlər.

    Baku TV qaydalara əməl etməyən vətəndaşların görüntülərini təqdim edir:

  • В Низаминском районе “Ford” сбил пешехода

    Как сообщает Median.Az, 25-го октября примерно в 13 часов на проспекте Бабека автомобиль марки “Ford”, управляемый жителем столицы Атакиши Алыевым сбил жителя столицы Турала Абдуллаева, вследствии чего пешеход из-за полученной тяжких травм скончался в больнице.

    В Низаминском РУП по факту ведется расследование.

  • Nizami rayonunda “Ford” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 25-i saat 13 radələrində Babək prospektində Bakı şəhər sakini Atakişi Alıyev idarə etdiyi “Ford” markalı avtomobillə paytaxt sakini Tural Abdullayevi vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Мужчина сжегший и убивший в магазине супругу осужден на 18 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении Масуда Музаффарова, обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвинительному акту, в апреле этого года Масуд Музаффаров в руках с литровой бутылкой бензина явился в магазин “Manat Shop”, действующий вблизи станции метро “Memar Əcəmi” и облив горючим жену Айтакин Музаффарову, поджег ее. В результате получившая многочисленные ожоги женщина скончалась на месте происшествия.

    Задержанный сотрудниками Насиминского РУП Масуд Музаффаров показал, что совершил преступление на почве ревности.

    Суд признал обвиняемого виновным и приговорил его к 18 годам лишения свободы.