Month: October 2018

  • Ölkəyə qanunsuz yolla dərman preparatı gətirmək istədilər

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatı, qida əlavəsi və tibbi ləvazimatın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

    DGK-dan verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Əjdər Kərimov gömrük nəzarətini “yaşıl dəhliz”lə keçərkən saxlanılıb və çantalarının rentgen aparatında yoxlanılması üçün “qırmızı dəhliz”ə yönləndirilib.

    Yoxlama nəticəsində çantalarda dərman preparatlarının olduğu müəyyən edilib.

    Şifahi sorğu-sual zamanı Əjdər Kərimov İstanbuldan Bakıya tanışı Samir Bağırlı ilə birlikdə gəldiyini, malların sonuncuya məxsus olduğunu bildirib.

    Daha sonra gömrük zonasını tərk edən Samir Bağırlının olduğu yer müəyyən edilib və o, baqajının təkrar yoxlanılması üçün geriyə qaytarılıb.

    Təkrar yoxlama nəticəsində isə sahibi Samir Bağırlı olan 2 ədəd əl çantasında və 4 ədəd baqajda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan edilməmiş 137 adda dərman preparatı, qida əlavəsi, tibbi ləvazimat və 35 ədəd eynək aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Новое заявление Пашиняна по Карабаху

    Исполняющий обязанности премьер-министра Армении Никол Пашинян, выступая на заседании парламента Армении по обсуждению кандидатуры главы правительства, ответил на вопросы депутатов относительно карабахского урегулирования.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, по словам Никола Пашиняна, ни один лидер страны не может решить карабахский конфликт втайне от народа.

    «Если в процессе переговоров будет разработан такой вариант, который я лично посчитаю нужным представить на обсуждение народа, то это будет, безусловно, первым шагом. Исключается любое тайное решение в карабахском вопросе», – заявил и.о. премьера.

    По словам и.о. премьера Армении, при решении карабахского вопроса нужно учитывать позиции народов Армении и Азербайджана, а также жителей Карабаха.

  • Abşeronda ana 2 azyaşlı uşağı ilə itkin düşdü

    Abşeron rayonu Xırdalan şəhərində yaşayan bir ailənin üç üzvü itkin düşüb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xırdalanda kirayədə yaşayan 1988-ci il təvəllüdlü Hüseynova Günay İmran qızı 2014-cü il təvəllüdlü qızı Aylin və 2015-ci il təvəllüdlü oğlu Aminlə birgə evdən çıxıb və geri qayıtmayıblar.

    Ana və iki azyaşlının axtarışları polislər tərəfindən davam etdirilir.

  • Atmosfer havasını çirkləndirən sexlə bağlı nazirlik hərəkətə keçdi

    Təbii Sərvətlər Nazirliyinə “Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügüdən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb.

    Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

    Qeyd edək ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən havanı çirkləndirdiyinə görə metaltökmə sexinin sahibi Məmməd Ələkbərov fiziki şəxs qismində 3000 manat məbləğində cərimələnmiş və ona müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

    Sexin sahibi Məmməd Ələkbərov sentyabr ayında ona verilən məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün vəzifəli şəxs qismində 4800 manat məbləğində yenidən cərimə olunub. Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır.

  • Əxlaqsızlıq yuvalarına sürüklənən yeniyetmə qızlar və cılız bədənlərdə abort edilən körpələr

    Azərbaycanda ötən il ölü doğulanlar da daxil olmaqla 142,7 min doğuş qeydə alınıb. Həmin müddətdə 37,618 min nəfər abort etdirib. Eyni zamanda, abort edilənlər arasında 15-19 yaşlı qadınların sayı 1605-ə çatıb ki, onlardan 15-17 yaşında olanlar 46 nəfər, 18-19 yaşlı olanlar isə 1 559 nəfər təşkil edib. Dəhşətli statistika vəziyyətin ağır olduğundan xəbər verir.

    Median.Az  yenicag.az-ın problemlə bağlı araşdırmasını təqdim edir:

    “Qorxunc xəstəliklərə yol açır”

    Sosioloq Əhməd Qəşəmoğlu yeniyetmə və gənclər arasında abortların artmasını olduqca ciddi göstərici və məyusedici hal kimi qiymətləndirib:
    “Öz mühazirələrimdə də dəfələrə bunu deyirəm ki, babalarımız min beş yüz il əvvəl indikindən də fiziki cəhətdən sağlam və güclü olublar. Hər cür sərgüzəştləri də olub. Amma hər zaman qadağalar, tabular olub. Bu tabular ona görə qoyulub ki, cəmiyyətdə mənəvi-əxlaqi dəyərlər yüksək olsun. Belə olan halda o cəmiyyət tərəqqi edir, öz-özünü tənzimləyir. Əks halda, cəmiyyət dağılır, parçalanır, arzuolunmaz problemlər ortaya çıxır. Bu cür halların artması eyni zamanda qorxunc xəstəliklərə də yol açır. Gənc bir tərəfdən mənəvi, digər tərəfdən fiziki zərbə alır. Yüngül həyat tərzi həm də gənclərin gələcək karyerasına, təhsilinə, yaşamına da zərbə vurur”.
    “Gənclərin mənəvi immuniteti artırılmalıdır”
    “Bu cür halların artması yeni nəslin inkişafında qorxunc vəziyyət yaradır”, deyə həyəcan təbili çalan sosioloq çıxış yolunu kompleks proqramların hazırlanmasında görür:
    “Bir vaxtlar uşağın cəmiyyət üçün hazırlanmasında ailə, məktəb və cəmiyyətin rolu əsas götürülürdü. 60-70 il əvvəl ailə, məktəb və cəmiyyət arasında əlaqə daha güclü idi, bu əlaqə sağlam əxlaqi-dəyərlərin formalaşmasına kömək edirdi. İndi təəssüf ki, bu bağ qırılıb. Artıq problemləri yalnız ailədə, cəmiyyətdə həll etmək mümkün deyil. İlk növbədə ən böyük məsuliyyət orta ümumtəhsil məktəblərinin üzərinə düşür. Söhbət formal olaraq həyata keçirilən maarifləndirmə işindən getmir. Çünki maarifləndirmə deyəndə, hamı bu işə formal yanaşır.

    Problemin həlli üçün sosioloq, psixoloqlar cəlb olunmalıdır. Bunun üçün xüsusi kompleks proqramlar hazırlanmalıdır. Söhbət 18+ formatlı açıq-saçıq proqramlardan getmir. Həmin proqramlar vasitəsi ilə gənclərin bu problemə qarşı mənəvi immuniteti artırılmalıdır. Təəssüf ki, ölkəmizdə bu işi həyata keçirən elmi-tədqiqat mərkəzləri yoxdur. Gənclər arasında geniş yayılan abortlar böyük bir bəlanın göstəricisidir. Qısa zamanda humanitar siyasətimizdə ciddi işlər görülməlidir”.
    “Qızlar əxlaqsızlıq yuvasına sürüklənəcək”
    Təhsil eksperti Məlahət Mürşüdlü problemin kökünün araşdırılmasını məqsədəuyğun sayır:
    “Ailə, məktəb və cəmiyyət üçü bir qanad təşkil etməlidir. Abortlarla bağlı rəqəmlərin ilbəil artmasına səbəb bu üç qanad arasında əlaqənin olmamasıdır. Bunların birgə çalışmaması üzündən belə hadisələr baş verir, yeniyetmələr cinsi təcavüzə məruz qalır.

    Maarifləndirmə işi aparılmalı, orta məktəblərdə xüsusi fənlər tədris olunmalıdır. Həkimlər, psixoloqlar valideynlərlə birgə çalışmalıdır. Həm ailə, həm məktəb tərəfindən yeniyetmələr üzərində nəzarət gücləndirilməlidir. Eyni zamanda, problemin kökü araşdırılmalıdır. Gəncləri bu addımı atmağa vadar edən hansı səbəblərdir? Onlar ötəri sevginin qurbanımı olublar yaxud hansısa imkanlı kişilər tərəfindən təcavüzə məruz qalıblar?..
    Onları valideynimi buna təhrik edir? İqtisadi durumunu yaxşılaşdırmaq, qazanc əldə etmək üçünmü bu addımı atırlar? Məktəb, ailə və cəmiyyətin birgə fəaliyyəti nəticəsində problem çözülməlidir. Əks halda, qorxunc statistika ilbəil daha da yenilənəcək. Qızlar əxlaqsızlıq yuvasına sürüklənəcək, bu da onların gələcək təhsili, karyerası və sosial həyatı üçün problemə çevriləcək”.
    “Qeyri-rəsmi intim münasibətlər, uşağı saxlamaq üçün maddi imkanın olmaması…
    “Alter Eqo” hüquq şirkətinin baş direktoru, vəkil Heyrat Qarayev Azərbaycanda qadınların abort etdirməsi probleminin hər zaman aktuallığını saxladığını təəssüf hissi ilə bildirib: “Statistika son illər abortların sayının xeyli artdığını göstərir. Qeyri-rəsmi intim münasibətlər, uşağı saxlamaq üçün maddi imkanın olmaması, eləcə də XXI əsrdə yaşamağımıza baxmayaraq, cəhalət düşüncəsinin hakim olması qadınları bu addıma sövq edir”.
    “Qanunsuz abort etmə” zamanı nəzərdə tutulan cərimə və cəza…
    H.Qarayev Azərbaycanda qanunsuz abort edilməsinə görə cərimələrin məbləğinin artırıldığını da diqqətə çatdırıb. Belə ki, Cinayət Məcəlləsinin 141-ci “Qanunsuz abort etmə” maddəsinin birinci bəndinə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 (beş yüz) manatdan 1000 (min) manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. Maddənin ikinci bəndinə görə, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 (üç yüz altmış) saatdan 400 (dörd yüz) saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
    Maddənin üçüncü bəndində qeyd edilir ki, Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurduqda, 2000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • Xoşqədəmdən efirdə gözlənilməz etiraf: “Məni öldürə bilərlər” – VİDEO

    “Gedin işinizlə məşğul olun. Mən bu işə baş qoşmuşam. Məni öldürə də bilərlər, ləkələyə də bilərlər. Bunun üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdim ki, təhlükəsizliyimi təmin edin. Bu dəqiqə evim də, övladlarım da necə lazımdır nəzarətdədir.

    Bu sözləri Xəzər TV-də yayımlanan ”Səni axtrarıram” verilişində aparıcı Xoşqədəm Baxşəliyeva bildirib.

    Aparıcı tutduğu mövqeyindən vaz keçməcəyini bildirib:

    “Cənab Ramil Usubova öz dərin təşəkkürümü bildirirəm. Əziz tamaşaçılar sizin də dəstəyinizə ehtiyacım var. Bu Çinarə olayı deyil. Elçin məsələsində hər cür çirkinliklər var. Burada qadın alveri də var. Burada məni öldürə bilərlər”.//baku.ws

  • Макс Фадеев спел песню «Мой Азербайджан» с EMIN’ом – АУДИО

    EMIN и Макс Фадеев презентовали новую песню «Мой Азербайджан».

    Как передаёт Median.Az со ссылкой на oxu.az, песня размещена в Instagram-аккаунте EMIN’а.

    «Премьера! Новый дуэт с моим дорогим другом Максимом Фадеевым @fadeevmaxim под названием «Мой Азербайджан». Эта песня о родном: о доме, о матери, о родине и о чем-то очень сокровенном. В этой песне заложены самые настоящие и искренние чувства и эмоции. Все, чего касается Макс – шедевр и я благодарен ему за такой замечательный подарок», – написал певец (орфография и пунктуация автора сохранены – ред.).

    Автор музыки композиции: Максим Фадеев, авторы текста: Максим Фадеев и Ольга Серябкина. Дуэт «Мой Азербайджан» входит в новый альбом Эмина «Неба не боялись».

  • Fırıldaqçılığın yeni üsulu: Evdəkilərə göstərib 5 dəqiqəyə qayıdıram – VİDEO

    Fırıldaqçılar yeni üsula əl atıblar. Onlar bu yolla sosial platformada alış-verişlə məşğul olanları aldadırlar.

    Bu fırıldaqçılar hədəfi əvvəlcədən müəyyənləşdirib, evləri kimi təqdim etdikləri ünvana aparırlar, sonra məhsulu evdəkilərə göstərmək bəhanəsi ilə satıcıdanalıb həyətə daxil olur,ordan isə arxa qapı vasitəsilə uzaqlaşırlar. Bu yaxınlarda bir nəfərin başına bax elə belə bir hadisə gəlib.

    Elan saytlarının birində telefonunu satmaq istəyən gənc soyğunçuların qurbanı olub.

    Mehdi Bağırlı bir müddət əvvəl telefonunu satmaq üçün alqı-satqı saytlarından birinə elan verib. Elan sayta yerləşdirildikdən sonra özünü İlkin adı ilə təqdim edən bir nəfər telefonu almaq istədiyini deyib. Lakin işdən icazə ala bilmədiyini söyləyərək, Mehdini “İnşaatçılar” metrostansiyasının yaxınlığına dəvət edib.

    Həmin şəxs həyətə girdikdən sonra bir daha geri qayıtmayıb. Bir müddət gözlədikdən sonra Mehdi və onun dostu da həyətə daxil olub.

    Ev sahibi Pərviz Fərzəliyev isə deyib ki, onun evinin iki qapısı var. Həmin vaxt həyətda olan adam isə kirayəçi olub və əlində telefonla həyətdən keçən adamı tanımayıb. Ev sahibinin sözlərinə görə, heç onun özü də özünü İlkin kimi təqdim edən şəxsi tanımır.

    Faktla Bağlı Yasamal rayon polis idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.

  • Bakıda 18 yaşlı gəlin itkin düşdü

    Bakıda gəlin itkin düşüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

    Biləcəri qəsəbəsi, 5-ci döngə, nömrəsiz fərdi yaşayış evində yaşayan 1996-cı il təvəllüdlü İsmayılov Vaqif Həsənxan oğlu Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 23-də saat 13 radələrində onunla birlikdə yaşayan həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əsədullayeva Gülnarə Atabala qızı yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı polis araşdırmalara başlayıb.

  • В Азербайджане сочинили мейхану в честь Хабиба Нурмагомедова – ВИДЕО

    Авторы «Давай, до свидания!» посвятили мейхану Хабибу Нурмагомедову.

    Как передает Median.Az со ссылкой на yenicag, известные азербайджанские мейханщики – братья Интигам и Эхтирам Рустамовы исполнили хвалебную песнь в честь победы российского спортсмена над ирландцем Конором Макгрегором.

    Напомним, что 6 октября в Лас-Вегасе состоялся поединок за звание чемпиона UFC между россиянином Хабибом Нурмагомедовым и ирландцем Конором Макгрегором. Удушающим приемом победу одержал Хабиб Нурмагомедов.