Month: October 2018

  • В Бадамдаре продолжаются обвалы

    Согласно результатам мониторинга на 10:00, на территории оползня в бакинском поселке Бадамдар сохраняется напряженность, продолжаются мелкие обвалы.

    Об этом сообщили в Министерстве экологии и природных ресурсов.

    Отмечается, что с верхней части оползневой зоны продолжают падать куски пород. В левой и правой частях зоны наблюдается заметное увеличение трещин.

    На маяках, установленных на заборах жилых домов в верхней части оползневой зоны, изменений

  • Сын Юрия Никулина прибыл в Баку – ФОТО

    Сын знаменитого российского актера и артиста цирка Юрия Никулина Максим Никулин находится Баку.

    Как передает Median.Az со ссылкой на Unikal.org, М.Никулин примет участие на церемонии открытия нового сезона в Бакинском Государственном Цирке.

    Отметим, что Максим Никулин является директором и художественным руководителем «Золотого цирка Никулина».

  • Прокурор попросил сроки обвиняемым в вооруженном инциденте в Хырдалане – ФОТО

    В Бакинском суде по тяжким преступлениям состоялось очередное заседание по уголовному делу в отношении Хаяла Пашаева, Кянан Гасанова, Билала Байрамова, Аллахверди Русзпейкара и Магомеда Ахмедова, обвиняемых по статье 120.2.1 (умышленное убийство, совершенное группой лиц по предварительному сговору), 221.2.1 (хулиганство, совершенное группой лиц по предварительному сговору) и 228.1 (незаконное приобретение, хранение, сбыт или ношение огнестрельного оружия, боеприпасов) УК Азербайджана.

    Как сообщает Median.Az, 30-го марта прошлого года на территории 28-го квартала в г.Хырдалан в результате вооруженного инцидента из-за огнестрельного ранения в область головы скончался Валех Наджафов (1970-го года рождения). Кроме этого, житель Габалинского района Хаял Пашаев (1985-го года рождения) с огнестрельными ранениями в живот и руку был помещен в Клинический Медецинский центр, где его жизнь врачам удалось спасти.

    Место происшествия было осмотрено сотрудниками Апшеронского РУП и районной прокуратуры при участии экспертов-криминалистов. Рядом с убитым был найден пистолет марки “Макаров”, а также 7 гильз.

    В результате следственно-розыскных и оперативных мер были задержаны Хаял Пашаев, Кянан Гасанов, Билал Байрамов. Аллахверди Русзпейкар и Магомед Ахмедов.

    Согласно обвинительному акту, Хаял Пашаев с целью присвоения чужого имущества с группой лиц похитили Валеха Наджафова и потребовали его вернуть 31000 долларов. Они привезли Наджафова в ресторан “Manqal”, раздев, избили его. В итоге потерпевшиј пообещал им отдать золотые украшения своей жены. После этого, Наджафова отвезли в дом, где он передал им драгоценности на сумму 15000 манатов. Спустя несколько дней они начали требовать остальную часть долга. На встречу Валех Наджафов приехал с огнестрельным оружием. Когда злоумышленники начали избивать его, он вытащил с кармана пистолет и прозвел выстрели в Пашаева, но затем последний отобрал у Наджафова оружие и произвел ему выстрел в голову. Валех скончался на месте происшествия.

    Выступивший на сегодняшнем процессе гособвинитель попросил приговорить Х.Пашаева к 20, К. Гасанова, Б.Байрамова к 19, А.Русзпейкара и М.Ахмедова к 14 годам лишения свободы.

    Очередной процесс состоится 30-го октября.



  • Xırdalanda silahlı insidentdə təqsirləndirilən 5 nəfərə prokuror cəza istəyib – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti proses keçirilib.

    Median.Az xəbər verir ki, ötən il martın 30-na keçən gecə Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib. Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində törədilib, insident nəticəsində Valeh Nəcəfov (1970-cı il təv.) baş nahiyyəsindən güllələnərək, qətlə yetirilib. Qarın və qol nahiyyələrindən odlu silah xəsarətləri alan Qəbələ rayon sakini Xəyal Paşayev (1985-ci il təv.) Kliniki Tibbi Mərkəzə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb.

    Hadisə yerinə Abşeron RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Müayinə zamanı ölən şəxsin əlində
    “Makarov” markalı tapança, həmçinin yerdə 7 giliz aşkar edilərək maddi sübut kimi götürülüb.

    Keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində şübhəli şəxs qisminə Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıblar.

    Prosesdə çıxış edən dövlət ittihamçısı X.Paşayevə 20 il, K.Həsənova və B.Bayramova 19 il, A.Ruszpeykara və M.Əhmədova 14 il müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin olunmasını xahiş edib.

    Növbəti proses ayın 30-na təyin edilib.



  • İki “Baku Bus” avtobusu toqquşdu

    Bu gün səhər saatlarında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 1 və 13 nömrəli “Bakı Bus” avtobusları toqquşub.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində sərnişinlərin xəsarət almadığı qeyd edilib.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

    Qeyd edək ki, bir neçə gün öncə “Bakı Bus”un 3 avtobusu bir-birinə çırpılmışdı.

  • Cəsədi tapılan alpinistimizin məzarından görüntülər – VİDEO

    Məlum olduğu kimi, ötən ilin dekabrında Qubanın Xınalıq kəndinddə itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin meyitləri bu ilin may ayında tapılmışdı.

    Hər üç alpinistin cəsədi təxminən eyni yerdə, çadır qurduqları ərazidə aşkar edilmişdi.

    Alpinist F.Cəbrayılzadənin məzarından görüntüləri təqdim edirik.

    Xatırladaq ki, Babur Hüseynov Astara şəhər qəbiristanlığında torpağa tapşırılıb, Cəbrayılzadə Fəridə Masallı rayonunda dəfn olunub, Namin Bünyatzadə isə Şəmkir rayonunda dəfn edilib.
    ///big.az

  • Новое назначение от Рамиля Усубова

    Министр внутренних дел Рамиль Усубов произвел кадровую перестановку.

    Указом министра Рахиб Мирзоев назначен начальником 20-го отделения Управления полиции Насиминского района. В РУП Насиминского района подтвердили данную информацию.

    Отметим, что Рахиб Мирзоев является братом начальника Управления внутренних расследований МВД, генерал-майора полиции Сахиба Мирзоева.

    До назначения Рахиб Мирзоев являлся начальником 19-го отделения Управления полиции Насиминского района.

  • Ramil Usubov kadr dəyişikliyi etdi

    Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.

    Xəbəri Nəsimi rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.

  • Gözəllik salonu adı altında gizlənən ət sexinin ürək bulandıran görüntüləri – VİDEO

    Qida Təhlükəsizliyi Agentliyi Xətai rayonu Məhəmməd Hadi küçəsi 73 ünvanında dönər üçün nəzərdə tutulmuş ət emalı sexində qanunsuzluq aşkarlayıb.

    Median.Az-ın ARB TV-yə istinadən verdiyi xəbərə görə, reyd zamanı obyektin nə sanitar gigiyenik qaydalara cavab verməsi, nə də toyuq və digər ət məhsullarının mənşəyi məlum olub.

    Qararalmış farş, çürüməkdə olan çəkilmiş toyuq və digər ət məhsulları…

    Nizami Zeynalov – AQTA-nın Bakı şəhər idarəsinin sektor müdiri: “Özünü sahibkar kimi təqdim edən Qasımov Eldar Cavanşir oğlu müəssisədə heç bir zəruri sanitar-gigiyenik tələblərə uyğun olmadan mənşəyi məlum olmayan toyuq və mal ətini sümükdən ayıraraq ondan farş və kiçik hissələrdə ət məhsullarını dönər satışı məntəqələrinə paylayırdı”.

    Qasımov Eldar Cavanşir oğluna məxsus sexdən laborator müayinələr üçün nümunələr götürüldü.

    Əkbər Əliyev – AQTA-nın Bakı şəhər idarəsinin rəisi: “Hal-hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti dayandırılacaq. Tərəfimizdən möhürlənəcək, hüquqi qiymətin verilməsi üçün aidiyyatı orqanlara göndəriləcək”.

    Ən maraqlısı isə obyektin adıdır. İşbazlar buranın gözəllik salonu olduğunu göstərən reklam lövhəsi ilə izi azdırmağa çalışıblar.

  • Xarici mətbuat: Camal Kaşıkçının başı konsulun evindən tapıldı

    Britaniyanın nüfuzlu nəşrlərindən olan “Skynews” İstanbulda vəhşicəsinə öldürülən jurnalistlə bağlı iddia yayıb.

    “Skynews”un İstanbuldakı xüsusi müxbiri Aleks Kraufordin əldə etdiyi məlumata görə, “Washington Post”un köşə yazarı Camal Haşoqqinin bədəninin bəzi hissələri Səudiyyənin İstanbuldakı konsulunun evindədir.

    İddialara görə, konsul onun cəsədinin hissələrini konsulluq binasından 500 metr uzaqlıqda yerləşən evinin həyətində gizlədib.

    Məqalədə Haşoqqinin üzünün tanınmaz hala düşdüyü qeyd olunub.

    Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan “Al Watan” qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

    Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

    C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.//milli.az